http://www.amu.edu.az
29 iyun 2016-cı il
2
Fəxri Xiyabanı ziyarət edən
O.Şirəliyev və səhiyyə işçiləri
xalqımızın ümummilli lideri
Heydər Əliyevin abidəsi önünə
əklil qoyaraq və görkəmli of-
talmoloq-alim,
akademik
Zərifə xanım Əliyevanın məzarı
üzərinə gül dəstələri düzərək
hər iki şəxsiyyətin xatirəsini
dərin hörmət və ehtiramla yad
etmişlər.
Daha sonra O.Şirəliyev
və səhiyyə nümayəndələri
Şəhidlər Xiyabanını ziyarət
edərək Vətənimizin suverenliyi
və müstəqilliyi uğrunda həlak
olmuş şəhidlərimizin məzarı
üzərinə və onların xatirəsinə
ucaldılmış
“Əbədi
məşəl”
abidəsinin önünə əklil və gül
dəstələri qoymuşlar.
Tədbirin davamı olaraq
Səhiyyə Nazirliyində tibb
işçilərinin peşə bayramına
həsr edilmiş Kollegiya icla-
sı keçirilmişdir. İclasda Bakı
və digər şəhər və rayonlar-
da fəaliyyət göstərən tibb
müəssisələrinin
rəhbərləri,
tanınmış elm və tibb elmi
xadimləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə
açan səhiyyə naziri çıxışın-
da xüsusi vurğulamışdır ki,
bu peşə bayramı ulu öndər
Heydər Əliyevin Azərbaycan
səhiyyəsinə
hədiyyəsidir:
“Ümummilli liderin 2001-ci
ildə imzaladığı Sərəncamla
Tibb İşçiləri Gününün təsis
etməsi onun həkimlik sənə-
tinə münasibətini, tibb işçi-
lərinin zəhmətinə yüksək
dəyər verdiyini göstərir. İndi
səhiyyəmizin hər ili, hər ayı
irəliləyişlə, yeni-yeni uğur-
larla yadda qalır. Ötən bir ilə
nəzər salanda deyə bilərik ki,
bu dövr Azərbaycan Respub-
likasının Prezidenti möhtərəm
cənab İlham Əliyevin sosial
yönümlü siyasəti, ölkəmizdəki
ictimai-siyasi stabillik, iqtisadi
inkişaf sayəsində həm bütün
Vətənimiz üçün, həm də ölkə
səhiyyəsi üçün uğurlu bir il
olub. Səhiyyənin inkişafı, tibb
müəssisələrinin yüksək stan-
dartlara cavab verən qayda-
da tikilib istifadəyə verilməsi
üçün xeyli vəsait ayrılır. Bu
da bir daha səhiyyə sahəsinə
olan böyük diqqət və qayğının
sübutudur”,-deyə nazir bildir-
mişdir.
Daha sonra O.Şirəliyev təd-
bir iştirakçılarının diqqə tinə
çatdırdı ki, ölkədə səhiyyənin
inkişafına, əhalinin sağlam-
lına böyük yer ayrılır: “Ölkə
başçısı İlham Əliyev cənabları
fəaliyyətinin ilk günlərindən
etibarən əhalinin sağlamlığının
qorunmasını ölkənin prioritet
vəzifəsi kimi müəyyən etdi.
Bir neçə il əvvələ nəzər salsaq,
tibb müəssisələrində müayinə
və müalicə üçün vacib olan
avadanlıqlar yox vəziyyətində
idi. Bakı şəhərinin ən iri klini-
kalarında yalnız süni tənəffüs
avadanlıqları var idi. Lakin son
bir neçə ildə 600-ə yaxın tibb
müəssisəsi tikilib, təmir olu-
nub və ən müasir avadanlıq-
larla təchiz edilmişdir”.
Nazir Təcili Təxirə salınmaz
Tibbi Yardımın işinin nəinki
paytaxt Bakıda, eləcə də regi-
onlarda da yüksək səviyyədə
qurulduğunu vurğulamışdır.
O, əlavə etmişdir ki, qəbul
olunmuş və uğurla həyata
keçirilən dövlət proqramları
bu gün insanların sağlamlı-
ğında mühüm yerlərdən bi-
rini tutur: “Hazırda 11 Dövlət
Proqramı mövcuddur. Səhiyyə
sahəsində dövlət proqram-
ları uğurla yerinə yetirilir. Bu
proqramlardan biri irsi qan
xəstəlikləri ilə mübarizəyə
həsr olunmuşdur və bu sahə də
ciddi irəliləyişlər var. Heydər
Əliyev Fondunun Preziden-
ti, Azərbaycanın birinci xa-
nımı Mehriban xanım Əli-
yevanın təşəbbüsü ilə Respub-
lika Talassemiya Mər kəzinin
istifadəyə verilməsi ölkəmiz
üçün aktual problem olan ta-
lassemiya xəstələrinin müalicə
imkanlarını geniş ləndirib. Ha-
zırda bu mərkəzdə 20 minə
yaxın uşaq dövlət hesabına
müalicə alır. Artıq 30 uşağa
yalnız yüksək inkişaf etmiş
səhiyyəyə malik ölkələrdə icra
edilən sümük iliyi transplan-
tasiyası əməliyyatları icra olu-
nub. Çox sevindirici haldır ki,
bu yaxınlarda ancaq yüksək
nəticələr əldə etmiş ölkələrə
təqdim olunan Avropa Do-
nor Bankına üzvlük statusu
Azərbaycana verilmişdir.
İrsi qan xəstəliklərinin pro-
filaktikası baxımından böyük
əhəmiyyət kəsb edən nika-
ha daxil olan hər kəs tibbi
müayinədən keçməlidir. Bu
zaman onlar İİV infeksiyasına,
zöhrəvi xəstəliklərə və talasse-
miyaya görə müayinə edilirlər.
Bu tədbir həm adı çəkilən
xəstəliklərlə
mübarizədə,
həm də gələcəkdə doğulacaq
körpələrin sağlamlığı ilə bağlı
ciddi irəliləyişlərə nail olmağa
imkan verir”.
Cənab nazir vurğuladı ki,
səhiyyə sahəsində həyata
keçirilən bütün dövlət proq-
ramları artıq öz bəhrəsini ve-
rir. Dövlət proqramı ilə əhatə
olunan bütün xəstəliklər üzrə
sağlamlıq və demoqrafik
göstəricilər yaxşılaşır.
Ana və uşaq sağlamlı-
ğı ilə bağlı diridoğulmanın
yeni meyarlarına keçilmiş-
dir. Beynəlxalq səhiyyə təş-
kilatlarının tövsiyələrinə uy-
ğun olan bu meyarlar müasir
dövrün tələbidir: “Azərbaycan
səhiyyəsinin bugünkü inki-
şafı, xüsusiləşdirilmiş tibb
müəssisələrinin
avadanlıqla
təc hizatı bizə imkan verir ki,
yeni meyarlara uyğun ola-
raq, vaxtından xeyli tez do-
ğulanların da həyatı uğrunda
mübarizə aparaq”.
Səhiyyə Naziri daha son-
ra dünyada problem olan
şəkərli diabetdən əziyyət
çəkən insanlara dövlət he-
sabına özünənəzarət apa-
ratların, pompaların, həyati
əhəmiyyətli dərmanların döv-
lət hesabına paylanmasından,
habelə böyrək çatışmazlığın-
dan əziyyət çəkən insanların
hətta bölgələrdə belə həftədə
3 dəfə dializ almaları üçün
yaradılan şəraitdən danış-
dı. Bildirdi ki, hazırda 26-sı
bölgələrdə olmaqla 36 Dia-
liz Mərkəzi fəaliyyət göstərir:
“Bütün bunlar bir daha ölkə
rəhbərliyinin insanların sağ-
lamlığına
verdiyi
xüsusi
diqqət və qayğının nəticəsidir.
Ölkəmizdə tibb işçilərinin
nəcib və şərəfli əməyi həm
əhali tərəfindən, həm də dövlət
səviyyəsində həmişə yüksək
dəyərləndirilir. Hər il Tibb
İşçiləri Günündə ölkə rəhbəri
tibb işçilərinin təltif edilməsi
barədə sərəncamlar imzala-
yır. Hər il onlarla həkim, orta
tibb işçisi orden və medallarla,
fəxri adlarla mükafatlandırı-
lır. Bu Peşə bayramı da bizim
üçün Azərbaycan Prezidenti-
nin imzaladığı sərəncamlarla
əlamətdar oldu. Bu, bir
tərəfdən, tibb sahəsində ça-
lışan ən layiqli, ən görkəmli
insanların xidmətlərinə dəyər
verilməsidir, digər tərəfdən,
ümumilikdə tibb işçilərinin
əməyinə, bütünlükdə Azər-
baycan səhiyyəsinə verilən
qiy mətdir.
Bir daha sizin hamınızı peşə
bayramımız – Tibb İşçiləri
Günü münasibətilə təbrik edir,
hamınıza uzun ömür, möhkəm
cansağlığı, xoşbəxtlik və fi-
ravanlıq dolu həyat, əmin-
amanlıq arzulayıram”.
Sonra
səhiyyə
nazi-
ri Oqtay Şirəliyev Prezident
İlham Əliyevin Sərəncamları
ilə “Tərəqqi” medalı, “Əməkdar
Həkim”, “Əməkdar Müəllim”,
“Əməkdar Tibb İşçisi” fəxri
adları ilə təltif edilən səhiyyə
işçilərinin
mükafatlarını
təqdim etdi.
Səhiyyə Nazirliyinin əmrləri
ilə “Səhiyyə əlaçısı” döş nişa-
nı ilə, “Fəxri fərman”la təltif
edilən tibb işçilərinin də mü-
kafatları sahiblərinə təqdim
olundu.
Dostları ilə paylaş: