Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi adnsu nəzdində Sənaye və Texnologiya Kolleci



Yüklə 38,67 Kb.
səhifə4/4
tarix25.12.2023
ölçüsü38,67 Kb.
#193954
1   2   3   4
multikulturalizm.

anti-multikulturalism adlandırırlar.
Eqalitar liberalizmə görə, “ədalətli” dövlət ənənəvi liberal azadlıqları qorumaqla yanaşı, iqtisadi faydaları yenidən bölüşdürərək zənginlərdən kasıblara çatdırılmasıňı və ictimai xidmətlərə çıxışda bərabərliyi təmin etməlidir. Barriyə görə, imkan bərabərliyi özəl təhsil və özəl tibb kimi institutlarla bir araya sığmır. Əsl imkan bərabərliyi yalnız o zaman mövcud olur ki, nəticələr sosial sinif, irq və ya ailə mənsubiyyətinin təsir etdiyi faktorlara deyil, müstəsna olaraq insanların seçimlərinə və qərarlarına əsaslansın.
Yekun olaraq qeyd edilməlidir ki, multikulturalizmə liberalizm yanaşmaları yekcins deyil və fərqlidir. Müasir liberalizmin nümayəndəsi Vil Kimlika mukltikulturalizmdə dövlətin rolunu önə çəkir və qrup hüquqları məsələsində, xüsusən də özünün irəli sürdüyü “kənar müdafiə” konsepsiyasının həyata keçirilməsində dövlətin rolunun əhəmiyyətini vurğulayır. Klassik Liberalizmin nümayəndəsi Çandran Kukatas isə əsas diqqəti fərdlərin azadlığı üz.rinə yönəldir və dövlətin rolunu məhdudlaşdırılmasını müdafiə edir. Kimlika qruplar arasında tolerantlığı daha önəmli saydığı halda, Kukatas multikultural cəmiyyətdə fərdlər arasında tolerantlığı zəruri hesab edir və bildirir ki, liberal cəmiyyət həm də qeyri-liberal elementlərə dözümlü olmalıdır. Eqalitar liberalizmin nümayəndəsi Barri Brayan fərdlərin bərabərliyi prinsipini qtiyyətlə müdafiə edir. Barri nə Kimlikanın qrup hüquqları konsepsiyasını, nə də Kukatasın liberal cəmiyyətin qeyri-liberal elementlərə tolerant yanaşmalı olduğu fikrini qəbul edir və ümumiyyətlə, multikulturalizmi sərt tənqid edir.
Multikulturalizmə liberalizm yanaşmaları arasındakı qeyd olunan ziddiyyət və fikir ayrılıqları təkcə nəzəriyyələrlə məhdudlaşmır, həm də praktikada müxtəlif dövlətlərin həyat keçirdiyi multikulturalizm siyasəti modellərində əks olunur.
Yüklə 38,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin