Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 94.79 Kb.
tarix22.05.2017
ölçüsü94.79 Kb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xalq şairi Zəlimxan Yaqubun anad olmasının 65 illiyi münasibətilə

Mən öz dastanımı yazib gəlmişəm

(metodik vəsait) 2015



Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.[1]1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.

Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə ƏrəbistanındaAlmaniyadaABŞdaİsveçdə, İsveçrədə, QırğızıstandaTürkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görəH.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.

5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib

Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə "NAZİM HİKMƏT" Beynəlxalq Ədəbiyyat Ödülü ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur

2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.

2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir

Kitabları



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/00/z%c9%99limxan_yaqub_13_cild.jpg/300px-z%c9%99limxan_yaqub_13_cild.jpg

Zəlimxan Yaqubun 13 cildlik Seçilmiş əsərləri

  • Şair harayı

  • Vətən yaralar

  • Sizi qınamıram

  • Ziyarətin qəbul olsun

  • Od aldığım ocaqlar 1986

  • Mən sənin qəlbinə necə yol tapım 2003

  • Böyük ömrün dastanı 2004

  • Qayıdaq əvvəlki xatirələrə 2004

  • Gözlərimin nurudu doğulduğum bu torpaq 2005

  • Mən bir dağ çayıyam 2006

  • Əbədiyyət dastanı 2008

  • Сказы саза 2008

  • Peyğəmbər (poema) 2009

  • Özün basdırdığın ağaca söykən (I cild). Bakı. Şərq-Qərb, 2010, 284 səh. şəkilli

  • Özün basdırdığın ağaca söykən (II cild). Bakı. Şərq-Qərb, 2010,

  • Mövlana. Bakı: "Vətən", 2012.-194 səh.

  • Müstəqillik yollarında. Birinci film (film, 2004)

  • Böyük ömrün davamı (film, 2007)

  • Zəlimxan dastanı (film, 2007)

  • Mən Hüseyn Arifəm... (film, 2010)

  • Atalar yolu (film, 2010)

Z.Y. Yaqubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə

görə Zəlimxan Yusif oğlu Yaqubov ( Zəlimxan Yaqub) “Şərəf” ordeni ilə təltif edilsin



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar 2010-cu il

“ Mən öz dastanımı yazib gəlmişəm

(metodik vəsait)

Ərənlər, ulu kəslər səf çəkərək düzülüb.

Qabaqca peygəmbərlər, sonra şairlər gəlir

Nizami Gəncəvi

I hissə. Həyat və yaradıcılığı.

Yaqubov Zəlimxan Yusif oğlu,

1950 ci il yanvarın 21-də Gürcüstan SSRİ Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra S.M. Kirov adına

ADU – nin kitabxanaçılıq fakultəsində təhsiı almışdır.Ədəbi fəaliyyətinə 1966-cı ildə “Oələbə bayragı” rayon qazetində çap etdirdiyi“Şota Rustavili” adlı ilk şeri ilə başlamışdır. Elə o vaxtdan fəal yaradıcılıqla məşgul olmuşdur. Ə. Haqverdiyev adına Ağdam Dram Teatrında “Aşıq Ələsgər” adlı mənzum pyesi tamaşaya qoyulmuşdur.1983 cü ildən Yazıçılar İttifaqının üzvüdur.

1995-ci ildə Məmməd Araz ədəbi mükafatı, “Şair harayı”, “Vətən yaraları”,

“Sizi qınamıram”, “Ziyarətin qəbul olsun” kitablarına görə isə H.Z. Tagıyev adına mükafata layiq görülüb. “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf”

Ordeni ilə təltif edilmişdir.2008-ci il avqust ayının 29 da Azərbaycan aşıqlarının V-ci qurultayında Azərbaycan aşıqlar birliyinin sədri seçilib.

2005-ci ildə Xalq şairi fəxri adına layiq görülüb. Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində,Səudiyyə Ərəbistanında,Almani-

yada,Amerikada, İsveçdə, İsveçrədə, Qırgızıstanda, Türkiyədə, Fransada və İranda səfərdə olub. Yaradıcılığı bütöv Azərbaycan, bütöv Türk dünyası tərəfindən sevilən, ümumxalq məhəbbəti qazanan xalq şairi Z.Yaqubun Azərbaycan poezi-

yasının əsrlərin yaddaşlarından süzülüb gələn ahəngini modem şerdə öz əksini tapmasında da rolu çox böyük və hətta əvəzolunmazdır. Onun ümummilli lider

Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Əbədiyyət dastanı” Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraq

klassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşamaq hüququ qazanıb.

Xalq şairi Z. Yaqub 2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları

Uluslararası Elmlər Akademiyasının “Türk dünyasına hidmət” mükafatına layiq görülərək həmin akademiyanın fəxri doktoru seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə

21 yanvar 2010-cu il tarixdə xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illiyi münasibətilə “Şərəf ”ordeninə layiq görülüb.

Şairin özünəməxsusluğu, onun şerlərinin, adının oxucular arasında hörmət qazanması ona ictimai mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar.

Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür.

Xalq şairi Gürcüstan Respublikasının Borçalı mahalında dünyaya göz açsa da onun Azərbaycan yurdu, əlli milyonluq sevəni var.

Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan,

öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı

təkrarolunmazdır, bənzərsizdir.

Nə alim doguldum, nə də ki, dahi,

Peşiman da deyiləm gələn günümə.

Əliboş aparma ilahi məni,

Dogulan günümdən ölən günümə.

Xalq şairi Zəlimxan üçün kitabxana müqəddəs bir yerdir. Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı “Quran” qədər müqəddəs tutan şair bu hissi belə izah edir:

“Qələm mənim üçün Allahın danışan dilidir”Sənət və şəxsiyyət zirvəsinə ucalan, “ocaq bizim, pir bizim, qıfıl bizim, açar

bizim, hikmət bizim, sirr bizim deyən” Azərbaycan tarixindən, mənəviyyatının

zənginliyindən xəbər verən şerləri ilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə

həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır. Bu gözəlliyin, məhəbbətin ünvanı isə müxtəlifdir. Bəlkə dünyanın cənnətməkan diyarı olan Azərbaycanı özü üçün vətən seçən, Şuşasızlıqdan, qürbət həsrətindən bagrı qübar bağlayan, alışan,

yanan, bənzərsiz Xan, Bülbüldür şairə ilham verən...

“Yaşın nə fərqi var ki”... sözləri elə bil poeziya ümmanından güc alan

Zəlimxan yaradıcılıgı üçün nəzərdə tutulub. Çünki, əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin,

Vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edir.Ən başlıcası isə başqalarından fərqli olaraq etiraf etməyi bacarır.

Tanrının bəxş etdiyi ömür payının altıncı on illiyini arxada qoyan şair yara-

dıcılığının intibah dövrünü yaşasa da hələ ürəyi doludur, deyilməmiş nə qədər sözü var.

Millətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar

söyləyən Z. Yaqub el sənətinin qüdrətini çox şerlərində vəsf edib. Sazın, sözün vəhdətindən qaynaqlanan şerləri xalqın dillər əzbəri olmuşdur.

Neçə dəfə pəncərədən daş gəlib,

Neçə dəfə xumar gözdən yaş gəlib,

Sevən kəslər allaha da xoş gəlib,

Gözəl dünya gözəllərin var olsun.

Z.Yaqub oxucu sarıdan ən varlı, zəngin oxucu sayına malik olan şairlərimizdəndir.

Həmişə olduğu kimi bu gün də oxucular onun şerlərini sevə-sevə oxuyurlar.

Sənin nə ki, sazın-sözün, özün də,

Seirsən, məna var hər bir sözündə.

Hacı Saləddin

Z. Yaqub sözü eldən güc, seldən qanad alır:

Keçilməz dərələr keçilməsəydi,

Aşılmaz zirvələr aşılmasaydı,

Yeldən qanad açıb, seldən güc alıb,

Ruhum küləklərə qovuşmasaydı,

Mən hardan bilərdim şairlik nədir?

Z.Yaqub Azərbaycan poeziyasında heyrət duygusu ilə qeyrət duyğusunu birləşdirərək yeni bir üslub yaratdığını belə tərənnüm edir:

Heyrət ilə qeyrəti yoğurdular yapdılar.

Və ölümlü dünyada bir ölməzlik tapdılar.

Bu gün hər bir Azərbaycanlı kimi Z. Yaqub da ruhunu bir məqam üstündə kökləyir:

Azərbaycanın ərazi büyövlüyü bərpa olunsun, Qarabağ qubarı, nisgilimiz ürəklərdən silinsin, xalqımız rahat, firavan yaşasın.

Biz oxucular, bütün kitabxana işçiləri Xalq şairimiz Z. Yaquba can

sağlığı arzulayırıq, deyirik ki, ulu ozan, qopuzunuzla, sazlı-sözlü çələnginizlə

həmişə, hər bir elin, obanın sevimlisi olaraq qalacaqsınız, ürəklərdə yeriniz var.

II Hissə. Zəlimxan Yaqub yaradıcılıgının kitabxanalarda təbligi və



65 illik yubileyi ilə bağlı kitabxanalarda keçiriləcək tədbirlər

Xalq şairi Z. Yaqubub anadan olmasının 65 illik yubileyi ilə bağlı kitabxanalarda müxtəlif səpgidə tədbirlər keçiririlməkdədir. Bu tədbirlərə oxucu konfransı, kitab təqdimatı, sual- cavab gecəsi, dəyirmi masa, şer gecəsi, ədəbi-bədii gecəni misal gətirmək olar .Kitabxanada tərtib olunmuş sərgiləri kitabxananın güzgüsü hesab etmək olar.

Hər Filialda şairin həyat və yaradıcılıgından bəhs edən zəngin sərgilər tərtib etmək olar. Sərgidə şairin seçilmiş əsərləri, ayrı-ayrı əsərləri, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qazet-jurnal məqalələrindən istifadə etmək olar. Sərgiyə belə başlıqlar vermək olar:

1. Zəlimxan yaqub --- 60

2. Xalqın sevimli şairi

3. Allahın istedadla təltif etdiyi şair

4. Sazla, sözlə çaglayan, daşan şair və s.

Tərtib olunmuş sərgidə veriləcək sitatlar:

“Ömrüm boyu pərəstiş etdiyim şəxslər müəllimlərdir,

bir də kitabxanaçılar olub”



Z. Yaqub

“Zəlimxanın şerləri, əsasən xalqımızın həyat, məişət ənənələrindən

onun yaradıcılığından, şer dilindən qidalanır”

Osman Sarıvəlli

“Azərbaycan bir nəğmədir, sözü mənim ürəyimdə,

Eşqi uca zirvələrdə, özü mənim ürəyimdə”

Z. Yaqub

“Zəlimxan Yaqub çağdaş Azərbaycan ədəbiyyatının ən görkəmli

nümayəndələrindən biridir”

Xəlil Rza Ulutürk.

Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də icmaldır.

Şairin maraqlı əsərlərindən birini seçib onun haqqında ətraflı məlumat verilir.

Sonra həmin əsər üzrə müzakirə keçirilir. İcmalın məqsədi həmin əsərə, bütövlükdə şairin yaradıcılığına qarşı marağı artırmaqdır.

Od aldığım ocaqlar” əsərinin qısa icmalını veririk:

Bu əsər oxucunun xəyalını Qarabağın yaşıl düzlərinə, Şahdağının qızıl darağlı,

əbədi qarlı zirvəsinə çəkib aparır. Bu vətən məhəbbəti bizi kövrək bənövşələr,

təzə yarpaqlanmış söyüd ağacları, moruq kolları ilə bəzənmış ucsuz- bucaqsız

yollara aparır, dogmalarımızın izlərində dolaşırıq, illərin arxasından əks-sədasını

eşidirik. Həm də Azərbaycan torpağından bir ovuc aparıb, göz yaşları ilə isladıb,

qürbət eldə qəbir torpagına qatdığımız itginləri, müharibənin qurbanı olmuş igidlərimizi, ana-bacılarımızı düşünürük.

Gülə bilməz nəsillərin üzünə,

Quru yerin astarı nə üzü nə,

Düz istərəm Qarabagın düzünə,

Dag istərəm Şah dagına bənzəyə.

Əziz oxucular bu əsəri oxumagı sizə tövsiyə edirik.

Kitabxanalarda Z. Yaqubun seçilmiş əsərlərindən, orta və böyük yaş qurup

oxucular üçün “Gözəl dünya, gözəllərin var olsun” adlı poeziya gecəsi keçirmək olar. Poeziya gecəsində şairin sözlərinə yazılmiş mahnılar səsləndirilməlidir. Şair haqqında yazıçılar, ədəbiyyatşünaslar, şairlər öz ürək sözlərini söyləyə bilər. Eyni zamanda yuxarı sinif şagirdləri, kitabxananın fəal oxucuları şairin şerlərindən əzbər söyləyə bilərlər.

Z. Yaqub vətənə, xalqa torpağa və insanlara bağlı məhəbbət şairidir.

O, ürəyi yandıqca qələminə əl atır. Onun “Görüş” şerində oxuyuruq:

Ötmədi mənasız, hədər bir anım,

Odlu duygularla qaynadı qanım,

Sevgidən kərəmtək alışdı canım,

Sevənlər baş əydi külümün üstə.

Poeziya gecəsində məktəblilər, kitabxananın fəal oxucuları şairin bir neçə şerlərini

əzbər söyləyə bilər.

Kitabxanalarda keçirilən ən maraqlı, çox oxucu cəlb olunan tədbirlərdən biri də ədəbi-bədii gecədir. Bu tədbiri müxtəlif başlıqlar altında keçirmək olar:

“Z. Yaqubun poeziya çələngi”

“Parlaq istedad şahibi”

“Poeziya gülşənində sazla, sözlə gəzən şair”

“Saz həvəsli,yaz nəfəsli sənətkar”və s.

Ədəbi-bədii gecəyə məktəblilər, müəllimlər, şair və yazıçılar, kitabxananın fəal oxucuları və s. oxucu quruplarını dəvət etmək olar.

Ədəbi-bədii gecənin ssenarisini təqdim edirik:

Poeziya gülşənində sazla, sözlə gəzən şair”



(ədəbi-bədii gecə)

I Aparıcı: Xalq şairi Z. Yaqubun anadan olmasının 65 illik yubileyi

ilə baglı olaraq keçirilən ədəbi-bədii gecənin qonaqlarını və

bütün tədbir iştirakçılarını salamlayaq:

Z. Yaqub bütün Azərbaycan xalqı, böyük türk dünyası

tərəfindən sevilən-seçilən sənətkardır. O, xalqımızın böyük

sevgisini, ağır dərdini dərindən duymağı, sənətkarlıqla

şeirlərinə gətirməyi yaxşı bacarır.

Yurduna, yuvasına, ana südü, ata sümüyü ilə bağlı şairin

əsərlərində xalq məhəbbəti xüsusi bir ahənglə

səslənməkdədir :

Otum bitib suyum axmaz dünyada

Düçar olsam nifrətinə bu xalqın.

II Aparıcı: Hər bir şair öz zəmanəsində yazdıqları ilə insanların

qəlbinə yol taparaq, özünü hər kəsə sevdirərək,onlar

tərəfindən qəbul olunmurlar, bu baxımdan Z. Yaqub

çox xoşbəxt sənətkardır. Çünki o, öz sənətkarlıgı ilə

təkcə Azərbaycanda yox, bütün türkdilli ölkələrdə

insanların sevimlisidir. Şairin mayası sazla, sözlə yog-

rulub. Sazın bağrından qopan odu, alovu, tellərindən

süzülən zümzüməni onun şerlərindən eşitmək olar.

Zəlimxan sazla baş-başa verib pıçıldaşanda adama elə

gəlir ki, iki şer vurgunu bir-biri ilə dərdləşir, bir-birinin

hayına, dadına çatır.

Saz yaşayır zillər, bəmlər içində,

Ötən çaglar, gələn dəmlər içində,

Bir aləmdi, bu aləmlər içində,

Bizdən sonra qalana bax, qalana.

Bu arada bir saz havası dinlənilir.

I Aparıcı: Çaldıgı sazın təranəsi, oxudugu şerin hikməti, dayandığı

xitabət kürsüsünün ədalətli səsi, elin, obanın qeyrətidir

Zəlimxan Yaqub. Onda olan aşiqlik qüdrəti, şairlik gücü,

vətənpərvərlik hissi yaşayıb-yaratmaqda daim şairin

yardımçısı olur.

Həyatın yolları yayla qış kimi

İstidi, bürküdü, borandı, qardı

Mənim taleyimi, gələcəyimi

Düşünə- düşünə saçın agardı

Bu misralarda atanın övladı yolunda əzab ,əziyyətindən,

ən əsası onun gələcəyi haqqında,daşınıb, düşünməsindən

atanın balasına məhəbbətindən, qaygısından, ağaran saçla

rından söz açılır.

Oğul da atanın çəkdiyi əməyin əvəzində deyir:

Necə saçlarını agartmışamsa,

Elə də üzünü ağardacagam.

Üz ağardan övladlar doğma vətənin baş tacıdır.

II Aparıcı: Vaxtı ilə təbiət vurğunu olan ulu sənətkarımız Aşıq

Ələsgərin”Ölsün Ələsgərtək qulların daglar” misrası

dövrümüzün o tay, bu tay adlı dərdində xalq şairi

Zəlimxanın könül nəgməsində başqa bir məna kəsb

edir:

Sənin ki, dərdin var bir Təbriz qədər,



Niyə yaşayırsan öl, ay Zəlimxan.

Bu misralar xalqın kədər yükündən dogan və

qəlbindən gələn haraydır. O, nə şəhid qəbirlərinin

artmasına dözə bilir, nə şəhid analarının fəryadına,

nə də vətən torpagının düşmən tərəfindən tapdalan-

masına:


Yagıları yurda qoysa bu millət,

Torpagını darda qoysa bu millət

Qanımızı yerdə qoysa bu millət

Mən bu xalqa yön çevirən deyiləm.

I Apaıcı: Şairin məhəbbət mövzusunda yazdıgı şerlər içərisində

özünəməxsus yer tutan, parlaq lirizmi ilə seçilən,

özünün də etiraf etdiyi kimi, ən çox sevdiyi

“Bu yaşıl agacın altı bizimdir” şeridir.

Kök üstə budagı neçədi bildim,

Budaqda yarpagı neçədi bildim,

Salxımı, saçagı neçədi bildim,

Bu yaşıl agacın altı bizimdir.

Bu sevgi, bu layla bu beşik bizim

Çəkər növbəmizi bu keşik bizim,

Nəyimizə lazım ev-eşik bizim,

Bu yaşıl ağacın altı bizimdir.

II Aparıcı: Ana təbiətə vurğunluq, doğma yurda tükənməz sevgi,

motivləri, ənənəvi olaraq Z. Yaqub poeziyasında öncül

yerlərdən birini tutur və onun yaradıcılıgının ana xəttini

təşkil edir. Bu yerdə iki məktəbli səhnəyə daxil olur:

I Məktəbli: Aran da, yaylaq da dogmadır mənə

Qəlbimi dağlara verməsəm ölləm,

Yazda çiyələyi, yayda yarpızı,

Payızda morugu dərməsəm ölləm.

Hər kimin qar düşsə yayda yadına,

Vüqarlı zirvələr çatar dadına,

Bizim o dağların ölməz adına,

Şeirdən bir çələng hörməsəm ölləm.

Tədbirin bu yerində şairin sözlərinə yazılmış bir mahnı

dinlənilir.

I Aparıcı: Əziz qonaqlar gecəmizi bir saz havası ilə bitiririk,

sevimli şairimiz Zəlimxan Yaquba can sağlığı, yeni-

yeni yaradıcılıq uğurları, bahar ətirli şerlərinin

davamını yazmağı arzulayırıq. Arzu edirik ki, şəhəri-

mizin bütün kitabxanalarında belə gecələr keçirilsin,

şair və yazıçılarımız həmişə oxucular tərəfindən sevil-

sin, unudularaq yaddaşlardan silinməsinlər.

son

Mərkəzi kitabxananın məlumat-biblioqrafiya şöbəsi tərəfindən

hazırlanmış ədəbiyyat siyahısını sizə təqdim edirik

Kitabları



  1. Zəlimxan yaqub. Seçilmiş əsərləri. II cilddə. I cild-Bakı,

“Şərq-Qərb”, 2006-248 Səh.

  1. Zəlimxan Yaqub. Seçilmiş əsərləri II cilddə. Iicild-Bakı,

“Şərq-Qərb” 2006-288 Səh.

  1. Zəlimxan Yaqub Ziyarətin qəbul olsun.

şerlər və poemalar. Bakı, Gənclik 1991. 232 Səh.

  1. Zəlimxan yaqub. Bir əli torpaqda, bir əli haqda.

B. Azərbaycan Bakı, “Azərbaycan” nəşriyyatı 1997- 488 Səh.

5. Zəlimxan Yaqub Yolun eldən başlanıb.

Bakı, Yazıçı 1981. 71 Səh.

6. Zəlimxan Yaqub. Biz bir eşqin butasıyıq.



Bakı, Yazıçı, 1989-192 Səh.

  1. zəlimxan Yaqub Peyğəmbər(poema)

Bakı, “Pedaqogika” nəşriyyatı, 2009-320 Səh.

Tərtib edən MKS-nin metodisti: Yarıyeva Səadət.
Каталог: front -> files -> libraries -> 2467 -> documents
documents -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi Öz həyatını zəhərləmə, yaşamaq üçün hə de” Metodiki vəsait
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Metodika və bibloqrafiya söbəsi Filial kitabxanalara gediş
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Multikulturalizm ili
documents -> İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir. Heydər Əliyev, ümummilli lider
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Mərkəzləşdirilmiş Kitabxana Sistemi SÜleyman rüSTƏMİN 110 illiyi münasibətilə Metodiki vəsait Sinəmdə bir dərya sözüm var yenə
documents -> Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi
documents -> Kitabxana işi haqqında azərbaycan respublikasinin qanunu


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə