Azərbaycan Respublikası Kənd Təsərrüfaı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi



Yüklə 40.79 Kb.
PDF просмотр
tarix04.07.2017
ölçüsü40.79 Kb.

Azərbaycan Respublikası  

Kənd Təsərrüfaı Nazirliyi  

Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi 

Əkinçilik Elmi Tədqiqat İnstitutu 

 

 

 

 

 

 

 TƏBİİ OTLAQLARIN 

YAXŞILAŞDIRILMASI VƏ DAVAMLI 

İDARƏ EDİLMƏSİ 

 

 

 

 

 

 

 

 

Bakı 2016 

 

    Yay 



və  qış  otlaqlarının  heyvandarlığın 

inkişafında  böyük  yemlik  əhəmiyyəti  olmasına 

baxmayaraq həmin otlaqlar uzun müddətdən bəri 

demək olar ki, sistemsiz otarılır və yaxşılaşdırma 

işlərinə  zəif  fikir  verilir.  Hal-hazırda  otlaqlarda 

həddindən  artıq  mal-qara  və  qoyun  sürüləri 

saxlanılır.  Bu  isə  otlaqların  tapdanmasına, 

yamaclarda  eroziya  prosesləri  getməsinə  səbəb 

olur.  Buna  görə  də  otlaqların  bitki  qruplaşmaları 

getdicə  dəyişir.  Qiymətli  yem  bitkiləri  əvəzinə 

yemlik əhəmiyyəti az olan bitkilər inkişaf etməyə 

başlayır. 

   Təbii  yem  sahələrinin  məhsuldarlığını  ərazinin 

potensial 

imkanalarına 

uyğunlaşdırmaq, 

heyvandarlığın yemə olan tələbatını ödəmək üçün 

bir sıra mədəni-texniki, aqrotexniki və meliorativ 

tədbirlər  həyata  keçirmək  lazımdır.  Otlaq    və 

biçənəklərin heyvandarlığın inkişaf etdirilməsində 

müstəsna  rolunu  nəzərə  alaraq,  onların  qorunub 

saxlanmasını, 

məhsuldarlığının 

artırılmasını 

təmin etmək üçün onlara daim qulluq edilməli, az 

məhsuldar sahələr səhti və əsaslı yaxşılaşdırılmalı 

və davamlı idarə olunmalıdır. 

     Otlaq və biçənəklərin yaxşılaşdırılması  

     Səthi 

yaxşılaşdırma: 

Otlaqların 

yem 

keyfiyyətini  yaxşılaşdırmaq  və  məhsuldarlığını 



artırmaq  üçün  bütün  otlaq  sahələrində  səthi 

yaxşılaşdırma  keçirilməlidir.  Belə  bir  tədbir 

sayəsində bir tərəfdən otlaqda qiymətli yem otları 

qorunub saxlanılır, digər tərəfdən otlağın botaniki 

tərkibi qiymətli yem bitkiləri ilə zənginləşdirilir. 

    Səthi 

yaxşılaşdırma 

tədbirləri 

sisteminə 

gübrələmə,  torpaq  səthinin  malalanması,  zəhərli, 

zərərli  bitkilərlə  mübarizə,  otlağın  daşlardan 

təmizlənməsi, sahənin hamarlanması və ot örtüyü 

səthinə  qiymətli  ot  toxumlarının  səpilməsi  kimi 

tədbirlər aiddir. 

    Gübrələrin  tətbiqi  nəticəsində  otlaqların  hər 

hektarının məhsuldarlığını 40-50% artırmaq olar.  

    Otlaqların 

yaxşılaşdırılmasında 

mühüm 

tədbirlərdən  biri  də  otlağın  daş  və  lazımsız 



qalıqlardan təmizlənməsidir. Bu zaman otlaqlarda 

daşları  bir  yerə  toplamalı  və  ya  çalalara,  

yarğanlara  töküb  mümkün  qədər  üstünü  torpaqla 

örtüb  ot  toxumu  səpmək  lazımdır.  Eroziyaya 

uğramış  dik  yamaclarda  isə  daşları  yamacın  eni 

istiqamətində  bir  birindən  5-10  metr  aralı  cərgə 

ilə yığmaq və cərgə arası sahələrə  isə ot toxumu 

səpmək  lazımdır.  Belə  bir  tədbir  eroziya 

prosesinin  qarşısını  alır  və    otlaq  altı  torpaqların 

istifadə  əmsalını  yüksəldir.  Otlaqlarda  belə 

tədbirlərin 

həyata 


keçirilməsi 

nəticəsində 

məhsuldarlığı 1-1,5 sentner artırmaq olar. 

    Respublikamızın  otlaqlarında  rütubətli  və 

bataqlıq sahələrə də rast gəlmək olur. Belə sahələr 

həm  yay,  həm  də  Kür-Araz  ovalığında  yerləşən 

qış  otlaqlarında  təsadüf  edilir.  Bu  sahələrdə 

meliorativ  tədbirlər  həyata  keçirməklə  qurudub 

yararlı  hala  salmaq  lazımdır.  Bu  cür  qurudulmuş 

sahələr  hesabına  az  miqdarda  olsa  da,  yem 

sahəsini genişləndirmək olar 

    Əsaslı  yaxşılaşdırılma:  Otlaqaltı  torpaqların 

səmərəli  istifadə  edilməsində,  məhsuldarlığının 

artırılmasında, 

heyvandarlığın 

yemə 

olan 


tələbatının  ödənilməsində  əsaslı  yaxşılaşdırma 

otlaqlarda  ən  mühüm  tədbirlərdən  biridir.  Əsaslı 

yaxşılaşdırma  az  məhsuldar  deqradasiyaya 

uğramış otlaq sahələrində aparılır. 

    Əsaslı  yaxşılaşdırma  zamanı  təbii  çim  qatı 

tamamilə    şumlanır  və  qiymətli  yem  bitkilərinin 

toxumları səpilir. 

    Qış  otlaqlarında  səpini  payızda  dəmyə  və 

suvarma şəraitində keçirmək lazımdır. 

    Otlaqların  əsaslı  yaxşılaşdırılması  zamanı 

torpağın səpin üçün hazırlanmasına xüsusi diqqət 

vermək  lazımdır.  Torpağın  hazırlanmasında 

torpaq-iqlim  şəraitinə  və  relyefə  uyğun    tərtib 


olunmuş 

becərmə 


sistemlərindən 

istifadə 

edilməlidir. 

    Əsaslı  yaxşılaşdırmada  bir  yox,  bir  neçə 

çoxillik  çəmən  və  yarım  kol  ot  bitkilərinin 

toxumlarının qarışığını səpmək daha yaxşı nəticə 

verir.  Bir    və  ya  bir  neçə  ot  qarışığından  istifadə 

etdikdə yüksək keyfiyyətli  yem məhsulu  almaqla 

yanaşı,  otlağın  istifadəsi  uzun  müddətli  olur.  Ot 

qarışıqlarının  səpini  ot  örtüyünün  eyni  səviyyədə 

inkişaf 

etməsinə, 

torpağın 

aqrokimyəvi 

xassələrinin yaxşılaşmasına müsbət təsir göstərir. 

Otlaqaltı torpaqlarda eroziya prosesinin qarşısının 

alınmasında  da  qarışıq  səpinlər  müsbət  rol 

oynayır. 

   Təbii  şərait  və  təsərrüfatın  tələbatı  nəzərə 

alınmaqla  qış  otlaqlarında  quraqlığa,  şoranlığa, 

istiyə davamlı uzuntraq ayrıq, daraqsünbül ayrıq, 

əzgən, yüksək məhsuldar, hündürlüyü nisbətən az 

olan  taxıl  otları  ilə  paxlalıların  qarışığından 

istifadə  olunur.  Belə  qarışıqlar  çoxömürlülük, 

yüksək  məhsuldarlıq  və  keyfiyyət  baxımından 

olduqca  sərfəlidir,  həm  də  bu  vaxt  ekoloji 

mühitdən  səmərəli  istifadə  edilir.  Ümumiyyətlə, 

ot  qırışıqları  təmiz  səpinlərə  nisbətən  40-60  % 

çox məhsul verir və tapdanmaya davamlı olur. 

    Eroziyanın  əmələ  gəlməsi  və  relyef  şəraitinə 

görə  uzun  illər  dağlıq  zonalarda  otlaqların  əsaslı 

yaxşılaşdırılması  faydalı  tədbir  hesab  edilmirdi, 

lakin  dağlıq  bölgələrdə  aparılan  çoxillik 

tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  yay 

otlaqlarının  əsaslı  yaxşılaşdırılmasında  dağlıq 

ərazilərə uyğun becərmə sistemləri tətbiq etməklə 

çoxillik  otların  əkilməsi  nəinki  ot  örtüyünün 

məhsuldarlığını  artırır,  həmçinin  torpaqların 

eroziyaya uğramasının qarşısını alır. 

    Hər  bir  dağ  qurşağının  özünəməxsus  təbii 

iqtisadi şəraiti və ekologiyası vardır. Ona görə də 

təbii  yem  sahələri  yaxşılaşdırılarkən  həmin 

qurşağın şəraitinə uyğun ot növləri seçilib istifadə 

olunmalıdır. 

 

 

   Orta  dağlıq  qurşaqda  qılçıqsız  tonqalotunu, 



çəmən  topalını,  çobantoppuzunu,  Zaqafqaziya 

xaşasını,  çəmən  üçyarpaq  yoncasını  və  başqa 

otları müvəffəqiyyətlə səpmək olar. 

   Subalp  qurşağının  şimal  yamaclarında  çəmən 

pişikquyruğu,  çobantoppuzu  ilə  qırmızı  üçyarpaq 

yoncanın qarışığının, cənub yamaclarında  çəmən 

topalı,  qılçıqsız  tonqalotu  ilə  çəhrayı  çəmən 

yoncası  qarışığının  əkilməsi  daha  məqsədə 

uyğundur. 

   Orta 


dağ 

qurşaqlarında 

az 

məhsuldar 



çəmənliklərin  əsaslı  yaxşılaşdırılmasında  taxıl 

fəsiləsi  ilə  paxlalı  otların  qarışığından  istifadə 

etdikdə məhsuldarlığı 8-10 dəfə artırmaq olar. 

   Otarmanın idarə edilməsi. 

   Otlaqlarda  otarmanın  idarə  edilməsi  orada 

bitkiliyin heyvanlar üçün davamlı inkişafını təmin 

edir.  Əgər  heyvanlar  bir  yerdə  uzun  müddət 

otarılarsa  onlar  çəki  və  məhsuldarlığını,  bitkilər 

isə tez bərpa olunma qabiliyyətini itirir.  

   Hər  bir  otlaq  sahəsi  orada  otarıla  biləcək 

heyvanların say həddini müəyyənləşdirən özünün 

bioloji  məhsuldarlığına  malikdir.  Otlaqların 

həddən  artıq  yüklənməsi  torpaqlarda  bitki 

potensialının  itməsinə,  torpaqlarda  çim  qatının 

dağılmasına,  onların  eroziyaya  uğramasına,  hətta 

istifadə  dövriyyəsindən  çıxmasına  səbəb  olur. 

Otlaqlarda  bitki  örtüyünün  məhvi  torpaqların 

səhralaşmasına gətirib çıxarır. 

    Otlaqları eroziyadan mühafizə etmək və onların 

məhsuldarlığını  artırmaq  üçün  otlaqlarda  növbəli 

otarma sisteminin tətbiqi xüsusilə əhəmiyyətlidir. 

Mal-qaranın  otarılmasında  dövriyyə  sisteminə 

riayət  edilməli,  otlaq  sahəsi    6-8  hissəyə  (küzə) 

bölünməli, hər hissədə 3-4 gün otarıldıqdan  sonra 

heyvanlar 

qonşu 

hissələrə 



keçirilməlidir. 

Beləliklə,  mal-qara  təkrarən  25-30  gündən  sonra 

otarılmış  hissələrə  buraxılır.  Bu  müddətdə 

əvvəlcə  otarılmış  sahələrdə  bitki  örtüyü  boy  atıb 

inkişaf edir, torpağın səthi həmişə bitki ilə örtülü 

olur  və  nəticədə  səthi  su  axımının  əmələ gəlməsi 

müşahidə  edilmir.

 

Otlaq  hissələrlə  otarıldıqda 



otlağa  olan  tələbata  20-30%  qənaət  edilir. 

Sistemli otarmada inəklərin süd məhsuldarlığı 20-

23%,  cavan  qaramalın  çəki  artımı  25-30%, 

qoyunların  çəki  artımı  15-18%,  yunun  uzanması 

isə 20-25% artır.  

    Otlaqlarda 

otarmanı  idarə  etmək  üçün 

aşağıdakılara diqqət yetirilməlidir: 

-otlağın istifadə formasını müəyyənləşdirmək; 

-otlağın  otarma  normasını  müəyyənləşdirmək 

və ona düzgün əməl edilməsinə nəzarət etmək;  

-otlağın  davamlı  istifadəsini  təmin  edən 

tədbirlər planını hazırlamaq; 

-otlağın  bitki  örtüyünün  tipinə  görə  otarılacaq 



heyvan növünü müəyyənləşdirmək. 

 

Ünvan:  Az1098.  Bakı  şəhəri  Pirşağı  qəsəbəsi  2 

saylı sovxoz 

Telefonlar: +994 12 551 61 30; 551 68 19 

Fax: +994 12 551 61 30 

E-mail: 

aetei@mail.ru

; 

akinchi_talai@mail.ru

; 

Web səhifə: 

www.Aetei.az

. 

Hazırladılar : 

b.e.ü.f.d. , dosent C.M.Təlai 

R.N.Zeynalov, M.M.Məmmədov

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə