Qrup: TAR2205b
Fakultə: Tarix və Coğrafiya
İxtisas: Tarix müəllimliyi
Kurs: 1
Fənn:Orta əsrlər tarixi
Müəllim:Bəhman Kərimov
Mövzu: Xalqların Böyük köçünün başlaması
Baku -2023
Türk xalqlarının qədim əcdadları olan hunlar eramızdan əvvəlki dövrdə Baykal gölü və Monqolustan ərazisində yaşayır- dılar. Böyük Hun imperiyası dağıldıqdan sonra 24 hun tayfası əsrlər boyu yaşadıqları yerleri tərk etdilər. Qərbə doğru irəliləyən bu tayfalar 4-cü əsrdə Volqa və Don çayları ərazisində məskunlaşaraq Qərbi Hun və ya Avropa Hun dövləti kimi tanınan güclü dövlət yaratdılar. Hun tayfalarının qərbə doğru hərəkəti dünyada böyük dəyişikliklərə səbəb oldu. Hunların yolu Üstündə yaşayan tayfalar onların təzyiqinə davam gətirməyib yaşadıqları əraziləri tərk edir,qərbə, Avropanın içərilərinə doğru çəkilirdilər.Tarixdə xalqların böyük köçü» adlanan bu proses bir neçə əsr çəkdi. Bu dövrdə Avropanın böyük bir hissəsi Roma imperiyasının tərkibinə daxil idi. Əvvəlki gücünü itirən Roma IV əsrdə iki hissəyə - Qərbi və Şərqi imperiyalara parçalanmışdı. Qərb hissəsi, paytaxtı Ravenna olsa da, yene Roma dövləti ad- lanırdı. Şərq hissəsi isə paytaxtı Konstan- tinopol olan Bizans dövləti idi. «Qocalmış≫ Roma onun sərhədlərini pozan tayfaların qarşısını çətinliklə alırdı. Dövləti qoruyub saxlamağa çalışan romalılar Hun imperiya- sının qüdrətini görüb onunla «mehriban» da- vranmağa çalışırdılar. Onların hunlarla bağladığı müqaviləyə əsasən Roma hər il Hun dövlətinə 350 libra qızıl verməli və bunun müqa- bilinde hun ordusu Romanın apardığı müharibə- lərdə ona kömək göstərməli idi. O dövrün qayda-qanunlarına görə müqavilə bağlayan tərə- flər bir-birinə girov vermeliydi. Girov verilənlər adətən dövlət başçısının yaxın adamları olurdu. Hun hökmdarı Rua kimin girov verilməsini götür-qoy edib qarda- şı oğlu Attilanı seçmişdi. O, Roma dövləti və siyasəti barədə dəqiq məlumat almaq istəyirdi. Belə məlumatı isə dərin müşahidə qabi- liyyətinə malik olan Attila verə bilərdi. Attila 406-cı ildə anadan olmuşdu. O, hökmdar nəslindən idi. Ata- si Muncuk tez vəfat etdiyindən Attila əmisi Ruanın himayəsində tər- biyə almış, döyüş sənətini və orduya rəhbərliyi də ondan öyrənmişdi. Uşaqlıqdan gücü, çevikliyi və ağlı ilə yaşıdlarından fərqlənən Atti- lanın özünəməxsus düşüncə tərzi var idi - her bir məsələni dərindən öyrənməyi və qiymətləndirməyi bacarırdı. Döyüşlərə adi əskər kimi başlayan Attila tez bir zamanda 1000 nəfərlik qoşun dəstəsinin baş- çısı təyin edilmişdi. Attilanın sərkərdəlik istedadı, qalibiyyətli döyüş manevrləri, əskərləri ruhlandırmaq və öz arxasınca aparmaq bacarığı hətta ən təcrübəli hun sərkərdələrini bele heyran qoyur, onunla he- sablaşmağa məcbur edirdi.