Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli



Yüklə 276.64 Kb.

səhifə1/2
tarix24.01.2017
ölçüsü276.64 Kb.
  1   2

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 12 iyun 2009-cu il tarixli  

17 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

ŞƏKƏRLİ DİABET (TİP 2) 

XƏSTƏLİYİNİN DİAQNOSTİKA  

VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

54.15 


Ş 47 

 

 



 

 

 



 

 

 



 

 

 



Ş 47     Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi  

 üzrə klinik protokol. – 36 səh. 

 

2

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

R.Məmmədhəsənov – SN baş endokrinoloqu, ATU-nun daxili 

xəstəliklər kafedrasının müdiri, t.e.d., professor, ə.e.x. 

V.Mirzəzadə – Azərbaycan Endokrinoloqlar Elmi 

Cəmiyyətinin sədri, “Metabolizm” jurnalının baş redaktoru, 

t.e.d. 

R.Cabbarov – Respublika Endokrinologiya Mərkəzinin 



direktoru, t.e.n. 

V.Muradov – Bakı ş. Endokrinoloji Dispanserinin baş həkimi 

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

G.Hacızadə – İctimai Səhiyyə və İslahatlar Mərkəzi səhiyyə 

siyasəti və islahatlar şöbəsinin həkimi 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

 



 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası



 

Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

6

İxtisarların siyahısı 



AQQ 

 – acqarına qanda qlükoza səviyyəsi 



AQP 

 – acqarına qlikemiyanın pozulması  



ASLX   – aşağı sıxlıqlı lipoproteidlərin xolesterini 

BKİ 

 – bədən kütləsi indeksi 



DKA 

 – diabetik ketoasidoz 



DÖNÖ   – diabet zamanı özünə nəzarətin öyrədilməsi  

DPN 

 – distal simmetrik polineyropatiya  



HbA1c   – qlikolizə olunmuş hemoqlobin  

HPP 

 – hamiləliyin planlaşdırılması proqramı 



HŞD 

 – hestasiya şəkərli diabeti 



XBX 

 – xroniki böyrək çatışmazlığı 



XBT-10  – Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

OQTT   – oral qlükoza tolerantlığı testi 

QFS 

 – qlomerulların filtrasiya sürəti 



QQPQ   – qanda qlükozanın pasiyent tərəfindən qiymətləndirilməsi 

QTP 

 – qlükoza tolerantlığının pozulması 



QV 

 – qalxanabənzər vəz 



PAX 

 – periferik arteriyaların xəstəliyi 



RKT 

 – randomizasiya olunmuş klinik tədqiqatlar 



ŞD  

– 

şəkərli diabet 



ŞD2  

– 

şəkərli diabet (tip 2) 



TBİ 

 – topuq-braxial indeksi 



TQM 

 – tibbi qidalanma ilə müalicə 



ÜDX 

 – ürək-damar xəstəliyi 



ÜXX 

 – ürəyin xronik xəstəliyi 



ÜST 

 – Ümumdünya Səhiyyə Təşkilatı 



YSLX   – yüksək sıxlıqlı lipoproteidlərin xolesterini 

YPKS   – yumurtalıqların polikistozu sindromu 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

7

Protokol həkim-endokrinoloqlar, ilkin səhiyyə xidmətləri 



səviyyəsində çalışan terapevtlər, ailə  həkimləri üçün nəzərdə 

tutulmuşdur. 

Pasiyent qrupu:  

 



2-ci tip şəkərli diabeti və onun fəsadları olan bütün yaş 

qruplarından xəstələr, hamilə qadınlar  

 



Şəkərli diabetin inkişafı üzrə risk qrupuna daxil olan əhali  

 

Protokolun məqsədləri: 

 



Müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə ŞD-nin 

diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

ŞD ilə xəstələnmə və ölüm hallarının azaldılması 



 

Fəsadlaşmalar ehtimalını müəyyən etmək üçün ŞD-nin gedişinin 



qiymətləndirilməsi 

 



ŞD-li xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 

ÜMUMİ MÜDDƏALAR 

Şəkərli diabet tip 2 (ŞD2) – insulinin təsirinin və ya insulin 

sekresiyasının defekti nəticəsində zülal, piy və karbohidrat 

mübadiləsi pozğunluğu ilə müşayiət olunan və xroniki 

hiperqlikemiya ilə xarakterizə edilən polietioloji metabolik 

pozğunluqdur.  Şəkərli diabetin orqanizmə  mənfi təsiri müxtəlif 

orqanların disfunksiyası, çatışmazlığı və gecikmiş (xroniki) fəsadları 

şəklində təzahür edir. 

Şəkərli diabet – kəskin və xroniki ağırlaşmaların  əmələgəlmə 

riskinin qarşısını almaq üçün daimi müalicə  və  xəstələrə 

özünənəzarəti öyrətməyi tələb edən bir xəstəlikdir.  Şəkərli diabetin 

müalicəsi tək qlikemiyaya deyil, həmçinin onun ağırlaşmalarına 

gətirib çıxara biləcək digər faktorlara nəzarət tələb edir. 



Prediabet dedikdə, acqarına qlikemiyanın pozulması  və 

qlükozaya qarşı tolerantlığın pozulması nəzərdə tutulur. Qeyd edilən 

hər iki hal geri dönən vəziyyətdir, belə ki, karbohidrat mübadiləsini 

tam normallaşdırmaq mümkündür. Eyni zamanda hər iki hal ürək-

damar sistemi xəstəliklərinin və ürək-damar xəstəliklərindən ölümün 

əsas risk faktoru hesab olunur (B)

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

8

Epidemiologiya 

ŞD-nin epidemiologiyası kifayət qədər öyrənilməmişdir. Dünya 

əhalisinin 2-3%-i ŞD-dən əziyyət çəkir. ÜST-nin məlumatlarına görə 

1985-ci ildə dünyada ŞD olan 60 mln insan qeydiyyata alınmışdır. 

Beynəlxalq Diabet Federasiyasının 2008-ci il üçün olan 

məlumatlarına görə  ŞD-dən  əziyyət çəkən insanların sayı 246 mln-

dur.  ŞD2  şəkərli diabetin ən geniş yayılmış formasıdır.  ŞD2 bütün 

şəkərli diabet hallarının 90-95%-ini təşkil edir.  

ŞD2-nin  əhali arasında çox rast gəlinməsi ÜST tərəfindən bu 

xəstəliyin epidemiya kimi qəbul edilməsinə  səbəb olmuşdur.  Əhali 

arasında bu xəstəlik qeydə alınandan 2-3 dəfə çoxdur.  

 

ŞD-nin təsnifatı 

 



ŞD 1-ci tip (β-hüceyrələrin destruksiyası  və insulin çatışmazlığı 

ilə xarakterizə edilir) 

 

ŞD 2-ci tip (insulin rezistentliyi nəticəsində baş verən insulinin 



sekresiyasının defekti ilə xarakterizə edilir) 

 



Başqa səbəblərdən – məs.,  β-hüceyrələrin funksiyasının genetik 

defekti, insulinin təsirinin genetik defekti, pankreasın ekzokrin 

funksiyasının pozulması ilə nəticələnən xəstəliklər (sistik fibroz), 

dərmanların və ya kimyəvi maddələrin təsiri (QİÇS və ya orqan 

transplantasiyasından sonra aparılan müalicə) – baş verən diabet 

 



Hestasion şəkərli diabet (HŞD) (hamiləlik zamanı diaqnostika edilir) 

ŞƏKƏRLİ DİABET TİP 2-nin XBT-10 üzrə TƏSNİFAT 

E10-14   Şəkərli diabet (ŞD)  

.0   koma ilə 

.1   ketoasidozla 

.2   böyrəklərin zədələnməsi ilə 

.3   gözlərin zədələnməsi ilə 

.4   nevroloji ağırlaşmalarla 

.5   periferik qan dövranının 

pozğunluğu ilə 

.6   digər dəqiqləşdirilməmiş 



ağırlaşmalarla 

.7   çoxsaylı ağırlaşmalarla 

.8   dəqiqləşdirilməmiş 

ağırlaşmalarla 

.9   ağırlaşmalarsız 



E10  

İnsulindən asılı ŞD 



E11  

İnsulindən asılı olmayan ŞD 



E12  

Qeyri-kafi qidalanma ilə bağlı ŞD 



E13  

ŞD-nin digər dəqiqləşdirilmiş formaları 



E14  

Dəqiqləşdirilməmiş ŞD 



O24  Hamiləlik dövründə ŞD 

R73.0  Qlükozaya 

qarşı tolerantlığın pozulması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

9

ŞD RİSK FAKTORLARI VƏ SKRİNİNQİ 



Prediabet və ŞD yaranmasının risk faktorları

 



Yaşın >45 olması 

 



Ailədə diabet xəstəliyi (birinci dərəcəli qohumluq) 

 



Ürək-damar xəstəliyi 

 



Çəkinin artıqlığı və ya piylənmə (çəkinin ideal bədən çəkisindən ≥20% 

artıq olması və ya bədən kütləsi indeksi ≥25 kq/m

2





 

Az hərəkətli həyat tərzi 

 

Bəzi etnik qruplara mənsubiyyət: Latın Amerikası  mənşəli, qaradərili, 



Asiya mənşəli amerikalılar, amerika hinduları  və ya Sakit okean 

adalarında yaşayanlar. 

 

Əvvəllər qlükoza tolerantlığında və ya acqarına qlükozanın 



səviyyəsində dəyişikliklərin olması 

 



Hipertenziya (AT ≥140/90 mm c.süt.) 

 



Triqliseridlərin səviyyəsinin artması (≥ 250 mq/dl və ya 2,82 mmol/L), 

yüksək sıxlıqlı lipoproteidlərin konsentrasiyasının aşağı olması  (

≤40 

mq/dL və ya 0,90 mmol/L) 



 

Hestasiya diabetinin olması 



 

Yenidoğulmuşun çəkisinin >4 kq olması  



 

Yumurtalığın polikistozu sindromu (YPKS) 



 

Psixi xəstəliyin olması 



 

Skrininq 

 



Artıq çəki və ya piylənməsi (BKİ > 25 kq/m

2

) olan böyüklər və bir və 



ya daha çox risk faktorları olan şəxslər prediabet və  ŞD2-yə görə 

yoxlanmalıdırlar. Risk faktorları olmayan şəxslərdə  isə testləşdirmə 45 

yaşdan başlamalıdır. (B)  

 



Hiperlipidemiya (ASLX>130) və hipertenziyası (qan təzyiqi  >140/90 

mmHg) olan hər bir xəstəyə yaşından asılı olmayaraq ŞD2-yə görə 

skrininq aparılması tövsiyə olunur. 

 



Testlərin nəticəsi normal olduqda, təkrar testlər  ən azı 3 illik zaman 

çərçivəsində aparılmalıdır. (D) 

 

Prediabetin və ya diabetin testləşdirilməsi üçün AQQ testi  və ya 2 



saatlıq OQTT (75 qr. qlükozadan sonra), yaxud hər ikisini aparmaq 

olar. (B) 

 

AQP olan xəstələrdə diabet riskini daha dəqiq müəyyən etmək üçün 



OQTT aparılması tövsiyə edilir. (D)  

 



Prediabet olan xəstələrdə ÜDX-nin risk faktorlarını  aşkarlamaq və 

mümkündürsə, müalicə etmək lazımdır. (B) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



ŞD2-nin DİAQNOSTİKASI 

1. Klinik simptomatika 

Şəkərli diabetli xəstələrin  əsas  şikayətləri ağızda quruluq, 

susuzluq (polidipsiya), tez-tez və çoxlu sidik ifrazı (poliuriya), gecə 

sidik ifrazı, arıqlama, zəiflik və s. ola bilər. Eyni zamanda bir çox 

xəstələrdə heç bir şikayət olmaya da bilər. 

2. ŞD2-nin və prediabetin laborator diaqnostikası 

ŞD2-nin diaqnostikası məqsədilə AQQ təyin edilir və ya 2 saatlıq 

OQTT aparılır  (A). Diabetin diaqnostikasında AQQ ilə müqayisədə 

75 qr. qlükoza vasitəsilə aparılan OQTT-nin daha həssas və spesifik 

olmasına baxmayaraq, onun praktikada yerinə yetirilməsi çətin ola bilər.  

OQTT nəticələrinə  əsasən  şəkərli diabet və prediabetin 

diaqnostik meyarları cədvəl 1-də göstərilmişdir (D).  

Cədvəl 1

. 

OQTT-nin cavablarına əsasən ŞD, QTP və AQP zamanı kapilyar 

və venoz qanda və plazmada qlükoza konsentrasiyasının diaqnostik 

göstəriciləri (75 qr. quru qlükoza 250-300 ml isti suda həll edilir. 

Ürəkbulanmanın olmaması üçün suya az miqdarda limon turşusu və ya bir 

parça limon əlavə etmək olar.)

 

Qlükozanın konsentrasiyası, mmol/l (mq/dl) 

Qanda Plazmada 



Klinik 

interpretasiya 

Venoz Kapilyar Venoz Kapilyar 



Şəkərli diabet 

Acqarına 

≥ 6.1  

( ≥ 110 ) 



≥ 6.1  

( ≥ 110 ) 

≥ 7.0  

( ≥ 126 ) 



≥ 7.0  

( ≥ 126 ) 

2 saat sonra 

≥ 10.0  


( ≥ 180 ) 

≥ 11.1  


( ≥ 200 ) 

≥ 11.1  


( ≥ 200 ) 

≥ 12.2  


( ≥ 220 ) 

Qlükozaya qarşı tolerantlığın pozulması 

Acqarına 



< 6.1  

( <110 ) 



< 6.1  

( < 110 ) 



< 7.0  

( <126 ) 



< 7.0  

( < 126 ) 

2 saat sonra 

≥ 6.7  


( ≥ 120 ) 

< 10.0  

( < 180 ) 

≥ 7.8  

( ≥ 140 ) 



< 11.1 

( < 200 ) 

≥ 7.8  

( ≥ 140 ) 



< 11.1  

( <200 ) 

≥ 8.9  

( ≥ 160 ) 



< 12.2  

( <220 ) 



Acqarına qlikemiyanın pozulması 

Acqarına 

≥ 5.6  

( ≥ 100 ) 



< 6.1 ( 

<110 ) 

≥ 5.6  


( ≥ 100 ) 

< 6.1  

( <110) 


≥ 6.1  

( ≥ 110 ) 



< 7.0  

( < 126 ) 

≥ 6.1  

( ≥ 110 ) 



< 7.0  

( < 126 ) 

2 saat sonra 

< 6.7  

( < 120 ) 



< 7.8 

( <140) 


< 7.8  

( < 140 ) 



< 8.9  

( < 160 ) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 11

Diabetin diaqnostikası üçün HbA1c-nin təyini hal-hazırda tövsiyə 

olunmur (D). 

 

3. ŞD2 olan xəstələrin İlkin qiymətləndirilməsi 

Tam tibbi qiymətləndirmə zamanı diabetin təsnifatı aparılmalı, 

diabetik fəsadların olub-olmaması müəyyənləşdirilməli, öncəki 

müalicə nəzərdən keçirilməli və diabet diaqnozu qoyulan xəstələrdə 

qlikemiyaya nəzarətin olmasına fikir verilməlidir. Toplanan 

məlumatlar müalicə planının tərtib edilməsində və xəstənin davamlı 

aparılmasında yardımçı olacaqdır. Hər bir xəstəyə onun vəziyyətini 

xarakterizə edən laborator müayinələr aparılmalıdır. 



Diabetin tam qiymətləndirilməsinin komponentləri. 

Xəstəlik tarixi 

 



Diabetin başlanma yaşı  və xüsusiyyətləri (məs., DKA, 

asimptomatik laborator tapıntılar) 

 

Qida rejimi, qidalanma statusu, uşaqlıq və yetişkənlik dövrünün 



çəki, boy artımı və inkişaf tarixi 

 



Diabet üzrə maariflənmə tarixi 

 



Öncə aparılmış müalicənin və onun nəticəsinin xülasəsi (HbA1c 

qeydləri) 

 

Dərman preparatlarını, qidalanma rejimini və fiziki aktivliyi, 



həmçinin qlükozanın monitorinqinin nəticələrini və pasiyentin bu 

məlumatdan istifadə etmə bacarığını  əks etdirən diabetin hal-

hazırkı müalicə planı 

 



DKA-nın tezliyi, ağırlığı və səbəbi 

 



Hipoqlikemiya epizodları 

 



Hipoqlikemiyanın başa düşülməməsi (vaxtında müəyyən 

edilməməsi) 

 

Hər hansı bir ağır hipoqlikemiya: tezliyi və səbəbi 



 

Diabetik fəsadların tarixi 



 

Mikrovaskulyar fəsadlar: retinopatiya, nefropatiya, neyropatiya 



(sensor – buraya pəncədə olan dəyişikliklər aiddir və avtonom – 

buraya seksual disfunksiya və qastroparez aiddir) 

 

Makrovaskulyar fəsadlar: ÜXX, serebrovaskulyar xəstəlik, PAX 



 

Başqa psixoloji problemlər, diş xəstəlikləri 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 12

Fiziki müayinə 

 



Boy, çəki, BKİ 

 



Qan təzyiqinin ölçülməsi, ehtiyac olduqda ortostatik vəziyyəti 

dəyişməklə 

 

Göz dibinin müayinəsi 



 

QV palpasiyası 



 

Dəri müayinəsi (acanthosis nigricans və insulin inyeksiyası 



yerlərini təyin etmək üçün) 

 



Pəncənin hərtərəfli müayinəsi: 

 

Baxış 



 

Arteria dorsalis pedis və arteria tibialis posterior-da pulsasiyanın 

yoxlanılması 

 

Diz qapağı və Axill reflekslərinin olması/ olmaması 



 

Proprioseptiv, vibrasiya və monofilament hissiyyatlarının təyin edilməsi 



Laborator qiymətləndirmə 

 



HbA1c, əgər son 2-3 ay ərzində yoxlanılmayıbsa 

 



Son bir ildə aparılmayıbsa/ mümkün olmayıbsa, aşağıdakı 

müayinələr aparılmalıdır: 

 

Acqarına lipid profili: total, ASLX, YSLX və triqliseridlər 



 

Qaraciyərin funksional testləri 

 

Sidikdə albuminin miqdarı, albuminin kreatinə nisbətini göstərməklə 



 

Qanda kreatinin səviyyəsi və QFS hesablanması 





  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə