DV-nin adı DV-nin
forması Dozalanma
rejimi
*
DV-nin
xüsusiyyətləri
Fuzidin
turşusununn
atrium duzu
Tab.0,12 q;
0,125 q; 0,25 q;
2% məlhəm 15
q-lıq tublarda
2% gel 15 q-lıq
tublarda
Daxilə:
Böyüklər: 0,5-1,0 q hər 8
saatdan bir
Uşaqlar: 1-5 yaş: 0,25 q hər
8 saatdan bir
6-12 yaş: 0,5 q hər 8 saatdan
bir
S. aureus ( o cümlədən
MRSA) ilə törədilən
infeksiyaların
terapiyasında alternativ
vasitə. Ağır sistem
stafilokok infeksiyaları
zamanı fuzidin turşusu
*
Qaraciyərin normal funksiyası zamanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
96
Yerli:
Məlhəm və ya gel dərinin
zədələnmiş səthinə gündə 1-
2 dəfə çəkilir; yanıqlar
zamanı isə -həftədə 2-3 dəfə.
Müalicənin davametmə
müddəti 7-14 gündür.
yaxşı olar ki, digər
antistafilokok
vasirələrlə birgə təyin
edilsin. Yerli tətbiq
zamanı yalnız
stafilokolara deyil, həm
də streptokolara qarşı
təsir etmək üçün DV-
nin kifayət qədər
yüksək konsentrasiyası
yaranır.
Göstərişlər: dərinin
infeksiyaları; ikincili
infeksiyalaşmış
dermatit və ekzemalar
Fuzidin
turşusu
Susp./üçün.
qran. daxilə
qəbul/üçün. 2,5
q flakonda
2%-li krem 15 q-
lıq tublarda
1%-li göz dam. 5
ml flakonda
Daxilə:
Böyüklər: 0,5-1,0q hər 8
saatdan bir
Uşaqlar:
1 yaşa qədər: 50 mq/kq/gün.
3 qəbula;
1-5 yaş: 0,25 q hər 8 saatdan
bir;
6-12 yaş: 0,5 q hər 8 saatdan
bir
Yerli:
Krem dərinin zədələnmiş
səthinə gündə 1-2 dəfə çəkilir
yanıqlar zamanı-həftədə 2-3
dəfə. Müalicənin davametmə
müddəti 7-14 gündür.
Göz dam. zədələnmiş gözə 1
dam. gündə 2 dəfə
damcılatmaq. Müalicə gözün
vəziyyəti normallaşdıqdan
sonra 2 gün ərzində davam
edirilir
Xüsusiyyətləri və
tətbiqi fuzidin
turşusunun natrium
duzuna oxşardır.
Göz dam. gözün
bakterial
infeksiyalarında tətbiq
olunur.
Fuzidin
turşusunun
dietanolamin
duzu
İny./üçün toz
v/d 0,25 q; 0,5 q
flakonda
V/d:
Böyüklər: 0,5 q hər 8 saatdan
bir
Uşaqlar: 20 mq/kq 3 dəfə
yeridilir
Yeritməni tədricən infuziya
(damcı üsulu) yolu ilə 2
saatdan az olmayan vaxt
ərzində həyata keçirirlər
Yüksək hepatotoksik
risk. 14 gündən artıq
tətbiq etmək məsləhət
görülmür
Fuzidin
turşusu +
Hidrokorti-
zon asetat
Krem 15 q-lıq
tublarda
Yerli:
Dərinin zədələnmiş səthinə
gündə 3-4 dəfə çəkirlər.
Müalicənin davametmə
DV gedişində allergik
komponent olan dəri
infeksiyalarının
terapiyası üçündür.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
97
müddəti 14 gündür
Fuzidin
turşusu +
Betametazon
–17-valerat
Krem 15 q-lıq
tublarda
Yerli:
Dərinin zədələnmiş səthinə
gündə 2 dəfə çəkirlir.
Müalicənin davametmə
müddəti 14 gündür.
Xloramfenikol
Xloramfenikol ilk təbii AMDV-dən biridir. Hal-hazırda vasitənin kliniki
tətbiqi məhdudlaşdırılmışdır, belə ki, o, ciddi arzu edilməyən reaksiyalar törədir və
ilk növbədə, sümük iliyinə toksik təsir göstərir. II sıra preparatı kimi istifadə edilir.
Təsir mexanizmi
Xloramfenikol bakteriostatik təsir göstərir. Yüksək konsentrasiyalarda
pnevmokoklara, meninqokoklara, H.influenzae qarşı bakterisid təsirə malikir.
Aktivlik spektri
►
Xloramfenikol geniş antimikrob aktivlik spektrinə malikdir, lakin çoxillik
isifadə prosesində bir sıra bakteriyalar davamlılıq qazanmışlar (məs.
enterobakteriyalar).
►
Qrammüsbət kokklar arasında DV-nə qarşı pnevmokoklar daha həssasdırlar,
lakin bir çox penisillinorezistent ştamlar isə davamlıdırlar.
►
Stafilokokların 30%-dən çox ştamları davamlıdırlar.
►
Qrammənfi koklardan meninqokoklar daha çox həssasdırlar.
►
Xloramfenikol bir çox qrammüsbət və qrammənfi çöplərə: H.influenzae
(ampisillinorezistent ştamlar daxil olmaqla), E.coli, salmonellalar, şigellalar,
difteriya, göyöskürək, sibir xorası, brusellyoz, taun törədicilərinə təsir edir.
►
Xloramfenikola spiroxetalar (leptospiralar, T.pallidum), rikketsiyalar,
aktinomisetlər həssasdırlar.
►
DV B.fragilis daxil olmaqla spor əmələ gətirən və spor əmələ gətirməyən
anaeroblara qarşı yüksək aktivliyə malikdir.
Göstərişlər
Sistem
►
Bakterial meningit
►
Beyin absesi
►
Salmonellyozun yayılmış (generalizə olunmuş) formaları
►
Qarın yatalağı
►
Rikketsiozlar: Kü-qızdırması, Skalist dağlarının ləkəli qızdırması, səpgili
yatalaq
►
İntraabdominal infeksiyalar
►
Kiçik çanaq orqanlarının infeksiyaları
►
Qazlı qanqrena
►
Taun
►
Sadalanan bütün infeksiyalar zamanı xloramfenikol II sıra DV-dir
Yerli
►
Gözün bakterial infeksiyaları
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
98
Əks göstərişlər
►
Xloramfenikola qarşı allergik reaksiyalar
►
Hamiləlik
►
Döşlə əmizdirmə
Əlavə təsirlər
►
Hematoloji reaksiyalar:
►
Dönən (dozadan asılı): retikulositopeniya, trombositopeniya, anemiya,
leykopeniya;
►
Dönməyən (dozadan asılı deyil, genetik meyllik olan adamlarda qeyd edilir):
pis proqnozlu, aplastik anemiya. Nadir hallarda rast gəlir (25-40 min pasiyentə
1 təsadüf) və yerli tətbiq edilən vasitəni kəsdikdən sonra inkişaf edə bilər.
Uşaqlarda mieloblast leykozun inkişafı ilə birgə ola bilər.
►
Yenidoğulmuşların “boz sindromu”: qusma, qarnın köpməsi, tənəffüs
pozğunluqları, sianoz. Sonra vazomotor kollaps, hipotermiya, asidoz da
qoşulur. “Boz sindrom”un inkişaf etmə səbəbi qaraciyər fermentlərinin qeyri-
yetkinliyi ilə əlaqədar olaraq, xloramfenikolun toplanaraq miokarda birbaşa
toksik təsir göstərməsidir. Letallıq 40%-ə çatır. Yardım tədbirləri: qan dəyişmə
və ya hemosorbsiya.
►
Sinir sistemi: huşun pozulması, baş ağrısı, periferik polineyropatiyalar,
psixikanın pozulması; uzun müddət tətbiq etdikdə görmənin itirilmə təhlükəsi
ilə görmə sinirinin nevriti inkişaf edə bilər.
►
MBT: qlossit, stomatit, qarın nahiyəsində ağrı və ya diskomfort, ürəkbulanma,
qusma, diareya.
►
Yerli: yandırma, qaşınma, göz dərman formalarının istiadəsi zamanı şişkinlik.
►
Digərləri: Yariş-Hersheymer reaksiyası (endotoksik reaksiya). xloramfenikolu
sifilisi, brusellyozu və qarın yatalağı olan xəstələrdə istifadə etdikdə təsvir
edilmişdir.
Ehtiyat tələb edən hallar
►
Hematoksiklik: Qanın formalı elementlərinin dönən azalması mümkündür, çox
vaxt yüksək dozalarda (gündə 4 q və daha çox) istifadə etdikdə, uzunmüddətli
kurslar və qan zərdabında vasitə yüksək konsentrasiyada (25 mkq/ml və daha
çox) olduqda qeyd edilir. Yenidoğulmuşlar və qaraciyər xəstəlikləri olan
pasiyentlər risk qruplarıdır. Nəzarət üçün hər 3 gündən bir retikulosit və
trombositlərin təyini ilə qanın kliniki analizini və həmçinin, imkan daxilində
TDM aparmaq lazımdır.
►
Hamiləlik: Xloramfenikolu hamiləlik vaxtı tətbiq etmək məsləhət görülmür.
►
Döşlə əmizdirmə: Xloramfenikol yüksək konsentrasiyada ana südünə keçir ( o
cümlədən göz dərman formalarını istifadə etdikdə). Südverən qadınlara tətbiq
etmək məsləhət görülmür.
►
Pediatriya: Yenidoğulmuşlarda qaraciyərin detoksikasiyaedici funksiyası
kifayət qədər inkişaf etmədiyi üçün xloramfenikolun toksik konsentrasiyada
toplanmasına səbəb olaraq, “boz sindrom”un inkişaf etməsinə gətirib çıxara
bilər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
99
►
Qaraciyərin funksiyasının pozulması: Qaraciyərin funksiyasının pozulması
olan pasiyentlərdə TDM aparmaq lazımdır.
►
Stomatologiya: Xloramfenikolun tətbiqi ağız boşluğunun mikrob
infeksiyalarının tezliyinin artmasına, diş ətinin sağalma və qan təchizatı
proseslərinin ləngiməsinə gətirib çıxarır. Bunlar mielotoksik təsirin təzahürləri
ola bilər. Stomatoloji müdaxilələri, imkan daxilində terapiya başlayana qədər
qurtarmaq lazımdır.
►
Yanaşı sitiostatiklərlə müalicə və ya şüa terapiyası: Xloramfenikolun
toplanması və sümük iliyi funksiyasının ləngiməsi, qaraciyərin funksiyasının
pozulması şəklində toksik reaksiyalar mümkündür.
►
Terapevtik dərman monitorinqi (TDM): Xloramfenikolla müalicənin
təhlükəsizliyini artırmaq üçün, imkan daxilində onun qan zərdabında
konsentrasiyasının monitorinqini aparmaq lazımdır. Terapevtik diapazon 10-
25 mkq/ml təşkil edir. Monitorinq xüsusilə yenidoğulmuşlar və qaraciyər
xəstəlikləri olan pasiyentlər üçün zəruridir.
Dərmanlarla qarşılıqlı təsiri
Xloramfenikol peroral diabet əleyhinə vasitələrin (sulfanil-sidik cövhəri
törəmələrinin), fenitoinin, varfarinin təsirini gücləndirir.
Qaraciyərin mikrosomal fermentlərinin induktorları (rifampisin, fenobarbital
və fenitoin) xloramfenikolun qan zərdabında konsentrasiyasını azaldırlar.
Xloramfenikol dəmir, fol turşusu və B
12
vitamininin effektivliyini onların
hemopoezə stimuləedici təsirini azaltması hesabına, zəiflədə bilər.
Xloramfenikolu şüa terapiyası fonunda istifadə etdikdə, həmçinin onu
simetidin və sitostatiklərlə birgə tətbiqi zamanı aplastik anemiyanın inkişaf etmə
riski artır.
Xloramfenikolu antaqonizmə görə eritromisin və linkozamidlərlə eyni vaxtda
tətbiq etmək məsləhət görülmür.
Pasiyent üçün məlumat
Xloramfenikolun tablet və kapsulalarını dolu su stəkanı içməklə qəbul etmək
lazımdır.
Bütün terapiya kursu ərzində təyin edilmiş rejim və sxemə ciddi əməl etmək,
dozanı ötürməmək və onu bərabər zaman fasiləsindən bir qəbul etmək. Dozanı
ötürdükdə onu imkan daxilində tez qəbul etmək ; təxminən digər dozanın atma
vaxtı çatdıqda qəbul etməmək; dozanı artırmamaq.
Göz dərman formalarının istifadə qaydalarına riayət etmək.
İmkan daxilində təkrar müalicə kurslarından çəkinmək.
Bir neçə gün ərzində yaxşılaşma olmadıqda və ya aşağıdakı əlamətlər: dəri
örtüklərinin solğunluğu, boğazda ağrı, bədən hərarətinin yüksəlməsi, qeyri-adi
qanaxma və ya qansızma, qeyri-adi yorğunluq və ya zəiflik meydana gəldikdə
həkimlə məsləhətləşmək lazımdır.
Qanda olan dəyişikliklərə müntəzəm nəzarət etmək.
Şəkərli diabeti olan xəstələrdə xloramfenikolun istifadəsi zamanı sidikdə
qlükozanın təyini testlərində yalançı müsbət nəticələr mümkündür.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
100
Cədvəl 22. Xloramfenikol. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
DV-nin adı DV-nin
forması Dozalanma
rejimi
*
DV-nin
xüsusiyyətləri
Xloramfenikol
Kap. 0,1 q; 0,25
q; 0,5 q
Tab. 0,25 q; 0,5
q;
İny/üçün. toz 0,5
q; 1,0 q flakonda
Göz dam. 0,25%
10 ml-lik
flakonda
Göz linim. 1% 25
və 30 q tubalarda
və ya 25 q və 60
q bankalarda
Daxilə:
Böyüklər: 50-100
mq/kq/gün 4 qəbula
1 yaşlı və böyük
uşaqlar: 50-100
mq/kq/gün 4 qəbula
Parenteral:
Böyüklər: 50-100
mq/kq/gün 4 dəfə
yeridilir
Uşaqlar: 1 aya qədər:
“Uşaqlarda AMDV-
nin tətbiqi” fəslinə
bax.
1 aydan böyük: 50-
100 mq/kq/gün 4 dəfə
yeridilir
Yerli:
Göz dam. zədələnmiş
gözə hər 1-4 saatdan
bir 1-2 dam. damcılar
Linim. Hər 3 saatdan
bir göz qapaqlarına
qoyurlar.
Yüksək hematoksikiliyə
malikdir. Hər 3 gündən
bir retikulosit və
trombositlərin təyini ilə
qanın kliniki analizi
aparılmalıdır. Qaraciyərin
ağır patologiyası olan
pasiyentlərə, həmçinin
yenidoğulmuşlar üçün
TDM aparılması zəruridir.
Mupirosin
Mupirosin Pseudomonas fluorescens kulturasından alınan təbii mənşəli DV-
dir. Yalnız yerli tətbiq olunur.
Təsir mexanizmi
Mupirosin konsentrasiyadan asılı olaraq, həm bakteriostatik, həm də bakterisid
təsir göstərə bilər. DV-nin yüksək yerli konsentrasiyası hesabına əksər hallarda
bakterisid təsir edir.
Aktivlik spektri
►
Mupirosinin əsas klinik əhəmiyyəti əksəriyyət stafilokolara, o cümlədən
MRSA, həmcinin digər AMDV-lərə davamlı ştamlara təsir etməsindən
ibarətdir. Mupirosinə qarşı həmçinin A, B, C, G streptokokları və bəzi
qrammənfi çöplər (P.multocida) həssasdırlar.
►
Mupirosinin enterokoklara, Enterobacteriaceae ailəsinin nümayəndələrinə,
P.aeruginosa, anaeroblara qarşı aktiv deyil. Mupirosinin fərqləndirici
xüsusiyyəti dərinin normal mikroflorasının nümayəndələrinə (Micrococcus
*
Qaraciyərin normal funksiyası zamanı
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
101
spp., Coryne-bacterium spp., Propionibacterium spp.) qarşı in vitro şəraitində
aşağı aktivlik göstərməsidir.
Göstərişlər
►
Dəri infeksiyaları: furunkulyoz, follikulit,
impetiqo,
qızılyel, trofik xoralar, o
cümlədən MRSA ilə törədilmiş infeksiyalaşmış ekzema
►
Xarici otit (bədxassəlidən başqa)
►
Yaralar, sıyrıntılar, yanıqlar zamanı bakterial dəri infeksiyalarının
profilaktikası
►
Böyük pasiyentlərdə və tibb personalında intranazal MRS daşıyıcılığının
eradikasiyası
Əks göstərişlər
►
Mupirosinə qarşı və/və ya dərman formasının tərkibinə daxil olan istənilən
komponentə qarşı hiperhəssaslıq
Əlavə təsirlər
►
Xaricə tətbiq zamanı: dərinin quruluğu, yandırma hissi, qaşınma, ağrı, səpgi,
hiperemiya, ödem.
►
İntranazal yeritmə zamanı: öskürək, tənəffüsün pozulması, qulaqda ağrı, baş
ağrısı, faringit, rinit, dadın dəyişməsi.
Ehtiyat tələb edən hallar
►
Hamiləlik: Hamilələrdə
təhlükəsizliyinə dair adekvat tədqiqatlar
aparılmadığından hamiləlik zamanı tətbiq etmək məsləhət görülmür
►
Döşlə əmizdirmə: Südverən qadınlarda tətbiq edilməsinin təhlükəsizliyinə dair
adekvat məlumatların olmaması ilə əlaqədar olaraq, məsləhət görülmür
►
Pediatriya: Yenidoğulmuşlarda və 12 yaşa qədər uşaqlarda mupirosinin
intranazal yeridilməsinin təhlükəsizliyi öyrənilməmişdir, ona görə də bu yaş
qruplarında intranazal tətbiqi məsləhət görülmür
►
Böyrəklərin funksiyasının pozulması: Açıq yaraların və ya yanıqların geniş
sahəsinə məlhəmi çəkdikdə, məlhəm əsasının tərkibinə daxil olan
polietilenqlikolun sorulması artır, xüsusilə böyrəklərin funksiyasının mötədil
və ya əhəmiyyətli dərəcədə pozulması olan pasiyentlərdə nefrotoksik təsirə
səbəb ola bilər
Pasiyent üçün məlumat
Preparatı müntəzəm, təxminən eyni vaxtda istifadə etmək lazımdır.Təqribən
növbəti dozanın tətbiq olunma vaxtı çatdıqda, buraxılmış dozanı tətbiq etmək
olmaz. Dozanı artırmaq olmaz
İstifadə olunan dərman formasının tətbiq olunma göstərişlərinə ciddi riayət
etmək. Dermatoloji məlhəmi intranazal yeritmək olmaz
Dermatoloji məlhəmi tətbiq etməzdən əvvəl əlləri sabunla yumaq və yaxşı
qurutmaq lazımdır. Az miqdarda DV-ni dərinin zədələnmiş sahəsinə çəkib, səliqə
ilə sürtürlər. Lazım olduqda zədələnmiş sahələri tənzif sarğı ilə sarıyırlar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
102
Nazal məlhəmi hər tətbiq etdikdən sonra udlağın arxa divarına DV-nin
maksimal keçməsini təmin etmək üçün burun qanadlarını 1 dəqiqə ərzində yüngül
masaj etmək lazımdır
Nazal mupirosini digər intranazal yeridilən DV-lərlə eyni vaxtda istifadə
etmək məsləhət görülmür
Mupirosinin gözə düşməsindən çəkinmək lazımdır, belə ki, o, bir neçə gün və
hətta həftə ərzində davam edən yandırma hissi və gözlərin sulanmasını törədə
bilər.
Əhəmiyyətli dərəcədə qıcıqlanma, qaşınma, səpgi meydana gəldikdə
mupirosinin istifadəsini kəsmək və həkimə müraciət etmək lazımdır.
Cədvəl 23. Mupirosin. Əsas səciyyəsi və tətbiq xüsusiyyətləri.
DV-nin adı DV-nin
forması
Dozalanma rejimi
DV-nin xüsusiyyətləri
Mupirosin Derm.
məlh. 2%-li
15 q-lıq tublarda
Nazal məlhəm.
2%-li 3 q-lıq
tublarda
Derm. məlhəmi dərinin
zədələnmiş sahəsinə
gündə 3 dəfə 10 gün
ərzində çəkilir.
Nazal məlhəmi hər
burun keçəcəyinə kibrit
çöpü başı miqdarında
gündə 2-3 dəfə 5-7 gün
ərzində yeridilir.
Göstərişlər:
Derm. məlhəm – dəri
infeksiyaları, trofik
xoralar, infeksiyalaşmış
ekzema; xarici otit
(bədxassəlidən başqa);
- yaralar, sıyrıntılar,
yanıqlar zamanı
bakterial dəri
infeksiyalarının
profilaktikası.
Tərkibində
polietilenqlikol var.
Nazal məlhəm:
- böyük pasiyentlərdə və
tibb personalında
nazofaringeal MRSA
daşıyıcılığının
eradikasiyası.
12 yaşa qədər uşaqlarda
təhlükəsizliyi
öyrənilməmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
103
VƏRƏM ƏLEYHİNƏ DƏRMAN VASİTƏLƏRİ
Vərəm əleyhinə dərman vasitələrinin müasir təsnifatı onların antibakterial
aktivliyi, təsir mexanizmi, farmakokinetikanın əsas parametrləri, biomənimsəmə və
farmakodinamika xüsusiyyətlərini nəzərə almaqla tərtib olunmuşdur. Lakin vərəm
əleyhinə dərman vasitələrinin müasir təsnifatını təyin edən əsas faktor vərəm
mikobakteriyalarının dərmanlara qarşı rezistent olmasıdır.
Hal-hazırda vərəməleyhinə dərman vasitələri aşağıdakı kimi təsnif olunurlar:
1-ci sıra vərəməleyhinə dərman vasitələri: (vərəmin dərman vasitələrinə qarşı
həssas olan vərəmdə, bəzi hallarda isə (həssaslıq saxlanıldığı halda) dərmanlara
davamlı vərəmin müalicəsində istifadə olunurlar)
İzoniazid
Rifampisin
Etambutol
Pirazinamid
Streptomisin
2-ci sıra vərəməleyhinə dərman vasitələri: (dərmanlara davamlı vərəm
formaların müalicəsində müstəqil şəkildə və ya 1-ci sıra preparatlarla birgə istifadə
olunur)
Kanamisin
Aamikasin
Kapreomisin
Ftorxinolonlar
Tiamidlər (etionamid, protionamid)
PAST
Sikloserin
3-cü sıra (bu dərman vasitələrinin vərəm mikobakteriyalarına qarşı aktivliyi
aşağıdır, istifadəsi klinik təcrübədə deyil, yalnız laborator təcrübədə göstərilmişdir )
Amoksisillin/klavulan turşusu
Klaritromisin
Klofamizin
Tioasetazon
Hal-hazırda vərəmin müalicəsi üçün yeni dərman vasitələri üzrə tədqiqatlar
aparılır. Yeni nəsil flüorxinolonlar, imipenemlər, metronidozol törəmələri,
linezolid kimi dərman vasitələrinin istifadəsi nəzərdən keçirilir.
1-ci sıra vərəm əleyhinə dərman vasitələri
İzoniazid
Təsir mexanizmi
Bölünmə mərhələsində olan bakteriyalara bakterisid, sakitlik mərhələsində olanlara
isə bakteriostatik təsir göstərir.
Göstərişlər
►
Müxtəlif lokalizasiyalı vərəmin müalicə və profilaktikası
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
104
Əks-göstərişlər
►
DV-nin fərdi qəbul olunmaması
►
Epilepsiya
►
Ağır psixozlar
►
Qıcolmalara meyllilik
►
Anamnezdə poliomielitin olması
►
İTHV-ə qarşı anamnezdə toksik hepatit
►
Kəskin qaraciyər və böyrək çatışmazlığı
Əlavə təsirləri
►
Qaraciyər: hepatotoksiklik (rifampisinlə kombinasiya və müalicə ərəfəsində
spirtli içkilərin qəbulu risk amilləridir)
►
Sinir sistemi: periferik neyropetiya, görmə sinirinin nevriti və atrofiyası, əzələ
dartılmalari və ya generəlizə olunmuş qıcolmalar, hissiyat pozğunluqları,
ensefalopatiya, intaksikasion toksikoz
►
Endokrin sistemi: ginekomastiya, qadınlarda dismenoreya, “kuşinoid”
sindrom, hiperqlikemiya
►
Allergik reaksiyalar: səpgi, titrətmə
►
MBS: qarında diskomfort
►
Ürək-qan damar sistemi: arterial hipertenziya, yaşlılarda miokard işemiyasının
güclənməsi
►
Yerli reaksiya: vena daxilinə yeridilmə zamanı flebit
►
Digərləri: doza artıqlığı — ürəkbulanma, qusma, görmə və eşitmənin
pozğunluğu, qeyri-adekvat nitq, tənəffüsün ləngiməsi, stupor, koma,
qıcolmalar.
Dostları ilə paylaş: |