Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci


Müasir yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş necə təşkil olunur



Yüklə 337,45 Kb.
səhifə30/35
tarix13.12.2023
ölçüsü337,45 Kb.
#175489
1   ...   27   28   29   30   31   32   33   34   35
Test-200-50Əməyin mühafizəsi və HFT-1

33. Müasir yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş necə təşkil olunur. Müasir yaradılan texnika və texnologiyalarda təhlükəsiz iş, hasarlayıcı, qoruyucu və blakirovka edici tormozlayıcı (əyləyici) qurğularla, siqnallaşdırma, müəyyən məsafədən idarəetmə sistemlərlə, fərdi mühafizə vasitələrindən istifadə etməklə və vaxtaşırı olaraq mühafizə vasitələrinin yararlı olmasına nəzarət etməklə təşkil olunur.
Hasarlayıcı quruluş:-Bu quruluş onun sadəliyinə, etibarlılığına və ucuzluğuna görə geniş miqyasda kənd təsərrüfatı maşın və avadanlıqlarında təhlükəli sahəni mühafizə məqsədi ilə istifadə olunur.Hasarlayıcı quruluş insan və təhlükəli faktor arasında arakəsmə yaradaraq işçini onun təsirinin düzgün olub olmamasından asılı olmayaraq etibarlı qoruyur.Hasarlayıcı quruluşlar müxtəlif konstruksiyalı forma və istifadə sahələrinə görə fərqlənirlər. Onlar daimi və müvəqqəti ola bilərlər. Daimi hasarlayıcılar hər hansı mexanizmanın ayrılmaz hissəsi hesab olunurlar (məs: ötürmə mexanizminin gövdəsi, ilişmə muftası, əyləyicilərin örtükləri və s).Müvəqqəti hasarlayıcılar stasionar olmayan istehsalat işlərini yerinə yetirən zaman istifadə olunur. (mis: elektrik qaynağında elektrik qövsündən mühafizə üçün, quyuların, torpaq qazma işçlərində, təmir və quraşdırma işlərində və s).
Qoruyucu quruluşlar: - Qüvvədə olan təhlükəsizlik tələblərinə görə heç bir maşın, alət və avadanlıq işə yararlı hesab oluna bilməz, əgər müəyyən qəza hadisəsi baş verdikdə onu bu qəzadan xilas etmək üçün onun qoruyucu quruluşu yoxdursa.
34. Zərərli istehsalat faktorlarının yaranmasını bütün qoruyucu quruluşlarda neçə yerə bölmək olar: 1)Mexaniki yüklənmədən olan qoruyucular .
2)Maşının qabaritindən (əndazəsindən) kənara çıxan hissəsinin qoruyucusu.
3)Təzyiq və temperaturanın yüklənməsində olan qoruyucular.
4)Elektrik cərəyanının gücünün artması buraxılabilən normadan artıq olan qoruyucular.
35. Siqnallaşdırmanın növləri və istifadə qaydası: Baş verəcək və baş vermiş təhlükədən müdafiə üsulu kimi müasir texnologiyada siqnallaşdırmadan geniş istifadə edilir.Təsir etmə üsuluna görə siqnallaşdırmanın aşağıdakı növləri vardır: işıqla, səslə, rənginə və işarəsinə görə.

  1. İşıq siqnalından bir təhlükəsizlik vasitəsi kimi nəqliyyat işlərində geniş istifadə edilir. O, qarşılaşdıqda və nəqliyyatın arxasınca getdikdə təhlükəni xəbərdar edir. Bu məqsədlə nəqliyyat vasitələri müxtəlif işıq siqnalları ilə ( priborlarla) təchiz olunur: faralar, dayanma siqnalı, dönmə göstəriciləri və s.

  2. Traktor aqreqatlarını ikitərəfli siqnalla təchiz etmək lazım gəlir.

  3. Avadanlıqlarda yaranmış artıq səs-küydə işıq siqnalından aşağı səs-küydə isə (60...70 dБ)-səs siqnalından istifadə olunur.

  4. Rəngdən istifadə edərək təhlükələrin kordinasiya edilməsi ilə istehsalatda çoxlu miqdarda baş verə biləcək bədbəxt hadisələr qabaqcadan xəbərdar edilir.

  5. DÜİST 12.4.026-76-ya əsasən aşağıdakı rəng siqnalları və onların istifadə sahələri müəyyənləşdirilmişdir: Qırmızı – “Qadağan edilmişdir”, “Dayan”, “Mütləq təhlükə var”.


Yüklə 337,45 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin