Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Qəza ehtimalı şəraiti üçün təhlükəsizlik tələbləri



Yüklə 458,42 Kb.
səhifə84/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   80   81   82   83   84   85   86   87   ...   112
TTT — копия

4. Qəza ehtimalı şəraiti üçün təhlükəsizlik tələbləri

4.1. Yanğın təhlükəli yay mövsümündə güclü külək əsən zaman mətbəx ocaqlarının və qazanxana qurğularının yandırılması müvəqqəti olaraq dayandırılmalıdır.

4.2. Zədələnmələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməli, dərhal əməyin mühafizəsi üzrə mühəndisinə və ya əmrlə bu vəzifə həvalə edilmiş şəxsə və təsərrüfat işləri üzrə prorektora məlumat verilməlidir.

İdman zallarında təhlükəsizlik texnikası üzrə təlimat


  1. Ümumi tələblər

1.1. İdman zalında məşğələ üçün aşağıdakı şəxslərə icazə verilir:

- bədən tərbiyəsi üçün tibbi əks göstəricisi olmayan tələbələr;

- təhlükəsizlik təlimatı keçmişlər;

- məşğələnin növünə uyğun idman geyimləri və ayaqqabıları olanlar.



1.2. İdman zalında olarkən tələbələr daxili intizam qaydalarına riayət etməlidirlər.

1.3. İdman zalında məşğələlərin keçirilmə qrafiki rəhbərlik tərəfindən təsdiqlənmiş dərs cədvəli ilə müəyyən edilir.

1.4. Tələbələrdən yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri, ilkin yanğın söndürmə avadanlığının yerini bilməsi tələb olunur.

1.5. Tələbələr ilk yardım dəsti olan qutunun yerini bilməli və ilk tibbi yar­dım göstərməyi bacarmalıdırlar. Zədə alan və ya onun şahidi dərhal hər bir qə­za barədə idman zalında dərs keçən müəllimə (məşqçiyə) məlumat ver­mə­lidir.

1.6. İdman zalında və köməkçi otaqlarda (soyunma otaqları, duş kabinələri və s.) müəllimin (məşqçinin) icazəsi olmadan tələbələrin avadanlıq və inventarlara yaxınlaşması və istifadəsi qadağandır.

1.7. Soyunma otaqlarında, idman zallarında inventar və avadanlıqlara ziyan dəydiyi təqdirdə tələbələr ziyanı ödəyirlər.

1.8. Texniki təhlükəsizlik tələblərinə əməl etməyən və ya pozan şəxslər daxili intizam qaydalarına uyğun olaraq məsuliyyətinə cəlb olunurlar.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin