Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 22 aprel 2011-ci il tarixli



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix03.02.2017
ölçüsü6,32 Mb.
#7514
1   2   3   4   5

Müayinə üsulu 

Müayinə 

vaxtı 

Məqsəd 

Döş qəfəsinin rentgen 

müayinəsi 

İldə 1-2 dəfə 

Ürək və ağ ciyərlərin 

sərhədlərinə və vəziyyətinə 

nəzarət  

Əlin rentgen müayinəsi 

İldə 1-2 dəfə Osteoporoza 

nəzarət 


Qarın boşluğunun ultrasəs 

müayinəsi 

İldə 1 dəfə 

Böyrək, qara ciyər, mədəaltı 

vəzin dinamik müşahidəsi 

Elektro və 

exokardioqrafiya 

İldə 2-3 dəfə 

Ritm pozğunluğu və koronar 

çatışmazlığa nəzarət 

AVF-ın doppler 

müayinəsi 

İldə 1 dəfə Qan 

axınına nəzarət 

Fibroqastroskopiya 

İldə 1 dəfə 

Mədə və onikibarmaq 

bağırsağa nəzarət 



Cədvəl 3. Digər mütəxəssislərin müayinəsi 

Mütəxəssis Müayinə vaxtı 

Məqsəd 

Nevropatoloq 

İldə 2-3 dəfə 

Polineyropatiyaya və nevroloji 

statusa nəzarət 

Oftalmoloq 

İldə 1-2 dəfə Göz 

dibinə nəzarət 

Transplantoloq 

İldə 1-2 dəfə 

Əməliyyatın mümkünlüyü 

Stomatoloq 

İldə 1 dəfə Sanasiya 

LOR 


İldə 1 dəfə Sanasiya 

Ginekoloq 

İldə 1 dəfə Sanasiya 

Digər mütəxəssislər 

(travmatoloq, 

endokrinoloq, ftiziatr, 

dermatoloq) 

Ehtiyac 


olduqda 

Müayinə 


DİALİZ ALAN XBÇ XƏSTƏLƏRİNDƏ HƏYAT 

KEYFİYYƏTİ 

Həyat keyfiyyətinin qiymətləndirilməsinə aiddir: 

 



Sağlamlıq vəziyyəti – klinik status, laborator və instrumental 

müayinələrin nəticələri və onların dinamikada dəyişməsi, 

xəstənin ölümü. 

 



Xəstənin adaptasiya səviyyəsi – fiziki və psixiki gərginliyə 

tolerantlıq, sosial adaptasiya. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13



 

Ümumi vəziyyəti – enerji/yorğunluq nisbəti, ağrı simptomunun 

ağırlığı, xəstənin öz həyat tərzindən razılıq səviyyəsi. 

Xəstənin vəziyyəti haqqında məlumat bilavasitə sorğu ilə 

toplanır. Həyat keyfiyyətini qiymətləndirməkdən ötrü rəsmi olaraq 

aşağıdakı beynəlxalq diaqnostik meyarlar əsas götürülür: 

 



Dartmouth COOP Charts 

 



Duke Health Profile/Duke Severity of Illness 

(DUKE/DUSOI) 

 

Medical Outcomes Study 36-Item Short Form (SF-36) 



 

Kidney Disease Quality of Life (KDQOL) 



Xəstələrin həyat keyfiyyəti ilk mərhələdə və mütəmadi olaraq 

eyni diaqnostik müayinə ilə müəyyən edilir.  

Həyat keyfiyyəti pisləşdiyi hallarda dietik, terapevtik, 

psixoterapevtik yolla və sosial adaptasiya metodu ilə sonrakı 

ağırlaşmaların qarşısını almaq tövsiyə olunur. 



HEMODİALİZ MÜALİCƏSİ 

Müalicənin məqsədləri 

 



HD ekstrakorporal əvəzləyici müalicə metodu olub, böyrək 

funksiyalarının pozulması 

nəticəsində toplanmış azot 

qalıqlarının, mikroelement və artıq suyun yarımkeçirici 

membrandan keçməsilə xaric edilməsi məqsədi daşıyır. 

Hemodializ - xəstə üçün yaşam vasitəsidir. Müalicə hər dəfə 3-4 

saat olmaqla həftədə 12-15 saat aparılır, müalicə daimidir. 

 



Hemodializ xəstənin vəziyyətini yüngülləşdirmək məqsədi 

daşıdığından distrofiyalı  xəstələr, körpə  uşaqlar, metastatik 

onkoloji xəstəliyi olanlar, qoca xəstələr, psixik xəstəlikləri 

olanlar, ağciyərlərin kavernoz vərəmli xəstələr, intensiv mədə 

qanaxması olanlar, beyin qan dövranının ağır pozulmaları və ağır 

ürək-qan damar çatışmazlığı olan xəstələr, hemofiliyalı, ağır 

septik vəziyyətdə olan xəstələrin HD müalicəsinə cəlb olunması 

çox ciddi seçimlə aparılmalıdır. 



DİALİZİN STRATEGİYASI ÜZRƏ MÜDDƏALAR 

Müddəa 1. Vaxt və tezlik 

 



Dializ həftədə 3 dəfə olmaqla qeyri-adekvat böyrək funksiyaları 

səbəbindən ən azı 12 saat aparılmalıdır. (C) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14



 

Qeyri-sabit hemodinamika nəzərə alınmaqla dializin vaxtı  və 

tezliyi artırılmalıdır. (B) 

 



Hipertenziyalı  xəstələrdə dializin vaxtı  və tezliyi artırılmalıdır

(C) 

 



Fosfatların göstəriciləri qənaətbəxş olmadıqda dializin vaxtı  və 

tezliyinin artırılması müzakirə edilməlidir. (C) 

 

Qeyri-kafi qidalanan xəstələrdə dializin vaxtı  və tezliyinin 



artırılması nəzərdə tutula bilər.  

Müddəa 2. Qan axını və konveksiya 

 



Yüksək axına malik sintetik membranlı dializatorların (high 

flow) tətbiqi hemodializ müalicəsinin uzaq fəsadlarını azaldır. Bu 

əlamətlərə aiddir:  

1.  Dializlə əlaqədar amiloidoz riskini azaldır. (C) 

2.  Hiperfosfatemiyaya nəzarəti yaxşılaşdırır. (B) 

3.  Yüksək ürək-damar xəstəliyi riskini azaldır. (B) 

4.  Anemiyaya nəzarəti yaxşılaşdırır. (C) 

 



Hemodiafiltrasiya və hemofiltrasiya zamanı yüksək keçiricikli 

membranların tətbiqi labüddür. Dəyişən həcmlər etibarlılıq 

baxımından mümkün qədər yüksək olmalıdır. (B) 

Müddəa 3. Dializ dozasının hesablanmasının metodologiyası 

 



Dializ dozası ən azı hər ay hesablanmalıdır 

 



Dializ dozası  məlum metodla etalon vahidlərlə müqayisədə 

hesablanmalıdır 

 

Etalon metod – qanda sidik cövhərinin dializdən əvvəl və sonra 



müayinəsinə əsaslanır 

 



Doza hesablanarkən böyrək funksiyaları hər 2 aydan bir müayinə 

olunmaqla nəzərə alınmalıdır.  

 

Həftədə 3 dəfə dializ zamanı, doza Kt/V ilə müəyyən 



olunmalıdır. Dializin digər sxemi zamanı isə, doza həftəlik 

standart Kt/V (std Kt/V) yəni həll olmuş maddənin ekskresiya 

koeffisienti və ya böyrək kliresinin ekvivalenti ilə 

hesablanmalıdır. 



Müddəa 4. Minimal adekvat dializ 

 



Anuriya ilə həftədə 3 dəfə dializ alan xəstələrdə Kt/V 1,2-dən az 

olmamalıdır. Yuxarı  rəqəmlər (1,4 qədər) qadınlarda və  ağır 

yanaşı xəstəlikləri olanlarda baxıla bilər. (C) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15



 

Böyrək funksiyası saxlanılan və  həftədə 3 dəfə dializ alan 

xəstələrdə həftəlik dializ dozası (KPB) SRI 2-dən az ekvivalentə 

uyğun olmalıdır. 



QEYRİ-STABİL HEMODİNAMİKA ÜZRƏ MÜDDƏALAR 

Müddəa 1. Dializ daxili hipotoniyanın (DDH) profilaktikası 

 



Xəstənin vəziyyəti qiymətləndirilməlidir. 

 



Hidratasiyanın səviyyəsi mütəmadi olaraq kliniki təhlillərlə 

müəyyən olunmalıdır. DDH halları tez-tez müşahidə olunan 

xəstələrdə klinik qiymətləndirilmə inandırıcı olmadıqda su 

həcminin təhlili obyektiv üsullarla müəyyən olunmalıdır. (C) 

 

DDH gözlənilən zaman qan təzyiqi və nəbz tezliyi dializ zamanı 



tez-tez ölçülməlidir. 

 



Periodik DDH halları olan xəstələrdə ürək fəaliyyəti 

qiymətləndirilməlidir. 



Müddəa 2. Həyat tərzinə nəzarət 

 



Dializarası  çəki artımı  və DDH riski nəzarətdə saxlanılmalıdır, 

əks göstəriş olmadıqda xörək duzunun qəbulu gündə 6 qramdan 

çox təyin edilməməlidir. (C) 

 



DDH-na meylli xəstələrdə dializ zamanı  və dializdən bilavasitə 

qabaq qida qəbulu məsləhət olunmur. (B) Qeyri-qənaətbəxş 

qidalanan  şəxslərdə  də dializdən  əvvəl qida qəbulu məsləhət 

deyil. 



Müddəa 3. Dializlə əlaqədar amillər 

 



Optimallaşdırılmış ultrafiltrasiya: qan həcminə nəzarət olunmaqla 

ultrafiltrasiya. 

 

Utrafiltrasiya DDH profilaktikası üçün istifadə oluna bilməz. (C) 



 

Qan həcminin individual, avtomatik nəzarəti davamlı DDH olan 



xəstələrdə digər vasitə kimi nəzərə alına bilər. (B) 

 



Ultrafiltrasiyanın qanın həcminin dəyişməsi üçün əl ilə 

tənzimləmə aparılmamalıdır. (B) 



Dializatın tərkibi 

 



Dializatda natrium. DDH-nın qarşısını almaq üçün effektivdir 

(≥144 mmol/l), lakin susuzluq, arterial hipertenziya və artıq 

dializarası  çəki artımı riski səbəbindən kortəbii (rutin) tətbiq 

oluna bilməz. (B) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16



 

Dializatın bufer tərkibi. DDH-nın qarşısını almaq məqsədilə 

bikarbonat dializ tətbiq edilməlidir. (C) 

 

Dializatda kalsium. Göstərişlər olduğu halda, tez-tez DDH rast 



gəlinən xəstələrdə dializatda kalsiumun səviyyəsi 1,5 mmol/l 

olması müzakirə olunmalıdır. (B) 



Dializatın digər komponentləri 

 



DDH riski olan xəstələrdə dializatda maqneziumun aşağı 

səviyyəsi (0,25 mmol/l), xüsusilə  də kalsiumun az 

konsentrasiyası ilə kombinasiyada tətbiqi məsləhət deyil. (B) 

Diabetli xəstələrdə qlükozasız dializatın tətbiqi məsləhət deyil.  



Dializ membranlarının və dializatın çirklənməsi 

(infeksiyalaşması)  

DDH profilaktikası üçün spesifik dializ membranlarına üstünlük 

vermək məsləhətdir. (B) 

Dializat və bədən temperaturu 

 



DDH meylli xəstələrdə  aşağı temperaturlu dializ (35,0-36,0 °C) 

və ya qan temperaturuna nəzarət etməklə izotermik dializin 

tətbiqi məqsədəuyğundur. (A) 

 



Aşağı temperaturlu dializ zamanı, simptomlara nəzarət etməklə 

dializatın temperaturu 36,5 °C-dən başlayaraq pilləli qaydada hər 

dəfə 0,5 °C tədricən aşağı salınmalıdır. 

 



Dializatın temperaturu 35,0 °C-dən aşağı olmamalıdır.  

Konvektiv üsullar və izolə olunmuş ultrafiltrasiya 

 



Hemo(dia)filtrasiya DDH-ın profilaktikası üçün üsul kimi tətbiq 

oluna bilməz, lakin aşağı temperaturlu dializə aternativ üsul kimi 

diqqətdə saxlanmalıdır. (B) 

 



İzovolemik dializlə müşayiət olunan davamlı izoləolunmuş 

ultrafiltrasiya DDH profilaktikası üçün düzgün strategiya kimi 

istifadə oluna bilməz. (B) 

1 dializin müddəti və tezliyi  

Dializin vaxtının uzadılması  və tezliyinin artırılması DDH olan 

xəstələrdə baxıla bilər. (B) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17

Periton dializinə keçid  

DDH-ın profilaktikası istiqamətində aparılan tədbirlərə rezistent 

olan xəstələrdə periton dializinə keçid baxıla bilər. 



Müddəa 4. Antihipertenziv vasitələrdən imtina və dializdən  əvvəl 

vazoaktiv müalicənin tətbiqi 

 



Tez-tez DDH baş verən xəstələrdə farmakodinamikasından asılı 

olaraq hipotenziv vasitələrin təyini dializdən qabaq ehtiyatla 

aparılmalıdır, lakin bu heç də onların dializ günü ləğvi demək 

deyil. (C) 

 

Digər vasitələr kifayət deyilsə, midodrine təyin edilə bilər. (A) 



 

Digər vasitələr kifayət etməzsə, L-karnitin əlavə  təyini DDH 



profilaktikası üçün istifadə oluna bilər. (C) 

Müddəa 5. DDH qarşısının alınmasına pilləli keçid 

Cədvəl 4. 

Birinci mərhələ 

İkinci mərhələ Üçüncü 

mərhələ 

(əgər digər vasitələr 

kifayət deyilsə) 

Pəhriz məsləhəti 

(natriumun 

məhdudlaşdırılması). 

Dializ vaxtı qida 

qəbulundan imtina.  

Çəkiyə nəzarət. 

Bikarbonat tərkibli 

dializatın tətbiqi. 

Dializatın 

temperaturunun 36,5 °C 

çox olmaması. 

Hipotenziv vasitələrin 

doza və təyin olunma 

vaxtına nəzarət. 

Çəkinin obyektiv 

qiymətləndirilməsi. 

Ürək fəaliyyətinə 

nəzarət. 

Dializatın 

temperaturunun 36,5 °C-

dən başlayaraq 35,0 °C-ə 

qədər tədricən 

azaldılması və ya 

izotermik (konvektiv 

müalicənin alternativi 

kimi) müalicə. 

Qan həcminə 

fərdiləşdirilmiş nəzarət. 

Dializ vaxtının 

uzadılması və yaxud 

tezliyinin artırılması. 

Dializatda kalsiumun 

konsentrasiyasının 1,5 

mmol/l olması. 

Dopaminin 

(dopmin) təbiqi. 

L-karnitinin əlavə 

edilməsi. 

Peritoneal dializə 

keçmək. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18

Müddəa 6. DDH-ın müalicəsi 

 

Trendelenburq vəziyyəti  



Bu vəziyyət DDH zamanı  məsləhət olunur, lakin bu kifayət 

etməyə bilər 

 

Ultrafiltrasiyanın dayandırılması  



Ultrafiltrasiya DDH zamanı dayandırılmalıdır. (C) 

 



Maye infuziyası  

Trendelenburq vəziyyəti və ultrafiltrasiyanın dayandırılması 

effektsiz olarsa, izotonik duz məhlulu xəstələrə təyin edilə bilər. (B) 

İzotonik duz məhlulları effektsiz olarsa, kolloid məhlulların 

infuziyası aparıla bilər. (C) 

QİDALANMA ÜZRƏ DİREKTİVLƏR 

Müddəa 1. Kifayət qədər qidalanmamaq və onun nəticələri  

Xəstələrin qida rejimi hemodializin əvvəlində qiymətlən-

dirilməlidir. Zülal çatışmazlığı tənzimlənməlidir. (C)  

Doymamazlıq sindromu zamanı 50 yaşdan az şəxslərdə  hər 6 

aydan bir qida statusu dəqiqləşdirilməlidir.  

50 yaşdan yuxarı xəstələrdə və 5 ildən artıq dializ alanlarda qida 

statusu hər 3 aydan bir dəqiqləşdirilməlidir.  

Müddəa 2. Tam qidalanmamağın diaqnozu və meyarları 

Tam qidalanmamağın diaqnozu 

Bu hal bir sıra instrumental müayinə vasitələri ilə  təsdiq 

edilməlidir: 

 



Dietik müayinə  

 



Bədən çəkisinin indeksi  

 



Ümumi subyektiv müayinə  

 



Antropometriya  

 



Zülal-azot balansının normallaşdırılması  

 



Qanda albumin və prealbuminin səviyyəsi  

 



Qanda xolesterinin səviyyəsi  

Dietik müayinə.  Hər bir dializ xəstəsinin qida rejimi dietoloq-

həkim tərəfindən müəyyən olunmalıdır və xəstə qida rasionunu yazılı 

formada almalıdır. Xəstələrə hemodializə başlanandan 1 ay sonra 

müayinə olunaraq sağlamlıq səviyyəsindən və 

şəxsi 

keyfiyyətlərindən asılı olaraq qida rejimi təyin edilməlidir. Qeyri kafi 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19

qidalanan xəstələr daha tez-tez müayinə olunmalı, nəzarətdə 



saxlanmalı və rejimləri korreksiya edilməlidir. 

Bədən çəkisinin indeksi (BÇİ).  Hemodializ xəstələri üçün bu 

indeks 23,0 səviyyəsində olmalıdır. (C) BÇİ (BMI – body mass 



index) – bədən çəkisinin indeksi: BÇİ (kq/м²) = Ç (kq)/(H (m))2, 

burada Ç – bədən çəkisi və H – boy. 



Ümumi subyektiv müayinə. Çox ağır dializ xəstələrində ümumi 

müayinələr də aparılmalıdır. (C) 



Antropometriya.  Bu müayinə dializdən sonra aparılmaqla, 

aşağıdakı göstəriciləri əhatə edir:  

 

saidin diametrinin ölçüsü  



 

said əzələlərinin diametrinin ölçüsü  



 

saiddə 4 əzələ büküşünün qalınlığı 



Zülal-azot balansının normallaşdırılması. Bu müayinə klinik 

yolla öyrənilir və 1,0 q/kq/ gündən çox olmalıdır. (C) 



Qanda albumin və prealbuminin səviyyəsi. Zərdabda albuminin 

səviyyəsi 40 q/l-dən çox olmalıdır.  (C) Qanda prealbuminin 

səviyyəsi 0,3 q/l-dən çox olmalıdır. (C)  

Qanda xolesterinin səviyyəsi. Xolesterinin səviyyəsi normanın 

minimal həddindən yuxarı olmalıdır. (C) 



Qida statusunun mütəmadi müayinəsi və nəzarəti  

Qida statusu instrumental müayinələr vasitəsilə aparılmalıdır: 

 

Pəhriz üzrə məsləhətlər  



 

Bədən çəkisi  



 

Qanda albumin və xolesterinin səviyyəsi 



Pəhriz haqda məsləhətlər. Yaxşı qidalanan stabil dializ xəstələri 

ixtisaslı dietoloq-həkim tərəfindən hər 6-12 aydan bir, əgər xəstə 50 

yaşdan yuxarıdırsa və 5 ildən artıq dializ alırsa, hər 3 aydan bir 

müayinə olunmalıdır. (C) 

Qeyri kafi qidalanan xəstələr tez-tez qida qəbulu rejiminə 

keçməli, vəziyyətləri yaxşılaşana qədər nəzarətdə saxlanmalıdırlar. 



Bədən çəkisi.  Hər ayın axırında xəstənin dializdən sonrakı 

çəkiləri toplanaraq orta riyazi ölçüsü müəyyən edilməli və  əvvəlki 

aylarla müqayisə olunmalıdır. Dializarası  çəki artımı "quru çəkiyə" 

nisbətdə müəyyən edilməlidir. (C) 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20

Qanda zülal-azot balansı, albumin və xolesterinin səviyyəsi. Bu 

göstəricilər klinik stabil xəstələrdə dializə başlanandan 1 ay sonra, 

hər 3 aydan bir olmaqla təyin edilməlidir.  

Kliniki qeyri-stabil xəstələrdə müayinələr intensiv müalicənin 

gedişi və nəticələrindən asılı olaraq ayda 1 dəfə aparılmalıdır.  



Müddəa 3. Zülal qəbulu və kalorilik məsləhətlər 

Xroniki dializdə olan kliniki stabil xəstələrin zülal qəbulu 

1,1 q/kq/gün səviyyəsində olmalıdır. (C) Zülal - azot balansı isə 

1,0 q/ideal çəki/ gündən az olmamalıdır. (C) 

Kalorilik məsləhəti  

Kliniki stabil xəstələr üçün yaşdan, cinsdən və  xəstənin fiziki 

aktivliyindən asılı olaraq kalori qəbulu 30-40 kilokalori /kq/ ideal 

çəki /gün səviyyəsində olmalıdır. (C) Kalori qəbulu fiziki aktivliyin 

səviyyəsinə proporsional olmalıdır.  

Müddəa 4. Vitaminlər, mineral maddələr və mikroelementlərin 

qəbulu üzrə məsləhətlər.  

Vitaminlər 

Suda həll olan vitaminlər:  

Tiamin (vitamin B1) – gündəlik qəbul 1,1-1,2 mq.  

Riboflavin (vitamin B12) – gündəlik qəbul 1,1-1,3 mq. 

Piridoksin (vitamin B6) – güdəlik qəbul 10 mq. 

Askorbin turşusu (vitamin C) – gündəlik qəbul 75-90 mq. 

Fol turşusu (folat, vitamin B9) – gündəlik qəbul 1 mq. 

Kobalamin (vitamin B12) – gündəlik qəbul 2,4 mkq. 

Nikotin turşusu (vitamin B3, Nikotinamid, vitamin PP) – 

gündəlik qəbul 14-16 mq. 

Biotin (vitamin B8) – gündəlik qəbul 30 mq. 

Pantoten turşusu (vitamin B5) – gündəlik qəbul 5 mq. 

Yağda həll olan vitaminlər

Retinol- (vitamin A) – gündəlik qəbul 700-900 mkq  

Alfa-tokoferol (vitamin E) – gündəlik qəbul 4-8 ME  

Vitamin K – gündəlik qəbul 90-120 mkq 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin