Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 13,5 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix01.01.2017
ölçüsü13,5 Mb.
#4064
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

263 

 

Yubilyar yazıçı və şairlər 



 

6 Avqust -  Şair Rüfət Zəbioğlunun anadan olmasının 85 illiyi, (1932-1983) 

 

   



 

 

 



 

 

 



 

 

Şair Rüfət Zəbioğlu Bakıda müəllim ailəsində doğulmuşdur. İlk təhsilini 31 



saylı  Bakı  şəhər  orta  məktəbində  almışdır  (1940-1950).  Azərbaycan  Dövlət 

Universitetinə  daxil  olmuş  (1951),  bir  il  sonra  Azərbaycan  Yazıçılar  İttifaqının 

zəmanəti  ilə  SSRİ  Yazıçılar  İttifaqının  nəzdində  olan  M.Qorki  adına  Ədəbiyyat 

İnstitutuna  dəyişilmişdir.  Onun  ilk  şeiri  ―Bakinski  raboçi‖  qəzetində  dərc 

edilmişdir  (1949).  Şeirləri  ―Azərbaycan‖,  ―Kirpi‖  jurnallarında,  ―Ədəbiyyat  və 

İncəsənət‖  qəzetində  müntəzəm  çap  olunmuşdur.  Əmək  fəaliyyətinə  Azərbaycan 

Dövlət  Televiziya  və  Radio  Verlişləri  Komitəsində  redaktorluqla  başlamışdır 

(1957).  Sonra  Azərbaycan    Xalq  Yaradıcılığı  Evində  dramaturgiya  şöbəsinin 

müdiri (1958-1969), Bakı Neft Texnikumunda inspektor (1969-1974),  Azərbaycan 

Dövlət  Nəşriyyatında  redaktor  (1974-1978)  işləmişdir.  Bundan  sonra  müstəqil 

yaradıcılıqla məşğul olmuşdur.  

  Rüfət Zəbioğlu 1983-cü il iyulun 20-də vəfat etmişdir.  

 

Kitabları: ―Səslə məni‖ (1960), ―Zirvədən zirvəyə‖ (1963), ―Yollara duman 

çöküb‖ (1970), ―İlk beşlik‖ (1971), ―Təbəssüm‖ (1975), ―Sirr, möcüzəm‖ (1978), 

―Ayselim‖ (1983), ―Kainatla üz-üzə‖ (1983) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



264 

 

8 Avqust -  Şair Hafiz Əlinin anadan olmasının 80 illiyi,  (1937) 



 

 

 

  

 

 



 

 

 



 

Hafiz  Əli  Masallı  rayonunun  Göyçay  kəndində  anadan  olmuşdur.  Kiçik 

yaşlarında  ikən  ailəliklə  Lənkəran  rayonunun  Şirinquyu  kəndinə  köçmüşlər.  Orta 

təhsili    Port-İliç  qəsəbəsində  aldıqdan  sonra  Bakıdakı  5  saylı  Tibb  Məktəbində 

oxumuşdur  (1957-1959).  Əmək  fəaliyyətinə  Yardımlı  rayonunda  feldşer  kimi 

başlamışdır (1959).  ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır. Ədəbi 

yaradıcılığa  1965-ci  ildən  ―Bakı‖  axşam  qəzetində  ilk  oçerk  və  şeirləri    ilə  

başlamışdır. Sonra mənsur şeirləri, oçerk və şeirləri dövri mətbuatda vaxtaşırı dərc 

olunmuşdur.  ‖Bakı‖  və  ―Azərbaycan  gəncləri‖  qəzeti  redaksiyalarında  müxbir 

işləmişdir.  Əsərləri  keçmiş  SSRİ  xalqlarının  dillərinə  tərcümə  olunmuşdur. 

Azərbaycan  Yazıçılar  İttifaqı  Bədii  Ədəbiyyatı  Təbliğat  Bürosunun  direktor 

müavini  (1970-1975),    sonra  nəşriyyat  müdiri  (1975-1976),  təşkilat  işləri  üzrə 

referent  (1976-1982),  məsləhətçi  (1982-1987)  işləmişdir.  Hazırda  Azərbaycan 

Yazıçılar  Birliyi  Bədii  Ədəbiyyatı  Təbliğat  Bürosunun  direktorudur  (1987-ci 

ildən). Bədii tərcümə ilə də məşğul olur.  

 

Kitabları: ―Xəzərdə axşam‖ (1973), ―Anama bənzəyən analar‖ (1978), ―Mənim 

ünvanım‖ (1980), ―Üç leylək balası‖ (1981), ―Ömrümün yarpaqları‖ (1984), ―Kaş 

yollar uzanaydı‖ (1989), ―Nağılların ad günü‖ (1992), ―Dünyadan böyük dünya‖ 

(2002) və ―Könül dünyam‖ (2003) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 


265 

 

10 Avqust - Tərcüməçi Beydulla Musayevin anadan olmasının 110 illiyi,  



                    (1907-1979) 

 

 

 

 

 

 

 

 

 

Beydulla Ağəli  oğlu Musayev Ucar  şəhrində toxucu ailəsində anadan olub. 

İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və 

ədəbiyyat müəllimi kimi əmək faliyyətinə başlayıb. "Dağıstan füqərası" qəzetində 

və  "Yeni  yol"  jurnalında  çalışdığı  illərdə  (1926-1939)  ilk  hekayələri  mətbuatda 

dərc olunub. Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam 

etdirərkən  tərcüməçilik  sənəti  ilə  yaxından  maraqlanmağa  başlayıb.  Sonralar 

Bakıda  Pedaqoji  Texnikumda  ədəbiyyat  müəllimi,  "Ədəbiyyat  qəzeti"ndə  şöbə 

müdiri  və  məsul  katib,  eyni  zamanda  bədii  ədəbiyyat  şöbəsində  tərcüməçi  və 

redaktor  vəzifələrində  çalışıb. Azərbaycan  Yazıçılar  Birliyinin tərcüməçilər 

bölməsinə rəhbərlik edib.  

30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini 

rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" 

(1933), Aleksandr  Dümanın  "Üç  müşketyor"  (1949), Viktor  Hüqonun "Səfillər" 

(1988), Artur  Konan  Doylun "Baskervillərin  iti"  (1980), Rafaello  Covanyolinin 

"Spartak" (1970) və s. əsərləri tərcümə edib. Rus ədəbiyyatından etdiyi tərcümələr 

sırasında Novikov-Priboyun "Susima", Aleksey  Tolstoyun "Birinci  Pyotr", Mixail 

Saltıkov-Şedrinin "Seçilmiş əsərləri", Fyodor Dostoyevskinin "Cinayət və cəza" və 

―Alçaldılmış  və  təhqir  olunmuşlar‖, Lev  Tolstoyun "Sevastopol  hekayələri", 

Valentin Katayevin "Alay oğlu" və s. əsərlər xüsusilə seçilir.  

Beydulla Musayev 1979-cu il iyun ayının 23-də Bakıda vəfat edib. 

Tərcümələri: V.Hüqo ―Səfillər‖ (1988), ―Qavroş‖ (1976), V Katayev ―Alay oğlu‖ 

(1982), A.Düma ―Üç muşketyor‖, L.Tolstoy ―Hərb və sülh‖, Covanjoli ―Spartak‖ 

və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

266 

 

12 Avqust - Şair, tərcüməçi Vilayət Rüstəmzadənin anadan olmasının 80 illiyi, 



                    (1937-2001) 

 

 



 

 

 



 

 

 



Vilayət Rüstəmzadə Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində 

anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına 

Ədəbiyyat  İnstitutunu  (1964)  bitirmişdir.  Əmək  fəaliyyətinə  "Azərnəşr"də 

tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət 

Universitetinin  aspirantı  olmuşdur  (1968-71).  Bir    müddət    Azərbaycan 

Mədəniyyət    Nazirliyinin    aparatında  çalışmış,    M.F.Axundov    adına    Pedaqoji  

Rus  dili  və  Ədəbiyyatı  İnstitutunda,  Azərbaycan  Dövlət  Universitetində  SSRİ 

xalqları  ədəbiyyatını  tədris  etmişdir.  "Azərbaycan"  jurnalında  tənqid  və 

ədəbiyyatşünaslıq  şöbəsinin,  "Azərnəşr"də,  "Yazıçı"  nəşriyyatında  bədii  tərcümə 

redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr 

Cəmiyyətinin orqanı  (yeddi  dildə  nəşr  edilən)  "Sovet  Azərbaycanı"  qəzetinin  baş 

redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr 

Mərkəzinin  məsul  katibi,  "Türk  dünyası"  jurnalının  baş  redaktorunun  birinci 

müavini,  "Amal"  qəzetinin  baş  redaktorunun  birinci  müavini  vəzifələrində 

işləmişdir.  İlk  mətbu  şeiri  -  "Tut  kötüyü"  1956-cı  ildə  Marneulidə,  "Stalin  yolu" 

qəzetində çap olunmuşdur. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

267 

 

19 Avqust - Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının  105 illiyi,  



                    (1912-2001)

 

 

 



 

 

 



 

 

 



 

 

Mirvarid  Paşa  qızı  Dilbazi  Qazax  rayonunun  Xanlıqlar  (indiki    Musaköy)  



kəndində    anadan    olmuşdur.  Azərbaycan  Dövlət    Pedaqoji    İnstitutunun   dil    və  

ədəbiyyat-ictimayyət  fakültəsində    təhsil    almışdır  (1929).  İnstitutu    bitirdikdən 

sonra    gənc    şairə   Quba   Partiya  Məktəbinə  ədəbiyyat  müəllimi    təyin  

olunmuşdur.    İki    ildən  sonra   Bakıya   qayıdan  Mirvarid  xanım Azərbaycan  EA-

nın   Əlyazmaları  fondunda  şöbə  müdiri  (1934-1938),   Azərbaycan    Dövlət  

Nəşriyyatında   tərcüməçi    (1938-1940)    vəzifələrində    çalışmışdır.    "Qadınların 

hüriyyəti"  adlı  ilk  şeri 1927-ci  ildə  "Oktyabr  alovları"  adlı  məcmuədə  dərc 

edilmişdir.  Bu  dərgidə  o  cümlədən  şairənin  Azərbaycan  qadınlarının  yeni  həyat 

yollarını  tərənnüm  edən  "Zəhra",  "Qurtuluş",  "Qadın"  adlı  şerləri  dərc 

olunmuşdur.   Bu  illərdə  şairənin  yeddi  kitabı  çap  olunmuşdur  ki,  bunların  altısı 

Vətən müharibəsinə həsr edilmişdir. O, "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), 

"Partizan Aliyə" (1972) poemalarının müəllifidir. "Məhsəti" poeması məşhur rübai 

ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli 

qız"  əsəri  real  faktlar  əsasında  yazılmışdır.  Bəstəkarlardan Süleyman 

Ələsgərov, Tofiq Quliyev,  Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və 

başqaları şairənin sözlərinə  mahnılar, romans  və oratoriyalar  bəsləmişlər.  Nizami 

Gəncəvi, Xaqani  Şirvani, Əlişir  Nəvai, Aleksandr  Puşkin, Taras  Şevçenko, 

N.Tixonov, 

Samuil 

Marşak, Sergey 



Mixalkov və 

başqa 


şairlərin 

əsərlərini, Evripidin "İppolit"  faciəsini  tərcümə  etmişdir.  Əsərləri  xarici  dillərə 

tərcümə olunmuşdur. 

Azərbaycanın ilk qadın Xalq şairəsi (1979).―İstiqlal‖ ordenli  (1997)  Mirvarid 

Dilbazi  

 

2001-ci il, iyulun 12-də  vəfat etmişdir. 



Kitabları:  ―Nağıllar‖  (1940),  ―Şeirlər‖  (1951),  ―Kiçik  dostlarıma‖  (1956), 

―Gülbahar‖  (1957),  ―Yaz  gəlir‖  (1968),  ―Lalənin  ağacları‖  (1970),  ―Ana  qanadı‖ 

(1972),  ―Yasəmən  fəsli‖  (1976),  ―Dağ  çiçəyi‖  (1977),    ―Abşeron  bağlarında‖ 

(1984),  ―Qar  çiçəkləri‖  (1984),  ―Durnalar  ötüşəndə‖  (1989),  ―Çiçəkdən-çiçəyə‖ 

(1991) və s.

  

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 


268 

 

20 Avqust - Yazıçı, ədəbiyyatşünas İslam Ağayevin anadan olmasının 85 illiyi, 



                    (1932-2014) 

  

       İslam  Məmməd  oğlu  Ağayev  Bakının  Bülbülə 

qəsəbəsində  anadan  olmuşdur.  İlk  təhsilini  Bülbülədə  79, 

208  və  Sabunçu  rayonundakı  51  nömrəli  fəhlə-gənclər 

məktəbində  almışdır.  1952-1957-ci  illərdə  Azərbaycan 

Dövlət  Universitetinin  filologiya  fakültəsində  oxumuşdur. 

1957-1960-cı illərdə Azərbaycan Dövlət Kitabxanasında baş 

biblioqraf  işləmişdir.  1960-cı  ilin  iyun  ayında  Azərbaycan 

Elmlər  Akademiyasının  Nizami  adına  Dil  və  Ədəbiyyat 

İnstitutuna kiçik elmi işçi vəzifəsinə dəvət edilmişdir. 1964-

cü  ildə  "Satirik  Zənbur  jurnalı"  mövzusunda  namizədlik,  1984-cü  ildə  "Molla 

Nəsrəddin" jurnalı və XX əsrin əvvəlləri Azərbaycan Ədəbiyyatının ideya  - bədii 

inkişafı problemləri" mövzusunda doktorluq dərəcəsi adı almaq üçün dissertasiya 

müdafiə etmişdir. "Arzu" adli ilk şeri Azərbaycan Dövlət Universitetinin çoxtirajlı 

qəzetində  çıxmışdır.  Sonrakı  illərdə  "Gənclik  nəğmələri"  (1957),  "Tər  çiçəklər" 

(1959), "Duyğular" (1960) adlı ədəbi almanaxlarda hekayələri dərc edilmişdir. O, 

XX  əsrin  sonlarından  başlayaraq  bədii  yaradıcılıqla  müntəzəm  məşğul  olmuş, 

azyaşlı uşaqlar üçün əsərlər yazmışdır.  

Azərbaycan  ədəbiyyatı  və  dövri  mətbuatının  tarixi,  şəxsiyyətləri,  ideya  və 

nəzəri problemləri mövzusunda 15 kitabi, 150-dən artıq məqaləsi dərc edilmişdir. 

O,  çoxcildli  "Azərbaycan  ədəbiyyatı  tarixi"  kitabının  müəlliflərindən  biridir.  10 

cildlik  "Azərbaycan  Sovet  Ensiklopediyası"nın  əsas  məqalə  və  2  cildlik 

"Azərbaycan  Xalq  Cumhuriyyəti  Ensiklopediyası"nın  Baş  redaksiya  heyətinin 

üzvü və əsas məqalə müəlliflərindəndir.  

        İslam Ağayev 27 yanvar 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. 

Kitabları: ―Tez böyümək istəyirəm‖(1977), "Dostunu yaxşı tanı" (1981), ―Ayrılıq 

düşüncələri‖ (1993), ―Salam olsun‖ (1997), ―Sirli dünya‖ (2000), ―Tale çiçəkləri‖ 

(2002), "Xəzan yarpaqları" (2007) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 

 

 

 

 

 

269 

 

25 Avqust -  Şair, publisist Davud Nəsibin anadan olmasının 75 illiyi,  



                    (1942-2003) 

 

        Davud    Məcid  oğlu  Nəsibov  (Davud  Nəsib)  Qazax 

rayonunda  anadan  olmuşdur.  Qazax  şəhər  2  saylı  orta 

məktəbini  bitirdikdən  sonra  ADU-nun  kitabxanaçılıq 

fakültəsində  təhsil  almışdır  (1959-1963).  Ədəbi  fəaliyyətə 

1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində 

dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı 

ilk  şeiri  ilə  başlamışdır.  Həmin  vaxtdan  fəal  poetik 

yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından 

bədii  tərcümələri  də  vardır.  Macar  şairi  Mikloş  Radnotinin 

şeirlər  kitabını  doğma  dilə  çevirmişdir.  Onun  Moskvada 

"Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" 

(1981) şeirlər kitabları çap olunmuşdur. Davud Nəsib Dövlət Televiziya və Radio 

Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir (1966-1969). 

Moskvada,  SSRİ  Yazıçılar  İttifaqı  nəzdində  olan  ikiillik  ali  ədəbiyyat  kursunu 

bitirmişdir  (1971-1972).  Sonra "Ədəbiyyat  və  incəsənət"  qəzeti redaksiyasında 

ədəbi işçi, təsviri sənət    və poeziya şöbələrinə rəhbərlik etmişdir. O, Azərbaycan 

(1984) və Ümumittifaq Komsomolu  mükafatları  laureatı (1986) idi.   Azərbaycan 

SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  Fəxri  fərmanına  (1984),  Ümumittifaq  və 

Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdür.  

 Davud Nəsib 2003-cü il martın 26-da dünyasını dəyişmişdir. 

Kitabları: ―Gözüm səni axtarır‖ (1966), ―Dağlar danışsaydı‖(1969), ―Ümid 

qatarı‖(1979), ―Bizdən sonra yaşayanlar‖ (1981),  ―Əsrin laylası‖ (1982), 

―Azərbaycan bayatısı‖ (1984), ―Dünya bir körpüdür‖ (1987), ―Karvan gedir‖ 

(1991) və s. 



Tərcümələri: Mikloş Radnoti ―Yaralı Ağılar‖ 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 



 

 

 



 

 

270 

 

27 Avqust - Ədəbiyyatşünas Qəzənfər Paşayevin anadan olmasının 80 illiyi, 



                    (1937) 

Qəzənfər  Məhəmməd  oğlu  Paşayev  Tovuz  bölgəsinin 

Düzqırıxlı  kəndində  doğulub.  1962-ci  ildə  Bakıda 

Azərbaycan  Dövlət  Pedoqoji  Xarici  Dillər     İnstitutunun  

ingilis    dili    fakültəsini    bitirib.  Üç  ay  kənd  məktəbində 

müəllim,  sonra  İraq  Respublikasında  tərcüməçi  işləyib. 

Müxtəlif  fasilələrlə  üç  dəfə  İraqda  tərcüməçi  və  ali  təhsil 

aldığı  institutda  baş  laborant,  müəllim,  dekan  müavini, 

kafedra  müdiri  işləyib.  1990-cı  ildən  isə  M.Rəsulzadə 

adına Bakı  Dövlət  Universitetində  xarici  dillər  kafedrasının 

dosenti  və  kafedra  müdiri  işləməyə  başlayıb.  Azərbaycan 

Milli  Elmlər  Akademiyası  Nizami  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyində  şöbə 

müdiri  (2001-2005),  eyni  zamanda  2003-ci  ildən  Nizami  adına  Ədəbiyyat 

İnstitutunda  baş  elmi  işçidir.  Ədəbi-elmi  fəaliyyətində  İraqda  yaşayan 

azərbaycanlıların  –  İraq  türkmanlarının  ədəbi-mənəvi  yaradıcılığının  tədqiqi  və 

təbliği  xüsusi  yer  tutur.  Paşayevin  elmi  fəaliyyətinin  zirvəsi  onun  ―İraq-türkman 

folkloru‖  adlı  monumental  əsəridir.  ―Kərkük  bayatıları‖  (1968),  ―Arzu-Qənbər 

dastanı‖(1972), ―İraq kərkük atalar sözləri‖ (1978), ―İraq kərkük bayatıları‖ (1984), 

―Kərkük tapmacaları‖(1984), ―Kərkük folklor antologiyası‖ (1987), ―Nəsiminin İraq 

divanı‖  (1987),  ―İraq  Türkmən  folkloru‖  (1982),  və  b.  kitabları  nəşr  edilib.  O, 

A.Dümanın  ―Qafqaz  səfəri‖,  ―Necə  yaşayasan  yüzü  haqlayasan‖  və  başqa  əsərləri 

dilimizə  çevirib.  Qəzənfər  Paşayevə  böyük  uğur  qazandıran  ―Altı  il  Dəclə  -  Fərat 

sahillərində‖ kitabı oxucular arasında əl-əl gəzib. Q.Paşayev ―Ədəbiyyat‖ qəzetinin 

(1995-ci  ildən),  ―Vəfa‖  (2004-cü  ildən),  ―Folklor  və  etnoqrafiya‖  (2004-cü  ildən), 

―Xəmsə‖  (2002-ci  ildən),  ―Qopuz‖  (2005-ci  ildən)  jurnallarının,  Nizami  adına 

Ədəbiyyat İnstitutunun ―Ədəbi-nəzəri məcmuə‖ sinin Redaksiya Heyətinin üzvüdür. 

1994-cü  ildən  Nizami  adına  Ədəbiyyat  İnstitutu  nəzdində  Müdafiə  Şurasının 

üzvüdür. 1997-2005-ci illər arası həmin şuranın həmsədri olub. 

 

Kitabları:  ―Kərkük  mahnıları‖  (1973),  ―Rusca-ərəbcə  danışıq  kitabı‖  (1974), 

―İraq-Kərkük atalar sözləri‖ (1978), ―Bu İngiltərədir‖ (1981), ―Kərkük tapmacaları‖ 

(1984),    ―Altı il  Dəclə-Fərat sahillərində‖ (1985),  ―Nəsiminin İraq  Divanı‖  (1987), 

―İraq-Türkman folkloru‖ (1992), ―Alın yazısı‖ (2004) və s.  



 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

271 

 

31 Avqust - şair, dramaturq İsgəndər Coşğunun anadan olmasının 90 illiyi, 



                    (1927-1996) 

 

 



 

 

 

 

 

 

 

 

 

Hümmətov İsgəndər Məhəmməd oğlu (İsgəndər CoşğunGöyçay şəhərində, 

fəhlə ailəsində doğulmuşdur. Burada orta təhsil alandan sonra Bakıda M. A. Əliyev 

adına  Teatr  İnstitututunun  teatrşünaslıq  fakültəsinə  daxil  olmuşdur.  1952-ci  ildə 

Moskvada  M.Qorki  adına  Ədəbiyyat  İnstitutunun  poeziya  şöbəsinə  daxil  olmuş, 

oranı  1955-ci  ildə  bitirmişdir.  Bir  müddət  Azərbaycan  Mədəniyyət  Nazirliyində 

redaktor vəzifəsində çalışmışdır. 1962-ci ildən M.Qorki adına Azərbaycan Dövlət 

Gənc  Tamaşaçılar  Teatrında  ədəbi  hissə  müdiri  işləmişdir.  Ona  Azərbaycan  Ali 

Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı verilmişdir.  

İsgəndər Coşğun 1996-cı il dekabrın 10-da vəfat etmişdir.  

 

Kitabları: ―Gəmidə söhbət‖ (1958), ―Qığılcımlar‖ (1961), ―Mən atamı 

düşünərkən‖ (1971), ―Nəğmə dolu ürək‖ (1975), ―Ana laylası‖ (1983), ―Ömür 

yolu‖ (1987) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


272 

 

 



Xarici ədəbiyyat 

29 Avqust - Belçika yazıçısı Moris Meterlinkin anadan olmasının 155 illiyi, 

                    (1862-1949) 

 

Belçika  yazıçısı,  dramaturqu,  şairi  və  filosofu  Moris  Meterlink  1862-ci  il 



avqustun  29-da  Gent  şəhərində  anadan  olmuşdur.  Parisdə  hüquq  təhsili  almış, 

1896-cı ildən Fransada yaşamışdır.  

1889-cu  ildə  onun  ―İstixanalar‖,  1896-cı  ildə  ―12  nəğmə‖  toplusu  çap 

olunmuşdur.  ―Şahzadə  Malen‖  nağılının,  ―Peleas  və  Melisanda‖  dramının, 

―Tentajilin    ölümü‖  pyesinin,  ―Aqlaveta  və  Selizenna‖,  ―Ariana  və  Göy  Saqqal‖ 

pyes-nağılların, ―Mona Vanna‖  tarixi  dramının  və s. əsərlərin  müəllifidir. 1905-

ci  ildə  yazdığı  ―Göy  quş‖  nağıl-pyesi  insanın  təbiət  qüvvələri,  aclıq,  müharibə 

üzərində qələbəsinə inamı əks etdirir. Bu əsər insanın daimi xoşbəxtlik simvolu  və 

varlığın dərki ilə bağlı əbədi axtarışlarına həsr olunmuşdur. Moris Meterlink həm 

də  bir  çox  fəlsəfi  əsərlərin  də  müəllifidir.  1911-ci  ildə  ədəbiyyat  üzrə  Nobel 

mükafatı almışdır.  

Moris  Meterlink  1949-cu  il  mayın  6-da  Fransanın  Nitsa  şəhərində  vəfat 

etmişdir.  

 

İnternetdə:-name.ru/biography/moris-meterlink.htm 



 

 

 

 

 

 

273 

 

İncəsənət 



17 Avqust - Xalq artisti, müğənni, bəstəkar Müslüm Maqomayevin anadan 

                   olmasının 75 illiyi, (1942-2008) 

         Müslüm  Məhəmməd  oğlu   Maqomayev  Bakı 

şəhərində  anadan  olub.  1960-cı  illərdə Azərbaycan 

Dövlət  Opera  və  Balet  Teatrının  solisti  olub,  İtaliyanın 

Milan  şəhərindəki  "La  Skala"  teatrında  təcrübə  keçib. 

Enriko  Pyatsa  ilə  "Sevilya  bərbəri"  operasından 

Fiqaronun, "Toska" operasından  Skarpianın partiyalarını 

hazırlayıb.  1966-cı  ildə  Parisin  "Olimpiya"  konsert 

salonunda  ilk  konsertini  verib.  1968-ci  ildə  Azərbaycan 

Dövlət  Konservatoriyasını  bitirib.  1969-cu  ildə  Sopotda 

(Polşa)  keçirilən  Beynəlxalq  Mahnı  Festivalında  ilk 

mükafatını alıb.  

1975-ci  ildə  Azərbaycan  Dövlət  Estrada-Simfonik  Orkestrinin  bədii  rəhbəri 

təyin  edilib.  1970-ci  illərdən  həyatını  estrada  ilə  bağlayıb  və  böyük  populyarlıq 

qazanıb.  Görkəmli  pianoçu Rauf  Atakişiyevlə  dostluğu  və  əməkdaşlığı  onun  bu 

yolda  daha  böyük  uğurlarına  yol  açır.  "Seviliya  bərbəri"  operasının  hər  tamaşası 

anşlaqla keçib və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi o coşqu ilə 

qarşılayıblar. O, rejissor Eldar Quliyevin filmlərinə musiqi yazırdı.  

Görkəmli Azərbaycan, sovet opera və estrada müğənnisi, bəstəkar, Azərbaycan 

SSR Əməkdar artisti (1964), Azərbaycan SSR Xalq artisti (1971)

,

 SSRİ xalq artisti 



(1973) 

Müslüm 


Maqomayev 

"Qırmızı 

Əmək 

Bayrağı" və "Xalqlar 



Dostluğu"ordenlərinə  layiq  görülüb,    Rusiyanın  "Şöhrət"  (1997)  və  "Şərəf" 

ordenləri  (2002),    Azərbaycan  Respublikasının  "İstiqlal"  ordeni  (2002) ilə  təltif 

edilib.  Rejissor Tofiq  İsmayılov 1971-ci  ildə  onun  haqqında "Oxuyur  Müslüm 

Maqomayev" adlı  film-konsert  çəkib.  İllərlə  dinləyicilərin  sevgisini  qorumağı 

bacarmış Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib və Bakıda Fəxri 

Xiyabanda dəfn olunub. 



Yüklə 13,5 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin