Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ADNSU nəzdində Sənaye və Texnologiya Kolleci
Sərbəst iş Ad: Vüsalə
Soyad: Hacıyeva
Qrup: Ə102
Kurs: 2
İxtisas: Ətraf mühitin mühafizəsi və bərpası
Fənn: Multikulturalizmə giriş
Mövzu: Multikulturalizmə liberal yanaşma
Müəllim: İsmayılova Rəna
Bakı-2023 M ultikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və etnik-mədəni müxtəlifliyin qorunmasını nəzərdə tutduğu halda, liberalizm liberal-demokratik dəyərləri, fərdlərin hüquq və azadlıqlarına hörməti və onların müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması multikulturalizmi liberal demokratik prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, o, bir tərəfdən dözümlülüyə sadiqdir, digər tərəfdən isə mənəvi sahədə xüsusən də mədəni və ya dni ənənələrə bağlı fərdi seçim azadlığına rəğbət göstərir. Amma bu iki baxışı bir araya gətirmək asan deyil. Ona görə də liberalizm nümayənddələri arasında multikulturalizmlə bağlı fikir ayrılıqları və ziddiyyətlər vardır.
Siyasi nəzəriyyəçi Vil Kimlika libeal multikuturalizmin ən nüfuzlu nümayəndələrinden biri hesab olunur və multikulturalizm müasir liberalizm nöqteyinəzərindən yanaşır. Kimlikanın əsas diqqəti azlıqda olan qruplarla ədalətli rəftar olunması məsələsinə cəmləşir. O, azlıqda olan qrupları iki katteqoriya üzrə təsnif edir: mühacir (poli-etnik) Qrupları və milli (yerli) qruplar. Mühacir qrupları dedikdə, ölkəyə sonradan köçmüş qruplar nəzərdən tutulur.
Milli azlıqlar isə tarixən ölkədə yaşamış, özünün idarəetməsi olmuş və ya dövlətin yaradılmasında iştirak etmiş qruplar nəzərdə tutulur. Kimlika bu iki kateqoriyaya münasibətdə fərq qoyulması fikrini irəli sürür. Onun fikrincə, milli azlıqlar mühacir qruplarına nisbətdə daha üstün hüquqlara malik olmalıdırlar, Çünki onlar dövlətin yaradılmasında müəyyən rol oynamışdılar. Mühacir Qruplar isə ölkəyə sonradan gəlmişlər. Bu, onların üzərinə mövcud olan dövlətin qaydalarına uyğun yaşamaq kimi müəyyən bir öhdəlik qoymuşdur. Kimlika qrupa xas olan üç kateqoriyadan ibarət hüquqlar müəyyən edir: Təmsilçilik, özünü idarəetmə və polietnik hüquqlar. Bu üç kateqoriya hüquqlar Onun irəli sürdüyü “