Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci


Azərbaycan Respublikasının Əmək Məcəlləsində hansı məsələlər öz əksini tapmışdır?



Yüklə 337,45 Kb.
səhifə23/35
tarix13.12.2023
ölçüsü337,45 Kb.
#175489
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
Test-200-50Əməyin mühafizəsi və HFT-1

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində hansı məsələlər öz əksini tapmışdır?
Əmək mühafizəsi fənninə uyğun hansı terminlər qəbul edilmişdir.
Əmək müqaviləsi, kollektiv müqavilə, iş və istirahət vaxtı, qadınların və gənclərin əməyi və s.


7. Əmək müqaviləsi nədir? İşçi ilə müəssisə, idarə və təşkilat arasında bağlanan yazılı sazişdir. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
8. Kollektiv müqavilə nədir? Əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı ilə müəssisə rəhbəri arasında bağlanmış müqavilədir . Əmək məcəlləsinin 29-cu maddəsinə görə kollektiv müqavilənin bir tərəfi işə götürən, digər ttərəfi həmkarlar ittifaqı təşkilatıdır yaxud (kollektivdir). 31-ci maddə müqavilənin məzmunu (22 bənddən), 32-ci maddədə müqavilənin qüvvəsi nəzərdə tutulur (7 bənddir).


9. Əmək müqaviləsinin tərəfləri:
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 3. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 4. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.


10. Əmək müqaviləsində mütləq hansı əsas şərtlər və məlumatlar göstərilməlidir?
a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;



Yüklə 337,45 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin