Azərbaycan Respublikası ərazisində axan çaylar


Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar



Yüklə 28,67 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü28,67 Kb.
#39795
1   2   3
Azərbaycan Respublikası ərazisində axan çaylar

Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.

I. Uzunluğuna görə:

Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı - 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə:

Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;

III. Mənsəbinə görə:

1. Mənsəbsiz - Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
2. Mənsəbli - qalan bütün çaylar;
3. Mənsəbi okean səviyyəsindən aşağı - Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s;

IV. Relyef xüsusiyyətinə görə:

  1. Üzərində şəlalə yaranan - Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
    2. Dərəsində kanyon olan çaylar - əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay, Vəlvələçay və s. ;
    3. Enli «U» şəkilli çaylar - gilli süxurları kəsib keçən düzənlik çaylarında - Kür, Araz və s. ;

    V. Formalaşmasına görə:

    1. Kənardan (tranzit) mənbə götürənlər - Kür, Araz, Arpaçay, Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
    2. Azərbaycanda formalaşan - Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay, Ceyrankeçməz;

    VI. Qidalanmasına görə 2 qrupa: 

    1. Yayda quruyan - Sumqayıt, Ceyrankeçməz, Pirsaat.
    2. Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.

    VII. Coğrafi yerləşməsinə görə

    1. Böyük Qafqazın şimal-şərqindən axan çaylar - Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
    2. Böyük Qafqazın cənub yamacının çayları - Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu-iri gətirmə konusları yaradırlar.
    3. Abşeron-Qobustanın çayları - Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
    4. Talış dağlarının çayları- Lənkərançay, Astaraçay, Viləşçay - əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
    5. Kiçik Qafqazın şimal-şərq yamacından axan - Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay - Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
    6. Kiçik Qafqazın cənub-şərq yamacından axan - Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay - Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
    7. Naxçıvanın əsas çayları - Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.

Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəb rütubət çatışmamazlığıdır)

Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır. Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir: 

a) Palçıqlı sellər - Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları ; 
b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux.

Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata böyük miqdarda ziyan vurur. İki yolla bu mübarizə aparılır:
 
1. Hidrotexniki qurğular tikməklə (beton bəndlər); 
2. Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə).

Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.
Yüklə 28,67 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin