Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 21 oktyabr 2009-cu il tarixli



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix06.02.2017
ölçüsü1,84 Mb.
#7835
  1   2   3   4

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 21 oktyabr 2009-cu il tarixli  

25 saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

 

İŞEMİK İNSULTUN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

56.12 


İ 88 

 

 



 

 

 



 

 

 



 

 

 



İ 88  İşemik insultun diaqnostika və müalicəsi üzrə klinik  

 

protokol. – 39 səh. 



 

2

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 



Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

Z.Sadıxova – Ə.Əliyev adına ADHTİ-nin sinir xəstəlikləri 

kafedrasının dosenti, t.e.n. 

Ə.Sultanov – ATU-nun I daxili xəstəliklər və reanimatologiya 

kafedrasının dosenti, t.e.n. 

P.Allahyarova – Respublika Klinik Xəstəxanasının II sinir 

xəstəlikləri şöbəsinin həkim-ordinatoru 

F.İbrahimov – Mərkəzi Klinik Xəstəxanasının kardiologiya 

şöbəsinin həkim-kardioloqu 

A.Əhmədov – İctimai Səhiyyə  və  İslahatlar Mərkəzi tibbi 

keyfiyyət standartları şöbəsinin həkim-metodisti 

 

Rəyçilər: 

A.Axundbəyli – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

baş anastezioloq-reanimatoluqu, ə.e.x., professor 

R.Rzayev – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş 

nevropatoloqu, dosent, t.e.n. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı  və ya nəticələri uyğun 

populyasiyaya  şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia.



 

 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.

 

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış  tədqiqat, yaxud 

 



Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil 

edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi IIb.

 

 

Klinik hallar seriyasının təsviri, yaxud 



 

Nəzarət edilməyən tədqiqat, yaxud 



 

Ekspertlərin rəyi. 



 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 



göstəricisidir. 

 



Sübutların etibarlılıq dərəcəsi III və IV.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

6

İxtisarların siyahısı 

 

AF 

 –   atrial fibrillyasiya (qulaqcıqların fibrillyasiyası) 



AÇF 

 –   angiotenzin çevirici ferment 



APC 

 –   aktivləşdirilmiş protein C  



ARB 

 –   angiotenzin reseptorlarının blokatorları 



ASL 

 –   aşağı sıxlıqlı lipoproteidlər 



AT 

 –   arterial təzyiq  



BQDKP   –   beyin qan dövranının kəskin pozulması 

BKİ 

 –   bədən kütləsi indeksi 



EKQ 

 –   elektrokardioqrafiya 



EUSI 

 –   İnsult üzrə Avropa Təşəbbüsü (European Stroke  



  

Initiative

HT 

 –   hemorragik transformasiya 



XBT-10   –   Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu baxış) 

INR 

 –   beynəlxalq normallaşdırılmış nisbət (International  



  

Normalized 

Ratio

KDT 

 –   kəllədaxili təzyiq 



KT 

 –   kompüter tomoqrafiyası 



 

 –   miokard infarktı 



MRT 

 –   maqnit rezonans tomoqrafiyası 



OBA 

 –   orta beyin arteriyası 



PEG 

 –   perkutan endoskopik qastrostomiya (percutaneous  



  

endoscopic 

gastrostomy

PTA 

 –   plazminogenin toxuma aktivatoru  



RKT 

 –   randomizasiya olunmuş klinik tədqiqatlar 



rtPA 

 –   plazminogenin rekombinant toxuma aktivatoru  

 

 

(Recombinant Tissue Plasminogen Activator



STA 

 –   süni tənəffüs aparatı 



TİH 

 –   tranzitor işemik həmlə 



TOAST   –   insultun ABŞ Nevroloji xəstəliklər və İnsult Milli  

 

 



İnstitutu (NINDS) tərəfindən təklif edilmiş təsnifatı 

(Trial  of Org 10172 in Acute Stroke Treatment



YSL 

 –   yüksək sıxlıqlı lipoproteidlər 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

7

                                                



Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  və stasionarlarda 

çalışan nevropatoloqlar, neyrocərrahlar, reanimatoloqlar, təcili 

yardım həkimləri, ailə həkimləri üçün nəzərdə tutulmuşdur. 

 

Pasiyent qrupu: işemik insult xəstəliyi olan böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri:  

 

Sübutlu təbabət prinsiplərinə əsaslanmış müasir metodlar tətbiq 



etməklə işemik insultun diaqnostika, müalicə və profilaktikasının 

təkmilləşdirilməsi 

 

İşemik insultla xəstələnmə və ölüm hallarının azaldılması 



ÜMUMİ MÜDDƏALAR 

İNSULT – beyin qan dövranının kəskin pozulmasıdır.  İnsultun 

iki tipi fərqləndirilir: işemik və hemorragik.



  

İşemik insult qan təchizatının çatışmazlığı  nəticəsində beynin 

ocaqlı (fokal) zədələnməsindən əmələ gələn,  24 saatdan çox çəkən  

və ya bir sutka ərzində ölümə gətirib çıxaran nevrolojı simptomların 

kəskin inkişafı ilə xarakterizə olunan sindromdur. 

Bütün halların 80%-də  işemik insult karotid hövzədə, 20%-də isə 

vertebrobazilyar hövzədə baş verir. 

Kəskin serebral işemiya nəticəsində yaranan ocaqlı nevroloji defisit 

və ya retinal işemiya nəticəsində yaranan görmənin monokulyar 

pisləşməsi (amaurosis fugax) 24 saat ərzində tam keçib gedirsə, bu 

sindrom tranzitor işemik həmlə (TİH) kimi təsnifata daxil edilir. 



Hemorragik insult – serebral arteriyanın travmatik genezli 

olmayan partlaması və qanın intrakranial sahəyə – intraventrikulyar, 

intraserebral, subaraxnoidal, subdural və ya epidural olaraq axması 

nəticəsində beyin qan dövranının kəskin pozulmasıdır. 

 



 



Bu protokolda işemik insultun profilaktika, diaqnostika və müalicəsi nəzərdən 

keçiriləcəkdir. Hemorragik insult haqda məlumatlar yalnız bəzi parametrlərin 

müqayisəsi və onun işemik insultla differensial diaqnostikası nöqteyi-nəzərindən 

təqdim olunacaqdır.

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

8

Bəzən intraserebral hemorragiya beyin infarktı sahəsində inkişaf 



edir, bu, işemik insultun hemorragik transformasiyası adlanır

Yaşlı  əhali arasında  əlilliyin aparıcı  səbəbi və ölümün əsas 

səbəblərindən biri olan serebral insult əvvəlki kimi səhiyyənin  əsas 

problemlərindən biri olaraq qalmaqdadır. İnsult həyat üçün təhlükəli 

olan kəskin miokard infarktı  və ya kəskin kəllə-beyin travması ilə 

eyni dərəcədə təxirəsalınmaz vəziyyət kimi qiymətləndirilməlidir. 



 

İŞEMİK İNSULTUN RİSK AMİLLƏR 

Modifikasiya edilə bilən risk amilləri: 

 

Arterial hipertenziya 



 

Siqaret çəkmə 

 

Şəkərli diabet 



 

Ürək xəstəlikləri, xüsusən də atrial fibrillyasiya 

(qulaqcıqların səyriməsi) 

 

Dislipidemiya 



 

Keçirilmiş insult və ya TİH 

 

Yuxu  arteriyalarının stenozu 



 

Hiperkoaqulyasiya ilə müşayiət olunan hallar  

 

Azhərəkətli həyat tərzi 



 

Alkoqolun həddən ziyadə qəbulu 

 

Oral kontraseptivlərin qəbulu  



 

Digərləri 



Modifikasiya edilə bilinməyən risk amilləri: 

 

Yaş  



 

Kişi cinsinə mənsubluq 

 

İrq (afro-amerikanlara mənsubluq) 



 

Genetik meyllilik 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

9

XBT-10 üzrə təsnifat 



I63 Beyin 

infarktı 



I63.0 

Preserebral (ekstrakranial) arteriyanın trombozu səbəbli 

beyin infarktı  

I63.1 

Preserebral (ekstrakranial) arteriyanın emboliyası səbəbli 

beyin infarktı 

I63.2 

Preserebral (ekstrakranial) arteriyanın dəqiqləşdirilməmiş 

tıxanması yaxud stenozu səbəbli beyin infarktı 

I63.3 Beyin 

arteriyalarının trombozu səbəbli beyin infarktı 



I63.4 Beyin 

arteriyalarının emboliyası səbəbli beyin infarktı 



I63.5 Beyin 

arteriyalarının dəqiqləşdirilməmiş tıxanması və 

yaxud stenozu  

I63.6 Beyin 

venalarının qeyri-piogen trombozu səbəbli beyin 

infarktı 

I63.8 Başqa səbəbli beyin infarktı 

I63.9 

Dəqiqləşdirilməmiş beyin infarktı 



I64 Qanaxma 

və ya infarkt kimi dəqiqləşdirilməmiş insult 



I65 

Preserebral (ekstrakranial) arteriyaların infarkta səbəb 

olmayan trombozu və ya stenozu 

I66 Serebral 

arteriyalarının beyin infarktına səbəb olmayan 

trombozu və ya stenozu 

G45 

Keçici (tranzitor) serebral işemik həmlə 



G46 Serebrovaskulyar 

xəstəliklərdə damar mənşəli beyin 

sindromları 

İşemik insultun etiopatogenetik təsnifatı 

Etiopatogenetik cəhətdən işemik insultun 5 əsas yarımtipini 

fərqləndirirlər (TOAST təsnifatına görə): 

1.

 



İri arteriyaların aterosklerozu nəticəsində baş verən insult. 

2.

 



Kardioembolik insult. 

3.

 



Kiçik çaplı (kalibrli) arteriyaların okklüziyası  nəticəsində baş 

verən insult (lakunar insult), hansı ki, ən çox arterial hipertenziya 

nəticəsində yaranır. 

4.

 



Digər məlum etiologiyalı insult (qeyri-aterosklerotik 

vaskulopatiyalar və arteriitlər – serebral damarların disseksiyası, 

Moya-moya xəstəliyi, fibroz-əzələ displaziyası  və s., infeksion, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

10

autoimmun, dərman arteriitləri;  hematolojı  xəstəliklər – 



antifosfolipid anticisimlər sindromu, C, S proteinlərinin defisiti, 

antitrombin 3 defisiti, leykemiya, polisitemiya, trombositoz, 

trombositopenik purpura, oraqvari-hüceyrə anemiyası, miyelom 

xəstəliyi, Valdenstrem makroqlobulinemiyası, krioqlobulinemiya; 

peroral kontraseptivlərin, antifibrinolitik preparatların, K 

vitamininin, simpatomimetiklərin qəbulu nəticəsində; digərləri – 

venoz sinusların trombozu, miqren, hemodinamik insult və s.). 

5.

 



Naməlum etiologiyalı insult. 

 

İşemik insultun patofiziologiyası 

Beyin qan axımı həcminin azalması beyin toxumasına oksigen və 

qlükoza daxil olmasının xeyli məhdudlaşmasına gətirib çıxarır. Qan 

axımının daha qabarıq şəkildə azaldığı beyin hissəsi çox tezliklə, 6-8 

dəqiqə ərzində dönməz (sağalmaz) dərəcədə zədələnir (“özək” və ya 

işemiyanın “nüvə” zonası). Bir neçə saat ərzində  işemiyanın nüvə 

zonası  işemiyalaşmış, lakın canlı (qan axınının səviyyəsi 20 

ml/100q/dəq) toxuma ilə – “yarımkölgə” və ya “penumbra” adlanan 

zona ilə  əhatə olunur. Penumbra sahəsində bütövlükdə energetik 

metabolizm qorunub saxlanılır və struktur dəyişikliklər yox, 

funksional dəyişikliklər  müşahidə olunur. Penumbra zonasının 

hesabına infarktın ölçülərinin tədricən böyüməsi baş verir. “İşemik 

yarımkölgə” zonasında sinir hüceyrələrinin bərpa olunmasının 

mümkün olduğu vaxtın müddəti dəqiq müəyyən edilməmişdir. 

Hərçənd ki, sinir hüceyrələrinin əksəriyyəti üçün bu müddət bir neçə 

saatla (və ya 2-3 sutka ilə) məhdudlaşır.  İnsultun inkişafından 

sonrakı ilk saatlar və günlərdə terapiyanın başlıca hədəfi məhz 

penumbradır. 

İŞEMİK İNSULTUN BİRİNCİLİ (İLKİN) PROFİLAKTİKASI 

Birincili profilaktikanın məqsədi asimptomatik insanlarda insult 

keçirmə riskinin azaldılmasından ibarətdir. 

Həyat tərzi dəyişikliyi və risk faktorlarının modifikasiyası 

 



Hipertoniya xəstəliyi 

Antihipertenziv müalicə  həm işemik insult, həm də digər damar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

11

xəstəliklərinin profilaktikası üçün tövsiyə edilir (A). Qan təzyiqi 



normal səviyyəyə (<140/90 mm c.s. və ya <130/80 mm c.s. – diabetik 

xəstələrdə) endirilməlidir. Bəzi həyat tərzi dəyişiklikləri də (fiziki 

fəallıq, arıqlama, pəhriz) qan təzyiqinin normallaşdırılmasında 

faydalıdır və antihipertenziv dərmanların tətbiqi ilə birlikdə 

düşünülməlidir (A).  

 



Şəkərli diabet 

Diabetik xəstələrdə qanda şəkərin miqdarının normoqlikemik 

səviyyəyə yaxın ölçülərdə saxlanmasına nəzarət olunması tövsiyə 

edilir. Baxmayaraq ki, şəkərli diabet zamanı qan şəkərinə ciddi 

nəzarət (normoqlikemik səviyyələrdə) insult keçirmə riskini azaltmır, 

bu digər diabetik damar fəsadlarının profilaktikası üçün uyğundur. 

Ayrıca, hemoqlobin A1c hədəfi <7% olmalıdır (B). Diabetiklərdə insult 

riskinin azaldılması məqsədilə qan təzyiqi (hədəf ölçü <130/80 mm c.s.) 

və lipid səviyyələrinə də ciddi şəkildə nəzarət olunmalıdır (C)

 



Hiperlipidemiya 

Yüksək xolesterin səviyyələrinə malik xəstələrdə lipid hədəfinə 

çatma tədbirləri ümumi qəbul edilmiş qaydalara əsasən aparılmalıdır. 

Ürəyin işemik xəstəliyi,  şəkərli diabet və ya aterosklerotik karotid 

arteriya stenozu olan xüsusi xəstə qrupunda lipid paneli ciddi şəkildə 

nəzarət altında saxlanmalıdır  (A). Bu məqsədlə statin qrupu 

preparatlarından istifadə edilməsi uyğundur (A). Bundan başqa, yalnız 

YSL səviyyəsi aşağı olan xəstələrdə fibrat qrupu preparatlarından və 

ya niasindən istifadə edilə bilər (B).   

 



Siqaret çəkmə 

Siqaret çəkmə  işemik insult riskini 2 dəfə artırır və başlıca risk 

faktorlarından biridir. Tütün istifadəsindən imtina edən xəstələrdə isə 

bu risk 50% azalmaqdadır. Ona görə də həm ümumi sağlamlıq üçün, 

həm də insult riskini azaltmaq məqsədilə tütün istifadəsini 

dayandırmaq tövsiyə edilir (B)

 

Alkoqol istifadəsi 



Yüksək miqdarlarda ( ≥ 60 q/sut) alkoqol istifadəsi tövsiyə 

edilməməkdədir (A)

 

Piylənmə 



Piylənmə aterosklerotik işemik insultun risk faktorlarından biri 

olduğundan, normadan yüksək BKİ olan pasiyentlər çəki azaldan 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

12

pəhrizə riayət etməlidirlər (A). 



 

Fiziki aktivlik 

Fiziki aktivlik və fiziki dözümlülüyün artırılması insult keçirmə 

riski ilə  tərs mütənasibdir. Fiziki aktivliyin faydası arıqlama, qan 

təzyiqi, qan şəkəri və lipid panelinə müsbət təsiri ilə izah olunmaqdadır. 

Həftənin ən azı beş günü minimum 30 dəqiqə ərzində orta templə yerimə 

insult riskini azaltmaq və ümumi sağlamlıq üçün tövsiyə edilir (B)

 



Pəhriz 

Az duzlu və az yağlı, meyvə  və  tərəvəzlə  zəngin lifli pəhriz 

məsləhət görülməkdədir (B). Pəhrizə riayət edilməsi digər həyat tərzi 

dəyişiklikləri ilə birlikdə aparılmalıdır. 

 

Postmenopauza hormonal müalicəsi 



İnsultun profilaktikasında postmenopauza hormonal müalicəsi 

tövsiyə edilmir (A).  



Antiaqreqantlar və antikoaqulyantlar 

 



Asetilsalisil turşusu (Aspirin) 

Aspirinin asimptomatik xəstələrdə insult riskini azaltdığı 

haqqında məlumatlar mövcud olmasa da, profilaktik aspirin 

istifadəsinin miokard infarktını azaltdığı sübut edilmişdir və bir və ya 

daha çox vaskulyar  risk faktoru olan xəstələrdə tövsiyə edilə bilər 

(A). 50% və daha yüksək dərəcədə daxili karotid arteriya stenozu 

olan asimptomatik xəstələrdə aspirin təyini tövsiyə edilməkdədir (D)

Digər antiaqreqant preparatların insultun birincili profilaktikasında 

istifadəsi uyğun deyildir (C).  

 

Antikoaqulyasiya 



Orta və yüksək riskli ürək-damar xəstəliyi ilə birlikdə  səyrici 

aritmiyası olan xəstələrdə kardioembolik hadisə ilə  əlaqədar insult 

riski ciddi dərəcədə artmaqdadır. Səyrici aritmiyası olan və 

kardioemboliya baxımından yüksək riskli (yaşı 75-dən çox olan, 

yaxud yaşı 60-dan çox üstəgəl  şəkərli diabet, arterial hipertenziya, 

ciddi sol mədəcik disfunksiyası kimi risk amilləri olan) asimptomatik 

pasiyentlərə uzun müddətli antikoaqulyant müalicə (varfarin, hədəf 

İNR 2-3 arası) aparılmalıdır (A).  

Səyrici aritmiyası olan, lakin digər risk amilləri olmayan 60-75 

yaş arası pasiyentlərdə uzun müddətli aspirin (325 mq) və ya varfarin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

13

istifadəsi məsləhət görülməkdədir (A).  



Varfarin qəbul edə bilməyən AF-li xəstələrdə seçim olaraq 

aspirin tövsiyə edilməlidir (A)

Nonvalvular AF-si olan və  əlavə risk faktoru olmayan 60 yaşa 

çatmamış pasiyentlərdə uzun müddətli aspirin (325 mq) və ya heç bir 

antitrombotik müalicə aparılmaması uyğun görülə bilər. 

Yüksək kardioembolik riskli xəslələrdə isə (keçirilmiş  işemik 

insult, revmatik mənşəli mitral stenoz, protez ürək qapağı) uzun 

müddətli varfarin (hədəf  İNR 2-3-dən az olmayaraq və protez 

qapağın tipi, pozisiyasından asılı olaraq) təyin edilməlidir (A)

 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin