Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Tələbə: Abdullayev Fərid



Yüklə 105,76 Kb.
səhifə2/2
tarix15.10.2023
ölçüsü105,76 Kb.
#155875
1   2
8793 (2

Muzey eksponatları
Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.

Qədim milli musiqi alətləri ansamblı


Muzeyin nəzdində 14 nəfər musiqiçini özundə birləşdirən Qədim milli musiqi alətləri ansamblı fəaliyyət göstərir. Bu ansamblın bənzərsiz cəhəti ondadır ki, musiqiçilər orta əsrlərdə istifadə olunmuş, tədricən unudulmuş və muzeyin əməkdaşı, ansamblın bədii rəhbəri M.Kərimov tərəfindən bərpa olunmuş musiqi alətlərində XIV əsr musiqisini, həmçinin Azərbaycan xalq mahnılarını ifa edirlər. Boyuk səy və ustalıqla yaradılmış çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu, rubab kimi musiqi alətlərini yalnız Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspozisiyasında görmək olar.
Muzey arxivi
Muzeydə 800-dən çox şəxsi arxiv var. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Əşrəf Abbasovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır.Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.
Qurum fəaliyyətinə İçərişəhərdəki Karvansarayda başlayıb. Yarım əsr ərzində səmərəli fəaliyyət göstərən muzeyin əsas məqsədi musiqi irsimizin qorunması olub. Qurum həmçinin, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliği üzrə həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük işlər aparır. Muzeyin fondunda 55925 eksponat toplanıb. Bu eksponatlar içərisində milli, eləcə də dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri, nadir səs yazıları var. Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir. Muzey eksponatları əsas mövzu bölmələrini özündə birləşdirən, Azərbaycan musiqi tarixinə həsr olunan daimi sərgidə toplanıb.
Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarətdir.
Arxiv-memuar fondunda məşhur bəstəkarların, musiqiçilərin, vokalistlərin, xanəndələrin, müğənnilərin, rəqqasların heyat və yaradıcılığına aid olan afişalar, məktublar, dəvətnamələr, əlyazmalar, teleqramlar, kitablar, sənədlər qorunub saxlanılır.
Foto-neqativ fondunda görkəmli musiqiçilərin fotoları və neqativləri qorunur.
Musiqi alətləri fondunda qorunan 277 musiqi alətindən 208-i Azərbaycan, 69-u isə xarici musiqi alətidir. Burada Azərbaycanın musiqi xadimlərindən Xan Şuşinski, Səid Rüstəmov, Hüseyn Saraclı, Həbib Bayramov və başqalarına məxsus musiqi alətləri var. Fondda həmçinin, qədim musiqi alətləri və dünya xalqları alətlərinin replikaları da nümayiş olunur.
Fonotekada 1733 val qorunur. Bundan əlavə, 379 audio lent yazısı və 189 CD var. Sözügedən materiallar XX əsrin əvvələrindən XXI əsrə qədərki dövrü əhatə edir.
Eskiz-maket fondunda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Həsən Haqverdiyev, Elturan Avalov, İsmayıl Məmmədov və başqa məşhur rəssamların əsər və eskizləri var.
Müəllif not əlyazmaları fondunda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Tofiq Quliyev, Şövkət Ələkbərova, Vaqif Mustafazadə və başqalarının əlyazmaları saxlanılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 13 oktyabr 2010-cu il tarixli sərəncamı ilə muzeyin nəzdində Musiqi alətləri dövlət kolleksiyası yaradılıb. Nazirlik tərəfindən kolleksiyaya 10 skripka, 10 skripka kamanı, 4 violonçel, 1 violonçel kamanı, 3 alt kamanı təqdim edilib.
Muzeyin hazırda 3 filialı - maestro Niyazi və cazmen Vaqif Mustafazadənin ev muzeyi, Xalq çalğı alətləri daimi sərgisi fəaliyyət göstərir. 4-cü filial - Qara Qarayevin ev muzeyi hazırlıq ərəfəsindədir.
Muzeyin ən böyük ekspozisiya sahəsi və eksponant sayına malik filialı görkəmli dirijor və bəstəkar Maestro Niyazinin ev muzeyidir. Muzey 1994-cü ildə açılıb. Maestro bu mənzildə 1958-ci ildən həyatının sonuna qədər yaşayıb. Ev muzeyi 5 otaqdan ibarətdir, bunlardan 3-ü memorial otaqlardır. Digər 2 otaq isə ekspozisiya və qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları, afişalar, proqramlar eksponatlar nümayiş olunur. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən şəkillər, müxtəlif illərdə maestroya bağışlanan və muzey tərəfindən əldə olunan rəngkarlıq nümunələri nümayiş etdirilir.
Ev muzeyində Niyazinin 120 not əlyazması, 2746 fotoşəkil, dirijorun şəxsi kitabxanasında olan 486 kitab və notlar, 279 qramval, digər bəstəkarların 5 əlyazması kimi dəyərli eksponatlar saxlanılır.
Vaqif Mustafazadənin ev muzeyi 1989-cu ildən bəri fəaliyyət göstərir. Üç otaqdan ibarət olan mənzil-muzeydə V.Mustafazadənin həyat və yaradıcılığından, eləcə də uşaqlıq illərindən bəhs edən 1214 eksponat qorunur.
1987-ci ildən fəaliyyət göstərən Xalq çalğı alətləri daimi sərgisi ekspozisiyasının başlıca məqsədi məişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı
prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.
Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. 1-ci otaqda arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə yaşayan azərbaycanlı alimlərin musiqi haqqında traktatlarında, ədəbiyyat və memarlıq abidələrində, orta əsr rəssamlarının miniatürlərində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir, qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunur.
Ekspozisiyanın sonrakı bölməsi görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda, burada ustadın həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz əksini tapıb.
1996-cı ildən etibarən muzeyin nəzdində "Qədim Musiqi Alətləri Ansamblı" fəaliyyət göstərir. 14 nəfər musiqiçini özündə birləşdirən ansamblın bənzərsizliyi ondadır ki, orta əsrlərdə istifadə olunub, sonralar tədricən unudulan musiqi alətlərində XIV əsr musiqisi, həmçinin, xalq mahnıları ifa edilir. Böyük səy və ustalıqla, ilk dəfə olaraq bərpa edilən çǝng, bərbət, rud, çəqanə, səntur, setar, rübab və qopuz kimi musiqi alətlərini görmək və dinləmək mümkündür. Ansambl həmçinin, Azərbaycanı xaricdə də uğurla təmsil edir. 2002-ci ildə UNESCO-nun Paris iqamətgahında keçirilən "Voix et Rout Romane" festivalında, Almatida (2003), Düşənbədə (2005) keçirilən "Ürəyin səsləri" festivalında və İstanbulda İslam ölkələri mədəniyyəti həftəsi çərçivəsində təşkil olunan proqramda uğurlu çıxışları olub.
Muzey ölkə və beynəlxalq elm aləmində fəal iştirak edir. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY ilə birlikdə "Türk xalqlarının musiqi alətləri" beynəlxalq elmi simpoziumunu keçirib. Bu, Azərbaycanda ilk dəfə olaraq musiqidə türk birliyi haqqında beynəlxalq forum idi.
2012-ci ildən bəri isə "İntermuzey" beynəlxalq festivalında iştirak edən yeganə muzeyimizdir. Eyni zamanda, qurum 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM), 2010-cu ildən Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası Beynəlxalq Komitəsinin, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsi (SIMCIM) İdarə Heyətinin, Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM), Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının (WMA) üzvüdür. Muzey "Google" şirkəti ilə birgə "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi", "Azərbaycan xalq musiqisi", "Azərbaycan bəstəkarlıq məktəbi" sərgiləri hazırlayıb. Hazırda isə "Qara Qarayev" sərgisinin üzərində iş aparılır.
Muzey xaricdə Azərbaycan musiqisinə dair saxlanılan sənədlərin surətini ölkəmizə gətirmək üçün çalışır. Bir neçə il əvvəl qurum Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunda fonoqram arxivdən sənədlər əldə edib. Burada 1920-1930-cu illərdə yazılan xalq mahnıları, musiqilər, eyni zamanda Zəngəzur mahalı və Ermənistanla serhed rayonların əhalisinin folkloru toplanıb. Bu arxivdəki sənədlərin surəti nazirliyin dəstəyi ilə ölkəmizə gətirilib.
Muzey yubileyində böyük bəstəkar Qara Qarayevin Moskva və Sankt-Peterburq arxivlərindən aşkara çıxarılan teatr tamaşalarına yazdığı əsərlərdən bəzi fraqmentləri təqdim edib.
Muzeyin direktoru Alla Bayramova bu ilin yazında nazirlik tərəfindən Rusiya Ədəbiyyat və İncəsənət Arxivinə ezam olunub. Orada Qara Qarayevin arxivini araşdırıb. Arxiv böyük olduğu üçün bu işin davam etdirilməsi qərara alınıb. Arxivdə Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı aşkarlanıb və onların surəti Azərbaycana gətirilib. Bu əsərlər haqqında kitablarda qeyd olunsa da, həmin əsərlər heç vaxt səsləndirilməyib.
Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixinin daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.
Muzeydə mütəmadi olaraq elmi işlə məşğul olur, elmi konfranslarda iştirak edilir. "Nizami Gəncəvi və musiqi" mövzusu ilə İtaliyanın Kyaravalle şəhərində keçirilən Ədəbiyyat Muzeyləri Beynəlxalq Komitəsinin konfransında (26-28 sentyabr 2011-ci il), Londonda keçirilən "Mərkəzi Asiyanın musiqi coğrafiyaları" adlı konfransda (15-19 may 2012-ci il) "Nizami yaradıcılığı Mərkəzi Asiyanın musiqi mədəniyyətinin öyrənilməsində mənbə kimi" mövzusunda çıxış edilmişdir. 9-19 mart 2013-cü il tarixində Bakı şəhərində "Muğam Aləmi" III Beynəlxalq Mu­ğam Fes­­­tivalı keçirildi.
Yüklə 105,76 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin