6
Y
üksək texnologiyalar sahəsində
ən son uğurlardan biri
rəqəmsal
kameralardır
[digital camera]. Rəqəmsal kamera vasitəsilə çəkilmiş şəkillər kameranın
yaddaşında saxlanılır və istənilən vaxt kompyuterin yaddaşına köçürülə bilər. Çəkilmiş
şəkillərə dərhal baxmaq, oradakı istənilən çatışmazlığı aradan qaldırmaq
və xüsusi
effektlər əlavə etmək olur. Kamkorder (videomaqnitofonu olan videokamera), yaxud
adi videokamera vasitəsilə çəkilmiş görüntüləri də kompyuterə köçürmək imkanları var.
Kompyuterdə həmin görüntüləri redaktə etmək və ekranda baxmaq olar.
Rastr görüntülərlə işləmək üçün proqram vasitələrini – qrafik redaktorları iki qrupa
bölmək olar. Birinci qrup ikiölçülü rəsmlərin yaradılması üçün nəzərdə tutulub. Bu
7
qrupa aid proqramlar tipik rəssam alətlərini (fırça, qələm, karandaş və s.), boyaq
materiallarını (akvarel, yağlı boya və s.) və əriş materialları (kağız, kətan və s.)
imitasiya edir. İkinci
qrup proqram
vasitələrinə rastr görüntülərin emalı proqramları aiddir. Bu proqramlarda rəsm
çəkmək üçün
məhdud sayda alətlər olur, əvəzində onlar görüntülərin redaktə və
montaj olunması üçün geniş imkanlara malikdir.
Qeyd olunduğu kimi, vektor görüntülərlə işləmək üçün geniş imkanlara malik olan
və sərbəst yayılan bir sıra proqramlar mövcuddur.
Belə proqramlardan biri
OpenOffice.org paketinə daxil olan OpenOffice.org Draw proqramıdır.
OpenOffice.org Draw proqramı
düz xətlər,
müxtəlif növ əyrilər, düzbucaqlılar,
çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. 3D-qrafika
alətləri paralelepiped,
konus, silindr və s. kimi üçölçülü həndəsi fiqurlar çəkmək üçün nəzərdə tutulub. Bu
proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr,
mətn boksları, radio düy mə ləri, yoxlama boksları və s.) də yaratmaq olar.
OpenOffice.org Draw proqramı düz xətlər, müxtəlif növ əyrilər, düzbucaqlılar,
çevrələr və başqa fiqurlar çəkməyə imkan verir. 3D-qrafika alətləri paralelepiped,
konus, silindr və s. kimi üçölçülü həndəsi fiqurlar çəkmək üçün nəzərdə tutulub. Bu
proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif idarəetmə elementləri (düymələr,
mətn boksları, seçim düymələri, yoxlama boksları və s.) yaratmaq olar.