Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 fevral 2014-cü il tarixli



Yüklə 408,55 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix22.04.2017
ölçüsü408,55 Kb.
#15398
  1   2   3

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 20 fevral 2014-cü il tarixli 

05 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏHLÜKƏSİZ ABORTLAR ÜZRƏ  

KLİNİK PROTOKOL  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2014 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.1 

T 38 


 

 

 



 

 

 



 

 

 



T 38  Təhlükəsiz abortlar üzrə klinik protokol, 2014. – 40 səh.   

 

 

 

 

 

 

 

 

 

 

2



 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,  

 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli 

Koordinator, tərtibçilər qrupunun rəhbəri 

L.Məmmədova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

elmi katibi 

G.Rzayeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Ambulator-diaqnostika şöbəsinin müdiri 

O.Akçurina Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Ambulator-diaqnostika şöbəsinin mama-ginekoloqu 

S.Sevdiməliyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Ekstrakorporal mayalanma şöbəsinin müdiri 

Ş.İsmayılova Səhiyyə Nazirliyinin İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları  şöbəsinin 

müdiri 


Rəyçilər: 

E.Əliyeva Azərbaycan Tibb Universitetinin I Mamalıq və 

ginekologiya kafedrasının müdiri, professor, t.e.d.  

H.Bağırova Azərbaycan Tibb Universitetinin II Mamalıq və 

ginekologiya kafedrasının müdiri, professor, t.e.d.  

L.Rzaquliyeva  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun Mamalıq və 

ginekologiya kafedrasının müdiri, dosent, t.e.d.  

 

Bu klinik protokol beynəlxalq ekspertlər - Gynuiti layihəsinin baş 



məsləhətçisi Tamara Sereteli və Gynuiti layihəsinin baş elmi işçisi 

Erika Çonqun iştirakı ilə işlənib hazırlanmışdır. 



 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı 



AT arterial 

təzyiq 


BKİ 

bədən kütləsi indeksi  



β-XQ 

β xorionik qonadotropin 



CYYİ 

cinsi yolla yoluxan infeksiyalar 



HBV 

hepatit B virusu 



HCV 

hepatit C virusu 



XBT-10  Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

İİV insanın immunçatışmazlığı virusu 

KÇOİX kiçik 

çanaq 


orqanlarının iltihabi xəstəlikləri 

KOK kombinə olunmuş oral kontraseptivlər 

MA 

medikamentoz abort  



Rh rezus 

faktor 


RV Vasserman 

reaksiyası 



UDV 

uşaqlıq daxili vasitə 



USM 

ultrasəs müayinəsi 



ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 



VA vakuum-aspirasiya 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol mama-ginekoloqlar və mamalar üçün nəzərdə tutulub.  



Pasiyent qrupu: hamilə qadınlar.  

Protokol sübutlu təbabətə əsaslanan müasir metodik tövsiyələrin 

verilməsi ilə  təhlükəsiz abort prinsiplərini tətbiq etmək məqsədini 

daşıyır. 

ÜMUMİ MÜDDƏALAR 

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə abort – hamiləliyin 

22-ci həftəsinə  qədər və ya dölün çəkisi 500 qrama qədər olduğu 

müddətdə hamiləliyin pozulmasıdır (özbaşına qovulma və ya 

embrionun/dölün xaric edilməsi). 

İxtisaslı tibb işçisi tərəfindən adekvat avadanlıqdan, sanitar-

gigiyenik standartlara riayət etməklə, düzgün metodikadan istifadə 

etməklə icra olunan abort təhlükəsiz abort hesab olunur.  

Demoqrafiya və Sağlamlıq Sorğusunun (2011) göstəricilərinə 

əsasən Azərbaycanda qadınların 9,9% sorğudan əvvəlki üç il ərzində 

ən azı bir dəfə abort ediblər. Bu qadınların 65,9% bir abort, 31,1% 

iki-üç abort və 2,9% dörd və daha çox abort ediblər. 30-34 yaş arası 

olan qadınlara düşən abortların orta sayı 2,4, 35-39 yaş arası olan 

qadınlara düşən abortların orta sayı 2,8, 40-49 yaş arası olan 

qadınlara düşən abortların orta sayı 2,9-dur. Dövlət Statistika 

Komitəsinin məlumatına

 

görə illər üzrə abortların sayında artım qeyd 



olunur (Cədvəl 1). 

Cədvəl 1. İllər üzrə abortların sayı 

İllər Abortların sayı 

2009 24562 

2010 26801 

2011 27790 

2012 31000 

Son 9 il ərzində abortların sayı 11 min artıb. Bu əməliyyat üçün 

daha çox 25-29 yaşlar arasında qadınlar müraciət edirlər. 

Hamiləliyin 9-cu həftəsinə qədər süni pozulması qadının istəyinə 

görə, həmçinin tibbi və sosial göstərişlərə görə ambulator şəraitdə 

icra olunur. Hamiləliyin 9-12-ci həftəsində qadının istəyinə görə, 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

həmçinin tibbi və sosial göstərişlərə görə stasionarda icra olunur. 



Hamiləliyin 12-ci həftəsindən sonra abortun icra edilməsi haqda 

qərarı konsilium verir. 

Hamiləliyin süni pozulması metodunun seçimi (cərrahi və ya 

medikamentoz) qadının arzusundan, metodun hamiləliyin müddəti 

üçün uyğunluğundan, müvafiq avadanlığın və xüsusi hazırlıq keçmiş 

personalın olmasından asılıdır. 

Qadın hamiləliyini pozmaq məqsədilə müraciət etdiyi halda 

onun: 


 

hamiləliyi və hamiləliyin müddəti aşağıdakı metodlardan biri və 



ya bir neçəsi ilə müəyyən olunur: 

 



axırıncı aybaşının birinci gününə əsasən (C) 

 



ultrasəs müayinəsi (USM) ilə (B) 

 



β xorionik qonadotropinin (β-XQ) səviyyəsinin təyini ilə 

 



sidik testi vasitəsi ilə (C) 

 



ginekoloji müayinəyə əsasən  

 



abortdan sonra mümkün fəsadların meydana çıxması üzrə risk 

faktorlarının müəyyən edilməsi məqsədilə ümumi və somatik 

status qiymətləndirilir 

 



məsləhətvermə xidməti göstərilir 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

O03 Spontan 

abort 

[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax] 



Daxil edilib: düşük 

O04 Tibbi 

abort 

[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax] 



Daxil edilib: hamiləliyin pozulması: 

 



leqal 

 



tibbi göstərişlə 

Terapevtik abort 



O05 Abortun 

digər növləri 

[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax] 



O06 Dəqiqləşdirilməmiş abort 

[dördüncü işarələr verilən yuxarıdakı yarımrubrikaya bax] 



Daxil edilib: ƏGO induksiya olunmuş abort 

O07 Abort 

cəhdinin uğursuzluğu 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

O07.0 Çanaq orqanlarının və cinsiyyət yollarının infeksiyası ilə 



ağırlaşan uğursuz tibbi abort 

O08.0 yarımrubrikasında təsnif olunan hallarla 



O07.1 Uzunmüddətli və ya güclü qanaxma ilə  ağırlaşan uğursuz 

tibbi abort 

O08.1 yarımrubrikasında təsnif olunan hallarla 



O07.2 Emboliya ilə ağırlaşan uğursuz tibbi abort 

O08.2 yarımrubrikasında təsnif olunan hallarla 



O07.3 Digər və  dəqiqləşdirilməmiş  ağırlaşmalarla gedən 

uğursuz tibbi abort 

O08.3–O08.9 yarımrubrikalarında təsnif olunan hallarla 



O07.4 Ağırlaşmasız uğursuz tibbi abort 

ƏGO uğursuz tibbi abort 



O07.5 Çanaq orqanlarının və cinsiyyət yollarının infeksiyası ilə 

ağırlaşan digər və  dəqiqləşdirilməmiş  uğursuz abort 

cəhdləri  

O08.0 yarımrubrikalarında təsnif olunan hallarla 



O07.6 Uzunmüddətli və ya güclü qanaxma ilə ağırlaşan digər və 

dəqiqləşdirilməmiş uğursuz abort cəhdləri 

O08.1 yarımrubrikalarında təsnif olunan hallarla 



O07.7 Emboliya  ilə  ağırlaşan digər və  dəqiqləşdirilməmiş 

uğursuz abort cəhdləri 

O08.2 yarımrubrikasında təsnif olunan hallarla 



O07.8 Digər və dəqiqləşdirilməmiş ağırlaşmalarla gedən digər və 

dəqiqləşdirilməmiş uğursuz abort cəhdləri 

O08.3–O08.9 yarımrubrikalarında təsnif olunan hallarla 



O07.9 Ağırlaşmasız digər və dəqiqləşdirilməmiş uğursuz abort 

cəhdləri 

ƏGO uğursuz abort cəhdi 



KLİNİK TƏSNİFAT 

Təhlükəsiz abortların iki növü mövcuddur: 

 

Medikamentoz – hamiləliyin süni pozulması  məqsədilə 



farmakoloji vasitələrin istifadəsi (ÜST-2003) 

 



Cərrahi – hamiləliyin süni pozulması  məqsədilə transservikal 

prosedurların tətbiqi (elektrik və əl ilə vakuum-aspirasiya)  

Hamiləliyin müddətindən asılı olaraq erkən və gec abortlar ayırd 

edilir (Əlavə 1): 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

                                                           



 

hamiləliyin 12-ci həftəsinə  qədər (I trimestrdə) aparıldıqda – 



erkən abortlar 

 



hamiləliyin 12-22 həftələri arasında (II trimestrdə) aparıldıqda – 

gec abortlar 

Abortun edilməsi üçün göstərişlər 

Tibbi: 

Ana tərəfindən: 

 



ürəyin revmatik xəstəliyi və anadangəlmə ağır ürək qüsurları və 

ürək çatışmazlığı 

 

leykemiya 



 

onkoloji bədxassəli xəstəliklər (xüsusilə kiçik çanaq nahiyəsində 



kimyəvi terapiya kursuna ehtiyac olanda) 

 



vərəmin aktiv forması  

 



sifilis  

 



İİV 

 



ağır psixi xəstəliklər, şizofreniya  

 



sinir sistemi xəstəlikləri (epilepsiya, katalepsiya və narkolepsiya) 

 



hamiləliyin 16-cı həftəsinə qədər baş verən məxmərək (B)

 



 

endokrin sistemin ağır xəstəlikləri (diabet, prolaktinoma, 



hiperparatrieoz və bir sıra başqa xəstəliklər) 

 



həyati vacib orqanların ağır xəstəlikləri (qaraciyər, böyrək) 

 



həyati vacib orqanın cərrahi yolla götürülməsindən sonrakı 

vəziyyətlər (ağciyər və ya onun payları, böyrək və s.) 

 

gözlərin ağır xəstəlikləri  



 

orqanizmin fizioloji yetişməzliyi (16 yaş və daha erkən) və repro-



duktiv sistemin funksiyalarının enməsi zaman (45 yaş və daha çox) 

Hamiləliyin erkən dövrlərində keçirilmiş  kəskin infeksion 

xəstəliklər hallarında onun pozulması haqda qərarı  həkimlər 

komissiyası fərdi qaydada qəbul edir. 

Hazırkı siyahıda göstərilməyən, lakin hamiləliyin davam 

etdirilməsində  və doğuşda qadının sağlamlığına və  həyatına ciddi 

təhlükə yaradan xəstəliklər olduqda, hamiləliyin pozulması məsələsi 

fərdi məsləhətlə qərarlaşdırılır. 

 



 



bax: “Hamiləlik və infeksiyalar üzrə klinik protokol”. Azərbaycan Respublikasının Səhiyyə 

Nazirliyi, Bakı, 2012. - 72 səh.

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

Döl tərəfindən: 

 

inkişafdan qalmış hamiləlik 



 

ağır bətndaxili inkişaf qüsurları 



 

xromosom anomaliyaları 



Sosial: 

 



ərin 2-ci qrup əlil olması 

 



hamiləlik dövründə ərin ölməsi 

 



valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma 

barədə məhkəmə qərarının alınması 

 

qadının və ya ərinin azadlıqdan məhrum edilmə yerlərində olması 



 

nikahdan kənar hamiləlik 



 

hamiləlik dövründə nikahın pozulması 



 

hamiləliyin zorlamaya məruz qalma nəticəsində baş verməsi 



 

çoxuşaqlılıq (5 və ya daha artıq uşaq) 



 

ailədə əlil uşağın olması 



 

qadının qaçqın və ya məcburi köçkün statusunda olması 



 

müəyyənləşdirilmiş  qərarlar arasında qadının və yaxud onun 



ərinin işsiz hesab edilməsi 

 



mənzilin olmaması, yataqxanada, şəxsi evdə, kirayədə yaşama

 

Qadına abortdan əvvəl məsləhətvermə 

Abort üçün müraciət edən hər bir qadına onun razılığı ilə  şəxsi 

vəziyyətinə və mədəniyyət xüsusiyyətlərinə müvafiq olaraq diqqətlə 

və xoşməramlı  tərzdə  məsləhətvermə aparılmalıdır  (C). Könüllü 

məsləhətvermə səmimi və məxfi şəraitdə aparılmalıdır (C)

Məlumatların məxfiliyinin təmin edilməsi üçün hamiləliyin 

pozulması üzrə xidmət göstərən bütün tibb işçiləri ehtiyat tədbirləri 

görməlidirlər (D). Məsləhətvermə zamanı qadına müxtəlif alternativ 

variantlar barədə  məlumat verilməlidir. Keyfiyyətli məsləhətvermə 

özündə məlumatın çatdırılmasını və müzakirə edilməsini birləşdirir (C)

 



istənilən məlumat hörmətlə, anlaşılan tərzdə verilməli, xüsusi 

terminlərdən mümkün qədər az istifadə edilməlidir  

 

qadına aydın tərzdə, korrekt şəkildə işlənmiş, oxumaq üçün özü 



ilə apara bilən məlumat materialları təqdim olunmalıdır (Əlavə 2)  

 



mümkün ağrısızlaşdırma metodları barədə  məlumat verilməli, qadına 

optimal ağrısızlaşdırma metodunu seçməkdə kömək edilməlidir (D) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12



 

hamiləliyi pozulan bütün qadınlara kontrasepsiya barədə 

məlumat verilməlidir (D) 

Hamiləliyin süni pozulmasının dövlət və ya özəl tibb 

müəssisəsində aparılmasından asılı olmayaraq hamiləliyini pozmaq 

qərarı verən hər bir qadın bu haqda məlumatlı razılığını imza-

lamalıdır. Qadın aşağıda göstərilənlər haqda məlumatlandırılmalıdır:  

 



medikamentoz abortdan sonra 5%-dən az hallarda cərrahi 

müdaxilə tələb oluna bilməsi (D) 

 

abortun süd vəzisinin xərçəngi riskinin artması ilə  əlaqəli 



olmaması (А) 

 



induksiya olunmuş abortun nə sonsuzluq, nə  də sonrakı 

hamiləliklərdə  uşaqlıqdankənar hamiləlik  (B), cift gəlişi kimi 

fəsadların riskini artırmaması (С) 

 



medikamentoz abort məqsədilə dərman preparatlarının qəbulu sxemi 

 



abort gedişində baş verəcəklər (aybaşıyabənzər ağrılar, qanaxma) (С) 

 



ağrı  və  ağrının intensivliyi müzakirə edilməli və  ağrıkəsici 

vasitələrin qəbulu təklif olunmalıdır (qeyri-steroid iltihab 

əleyhinə preparatlar)  

 



mümkün yanaşı  təsirləri və  fəsadları barədə (ağrı, qanaxma, 

ürəkbulanma, diareya, qusma, natamam abort, inkişaf edən 

hamiləlik və s.)  

 



mizoprostol qəbulundan sonra iki saat ərzində hər saatda ikidən 

artıq bez istifadəsinə ehtiyac olarsa, tibb müəssisəsinə  dərhal 

müraciət edilmə 

 



lazımi məsləhətləri almaq üçün əlaqə telefon nömrəsi 

 



10-14 gündən sonra təkrar gəlişin vacibliyi 

 



kontrasepsiyadan, o cümlədən prezervativlərdən istifadənin 

vacibliyinə xüsusi diqqət yetirilməlidir 

Qadını maraqlandıran sualların verilməsi və onun öz emosiyaları 

ilə bölüşməsi üçün kifayət qədər vaxt ayrılmalıdır. 

Hamiləliyin 9-cu həftəsinə  qədər mifepriston/mizoprostol 

preparatları ilə medikamentoz abort sxemi tətbiq olunduqda bəzi 

hallarda (2-3%) abort mifepriston qəbulundan sonra (mizoprostol 

qəbul olunana qədər) baş verir. Bu halda da sxem üzrə mizoprostol 

qəbul olunmalıdır. Digər hallarda (qadınların təxminən 90%-də) 

mizoprostol qəbulundan 4-6 saat sonra tam abort baş verir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13


Yüklə 408,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin