1.4. Məşğələ zamanı yaralanmalar olarsa ilk tibbi yardım göstərmək üçün zəruri dərman və sarğı dəsti olmalıdır.
1.5. İş zamanı zədə almış və yaxud qəzanın şahidi olmuş digər əməkdaşlar baş vermiş hadisə barədə dərhal müəssisə rəhbərliyinə məlumat verməlidir. Avadanlıqlar, cihazlar və alətlər nasaz olarsa məşqələ dayandırılmalı və rəhbərliyə məlumat verilməlidir.
1.6. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.
2.1. Xüsusi geyim və təhlükəsizlik ayaqqabılarını geyinməli, digər fərdi qoruyucu vasitələr istifadə olunmalıdır.
2.2. İş yeri, avadanlıqlar, inventarlar, balıq tutma aləti və s. yoxlanmalı və hazırlanmalı, yad cisimlər və işin yerinə yetirilməsinə mane ola biləcək hər şey keçidlərdən götürülməlidir.
2.3. Təhlükəsizlik tələblərinin pozulması aşkar edilərsə onlar iş başlamazdan əvvəl aradan qaldırılmalıdır. Əgər bunu etmək mümkün deyilsə, bu barədə laboratoriya əməkdaşlarına xəbər verilməli və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra işə başlanmalıdır.