Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Nəzdində Sosial-İqtisad Kolleci


Home (Главная - Əsas) qoşması, Font (Шрифт - Yazı tipi) qrupu, tələb olunan şri ftin seçilməsi



Yüklə 1,41 Mb.
səhifə2/5
tarix26.10.2023
ölçüsü1,41 Mb.
#161784
1   2   3   4   5
6848(vord)

Home (Главная - Əsas) qoşması, Font (Шрифт - Yazı tipi) qrupu, tələb olunan şri ftin seçilməsi
İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Microsoft Office –in sonuncu versiyalarında şriftin mətndəki seçilmişə tətbiqi yerinə yetirilən əməliyyatın sona çatmasına kimi müəyyən edilirdi. Bu versiyada isə istifadəçi iş prosesində mausun oxunu şriftin üzərinə gətirən kimi seçilmiş fraqmentə həmin şriftin tətbiq edilməsinin şahidi olur.
İstifadəçi şrifti ekrana açılmış şriftlər siyahısından da seçə bilər (əməliyyatı [Ctrl]+[Shift]+[F] düymələri kombinasiyası ilə də yerinə yetirmək mümkündür). Şriftin seçilməsinin digər variantı mətnin müəyyən hissəsini (fraqmentini) seçən zaman ekrana açılmış sürüşən paneldən də seçmək olar .
Sürüşən panel üzərindəki şriftlərdən istifadə etmək üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə yetirin. 1.Mətndən fraqment seçin. Seçilmiş fraqmentin sol/yuxarı tərəfində sürüşən panel əmələ gələcək. 2.Süşürən panel üzərindəki Font (Шрифт-Yazı tipi) siyahısından zövqünüzə uyğun olan şrifti seçin. Seçilmiş şrift seçilmiş fraqmentə tətbiq ediləcək. Font (Шрифт-Yazı tipi) siyahısından sağ tərəfdə mətndə simvolların ölçüsünü dəyişmək üçün istifadə olunan Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısı yerləşir. İstifadəçi ekrana açılmış siyahıdan mətndə istifadə olunan şriftlərin ölçüsünü tələbinə uyğun seçməklə dəyişdirə də bilər. Şriftin ölçüsü, həmçinin formatlamanın digər atributları ancaq mətndə seçilmiş fraqmentə tətbiq edilir. Şriftin ölçüsü aşağıdakı əməliyyatlar ardıcıllığı ilə yerinə yetirilir. 1.Mətndən fraqment seçin. 2.Ekrana açılmış Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısından Sizə lazım olan şrift ölçüsünü seçin. Seçilmiş fraqmentə şrift tətbiq olunacaq .

Şriftin ölçüsünün dəyişdirilməsi
Font Size (Размер шрифта-Şriftin ölçüsü) siyahısında istifadəçinin iş prosesində ən çox istifadə etdiyi şriftlər mövcuddur. Bəzi hallarda istifadəçi öz tələbinə uyğun şriftin ölçüsünü əl ilə göstərə bilər. Məzələn, Siz hazırladığınız mətndə şriftin ölçüsünü 6 təyin etmək istəyirsinizsə, onda əl ilə həmin ölçünü ölçü qutusuna daxil edə bilərsiniz. Ölçünü qutuya daxil etdikdən sonra [Enter] düyməsi sıxılmalıdır.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin