atasının adı və soyadı” sözləri əlavə edilmişdir, 2-ci halda “adı, atasının adı və soyadı” sözləri
“(işəgötürən fiziki şəxs olduqda onun adı, atasının adı, soyadı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı)” sözləri ilə əvəz
edilmişdir, “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənəd, onun nömrəsi, verildiyi tarix və onu verən orqanın adı” sözləri “vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix və onu verən orqanın adı” sözləri ilə əvəz edilmişdir, “təhsili, ixtisası, sənəti, peşəsi, bitirdiyi təhsil müəssisəsinin adı” sözlərindən sonra “, ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN)” sözləri əlavə edilmişdir.
244 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 5 fevral 2014-cü il, № 24, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 92) ilə 1.2-ci bənddə “iş yerinin və vəzifənin, peşənin adı” sözləri “iş yerinin adı, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı” sözləri ilə əvəz
edilmişdir.
245 28 aprel 2015-ci il tarixli 1268-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 05 iyun 2015-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 680) ilə 1-ci əlavəsi olan “Əmək müqaviləsinin (kontraktının) nümunəvi
forması”nın 1.3-cü bəndində “bağlanan” sözü “hüquqi qüvvəyə minən” sözləri ilə əvəz edilmişdir.