Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 20 dekabr 2010-cu il tarixli
31 saylı qərarı ilə təsdiq edilmişdir
İİV-in ANADAN UŞAĞA ÖTÜRÜLMƏSİNİN
PROFİLAKTİKASI ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2010
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
55.81+57.3
H 70
H 70 İİV-in anadan uşağa ötürülməsinin profilaktikası üzrə klinik
protokol. – 40 səh.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər Proqramı
əsasında tərtib edilmişdir.
2
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
3
Klinik protokolun redaktoru:
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
E.Alməmmədova – Səhiyyə Nazirliyi Respublika QİÇS-lə
Mübarizə Mərkəzinin direktor müavini
L.Məmmədova – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun elmi katibi
G.Hüseynova – Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutu, Reproduktiv sağlamlıq şöbəsinin rəhbəri
G.Məmməd-zadə – Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq
və Ginekologiya İnstitutu, Neonatologiya şöbəsinin rəhbəri
S.Vəliyeva – Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə
Mərkəzi, pediatr
D.Kuliyeva – Səhiyyə Nazirliyinin Respublika Gigiyena və
Epidemiologiya Mərkəzi, Xüsusi təhlükəli infeksiyalar şöbəsinin
həkim-epidemioloqu
Ş.İsmayılova – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar
Mərkəzi, Tibbi keyfiyyət standartları şöbəsinin həkim-metodisti
Rəyçilər:
H.Qədirova – Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə
Mərkəzinin direktoru, professor, t.e.d.
N.Quliyev – Səhiyyə Nazirliyi K.Y.Fərəcov adına Elmi-Tədqiqat
Pediatriya İnstitutunun direktoru, professor, t.e.d.
Klinik protokol Ümumdünya Səhiyyə Təşkilatının Avropa
Regional Bürosunun tövsiyələrinə uyğun işlənib hazırlanmışdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq
dərəcəsi
A
•
RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
•
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
•
Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
•
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
•
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil
edilə bilməyən, sistematik səhv riski çox aşağı olan
və ya yüksək olmayan (++ və ya +) RKT.
•
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
•
Klinik hallar seriyasının təsviri, yaxud
•
Nəzarət edilməyən tədqiqat, yaxud
•
Ekspertlərin rəyi.
•
Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
•
Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
6
İxtisarların siyahısı:
ART
– antiretrovirus terapiya
ARV
– antiretrovirus
ASI (AAİ) – asılılığın ağırlığı indeksi
AUÖ
– İİV-in anadan uşağa ötürülməsi
AUÖP
– İİV-in anadan uşağa ötürülməsinin profilaktikası
CYYİ
– cinsi yolla yayılan infeksiyalar
DNT
– dezoksiribonuklein turşusu
EuropASI6 – asılılığın ağırlığı indeksi, Avropa variantı 6
ƏTQNİ
– əks transkriptazanın qeyri-nukleozid inhibitorları
ƏTNİ
– əks transkriptazanın nukleozid və ya nukleotid
inhibitorları
XBT-10
– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İFA
– immunoferment analizi
İİV
– insan immunçatışmazlığı virusu
İNİ
– inyeksion narkotik istifadəçiləri
KƏ
– keysəriyyə əməliyyatı
QİÇS
– qazanılmış immunçatışmazlığı sindromu
QHT
– qeyri-hökumət təşkilatı
MSS
– mərkəzi sinir sistemi
OƏT
– opioidlə əvəzedici terapiya
Pİ
– proteaza inhibitorları
PKƏ
– planlı keysəriyyə əməliyyatı
PZR
– polimeraza zəncirvari reaksiyası
RKT
– randomizasiya olunmuş klinik tədqiqat
ÜST
– Ümumdünya Səhiyyə Təşkilatı
v/d
– vena daxili
VY
– virus yükü
YAART
– yüksək aktiv antiretrovirus terapiya
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol İİV infeksiyalı hamilə qadın və yenidoğulmuş uşaqlarla
iş aparan mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, və digər
tibb işçiləri üçün tərtib edilmişdir.
Pasiyent qrupu: risk qrupuna aid olan qadınlar, hamilə qadınlar,
İİV-müsbət hamilə qadınlar, İİV-müsbət qadınlar, İİV-müsbət
anadan doğulmuş uşaqlar.
Protokolun məqsədi:
Тibb işçilərinin insan immun çatışmazlığı virusunun anadan
uşağa ötürülməsinin profilaktikası sahəsində bilik və bacarıqlarını
dünya standartları səviyyəsinə çatdırmaqla respublikada İİV- müsbət
uşaqların sayının artmasının qarşısını almaqdır.
I. ƏSAS KONSEPSİYA
İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) İİV
infeksiyalı qadınlara və onların uşaqlarına fasiləsiz kompleks
yardımın bir hissəsi olmalıdır. İİV-in AUÖP kompleks xidmətləri
reproduktiv sağlamlığın qorunması, pediatriya, İİV-lə mübarizə
xidməti, narkoloji yardım, psixoloji və sosial yardım üzrə
hökumət və qeyri hökumət təşkilatları ilə əlaqədə işləməlidir.
İnyeksion narkotiklərdən istifadə (İNİ) edən hamilə qadınlar üçün
tibbi yardım, o cümlədən antiretrovirus terapiya (ART),
reproduktiv sağlamlığın qorunması ilə bağlı xidmətlər, AUÖP və
mama yardımı narkotikdən istifadə etməyən hamilə qadınlar üçün
olduğu kimi əlçatan olmalıdır.
Bütün tibbi sənədlər, qadının İİV statusu haqqında məlumat onun
daşıyıcısı olub-olmamasından asılı olmayaraq həkim sirri
prinsipinə riayət edilərək saxlanılmalıdır. Tibbi sənəd yalnız
pasiyentə birbaşa yardım göstərən tibb işçisi üçün əlçatan
olmalıdır. Tibb işçisinin tibbi sənədlə işi yalnız öz xidmət
dairəsinə aid olan məlumatlarla məhdudlaşmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
II. ÜMUMİ MÜDDƏALAR
İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) –
hamiləlik dövründə, doğuş və yenidoğulmuşun qidalandırılması
zamanı İİV infeksiyasının anadan uşağa keçməsinin qarşısının
alınmasına yönəldilmiş profilaktik tədbirlər kompleksidir.
Hazırda AUÖP-ın effektiv üsulları mövcuddur. Bu üsulları
düzgün istifadə etməklə AUÖ-ın tezliyini azaldaraq 1 – 2%-ə
çatdırmaq olar (A).
Qadının hamiləliyi və doğuşu zamanı, yenidoğulmuşun həyatının
ilk həftəsində aparılan antiretrovirus profilaktika (ARV-
profilaktika) (A)
Planlı KƏ-nın aparılması (PKƏ) (A)
Ana südü ilə qidalandırmaqdan imtina (A)
Hamilə qadınların antenatal xidmətlə tam əhatə edilməsi, yüksək
inkişaf etmiş səhiyyə infrastrukturu, əhalinin yüksək savad səviyyəsi,
infeksiyaların yayılmasının nisbətən aşağı səviyyəsi və AUÖP üzrə
effektiv tədbirlərin həyata keçirilməsi körpələr arasında İİV
infeksiyasının yayılmasının azalmasına imkan yaradır.
Qlobal məqsəd – BMT-nin Baş Assambleyasının İİV üzrə Xüsusi
sessiyası tərəfindən 2001-ci ildə irəli sürülmüş İİV infeksiyalı
körpələrin sayının 2010-cu ilə 50% endirilməsi məqsədinə uyğundur.
Avropa məqsədi – 2010-cu ilə körpələrdə İİV infeksiyasının
tezliyinin azaldılmasına nail olunması (hər 100 000 diri doğulana 1
İİV infeksiyalı körpə) və İİV infeksiyalı analardan doğulmuş
körpələrdə İİV infeksiyasının tezliyinin aşağı salınaraq 2%-ə
çatdırılmasıdır (2004-cü ildə qəbul olunmuş Dublin Deklarasiyası).
Epidemiologiya
İnsanın immun çatışmazlığı virusunun törətdiyi İİV-infeksiyası
və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış
immun çatışmazlığı sindromu (QİÇS) bütün dünyada olduğu kimi,
Azərbaycanda da qlobal problemlərdən biridir.
Azərbaycan İİV-ə yoluxma hallarının səviyyəsinə görə dünya
üzrə sonuncu yerlərdən birini tutur. Lakin son illər ölkəmizdə İİV-ə
yoluxmuş insanların sayının artması böyük narahatçılıq doğurur.
Azərbaycanda ilk dəfə İİV infeksiyası 1987-ci ildə aşkar edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
1987-ci ildən 2009-cu ilin dekabr ayınadək Respublika QİÇS-lə
Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 2224 nəfər
rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%)
Azərbaycan vətəndaşıdır.
İİV-ə yoluxmuş Azərbaycan
vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. 2138
nəfər Azərbaycan vətəndaşından 1376-da (64,4%) İİV-ə yоluхmа
inyeksion narkotiк istifadəsi nəticəsində, 495-də (23,2%)
heteroseksual, 16-da (0,7%) isə homoseksual kontakt nəticəsində,
20-də (0,9%) anadan uşağa keçməklə, 1-də (0,05%) donor qanının
köçürülməsi nəticəsində baş vermişdir, 230 nəfərdə (10,8%) yoluxma
yolu naməlumdur.
1992-ildən 2009-cu ilin 1 dekabr tarixinədək Azərbaycanda 780
аilədə İİV-ə yoluxma faktı qeydə alınmışdır. Оnlardan 18 ailədə ata –
ana - uşaq, 1 ailədə ana - uşaq, 166 ailədə ər - arvad, 547 ailədə
yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxmuşdur
Risk faktorları
Seks-biznes işçiləri
İnyeksion narkotik istifadəçiləri
Steril olmayan tibbi avadanlıqdan və alətlərdən istifadə edilməsi
(stomatoloji, mama-ginekoloji, cərrahi, endoskopik praktikada,
kosmetoloji kabinetlərdə və s.)
Müntəzəm qanköçürmə, hemodializ əməliyyatına məruz qalan
pasiyentlər
Yoxlanılmamış qanın köçürülməsi
İİV – müsbət anadan uşağa ötürülmə
XBT-10 ÜZRƏ TƏSNİFAT
Z20.6 – Xəstə ilə kontakt və İİV ilə yoluxma imkanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
III. İLKİN MÜAYİNƏ
1. Hamilələrin antenatal xidmət səviyyəsində ilkin müayinəsi
Hamiləlik dövründə İİV-ə məsləhətvermə və müayinə – AUÖ-
nin tezliyini aşağı salmağa imkan yaradan effektiv tibbi xidmətdir
(A). Səhiyyə Nazirliyinin göstərişinə görə bütün hamilə qadınlar
hamiləliyin I və III-cü trimestrində bu müayinədən keçirlər.
Hamilələrin ilkin səhiyyə xidməti səviyyəsinə ilk müraciəti
zamanı İİV-ə müayinə aparılmalıdır (A).
Yüksək risk qrupuna daxil olan hamilə qadında İİV testi mənfi
olduqda hamiləliyin ikinci və üçüncü trimestrlərində təkrar İİV-ə
müayinə aparılmalıdır.
İİV-ə müayinənin keçirilməsi - İİV infeksiyasını hamilə
qadınlarda hamiləliyin erkən dövründə aşkar etməyə və onlara AUÖ-
nin profilaktikası üzrə tam xidmətlər kompleksini aparmağa imkan
verərək İİV-in hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı
müddətdə anadan uşağa ötürülməsi riskini minimuma endirir (A).
İİV üzrə müayinə könüllü olmalıdır (B). Lakin, tibb işçiləri
pasiyentlərin müayinəyə cəlb edilməsinə təşəbbüs göstərməlidirlər.
Qadın müayinə üçün yazılı razılıq verməlidir. Müayinədən əvvəl
məsləhətvermənin aparılması və hamilənin qərarı barədə məlumat
hamilənin müşahidə vərəqəsində qeyd olunmalıdır (B). Qadın
müayinədən imtina etmək hüququna malikdir (B). Məsləhətvermə
aparılmadan İİV-ə müayinə aparmaq yolverilməzdir (B). İİV-ə
müayinədən imtina edən hamilələr də tam antenatal qulluqla əhatə
olunmalıdır (C).
İİV müsbət hamilə qadınlarda CYYİ-ın, C və B viruslu
hepatitlərin skrininqi aparılmalıdır. Skrininq hamiləliyin mümkün
qədər erkən dövründə aparılmalı və hamiləliyin 28 həftəsində təkrar
olunmalıdır (C).
İİV statusunu aşkar etmək üçün ilkin qiymətləndirməyə
aşağıdakılar daxil edilməlidir:
Müayinədən əvvəl məsləhətvermə
İFA üsulu ilə və / və ya ekspress testlər
vasitəsi ilə İİV-ə müayinə
(doğuşda olan və İİV statusu barədə məlumatı olmayan
qadınların müayinəsi üçün doğum evlərində ekspress testlər
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
mövcud olmalıdır). Müsbət nəticənin immunoblottinq üsulu ilə
təsdiqlənməsi;
Müayinədən sonra məsləhətvermə, həmçinin müayinənin
nəticəsindən asılı olmayaraq riskli davranışın azaldılması üzrə
məsləhətlər.
Əgər qadında İİV-ə ilkin testlər müsbətdirsə, növbəti mərhələdə
təsdiqedici müayinə Respublika QİÇS-lə Mübarizə Mərkəzində
aparılır. Xəstəliyin kliniki mərhələsinin müəyyən olunması və AUÖP
planının tutulması İİV üzrə mütəxəssis tərəfindən həyata keçirilir.
Müayinədən əvvəl məsləhətvermənin əsas məqsədlərindən biri –
qadının inyeksion narkotik istifadə edən cinsi partnyorundan
yoluxması riskini qiymətləndirmək, və həmçinin qadının özünün hər
hansı bir narkotikdən (inyeksion narkotiklər daxil olmaqla)
istifadəsini aşkar etməkdir. Narkotiklərdən istifadə və xüsusilə
onlardan asılılıq hamiləliyin gedişatına və dölün inkişafına mənfi
təsir edir və hamiləlik, doğuş zamanı və doğuşdan sonrakı müddətdə
anaya olduğu kimi dölə/yenidoğulana da ixtisaslaşmış yardımın
göstərilməsini tələb edir.
2. Məsləhətvermə
İlkin müayinə aparıldıqdan sonra, İİV infeksiyalı hamilə qadınla
konkret vəziyyətlə əlaqədar aşağıda qeyd edilmiş məsələlər barədə
söhbət aparmaq lazımdır:
cinsi əlaqə zamanı İİV infeksiyası və digər CYYİ-lərin
ötürülməsinin profilaktikası
məqsədilə prezervativlərdən
(kondomlardan) istifadə;
İİV-in dölə/yenidoğulana ötürülməsi riski və profilaktika yolları;
AUÖP strategiyasının bir hissəsi olan ARV profilaktikasının
faydası və riski;
B və C hepatit viruslarının perinatal ötürülməsi riski və onun
azaldılması yolları ( C);
sifilisin perinatal ötürülməsi riski, İİV-in ötürülməsi riskinin
azaldılması üçün sifilis, qonoreya və xlamidiozun müalicəsinin
zəruriliyi (C);
narkotiklərin dölün inkişafına təsiri, həmçinin abstinent sindrom
və dərmanların təsiri (bax bölmə IV.4.2 );
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
12
narkotiklərdən asılılıq halları olarsa, narkologiya və zərərin
azaldılması xidmətlərinə, həmçinin lazım olduqda əvəzedici
terapiyaya istiqamətləndirmək;
doğuş üsulunun İİV-in anadan uşağa ötürülmə riskinə təsiri,
həmçinin KƏ-nın faydası və riski (A);
uşağın qidalanması ilə bağlı tövsiyələr (bax bölmə IV.3.1) (A).
İİV infeksiyalı qadına təklif olunan tibbi yardımın mümkün olan
risk və imkanları barədə tam və dəqiq məlumat çatdırıldıqdan sonra,
o, hamiləliyin saxlanması və yaxud pozulması haqqında dərk edilmiş
qərar verməlidir. Heç bir halda qadını hamiləliyi pozmağa təhrik
etmək olmaz.
IV. AUÖP-IN ANTENATAL XİDMƏT SƏVİYYƏSİNDƏ VƏ
DOĞUM EVİNDƏ APARILMASI
1. AUÖP-ın üsulları
İİV infeksiyalı qadına hamiləliyin erkən dövründə, doğuş zamanı və
doğuşdan sonra ana və yenidoğulmuş uşağa zidovudinin təyin
olunması süni qidalanmada olan körpələr arasında İİV-in vertikal
ötürülməsinin tezliyini 25,5-dən 8,3%-ə azaldır (A).
Ana və uşağın müalicəsində üç dərman vasitəsindən ibarət,
proteazanın inhibitoru (Pİ) daxil olunan sxemdən istifadə etməklə
AUÖ-nin tezliyini 0,9-1,3%-ə qədər azaltmaq mümkündür (A).
Əgər İİV-in anadan uşağa ötürülməsinin profilaktikası məqsədi ilə
hamiləliyi KƏ yolu ilə başa çatdırmaq qərara gəlinibsə, əməliyyat
hamiləliyin 38 həftəliyində aparılmalıdır və amniosentezdən uzaq
durmaq lazımdır (C). Hamiləliyi KƏ yolu ilə başa çatan İİV (+)
qadınlara antibiotikoprofilaktika aparılmalıdır (B).
Antiretrovirus vasitələrlə AUÖ-nin profilaktikası aparılmayan İİV
müsbət hamilə qadınlarda hamiləliyin PKƏ yolu ilə başa
çatdırılması İİV-in AUÖ riskini azaldır (A).
AUÖP üçün ARV profilaktikasının təyin olunması barədə qərar
antenatal xidmət göstərən tibb personalı və İİV infeksiyası üzrə
mütəxəssislərin sıx əməkdaşlığı şəraitində qəbul edilməlidir (C).
Bütün İİV müsbət hamilə qadınlara hamiləlik və doğuş zamanı
antiretrovirus vasitələrinin qəbul olunması tövsiyə olunur (A).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
13
Hamilə qadın üçün profilaktik müdaxilələr aşağıda qeyd
olunanlar nəzərə alınmaqla seçilir:
Dostları ilə paylaş: |