Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 iyun 2013-cü il tarixli



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix01.01.2017
ölçüsü2,34 Mb.
#4087
  1   2

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 21 iyun 2013-cü il tarixli 

22 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 



 

 

 

 

 

 

 

 

 

 

YENİDOĞULMUŞLARDA TERMOTƏNZİMLƏMƏ, 

ONUN POZULMALARI VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



57.3  

Y 52 


 

 

 



 

 

 



Y 52  Yenidoğulmuşlarda termotənzimləmə, onun pozulmaları  və 

 müalicəsi üzrə klinik protokol. – 2013. – 32 səh. 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən 



maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi” 

Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 

2



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C. Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 

direktoru, t.f.d. 



Tərtibçilər: 

F.Əliyeva Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,  

 Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

direktoru, dosent, t.f.d., RS/AP üzrə Milli Koordinator 

S.Ələsgərova Azərbaycan Tibb Universitetinin Neonatologiya 

kafedrasının dosenti, t.f.d. 

F.Qarayev 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun Pediatriya kafedrasının dosenti, t.f.d. 

S.Quliyeva Azərbaycan Tibb Universitetinin Neonatologiya 

kafedrasının assistenti, t.f.d. 

Z.Mikayılova Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Neonatologiya bölməsinin baş elmi işçisi 

R.Hüseynov Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya 

şöbəsinin müdiri 

M.Rzayeva Respublika 

Perinatal 

Mərkəzinin Yenidoğulmuşların 

reanimasiya və intensiv terapiya şöbəsinin müdiri  

S.Haqverdiyeva Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 

Yenidoğulmuşlar şöbəsinin həkim-neonatoloqu 

E.Zeynalova 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə 

İnstitutunun Pediatriya kafedrasının assistenti 

G.Hüseynova 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət 

standartları şöbəsinin sabiq müdiri  

A.Lyubşis ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin Ana və  Uşaq Sağlamlığı 

üzrə baş məsləhətçisi, həkim-neonatoloq, t.e.d. 

İ.Zahare ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi tərəfindən 

maliyyələşdirilən “İlkin Səhiyyə Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin beynəlxalq məsləhətçisi, 

həkim-neonatoloq 



Rəyçi: 

N.Quliyev  

Səhiyyə Nazirliyinin baş pediatrı,   

 K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun 

direktoru, professor, t.e.d. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyələrin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyələrin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 

Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı: 



ASV 

ağciyərlərin süni ventilyasiyası 



BDİL 

bətndaxili inkişafın ləngiməsi  



DDL damardaxili 

laxtalanma 



HYK 

hestasiya yaşına görə kiçik olanlar  



HYB hestasiya 

yaşına görə böyük 



 ÜDS 

ürək döyüntülərinin sayı 



İzahlı lüğət: 

İstilik rejimi – normal bədən temperaturunu saxlamaq üçün 

şərtlər toplusudur. 



Теrmoneytral mühit – bu elə istilik rejimidir ki, bu zaman 

normal bədən temperaturunu saxlamaq üçün minimal oksigen və 

kalori sərfi tələb olunur. Yenidoğulmuş uşağın hestasiya yaşı, bədən 

kütləsi və postnatal yaşı termoneytral mühiti müəyyən edir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Protokol pediatr, neonatoloq, tibb universitetinin tələbələri və 

uşaq tibb müəssisələrində çalışan tibb bacıları üçün tövsiyə edilir. 

Pasiyent qrupu: yenidoğulmuşlar. 

Protokol yenidoğulmuşlarda neonatal xəstəliklərin, ciddi ağırlaş-

maların, neonatal ölümün qarşısının alınması  və yenidoğulmuşlara 

tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması üzrə sübutlu təbabətə 

əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini daşıyır. 



ÜMUMİ MÜDDƏALAR 

Termotənzimləmə  – orqanizmin normal temperaturu saxlamaq 

üçün istilik hasilatı və istilik itirilməsi proseslərini balanslaşdırmaq 

qabiliyyətidir. 

Yenidoğulmuşun orqanizmi termotənzimlənmə sistemi 

mexanizmlərinin mükəmməl olmaması ilə xarakterizə olunur. 

İstiliyin verilməsi mexanizmləri yenidoğulmuş  uşağın hestasiya 

yaşından, bədən kütləsindən və onu əhatə edən  ətraf mühitdəki 

havanın temperaturundan asılıdır. 



XBT-10 ÜZRƏ TƏSNİFAT: 

P80 

Yenidoğulmuşların hipotermiyası 



Р80.0 Soyuq 

travması sindromu 



Р80.8 Yenidoğulmuşların digər hipotermiyası 

P80.9 Yenidoğulmuşların dəqiqləşdirilməmiş hipotermiyası 

P81 Yenidoğulmuşların istilik tənziminin digər pozğunluğu 

P81.0 Yenidoğulmuşların xarici mühit faktorlarının törətdiyi   

 hipotermiyası 



P81.8 Yenidoğulmuşların istilik tənziminin digər dəqiqləşdirilmiş 

 pozğunluqları 



P81.9 Yenidoğulmuşların istilik tənziminin dəqiqləşdirilməmiş 

 pozğunluğu 



İstilik hasilatı və ya istilik istehsalı baş verir: 

 



“qeyri-əzələ” termogenezi hesabına; “qeyri-əzələ” 

istiliyinin çox hissəsi boz piyin metabolizmi 

(yenidoğulmuşlarda istilik hasilatının  əsas mexanizmi) 

zamanı əmələ gəlir 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8



 

“əzələ” termogenezi yolu ilə iradi və ya qeyri-iradi əzələ 

aktivliyi hesabına 

 



qlikogenin parçalanması hesabına 

İstilik vermə (istilik itkisi və istilik sərfi) aşağıdakı yollarla baş 

verir: 


 

konduksiya – yenidoğulmuşun təmasda olduğu səthə 



istiliyin birbaşa ötürülməsi  

 



konveksiya – istiliyin ətraf mühitə itirilməsi (əgər 

havanın və ya hava axınının temperaturu uşağın bədən 

temperaturundan aşağıdırsa ) 

 



buxarlanma – dəri səthindən və tənəffüs yollarının selikli 

qişasından (perspirasiya) mayenin buxarlanması yolu ilə 

istiliyin itirilməsi  

 



şüalanma – temperaturu uşağın bədən temperaturundan 

aşağı olan (məsələn soyuq divar, pəncərə) müxtəlif 

obyektlərlə birbaşa olmayan (aralı  məsafədə) təmas 

zamanı istiliyin itirilməsi 

 

əsas mübadilə prosesləri və s. istilik sərfi  



Yenidoğulmuş uşaqda  

termotənzimləmənin xüsusiyyətləri 

 

İstilik hasilatı: 



1.

 

İstilik hasilatının  əsas mexanizmi boz piy maddəsinin 



parçalanmasıdır (lipoliz): 

a.

 



boyun nahiyəsində, kürək sümükləri arasında, onurğa 

boyunca, böyrəklərin və dalağın ətrafında yerləşir 

b.

 

lipoliz zamanı çoxlu miqdarda istilik ayrılır 



c.

 

yalnız yenidoğulmuş uşaqlarda olur 



2.

 

Yüksək hərəki aktivlik (o cümlədən ağlamaq) 



yenidoğulmuşlarda istilik istehsalının mexanizmlərindən 

biridir 


3.

 

Titrətmə ilə istilik hasilatı imkanları məhduddur (böyüklərdə 



əsas mexanizmdir)  

 

İstilik itirilməsi: 



1.

 

Termotənzimləmə mexanizmlərinin qeyri-mükəmməlliyi 



2.

 

Qan damarlarının daralması  və genişlənməsi vasitəsi ilə 



istiliyin verilməsi və saxlanması sisteminin qeyri-mükəmməlliyi 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

3.



 

Böyüklərlə müqayisədə, bədən səthinin bədən kütləsinə 

nisbətən xeyli çox olması  

4.

 



Dərialtı piy təbəqəsinin qalın olmaması 

5.

 



İstilik itkisinin çox hissəsinin başın səthindən olması: 

 



baş səthinin sahəsi xeyli böyükdür 

 



zəngin qan damarları şəbəkəsi çox səthi yerləşir 

 



beyin yüksək enerji mübadiləsinə malikdir  

6.

 



Böyüklərlə müqayisədə  əsas mübadiləyə enerji sərfinin 

(istiliyin) çox olması 



Vaxtından əvvəl anadan olan yenidoğulmuşlarda 

termotənzimləmənin xüsusiyyətləri: 

 



İstilik hasilatının aşağı olması 

 



Artıq istilik vermə 

İstilik hasilatının aşağı olması aşağıdakılarla əlaqədardır: 

1.

 

Qida ilə enerjinin kifayət qədər daxil olmaması 



2.

 

Əzələ kütləsinin aşağı olması və onun tonusunun kifayət 



qədər olmaması (vaxtından  əvvəl doğulanlarda ümumi 

bədən kütləsinin – 20-22%-ni, vaxtında doğulanlarda      

isə – 42%-ni təşkil edir) 

3.

 



Hərəki aktivliyin aşağı olması 

4.

 



Boz piy maddəsinin lipolizi hesabına istilik hasilatının 

məhdudluğu (boz piyin miqdarı vaxtından əvvəl doğulan 

uşaqlarda ümumi bədən kütləsinin – 1-2%-ni təşkil edir, 

vaxtında doğulanlarda isə bu – 5-8%-dir) 

Artıq istilik vermə aşağıdakılarla əlaqədardır: 

1.

 



Bədən kütləsinin hər kq çəkisinə düşən dəri səthinin 

sahəsinin böyük olması (vaxtından  əvvəl doğulanlarda     

– 0,15 m

2

/kq-nı, vaxtında doğulanlarda isə  –               



0,065 m

2

/kq-nı təşkil edir) 



2.

 

Dərialtı piy təbəqəsinin nazik olması (vaxtından  əvvəl 



doğulanlarda bədən kütləsinin – 3-8%-ni, vaxtında 

doğulanlarda isə – 16%-ni) 

3.

 

Zəngin qan damarları  şəbəkəsinin bədənin səthinə yaxın 



yerləşməsi 

4.

 



Vaxtında doğulan uşaqlara nisbətən tənəffüsün dəqiqəlik 

həcminin böyük olması (təxminən 2 dəfə) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 10

Yenidoğulmuş uşaqda temperaturun saxlanması  

üçün ümumi tədbirlər 

1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı yenidoğulmuş uşağın 

normal bədən temperaturunun saxlanmasına yönələn “istilik zənciri” 

adını daşıyan tədbirlər təklif edib. “İstilik zənciri“  – yenidoğulmuş 

uşağın istilik itirməsinin qarşısını almağa və onun normal bədən 

temperaturunu saxlamağa yönəldilmiş bir-biri ilə bağlı  tədbirlər 

sırasıdır: 

1.

 



Yenidoğulmuş üçün doğum zalında optimal temperatur rejimi 

yaradılmalı: 25°C-dən aşağı olmayan temperaturu təmin 

etməli, masanın səthini və  əskiləri, stetoskopu və s. 

əvvəlcədən qızdırılmalı  

2.

 

Doğulmuş  uşağı  dərhal isti əski ilə qurulamalı, nəm  əskini 



qurusu ilə əvəz etməli 

3.

 



Uşağı ananın sinəsi üstünə qoymalı (“dəri-dəriyə“ təmas), 

üstünü isti, quru əski ilə örtüb, başına papaq geyindirməli  

4.

 

Uşağı erkən döşə qoymalı  



5.

 

Yenidoğulmuş  uşağın ilkin reanimasiyasını istilik rejiminə 



riayət etməklə aparmalı 

6.

 



Uşağa baxışı və antropometrik ölçülərin götürülməsini ana ilə 

uşağın birgə qaldıqları palataya köçürülməzdən bilavasitə 

əvvəl yerinə yetirməli 

7.  Körpəni bir yerdən başqa yerə köçürən zaman qoruyucu 

istiliyi təmin etməli 

8.

 

Ana ilə uşağın birgə qalması prinsipinə riayət etməli 



9.

 

Sərbəst bələməni təmin etməli 



10.

 

Doğuşa yardım müəssisələri personalına yenidoğulmuşun 



hipotermiyasının profilaktikası tədbirlərinin tədrisi aparılmalı 

Temperatur rejiminin saxlanmasının əsas şərti “istilik zənciri” 

prinsiplərinə ciddi əməl olunmasıdır  

Yenidoğulmuşda temperatur rejiminin 

saxlanmasının 

vasitələri (B) 

 



Açıq şüalandırıcı istilik mənbəyi 

 



Qızdırıcılı çarpayı 

 



İnkubator 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 11

Açıq  şüalandırıcı istilik mənbəyi (qızdırıcılı reanimasiya 

masası,  şüalandırıcı istilik lampası)  – bu açıq səthli masa olub, 

üstündə şüalandırıcı və ya infraqırmızı istilik mənbəyi yerləşir (istilik 

itkisini  şüalanma və konveksiya yolu ilə kompensasiya etməyə 

imkan verir). 

Üstünlükləri:  

 



yenidoğulmuşu tez isindirir 

 



müalicə manipulyasiyaları  və prosedurları apararkən 

münasib yol, istilik rejiminə riayət olunmaqla 

yenidoğulmuşlara qulluq etməyə imkan yaradır 

Qüsurları:  

 

hiss olunmayan maye (buxarlanma) və istilik itkisinin 



artması 

İş rejimi: Temperaturun saxlanması rejiminin əllə tənzimlənməsi

Şüalandırıcı istilik mənbəyində lazımi temperatur və onun sərhədləri 

tibb personalı  tərəfindən  əllə quraşdırılır. Yenidoğulmuş  uşağın 

bədən temperaturunu qızdırıcı sistemə qoşulmuş temperatur ötürücü 

ucluğun köməyi ilə və ya adi termometrlə ölçmək olar. Göstərilən bu 

rejim istifadə oluna bilər: 

 



qızdırıcı cihaz işə salınarkən 

 



masanın səthini tez qızdırmaq lazım gəldikdə 

 



qısa müddətli prosedur və manipulyasiyalar aparılarkən 

 



uşağı isitmək üçün onun bədən temperaturuna nəzarət 

apardıqda 



Temperaturun saxlanmasının avtomatik rejimi (servonəzarət, 

ing. – servo control): Tibbi personal əllə  şüalandırıcı istilik 

mənbəyində  uşağın dərisinin lazımi temperaturunu və onun 

sərhədlərini qurur. Yenidoğulmuşun dərisində  qızdırıcı ilə 

birləşdirilmiş avtomatik iş rejiminə  dəyişdirilən temperatur ötürücü 

ucluğu təsbit edilir. Şüalandırıcı istilik mənbəyinin qızdırıcısının 

intensivliyi yenidoğulmuşun dərisinin temperaturundan və verilmiş 

parametrlərdən asılı olaraq avtomatik tənzim olunur. Göstərilən rejim 

istifadə olunur: 

 

şüalandırıcı istilik mənbəyinin altında yenidoğulmuşa uzun 



müddətli qulluqda 

 



uzun müddətli prosedur və manipulyasiyalar aparılarkən 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin