Leksem anlayışı. Söz və leksem terminləri bir çox hallarda eyni bir dil faktını bildirirlər. Məsələn, ev həm söz, həm də leksemdir, ilə, görə və s. sözdür, lakin leksem deyildir. Insan insana dostdur cümləsində üç söz, lakin iki leksem vardır. Beləliklə, «söz≫ termini köməkçi söz və söz forması bildirdikdə <<> terminindən fərqlənir. «Leksem>> termini törəmə (düzəltmə) adlar da bildirə bilər: dəmir yolu. Leksem dilin fonetik və qrammatik xassələri ilə sıx bağlıdır. O, sözün leksik mənası ilə səs cildinin vəhdəti kimi çıxış edir.Məsələn, rus dilində dverğ və dverka sözləri real əşyaları bildirirlər (dverğ – qapı, dverka – əzizləmə formasında <Göründüyü kimi, leksem leksik məna ilə sözün səs cildinin vəhdəti kimi çıxış edir. Lakin dverka sözündə səslənmənin və mənanın bu bilavasitə əlaqəsi morfem üzvlənməsi ilə mürəkkəbləşir: dver-k-a. Belə çıxır ki, söz sözforması kimi səslənmənin, morfem düzümünün və mənanın vəhdətidir. Bu cəhətlərin hər biri xüsusi tədqiqat predmeti ola bilər, elə o zaman törəmə adlardan istifadə olunur: fonetik söz, morfoloji söz, leksik söz. Fonetik söz fonetikanın, morfoloji söz Fonetik söz fonetikanın, morfoloji söz morfologiyanın, leksik söz isə leksikologiyanın predmetidir.Leksik söz və ya leksem əsas sözdür, o, əşyalara işarə edir və onlar haqqında anlayışları bildirir, 0, cümlə üzvü kimi çıxış edə və cümlələr yarada bilər: Yaxşı!Molçatğ! Sözlərin morfoloji və sintaktik xassələrini leksikologiya yalnız müəyyən dərəcəyə qədər öyrənir, çünki söz leksem kimi leksemin və sözün formasının (sadə və törəmə) vəhdəti olan söz forması kimi çıxış edərək dilin qrammatik quruluşu ilə bağlıdır. Kitab təkcə leksem deyil, həm də ismin tək formasının adlıq halındadır. Sözün forması leksik mənanı saxlayaraq müxtəlif qrammatik mənalar ifadə edir: kitaba, kitabdan və s., çitatğ, budu çitatğ, book, books və s. Leksik mənanın və sözün formasının vəhdəti söz forması adlanır. Sözün formaları sadə və törəmə olduğu kimi, nominativ vahidlər də sadə (sintetik) və törəmə (analitik) olur (leksem-söz - sadə, leksem-törəmə ad - törəmə, məsələn, Qara dəniz).
Ədəbiyyat А.А.Уфимцева- Лексическое значение
N.Məmmədli Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Dərslik. Bakı, Elm və təhsil, 2021.
Afad Qurbanov- Ümumi Dilçilik
M.İsmayılova Azərbaycan dili və nitq mədəniyyəti. Dərslik. Bakı, ADPU, 2016.
M.İsmayılova Azərbaycan dili və nitq mədəniyyəti: Aktual problemlər. Dərs vəsaiti. Bakı, ADPU, 2017.