1
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Ə
.Əliyev adına Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutu
UOT “ Təsdiq edirəm”
Dövlət qeydiyyatı Az.DHTU-nun rektoru
İnventar №
T.e.d. N.A. Qasımov
----------------------------
“----” ----------
2014-ci il
ELMİ-TƏDQİQAT İŞİNİN HESABATI
Xroniki dermatozların(psoriaz, ekzema, atopik dermatit, neyrodermit,
pemfiqus) kliniki xüsusiyyətləri və epidemialogiyası, terapiya üsullarının
təkmilləşdirilməsi, profilaktikası və proqnozların işlənilməsi.
Y E K U N
ELMİ İŞLƏR ÜZRƏ
PROREKTOR
Dos. M.T.Meybəliyev
ET İŞİNİ
N RƏHBƏRİ
T.e.d. prof.
S.H.Kərimov
Bakı-2014
2
İcraçıların siyahısı
1.Az.DHTİ-nin “Dermato-
veneralogiya”
Kafedrasının müdiri,
Professor T.e.d. S.H.Kərimov
2. Az.DHTİ-nin “Dermato-
veneralogiya”
Kafedrasının Professoru, T.e.d. M.M.Cavad-zadə
3.Az.DHTİ-nin “Dermato-
veneralogiya”
Kafedrasının Dosenti T.Ş.Şükürov
4. Az.DHTİ-nin “Dermato-
veneralogiya”
Kafedrasının Assistenti M.Y.İsmayılova
3
M Ü N D Ə R İ C A T
......
Səhifə
1.Referat .........................................................4
1.Giriş
..........................................................8
2.Əsas hissə .....................................................15
3.Nəticə ...........................................................18
4.İstifadə olunmuş ədəbiyyat ...............................19
5. Ə.Əliyev adına AzDHTİ-nun
Dermatovenerologiya kafedra
işçilə
rinin 2014-cü ildə çap olunmuş
elmi işlərinin siyahısı
.........................................20
6.
Kafedra əməkdaşlarının
2014-cü ildə iştirak etdiyi
konfransların siyahısı
.........................
21
4
R E F E R A T
Hesabat 22 səhifədən ibarətdir.
Açar sözlər: Xroniki dermatozlar, psoriaz, pemfiqus,ekzema,
atopik dermatit, müalicə, profilaktika, həyat keyfiyyəti.
Tədqiqat obyekti: Bakı Şəhəri 1 sayli Dəri Zöhrəvi Dispanserdə
2011-2014-cü illər müddətində ambulator müalicəsi alan və
ADHTİ-nun
Dermatovenerologiya
kafedrasinda
konsultativ
qəbullarda olan xəstələrdən reprezentativ seçmə.
İşin məqsədi:
X
roniki dermatozların
(psoriaz, ekzema, atopik dermatit,
neyrodermit, pemfiqus)
terapiya üsullarının təkmilləşdirilməsi,
profilaktikası və proqnozların işlənilməsi
,
müalicə üsullarından
asılı olaraq xəstəliyin kliniki gedişiyatını araşdırmaq və onların
epidemioloji xüsusiyyətlərini öyrənmək.
Tədqiqat üsulları: İş prosesində stasionar və ambulator müalicəsi
alan xəstələrdə müntəzəm olaraq anamnestik, kliniki-laborator
müayinələr aparılmışdır və müşahidə olunan dəyişikliklər qeydə
alınmışdır. Aktiv surətdə xəstələrin aşkar edilib dispanser
qeydiyyata götürülməsi.
Nəticələri: Tədbiq olunan müalicə üsullarından asılı olaraq xroniki
dermatoz olan xəstələrdə həyat keyfiyyətinin yaxşılaşması və
remissiyaların uzaldılması qeyd olunur. Pemfiquslu xəstələrin uzun
müddətli kortikosteroid terapiyası və yanaşı olaraq sitostatiklər ilə
puls terapiyanın təyini nəticəsində fəsadların, yanaşı təsirlərin
azalması və ölüm səviyəsinin azaldılması əldə olunur. Psoriaz ilə
xəstələrdə uzun müddətli yerli steroidlər ilə yanaşı emolentlərin
geniş istifadəsi , müalicənin keyfiyətinə müsbət təsir göstərir, yan
5
təsirlərinin azaldılması ,xəstələrin həyat keyfiyyətinin daha da
yaxşılaşmasına gətirib çıxarır. Atopik dermatit, neyrodermit ilə
olan xəstələrin müalicəsində Protopik 0,1%,0,3% kremlərdən və
ekzemalı
xəstələrdə
immunomodulyatorlardan
(lavomaks)
istifadəsi öz müsbət təsirlərini göstərir. Xəstələrin sistematik
müşahidələrin aparılması, geniş ixtisaslı müalicə-profilaktik
tədbirlərin əsasını təşkil edən məsələləri əhatə etdiyinə görə
metodların tədbiq edilməsi dərəcəsinə dəlalət edir.
Göstəricilər: 2011-1014cü iliər ərzində Bakı şəhəri 1saylı Dəri-
zöhrəvi dispanserində və ADHTİ-nun Dermatovenerologiya
kafedrasinda konsultativ qəbullarda olan pemfiqus, psoriaz,
ekzema, atopik dermatit və neyrodermit diaqnozları ilə daxil olmuş
xəstələrin sayına görə müəyyən olunmuşdur.
Metodun effektivliyi Alınan nəticələrə əsasən cari illərdə
pemfiqus, psoriaz, ekzema, atopik dermatit və neyrodermit ilə
olan xəstələrin əvvəlki və növbəti illərdə residivləşmə tezliyini və
aparılan müalicədən asılı olaraq gedişıyyatını qeydə alaraq,
göstəricilərini müqayisə etmək imkanı verir. Müasir müalicə
üsulları, xəstələrin erkən dispanser qeydiyyatına götürülməsi və
onlara
erkən
əlilliyin
və
digər
fəsadların
qarşısının
alınmasına,ölüm
hadisələrinin
azalmasına
yönəlməsi
ilə
qiymətləndirilir.
6
Р
Е Ф Е Р А Т
Отчет состоит из
22 страниц.
Ключевые слова:
Хронические дерматозы, псориаз,
пемфигус, лечение, профилактика, качество жизни.
Объект исследования: репрезентативный отбор больных,
получавших
амбулаторное
лечение
в
Кожно-
венерологическом диспансере №1 г.Баку и побывавших на
консультативном приеме на кафедре Дерматовенерологии
АзГИУВ за 2011-2014 годы.
Цель
работы:
усовершенствование
методов
терапии
хронических
дерматозов,
разработка
профилактики
и
прогнозов, изучение эпидемиологических особенностей,
исследование
клинического
течения
заболевания
в
зависимости от методов лечения.
Методы исследования: в ходе работы у больных, получающих
стационарное
и
амбулаторное
лечение,
регулярно
проводились
анамнестические,
клинико-лабораторные
обследования и были отмечены наблюдающиеся изменения. В
активном порядке проводилось выявление и диспансеризация
больных.
Результаты: В зависимости от предпринятых методов
лечения у больных с хроническими дерматозами отмечалось
улучшение качества жизни и удлинение ремиссий. У больных
с
пемфигусом,
в
результате
назначения
длительной
кортикостероидной
терапии
наряду
с
пульс-терапией
цитостатиками, достигается снижение частоты побочных
действий и осложнений, отмечается снижение смертности. В
7
основе примененных методов лежит систематическое
наблюдение
за
больными
и
степень
проведения
широкоспектрных лечебно-профилактических мероприятий.
Показатели были определены по количеству больных,
поступивших с диагнозами пемфигус, псориаз, экзема,
атопический дерматит и нейродермит и побывавших на
консультативном
приеме
в
Кожно-венерологическом
диспансере №1 г.Баку и на кафедре Дерматовенерологии
АзГИУВ за 2011-2014 годы.
Эффективность метода позволяет сравнить показатели,
полученные после наблюдения за частотой возникновения
рецидивов за прошедшие и будущие годы и регистрации
течения заболевания в зависимости от лечения у больных
пемфигусом, псориазом, экземой, атопическим дерматитом и
нейродермитом на основе результатов за текущий год.
Современные методы лечения оцениваются по раннему
взятию на диспансерный учет и направленностью на
предотвращение ранней инвалидности , других осложнений, а
также снижение частоты летальности.
8
G i r i ş
Xroniki dermatozların klinik xüsusiyyətləri və
müalicəsi
Müasir dövrdə Psoriaz və Pemfiqus xəstəliyinin rast gəlmə
tezliyi artmışdır. Dünyada dermotoloji xəstəlikər arasında
Psoriazın faizlə yayılma nisbəti 0.1-3%dir. ABŞ-da 0.5-1.5%,
Rusiyada 1% rast gəlinir. Qadinlarla kişilər arasında rast gəlmə
tezliyi eynidir. Xəstəliyin debyutu 30 yaşa qədərdir. Xəstəliyin
yaşlara görə ilk dəfə özünü biruzə verməsinin faizlə nisbəti:10
yaşında 11.6%, 20 yaşında 46%, 30 yaşında 61.6%. Xəstəliyin
iki pik nöqtəsi var: kişilərdə 27.5 və 54.5 yaş; qadınlarda 15.5 və
54.5 yaş. Birinci pik nöqtə üçün genetik meyillik, ikinci pik
nöqtəsi üçün isə ekzogen amillər (stress, psixoemosional
gərginlik, kəskin infeksion xəstəliklər, orqanizmin uzun müddət
soyuğa məruz qalması və digər xarici qiciqlandirici faktorlar)
təkan verir.
Psoriaz dəri örtüyünün bütün nahiyələrində baş verə
bilər.Lakin o daha çox yuxarı və aşağı ətrafların xarici
səthində, monomorf papulaların simmetrik şəkildə əmələ
gəlməsi ilə başlayır. Xəstəlik kliniki gedişi zamanı dırnaqları və
oynaqları zədələyib, və eritrodermiya vəziyətinə gətitib çıxara
bilər.
Psoriazın ilkin kliniki təzahürü epiderma-dermal papuladır.
O, 1-2 mm böyüklüyündə, dairəvi şəkildə, yastı olub dəri
səthindən bir qədər qabarır, rəngi başlanğıcda al qırmızıdır.
Sonralar papula böyüyür, rəngi bir qədər solur,bozarır,mərkəzi
hissəsi ağ-gümüşü kəpəklərlə örtülsə də ətraf dairəsi yenə də
qırmızı qalır. Papulanın üzərində əmələ gəlmiş gümüşü
9
kəpəkləri kibrit çöpü ilə qaşıyanda, onları asanlıqla qoparmaq
olur. Vaxt ötdükcə papula böyüyür, müxtəlif fiqurlar şəklini
alır, piləklərə çevrilir. Psoriazın bu dövründə ona diaqnoz
qoymaq üçün 3 simptom səciyəvidir:1.”Mum ləkəsi” fenomeni.
2.Başlanğıc təbəqə. 3.Nöqtəvari qanaxma. Bundan başqa psoriazın
gedişində saglam dərinin xirda zədələnməsi , sürtünməsi izomorf
reaksiya-Köbner fenomeninə səbəb olur. Bu əlamət zədələnmədən
7-9 gün sonra əmələ gəlir. Xəstələrdə müəyyən dərəcədə qaşınma
da olur.
Sudurlu dermatozlardan ən cox rast gələn sadə
Pemfiqusdur. V.İ.Samcov(1980) qeyd edir ki, Həqiqi pemfiqus
ümumi dəri xəstəliklərinin 1%-nı təşkil edir, bunun da əsas
hissəsi sadə pemfiqusun üzərinə düşür. M.V.Vladimirov adına
MONİKA-nın dermatologiya şöbəsində 1983-1987-ci illərdə
109 pemfiquslu xəstə olub. Onlardan 67.9% sadə pemfiqus,
21.1%eritematoz(seboreyalı), 6.4% vegetasiya edici, 4.5%
yarpaqşəkilli pemfiquslu xəstə olub. Sadə Pemfiquslu xəstələrin
N.A.Torsuyev (1979) 57-62%,N.D.Şeklakov(1962) 67.93% -nı
qadınlar təşkil edir. Sadə Pemfiqus daha çox 40-60 yaşlarında
müşahidə olunur. Y.K.Skripkinə görə 74 sadə pemfiquslu
xəstədən 37-si (50%) 40-60 yaşlarında olublar. Uşaq yaşlarında
sadə pemfiqus cox nadir hallarda rast gəlinir.
Vulqar Pemfiqusda dəridə sudurlar monomorf, zəif
səpgilərdən ibarətdir. Sudurlar tədricən böyüyür, epidermisin
üst qatını qaldırır və birləşirlər. Sudurların icərisindəki maye
başlanğıcda yarımşəffaf olur, köhnə sudurların mayesi bulanıq
və hətta irinli olur. Böyük sudurlar sudur mayesinin təzyiqi
altında armudvari şəkil alır ki, buda vulqar pemfiqusun
kardinal simptomlarındandır.
Pemfiqusun müalicə nəticələri və proqnozu xəstəni vaxtında
aşkar etmək, düzgün diaqnoz və müvafiq müalicə təyin etməkdir.
Hazırda əsas müalicə kortikoid hormonlarla aparılır ki, bu da iki
mərhələdən ibarətdir. Bırınci mərhələdə xəstəxana şəraitində
hormonların ən yüksək dozalarından başlanılır, optimal nəticə
alınanadək davam etdirilir. Səpkilər tam çəkilir, eroziyalar
10
epitelləşir, yeni sudurlar əmələ gəlmir. Bu zaman xəstə ambulator
şəraitə keçirilir, və dispanser müşahidəsi altında müalicəni davam
etdirir. Uzun müddət yüksək dozada kortikosteroid hormonla
müalicə xəstəliyin ağırlığından, onun klinik nəticəsindən, xəstəin
dərmana qarşı həssaslığından asılıdır. Əksər xəstələrdə bu müddət
3-6 , bəzən isə daha çox ola bilər. Müalicə nəticəsində
morbidostatik vəziyyət əldə edildikdən sonra dərmanın miqdarı
tədricən azaldılır, minimal dozaya çatdırılır və həmin dozanı xəstə
uzun müddət qəbul edir. Xəstəliyin kəskinləşməsi dərmanı
kısməkdən , yaxud da dərmanın miqdarını tez endirməkdən
asılıdır. Residivin qarşısını almaq üçün daha yüksək dozadan
istifadə etmək və uzun müddət müalicə aparmaq lazım gəlir.
Kortikosteroid hormonlarla müalicə zamanı bir sıra ağırlaşmalar və
fəsadlar baş verir. Hormonların ən yüksək dozası sutkada 100-200-
300mq-dır. Bəzi xəstələrdə hormoların zərbə dozası təzə sudurların
əmələ
gəlməsinin
qarşısını
almır.
Belə
hallarda
metatreksat(tsitostatik) məsləhət görülür. İnstruksiya üzrə 5 günlük
tsiklə gündə 2 həb, 3 günlük fasilədən sona yenə 5 gün və s. əksər
alimlərin fikrincə təzə qovuqların əmələ gəlməsi dayanır.
Ekzema kəskin və ya xroniki residivləşən allergik
xəstəliklərə aid olub, sürətlə əmələ gələn, partlayan və islanan
suluqcuqların əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstələnmə
halları 1000 əhaliyə 6.0-dan 15.0-dək cərayan edir. Dəri
xəstəliklərinin 30-40% təşkil edir, bütün yaş dövrlərində, bütün
öləkələrdə və irq nümayəndələrində təsadüf olunur, ağırlaşmalara,
xəstələrdə psixoloji və fiziki fəsadlara, əmək qabiliyyətinin
itirilməsinə səbəb ola bilir. Adətən xəstəlik uşaqlıq və ya
yeniyetməlik dövrdə başlayır və ömür boyu residivləşir.
Xəstəliyin etiologiyası tam məlum deyil və fərziyyələr
səviyyəsində olaraq qalır. Lakin elmin müasir etapında ekzemanın
nevrogen xarakterli xəstəlik olması birinci plana keçir. Buna
səpgilərin simmetrik olması və xəstələrin yüksək oyanıqlığı dəlalət
edir. Ekzemanın həmçinin mədə-bağırsaq sitemində və endokrin
pozğunluqlarla əlaqəsi müşahidə olunur. Ekzemanın günəşin
təsiri,soyuq, kimyəvi maddələrlə bağlılığı da əsassız deyil.
11
Ekzemanın klinikası rəngarəngdir. Xəstəlik kəskin başlayır;
dəridə əvvəlcə ödemli fərqli ölçüdə olan ləkələr əmələ gəlir
(eritematoz mərhələ); sonradan yastı, yaxın yerləşmiş papulalarla
əvəz olunurlar (papulyoz mərhələ) və gələcəkdə papulyoz
elementlər xırda seroz suluqcuqlara transformasiya edirlər
(vezikulyoz mərhələ); əlverişsiz şəraitdə suluqcuqlar irinləşir və
yerlərində pustulalar əmələ gəlir (pustulyoz mərhələ).
Sürtülmə və matserasiya nəticəsində suluqcuqlar partlayır,
eroziyalaşır, böyük sulanan, gələcəkdə isə quruyan, şəffaf və ya
sarımtıl-yaşımtıl rəngdə bulanıq qabıqla örtülmüş səth əmələ
gətirirlər (qabıqlı forma).
Eritemo-papulyoz və vezikulyoz formalar tez-tez dərinin
büküşlərində yerləşirlər və bu halda intertriginoz ekzema
adlanırlar. İrin törədici mikroorqanizmlərlə infeksiyalaşma zamanı
(bu tez-tez uşaqlarda güclü qaşinma zamanı baş verir) qırmızımtıl
irinli qabıqlar əmələ gəlir (impetiginoz forma).
Selikli qişalarda ekzema müşahidə olunmur.
Ekzemanın müalicəsi üçün indiki zamanda bir çox metodlar və
dərman preparatları təklif olunub, ancaq bütün metodların
effektivliyi ciddi şəkildə fərdi xarakter daşıyır. Xəstəliyin müalicə
prinsiplərini iki qrupa bölmək olar:
1.
Ümumi müalicə.
2.
Yerli müalicə.
Ənənəvi
ümumi
desensibilizəedici
müalicə
orqanizmin
reaktivliyini azaldan və həmçinin hormonal preparatların
istifadəsini nəzərdə tutur.
Yerli müalicə isə iltihabəleyhinə, dərini sakitləşdirən, qaşınmanı
aradan qaldıran və antiparazitar xarakterli hormonal, qətran , neft,
ixtiol, kükürd, antibiotik tərkibli məlhəmlərin və islatmaların
istifadəsini nəzərdə tutur.
Atopik dermatit – xroniki allergik dermtatit olub, atopiyaya irsi
meyilliyi olan xəstələrdə rast gəlinir; residivləşən gedişə malikdir.
Ekssudativ
və/və
ya
lixenoid
səpgilərlə,
zərdabda
IgE yüksəlməsi (85% xəstələrdə) ilə və spesifik və qeyri-spesifik
12
qıcıqlandırıcılara qarşı hipersensibilizasiya ilə xarakterizə olunur.
Ciddi mövsümi asıllığa malikdir: qışda – kəskinləşmə və ya
residivlər, yayda – hissəvi və ya tam remissiya. Xəstələnmə
strukturunun 10%-ni təşkil edir. 60% xəstələrdə atopik dermatitin
ilkin kliniki təzahürlərinə həyatın birinci ilində təsadüf olunur.
Atopik dermatit xəstəsi olan 35% körpələrdə gələcəkdə bronxial
astma inkişaf edir.
Etiologiyanın əsas bir hissəsini irsi meyillik təşkil edir.
Velideynlərdən biri xəstədirsə atopik dermatit riski 60%, hər ikisi
xəstədirsə - 81% təşkil edir.
Təkan verici amillər:
-allergenlər: hava – mikrogənələr, bitki tozları; mikrob –
Staphyllococcus
aureus
ekzotoksini
(T-limfositlərin
və
makrofaqların aktivasiyası); autoallergenlər (endogen) – insan
zülalına qarşı IgE-anticismlər; qida – yumurta, balıq, süd, yer
fındığı, soya, buğda;
-tərləmə;
-dərinin baryer funksiyasının pozulması: əllərin və bədənin tez-tez
(xüsusən sabunla) yuyulması dərinin qurumasına və xəstəliyin
kəskinləşməsinə səbəb olur;
-bakteriya
koloniyalarının
inkişaf
etməsi
(Staph.aureus,
Strept.pyogenes), nadir hallarda mikoz, kandidoz;
-sərt kobud geyim (xüsusi ilə yun);
-kimyəvi maddələr;
-emosional stress;
-ətraf mühit: toz, kif, heyvan tükü və b. ekzogen allergenər,
temperatur dəyişməsi (yayda – yaxşılaşma, qışda – kəskinləşmə),
aşagı rütubət.
Xəstəliyin əsas simptomu dərinin quruluğu və qaşınmasıdır.
İnfeksiyalaşma nəticəsində dərinin zadələnmiş nahiyələrində
irinciklər əmələ gəlir. Atopik dermatitin sevimli lokalizasiyası
oynaqların bükücü səthləri, boynun qabaq və yan səthi, alın,
gicgah, biləklər, əlin və pəncənin arxa səthi.
13
Diaqnozun qoyuluşunda anamnez, qanda IgE-yüksək olması və
konkret allergenin müəyyənləşdirilməsi rol oynayır.
Atopik dermatitin terapiyasının əsasını allergiya əleyhinə
preparatlar təşkil edir. Xəstəliyin ağırlığından asılı olaraq həm yerli
antihistamin və ya kortikosteroid tərkibli məlhəmlər, həm də daxilə
antihistamin preparatlar təyin olunur. AD-nin müalicəsində inqilab
kalsinevrin inhibitorlarının təcrübədə istifadə olunmasından sonra
baş verdi. Bunlara pimekrolimus və takrolimus aiddrilər. Son
illərdə müalicədə həmçinin speseifik desensibilizasiya da geniş yer
almışdır.
Neyrodermit şiddətli gicişmə verən düyüncüklü səpgilər,
pigmentləşmə və dəmrovlaşma ilə müşahidə olunan dərinin iltihab
prosesidir.
Beləliklə,
uzun
sürən
xroniki
dermatozdur.
Neyrodermitin bir neçə klinik forması vardır. Onlardan məhdud
neyrodermit və yayılan neyrodermitdir.
Məhdud neyrodermit dəri örtüyünün bir çox nahiyələrində baş
verə bilər. Lakin o əksər hallarda boyunun arxa və yan səthlərində,
dirsək və diz büküklərində, budların daxilində, baldır, xaya, aralıq
və anus nahiyəsində, qadınlarda cinsiyyət üzvlərində və s.
Müşahidə olunur.
Klinik şəklində ilkin planda adətən gicişmə dayanır. Yalnız
bundan sonra xəstəliyin morfoloji elemetləri (qızartı, infiltrasiya,
düyüncüklü səpgilər və dəmrovlaşma) əmələ gəlir. Gicişmə və bu
səbəbdən qaşınma nəticəsində zədələnmə nahiyəsində düz xətli
sayrıntılar və buna müvafiq qanlı qartmaqlar müşahidə olunur.
Gicişmə tutmalarla gedir. Şiddətli gicişmə xəstələrin MSS-nə pis
təsir göstərdiyindən onlar acıqlı vı hirsli olur, yuxusuzluq və ruh
düşkünlüyü müşahidə olunur. Xəstəliyin klinik şəkli səciyyəvidir.
Belə ki, zədələnmə ocağının xarici sahəsi piqmentləşmiş, orta
sahəsində düyüncüklü səpgilər, mərkəzi hissəsi isə dəmrovlaşmış
olur, tutmalarla qaşınır.
Müalicəsiz qalmış neyrodermit gicişmə tutmaları verərək uzun
illər davam edir. Diaqnoz şiddətli və tutmalarla gedən gicişmə və
dəmrovlaşma əsasında qoyulur.
14
Yayılan neyrodermit dəri örtüyünün bir çox nahiyələrində
müşahidə olunur. Xəstəliyin zədələnmə ocaqları ən çox üzdə,
boyunda, ətrafların büküşlərində, budların daxili səthində,
cinciyyət üzvləri nahiyəsində və s. yerlərdə təzahür edir.
Yayılan neyrodermitdə dərinin infiltratlaşma və lixenifikasiyası
əsas yer tutur. Orada neyrodermitin səciyyəvi morfoloji elmenti
olan, səthi parıldayan yastı epiderma-dermal papulalar müşahidə
olunur. Yayılan neyrodermit üçün zədələnmə ocaqlarında dərinin
piqmentasiyası, onunla yanaşı şiddətli gicişmə, monomorf papula
səpgiləri, ag dermaqrafizm, pilomotor refleks,xəstələrdə nevroti
pozğunluq və s. səciyyəvidir. Yayılan neyrodermit uzun sürən
xroniki xəstəlikdir. Adətən yay mövsümündə nisbətən yaxşılaşır,
qış mövsümündə isə kəskinləşir. Uşaqlarda və yeniyetmələrdə
xüsusilə ağır gedir. Yayılan neyrodermit bəzən ağırlaşaraq irinli
dəri xəstəliyi və ekzema verir.
Müalicədə sedativ, antihistamin preparatların təyini əsas yer
tutur. Məhdud neyrodermitin şiddətli gicişməsi və ağır gedişi
zamanı hormonlardan da istifadə etmək olar. MN-in xarici müalicə
üsullarından zədələnmə ocağının ətrafına metilen göyünün,
novokainin, hidrokortizon emulsiyasının istifadəsi aiddir. YN-in
müalicəsində bu üsullara əlavə olaraq MSN-i normallaşdıran
dərmanlar dərmanlar, B qrup vitaminləri, A və PP vitaminləri,
Aevit və s. məsləhət görülür. Dietaya, kurort müalicələrə də önəm
verilir.
Yuxarıda göstərilən xroniki dermatozlu xəstələrdə tez-tez
residivləşmə
ilə
əlaqədar
iş
qabiliyyətinin
pozulması,
komplekslərin
yaratdığı
psixoemosional
gərginlik,
həyat
keyfiyyətinin enməsinə səbəb olur.
15
Ə
s a s h i s s ə
Son 4 il (2011-2014) ərzində qarşımıza qoyduğumuz
məqsədlər xroniki dermatozların (psoriaz, ekzema, atopik dermatit,
neyrodermit, pemfiqus) kliniki xüsusiyyətləri və epidemialogiyası,
xəstələrin terapiyasında yeni üsullarının təkmilləşdirilməsi,
profilaktikası və proqnozların işlənilməsi idi.
Həmin tədqiqatlar ADHTİ-nun Dermatovenerologiya
kafedrasinda konsultativ qəbullarda olan ambulator müalicə alan
xəstələrə görə aparılmışdır.
Bir qrup (Iqrup) psoriaz ilə olan xəstələrin müalicəsində
standart müalicə ilə yanaşı Koaksil (antidepressant) preparatı və
Lavomaks 125mq (immunomodulyator), yerli müalicəsində isə
emolentlərin geniş istifadəsi təyin olunmuşdur. Kontrol qrup(II)
xəstələr isə standart müalicə qəbul etmişdir.
Bir qrup (I)pemfiquslu xəstələrin müalicəsində isə yüksək doza
(80-120mq ) kortikosteroidlərlə birlikdə ilk günlərdən metotreksat
(10 mq) həftədə 1 dəfə təyin edilmişdir, gündə 1 dəfə fol turşusu-5
mq., və yanaşı preparatlar-Kalii orotat, Kalsium D3 nikomed,
askorutin. Son 2014 il ərzində həmin sxemin tədbiqi nəticəsində
bir çox xəstələrdə kortikosteroidlərin qəbulunu tədricən azaldaraq
minimal dozanı(10 mq qədər metipred) günaşırı («yellənçək»
metodikası) ilə təyin etmək imkanlarını əldə edilmişdir.
Kontrol qrupuna(II) standart müalicə: kortikosteroid –fasiləsiz və
metotreksat 5 günlük tsikl ilə (gündə 5mq), 5 günlük fasilələr ilə
təyin edilmişdir Hər iki qrup xəstələrə vitaminlər,
mikroelementlər, hepatoprotektorlar təyin olunmuıdur.
Atopik dermatit(AD), neyrodermit və ekzema xəstəliklərinin
müalicəsində yerli olaraq Protopik (takrolimus) və Fiziogel losyon
və krem, Lokobeyz ripea və lipokrem şəkildə istifadə olunmuşdur.
Cədvəl 1. Psoriazın müalicəsində alınan nəticələr.
16
Gruplar
Kliniki nəticələr
Yaxşılaşma
Kliniki
remissiya
Yaxşılaşması
olmayan
I qrup-36
xəstə
23
(63%)
12
(33%)
1
(4%)
II qrup-72
xəstə(kontrol)
42(59%)
24
(33%)
6
(8%)
Cədvəldən görünür ki, psoriazlı xəstəliyinin gedişiyyatında bir sıra
xəstələrin psixo-emosional faktorunun rolu əhəmiyyətlidir və belə
hallarda xəstələrin müalicəsində zəif antidepressantların istifadəsi
mümkündür. İmmunomodulyatorların tədbiqi müalicənin
effektivliyini daha da artırır. Belə hallarda kliniki yaxşılaşmadan
sonra kliniki remissiyaların vaxtının uzaldılması qeyd olunur.
Cədvəl 2. Pemfiqusun müalicəsində alının nəticələr.
gruplar Kliniki nəticələr
Yaxşılaşma
Kliniki
remissiya
Yaxşılaşması
olmayan
I qrup-16
xəstə
4
(25%)
12
(69%)
1
(6%)
II qrup-22
xəstə(kontrol)
14
(63%)
5
(22%)
3
(15%)
Cədvəldən görünür ki, pemfiquslu xəstələrin müalicəsində tədbiq
olunan sxem remissiyanın tezləşməsinə, kortikosteroidlərin
dozasını qısa müddət zamanında aşağı salınmasına imkan yaradır.
Bundan başqa kortikosteroidlərin qəbulu nəticəsində yaranan
yanaşı təsirlərin daha az rast gəlməsi müşahidə olunur, bu da
xəstənin həyat keyfiyyətinə daha müsbət təsir göstərdiyinə görə
ömrünün uzaldılmasına imkan yaradır.
17
Cədvəl 2. Atopik dermatit,neyrodermit, ekzema xəstəliklərinin
müalicəsində alının nəticələr.
gruplar
Kliniki nəticələr
Yaxşılaşma
Kliniki
remissiya
Yaxşılaşma
sı
olmayan
I qrup-38 xəstə
AD və
neyrodermit(26)
Ekzema(12)
14(37%)
7
7
22(58%)
18
4
2 (5%)
1
1
II qrup-19
xəstə(kontrol)
AD və
neyrodermit-12,
ekzema-7
12(63%)
8
4
4(21%)
2
2
3(16%)
2
1
Cədvəldən görünür ki, atopik dermatit, neyrodermit və ekzemalı
xəstələrin terapiyasında tədbiq olunan sxem remissiyanın
tezləşməsinə, yaxşılaşma hallarının çoxalmasına, xəstələrin
müalicəsində yerli olaraq Protopik (takrolimus) və Fiziogel losyon
və krem, Lokobeyz ripea və lipokrem dərinin quruluq, qaşınma,
diskomfort kimi subyektiv hisslərinin azalmasına və həyat
keyfiyyətinin yüksəlməsinə imkan yaradır.
18
N Ə T İ C Ə
Nəticədə demək olarki pemfiquslu xəstələrin müalicəsində
tədbiq olunan sxem remissiyanın tezləşməsinə, kortikosteroidlərin
dozasını qısa müddət zamanında aşağı salınmasına imkan
yaraddığına görə bu növ terapiya üsulundan istifadə daha önəmli
ola bilər. Bundan başqa kortokosteroidlərin qəbulu nəticəsində
yaranan yanaşı təsirlərin daha az rast gəlməsi müşahidə olunur.
Həmin müalicə sxemlərin tədbiqi nəticəsində xəstələrin həyat
keyfiyyətlərinin yaxşılaşmasına, bir sıra xəstələrin isə iş-
bacarıqlarının uzaldılmasına imkanlar yaradır
Psoriaz xəstəliyinin gedişiyyatında isə bir sıra xəstələrin
psixo-emosional faktorunun rolu əhəmiyyətlidir və belə hallarda
xəstələrin müalicəsində zəif antidepressantların istifadəsi daha
önəmli ola bilər. İmmunomodulyatorların tədbiqi müalicənin
effektivliyini daha da artırır. Belə hallarda kliniki yaxşılaşmadan
sonra kliniki remissiyaların vaxtının uzaldılması daha tez-tez
müşahidə olunur.
Atopik dermatit, neyrodermit və ekzemalı xəstələrin
terapiyasında tədbiq olunan müalicə sxemləri remissiyanın
tezləşməsinə, yaxşılaşma hallarının çoxalmasına, xəstələrə yerli
yumşaldıcı vasitələrin təyini quruluq, qaşınma, diskomfort kimi
subyektiv hisslərinin azalmasına və həyat keyfiyyətinin
yüksəlməsinə imkan yaradır.
19
Ə
d ə b i y y a t
1.
О.В. Терлецкий . Псориаз. Дифференциальная диагноcтика
«псориазоподобных» редких дерматозов. Терапия. Санкт-
Петербург 2007.
2.
Дерматовенерология. Национальное руководство. Под
редакцией акад. РАМН Ю.К.Скрипкина, Ю.С.Бутова, О.Л.
Иванова. Москва 2011.
3.
Дерматология. Атлас-справочник.
Ф.Фицпатрик., Р. Джонсон., К.Вульф. и др. 1998.
4.
Qurban Hüseynzadə. Dəri və zöhrəvi xəstəliklər 1998.
20
Ə.Əliyev adına AzDHTİ-un Dermatovenerologiya
kafedra işçilə
rinin 2014-cü ildə çap olunmuş elmi işlərin
siyahısı
1. С.Г.Керимов, М.М.Джавад-заде, Ф.А.Алиев
“Динамика развития острой хламидийной инфекции нижних
мочевых путей в эксперименте.
Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın
məcmuəsi Bakı 2014 s. 348-356
2. Балакишиева Ф.И..Мамедова Г.С., Мамедханова И.А.,
Исмайлова М.Ю.
Особенности некоторых форм дерматитов аллергического
генеза на фоне лямблиоза.
ИД «Академия естествознания» Журнал “Фундаментальные
исследования» № 4.2014, с. 22-25.
3. Cavadzadə M.M., Təhməzov R.Ə.,Eyvazov V.E., Rzayeva L.F.
Bakı şəhərində Ch. Trachomatis və M. Hominis-in mono- və
mikst- infeksiyalar formasında yayılmasının xüsusiyyətləri.
Azərbaycan Tibb Jurnalı 2013/4 c. 130-133.
21
Kafedra əməkdaşlarının 2014-cü ildə iştirak etdiyi
konfransların siyahısı
:
1.1th Azerbaijcan aestetic and anti-age medicine conqress.
Estetik və anti-age təbabət üzrə 1 Azərbaycan konqresi 2014
Bakı,Azərbaycan. 28-29noyabr.İştirakçılar: prof.,
S.H.Kərimov., prof M.M.Cavadzadə.,dos. T.Ş.Şükürov.,ass.
M.Y.İsmayılova.
2.Azerbaycan Dermatoloji və türk Pediatrik Dermatoloji I
gündəmi 8 noyabr 2014 Bakı Azərbaycan Park İnn Hotel.
İştirakçılar: prof. S.H.Kərimov, prof. M.M.Cavadzadə, dos.
T.Ş.Şükürov, M.Y.İsmayılova
3.
Ə.Əliyev adına Azərbaycan Dövlət həkimləri
Təkmilləşdirmə İnstitutu dəri-zöhrəvi kafedrası “Atopik
dermatitin və psoriazın etiopatogenezə və müalicəsinə
müasir yanaşma” 21 noyabr 2014 Bakı Azərbaycan Park İnn
Hotel. İştirakçılar: prof. S.H.Kərimov, prof.
M.M.Cavadzadə, dos. T.Ş.Şükürov , ass.M.Y.İsmayılova,
ass.N.R.Axundova, kafedranın rezidentləri
4.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutu “ Dırnaq və dərinin göbələk
xəstəlikləri. Müalicəyə müasir yanaşma.” 7 may 2014 Bakı
Azərbaycan “kempinski Hotel” Badamdar. İştirakçılar: prof
S.H.Kərimov , prof M.M.Cavadzadə, dos. T.Ş.Şükürov, ass.
M.Y.İsmayılova, ass.N.R.Axundova, Kafedranın
rezidentləri
5.
“Sağlam Gənclik , Sağlam Gələcək” forumu. 10 dekabr
2014 Bakı Azərbaycan Hilton Hotel. İştirakçılar:
22
prof.S.H.Kərimov. prof. M.M.Cavadzadə, dos. T.Ş.Şükürov,
ass. M.Y.İsmayılova, ass.N.R.Axundova, kafedranın
rezidentləri
6.
Euro-Asian Association of Dermatovenereologists. For
Participating in the 4
th
Annual Meeting of the Euro-Asian
Association of Dermatovenereologists that took place on
April 9-11 2014 Jerusalem, Israel İştirakçılar: prof.
S.H.Kərimov
7.
SAGLYK-2014 ATLY HALKARA SERGISININ WE
YLMY-AMALY MASLAHATYNYN YOKANÇ
KESELLERI UGRY BOYUNÇA MEYILNAMASY 20-
22- NJI IYUL 2014 YYL TÜRKMENİSTAN, AŞGABAT.
İştirakçılar: S.H.Kərimov
8.1th TRANSCAUCASUS INTERNATIONAL CONGRESS
ON PHOTODERMATOLOGY AND SKIN CANCER
16-18 october 2014 Tbilisi Georgia İştirakçılar: prof.
S.H.Kərimov, prof. M.M.Cavadzadə, ass.M.Y.İsmayılova
Rezidentlər:M.S.Almazova, N.İ.NamazoK.Ə.BayramovaL.E
.Muradzadə, S.S.Adıgözəlova, F.F.Qarayev
8.
23
rd
Euro-Asian Association of Dermatovenereologists
Congress Building Bridges Amsterdam the nethereavds
8-12 october2014 İştirakçılar: S.H.Kərimov
Dostları ilə paylaş: |