Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Sertifikat Xidmətləri Mərkəzinin sertifikat xidmətlərinin göstərilməsinə dair



Yüklə 50,29 Kb.
tarix14.04.2017
ölçüsü50,29 Kb.
#14067
Azərbaycan Respublikası Mərkəzi Bankının

Bank Sertifikat Xidmətləri Mərkəzinin

sertifikat xidmətlərinin göstərilməsinə dair

MÜQAVİLƏ №

________________________________



imzalanma tarixi (GG.AA.İİİİ)

  1. TƏRƏFLƏR

Bundan sonra “Sifarişçi” adlanacaq

Təşkilatın adı, rəhbərinin A.S.A.

bir tərəfdən, və “Mərkəz” adlanacaq



Qeydiyyat-Təsdiqləyici Mərkəz olaraq fəaliyyət göstərən qurum

Qeydiyyat-Təsdiqləyici Mərkəzin rəhbərinin A.S.A.

şəxsində digər tərəfdən aşağıdakı şərtlər daxilində müqavilə bağlayırlar.



  1. MÜQAVİLƏNİN MÖVZUSU

    1. Bu Müqavilə “Mərkəz” (Bank Sertifikat Xidmətləri Mərkəzi) tərəfindən göstərilən “Elektron İmza” xidmətindən istifadə etmək üçün “Sifarişçinin”nin müvafiq əməkdaşlarının (“İmza sahibi”) elektron imza sertifikatları (bundan sonra “sertifikat”) və elektron imza daşıyıcıları (bundan sonra “daşıyıcı”) ilə təmin olunmasını nəzərdə tutur.

    2. “Mərkəz” tərəfindən təqdim olunan “sertifikat” və “daşıyıcı”ların qiyməti “Tərəflər” arasında təsdiq olunmuş və bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə ilə tənzimlənir.




  1. MÜQAVİLƏNİN PREDMETİ

    1. Müqavilənin predmetini aşağıdakı imza vasitəsinin “İmza sahibi”nə verilməsi təşkil edir:

      1. “Daşıyıcı” (İnformasiyanın kripto-müdafiə vasitəsi) - 1 (bir) ədəd - № (“imza daşıyıcısının nömrəsi”);

      2. “Sertifikat” - 1 (bir) ədəd.

    2. Müqavilənin predmetinə daxil olan imza vasitəsinin qüvvədə olma müddəti aşağıdakı kimi müəyyən edilir:

      1. “Daşıyıcı” (İnformasiyanın kripto-müdafiə vasitəsi) – müddətsiz;

      2. “Sertifikat”ın fəaliyyət müddəti – “sertifikat”ın təyinatına uyğun olaraq – azı 3 (üç) il.

    3. Müqavilənin bağlanılmasına əsas “Sifarişçi”nin “Mərkəz”ə təqdim etdiyi Ərizə təşkil edir. Qeyd olunan Ərizə bu müqavilənin tərkib hissəsini təşkil edir.

    4. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

      1. “Sifarişçi”nin elektron imza alacaq əməkdaşlarının siyahısı;

      2. “İmza sahibi”nin (“İmza sahib”lərinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;

      3. “İmza sahibi”nin elektron imzanı yoxlama məlumatları.




  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

    1. Sifarişçi”nin hüquq və vəzifələri:

      1. Müqavilə ilə nəzərdə tutulmuş xidmət haqqını vaxtında ödəmək;

      2. “İmza sahibi”ni bu Müqavilədən irəli gələn hüquq və vəzifələri, habelə məsuliyyəti barədə yazılı surətdə məlumatlandırmaq (Müqavilənin surətini təqdim etməklə);

      3. “İmza sahibi” ilə əmək müqaviləsinə xitam verildikdə və ya “İmza sahibi”nin elektron imzadan istifadə hüququnu dayandırdıqda və ya ləğv etdikdə, “Mərkəz”ə bu barədə dərhal yazılı məlumat vermək.

    2. Mərkəz”in hüquq və vəzifələri:

      1. Ərizənin daxil olduğu tarixdən 2 (iki) iş günü ərzində təqdim olunmuş sənədləri yoxlamaq, düzgün olduqda, “sertifikat” vermək, əks halda isə “sertifikat”ın verilməsindən imtina etmək;

      2. “sertifikat”ın verilməsi, onun ləğv edilmə tarixi və vaxtının dəqiq göstərilməsini təmin etmək;

      3. “sertifikatların” saxtalaşdırılmasına qarşı tədbirlərin görülməsini, elektron imza yaratma məlumatları yaradıldıqda isə bu proses zamanı konfidensiallığı təmin etmək;

      4. “İmza sahibi”ni “Mərkəz”in internet (veb) səhifəsi vasitəsi ilə onun “sertifikat” və imza vasitələrinin istifadə qaydaları, o cümlədən “sertifikat”ın istifadə məhdudiyyətləri, “Mərkəz”in hüquqi statusu və akkreditə vəziyyəti, iddialara baxılması və mübahisələrin həlli barədə yazılı, aydın oxunan şəkildə məlumatlandırılmasını təmin etmək;

      5. “İmza sahibi”nə həftənin bütün günlərinin tam 24 (iyirmi dörd) saatında etibarlı, təhlükəsiz, keyfiyyətli və davamlı “Elektron İmza” xidmətləri göstərmək və ortaya çıxan problemlərin vaxtında aradan qaldırılmasını təmin etmək.

    3. İmza sahibi”nin hüquq və vəzifələri:

      1. Təqdim edilən bütün məlumatların tam və düzgünlüyünü təmin etmək;

      2. “Elektron İmza” xidmətlərindən istifadə zamanı meydana çıxan hər hansı bir problem haqda “Mərkəz”ə məlumat vermək;

      3. “sertifikat” və “daşıyıcı”nı təyinatına uyğun istifadə etmək;

      4. imza yaratma məlumatlarını və imza vasitələrini qorumaq, onlardan digər şəxslərin istifadəsinə yol verməmək;

      5. imza yaratma məlumatlarının üzərində nəzarəti itirdikdə və ya buna təhlükə yarandıqda, “Mərkəz”ə dərhal xəbər vermək və “sertifikat”ın qüvvəsinin dayandırılmasını tələb etmək;

      6. Müqavilədə və “Mərkəz”in “Sertifikatın tətbiqi qaydaları”nda nəzərdə tutulmuş digər tələblərə riayət etmək.




  1. MÜQAVİLƏNİN DƏYƏRİ VƏ ÖDƏNİŞ QAYDALARI

    1. Müqavilə üzrə “sertifikatın” və “daşıyıcı”nın dəyəri bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə ilə tənzimlənir.

    2. Müqavilə üzrə ödəniş öhdəliyi “Mərkəz” tərəfindən təqdim olunan hesab-fakturaya əsasən “Sifarişçi” tərəfindən ödənilir.




  1. SERTİFİKATIN VERİLMƏSİ

    1. “Mərkəz” tərəfindən hazırlanmış “sertifikat” elektron formada “İmza sahibi”nə təqdim edilir. Elektron formadakı “sertifikat” “Mərkəz”in gücləndirilmiş imzası ilə təsdiq edilir.

    2. “İmza sahibi” aşkar olunmuş, əsaslandırılmış qüsurlara əsasən “sertifikat”ı qəbul etməkdən imtina edərsə, “Mərkəz”ə qüsurlar haqda məlumat verir, “Mərkəz” isə öz növbəsində həmin qüsurları “Tərəflər” arasında müəyyən edilmiş müddət ərzində aradan qaldırır.

    3. “İmza sahibi” təqdim olunmuş “sertifikat” haqda 3 (üc) iş günü müddətində heç bir irad və təklif verməzsə, yerinə yetirilmiş işlər və xidmətlər qəbul edilmiş hesab edilir.


  1. SERTİFİKATIN QÜVVƏSİNİN DAYANDIRILMASI, BƏRPA EDİLMƏSİ VƏ SERTİFİKATIN LƏĞV EDİLMƏSİ

    1. “Sifarişçi” və ya “İmza sahibi” “sertifikat”ın qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya “sertifikat”ın ləğv edilməsi üçün Ərizə ilə “Mərkəz”ə müraciət etməlidir. “Mərkəz” müraciətə uyğun olaraq təxirəsalınmadan müvafiq tədbir görür və bu barədə “İmza sahibi”ni məlumatlandırır.

    2. İmza yaratma məlumatlarının məxfiliyinin pozulması kimi qiymətləndirilən aşağıdakı hallarda “İmza sahibi” 3 (üç) saat ərzində birbaşa və ya sistem vasitəsi ilə “Mərkəz”ə məlumat verməlidir:

      1. “daşıyıcı” itdikdə;

      2. “daşıyıcı” itdikdə və sonradan tapıldıqda;

      3. informasiya sistemində konfidensial informasiyanın sızmasına və ya təhrif olunmasına ciddi şübhələr olduqda;

      4. “daşıyıcı”ların saxlandığı vasitələrə müdaxilə əlamətləri və ya şübhələr olduqda;

      5. imza yaratma məlumatlarının və onların aktivləşdirilməsi kodu digər şəxslərə bəlli olduqda;

      6. “İmza sahibi”nin “Sifarişçi” ilə əmək müqaviləsi ləğv edildikdə.

    3. “Mərkəz”in imza yaratma məlumatlarının konfidensiallığı pozulduqda, Mərkəz müvafiq təkmil sertifikatın ləğv edilməsi, həmçinin imza yaratma məlumatlarının dəyişdirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu halda “İmza sahibi”ni məlumatlandırır və onun imza yaratma məlumatları ilə imzalanmış “sertifikatın” dəyişdirilməsini ödənişsiz təmin edir.

    4. “Mərkəz” tərəfindən “İmza sahibi”nin “sertifikat”ının qüvvəsinin dayandırılması, bərpa edilməsi və ya “sertifikat”ın ləğv edilməsinin digər halları “Mərkəz”in “Sertifikatın tətbiqi qaydaları” ilə müəyyən edilir.




  1. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

    1. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə, yaxud lazımi qaydada yerinə yetirilməsinə görə “Mərkəz”, “Sifarişçi” və “İmza sahibi” bu Müqavilənin şərtlərinə və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.

    2. “Mərkəz” birbaşa, yaxud dolayısı ilə onun nəzarət dairəsindən kənarda olan səbəb üzündən xidmətdə baş verən gecikmələrə görə məsuliyyət daşımır.

    3. “Mərkəz”in məsuliyyətsizliyindən hər hansı bir xəta baş verərsə və “İmza sahibi” “sertifikat”dan yararlana bilməzsə, “Mərkəz”onu məlumatlandırmalı və ödənişsiz e-imza ilə təmin etməlidir.




  1. KONFİDENSİALLIQ

Hazırki Müqavilənin icrası ilə bağlı “Tərəflər” onlara məlum olan məlumatları digər tərəfin dəqiq ifadə olunmuş yazılı icazəsi olmazsa, heç bir üçüncü tərəfə verməməli və müzakirə etməməlidir.


  1. FORS-MAJOR HALLARI

    1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə (fors-major hallar) təsir göstərərsə, “Tərəflər” Müqavilənin pozulmasına görə məsuliyyət daşımır.

    2. Qarşısı alınmaz qüvvənin təsirinə (fors-major hallara) bu Müqavilənin iştirakçıları tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeyidliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.

    3. Əgər Müqavilənin icrası qarşısıalınmaz qüvvənin (fors-major halların) təsiri nəticəsində 3 (üc) ay müddətində mümkün olmazsa, “Tərəflər”in qarşılıqlı razılığı ilə ona xitam verilə bilər.




  1. MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ

    1. Müqavilə hər iki “Tərəf”in imzaladığı gündən qüvvəyə minir və “Tərəflər”dən heç biri Müqaviləyə xitam verməzsə, e-imzanın təyinatına uyğun müddətdə qüvvədə qalır.

    2. Hazırki Müqavilə eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə, Azərbaycan dilində tərtib edilmişdir.

    3. “Tərəflər”in rekvizitləri dəyişdikdə, onlar 10 (on) gün ərzində bir-birinə məlumat verməlidirlər. “Tərəflər”in rekvizitlərinin dəyişməsi Müqavilənin qüvvədən düşməsinə səbəb olmur.




  1. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ

    1. Tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.

    2. Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 (otuz) gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmə tərəfindən həll edilməlidir.




  1. TƏRƏFLƏRIN REKVIZITLƏRI

“Sifarişçi “ “Mərkəz”


Ünvan:
VÖEN:

HESAB:
Bank:
KOD:
M/H:
S.W.I.F.T.


Ünvan:
VÖEN:

HESAB:
Bank:
KOD:
M/H:
S.W.I.F.T.




  1. TƏRƏFLƏRİN İMZALARI



Sifarişçi”

Mərkəz”



_________________________________

(imza, möhür)



_________________________________

(imza, möhür)

Azərbaycan Respublikası Mərkəzi Bankının

Bank Sertifikat Xidmətləri Mərkəzinin

sertifikat xidmətlərinin göstərilməsinə dair Müqaviləyə



Əlavə

T a r i f c ə d v ə l i


S/S

Xidmətin adı

Sayı

Qiyməti

1

E-imza daşıyıcısı

1 ədəd

40 AZN

2

E-imza sertifikatı

1 ədəd

10 AZN

Yekun

50 AZN



Sifarişçi”

Mərkəz”



_________________________________

(imza, möhür)



_________________________________

(imza, möhür)

Yüklə 50,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin