nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə
bilər.
82
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq
müddəti
bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə
işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə
ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi
qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi
bu maddə ilə müəyyən
edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri
götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi
yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə,
xəbərdarlıq müddəti bitənədək bu maddə ilə
müəyyən edilmiş əsasla əmək
müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə
məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək
müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi
məzuniyyət
müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək
müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab
etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu
halda işçinin xahişi təmin
edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı
başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini
ləğv etməyə onu məcbur
etmək qadağandır.
Dostları ilə paylaş: