Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 22 aprel 2011-ci il tarixli



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix03.02.2017
ölçüsü6,32 Mb.
#7514
1   2   3   4   5

üçün) 

 



tibbi xələtlər 

 



cərrahi geyimlər 

 



gündəlik dəyişilən qoruyucu maskalar 

 



hər manipulyasiyada dəyişilən steril əlcəklər 

 



qoruyucu eynəklər 

Cədvəl 7. Hemodializ seansı zamanı istifadə edilə bilən əsas 

dərman vasitələrinin siyahısı (dərmanların təyini xəstənin 

vəziyyətinə, laborator göstəricilərin səviyyəsinə uyğun 

müəyyənləşdirilir) 

Dərman vasitələrinin adı Buraxılış forması 

Dərman 

vasitələrinin dozası 

Epoetin alfa (Eprex



şpris 2000 



TV/seans 

Epoetin betta (Mirsera

*



şpris 50-75 



mkq/hər ay 

Fe dekstran (Kosmofer

*



ampul 2 ml 



1 ampul, 100 mq 

Fe saxaroza (Venofer

*



ampul 2 ml, 5 ml 



1 ampul, 100 mq 

Albumin 


flakon 10%, 20 % 

50,0 ml 


Aminturşu tərkibli məhlullar 

flakon 5%, 

flakon 8,4% 

250,0 ml, 

500,0 ml 

Kalsium-karbonat Həblər 

1-2 həb x 3 dəfə 

(1000-2000 mq) 



Suda həll olan vitaminlər: 

Tiamin xlorid B1 

Piridoksin hidroxlorid B6 

Sianokobalamin B12 

 

Askorbin turşusu C 



 

1% ampul 1,0 ml 

5% ampul 1,0 ml 

200 mkq, 500 mkq 

- ampul 1,0 ml 

5% ampul 2 ml 

 

1-2 ampul 



1-2 ampul 

1-2 ampul 

 

1-2 ampul 



NaCl fizioloji məhlul flakon 

0,9% 


1000,0-1500,0 

ml 


Heparin 

flakon 5 ml 

2500 TV 

Kiçik molekullu heparinlər: 

Nadroparin sodium 

(Fraxiparin

*



Enoxaparin sodium (Kleksan

*



 

 

şpris 0,3 ml; 0,6 ml 



 

şpris 0,2 ml; 0,4 ml; 

0,6 ml; 0,8 ml 

 

2850 BV, 5700 BV 



 

20 mq-80 mq 

L-karnitin (Kartan

*



1q/5ml ampul 

1 ampul 


                                                 

generik adı. 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

31

Xəstənin vəziyyətindən asılı olaraq kardiotrop, hepatotrop, 



hipotenziv, anabolik, sakitləşdirici, kardiotonik və s. simptomatik 

müalicə vasitələri fərdi qaydada istifadə edilə bilər



Cədvəl 8. Hemodializ xəstələrinin qida rasionu 

1.  Ət, balıq, quş əti Gün 

ərzində 100 q 

2. Yumurta 

Həftədə 1 dəfə 

3.  Süd, xama, ağartı məhsulları (qatılaşmış, toz 

və yağlı süd istisna olmaqla) 

Gün ərzində 120-130 q 

4. Meyvə (quru meyvələr, yemiş, banan, kivi 

istisna olmaqla) 

Gün ərzində 100 q 

(təzə halda və ya təzə 

kompot kimi) 

5. Qoz, 


fındıq Məsləhət deyil 

6. Suda 


hazırlanmış tərəvəz və kartof (paxlalı 

bitkilər, zeytun, pomidor, kartofdan 

hazırlanmış qızarmış qidalar istisna olmaqla) 

Göyərtili salat 

formasında 30 q gün 

ərzində 


7. Çörək, un məmulatları (yarma və çovdar 

çörəyi istisna olmaqla) 

Tələb olunan qədər 

8.  Şirniyyat (kakao, qəhvə, şokolad istisna 

olmaqla) 

Tələb olunan qədər 

9. Maye 

qəbulunun həcmi Sutkalıq sidiyin 

miqdarı + 500 ml/gün 

ərzində 


Cədvəl 9. Ümumiyyətlə, əvəz olunmayan aminturşuların gündəlik 

tələbatı aşağıdakı kimi müəyyən edilir (qramla) 

Valin 


3,3 - 3,4 

Leysin 


5,4 - 12,6 

İzoleysin 

3,0 - 3,7 

Treonin 


3,2 - 3,6 

Metionin+sistin 

3,6 - 4,1 

Triptofan 

0,9 - 1,2 

Histidin 

1,6 - 2,4 

Lizin 


4,6 - 6,0 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

32

Bunu nəzərə alaraq, əsas qida maddələrində adı  çəkilən 



aminturşuların nisbəti cədvəl 10 göstərilir. 

 

Cədvəl 10. Qida məhsullarında aminturşuların miqdarı 

(qramla) (100 q ərzaqda) 

Məhsulun 

adı 

Tri

pto

fa



Lizin 

Fenil

alanin 

Meti

oni

n +

 

sistin 

Treoni



Leysin 

İzole

ysin 

Valin 

Ət 

0,26 1,62 1,65 0,86 0,86 2,40 0,70 0,70 



Süd 

0,06 0,27 0,40 0,14 0,17 0,60 0,16 0,16 



Çörək 

0,08 0,24 0,81 0,41 0,29 1,08 0,41 0,41 



Paxlalı 

qidalar 

0,71 2,57 4,61 1,43 1,90 3,50 1,90 2,20 



Düyü 

0,20 0,38 0,98 0,48 0,32 1,17 0,42 0,52 



 

Şübhəsiz ki, bəzi bitki məhsullarının zülalı heyvani zülal kimi 

yüksək bioloji dəyərliyə malikdirlər.  

Sübut olunub ki, paxlanın, düyünün, kartofun və s. zülalları öz 

tərkibinə görə heyvani zülallar yaxın olub nisbi yüksək dəyərlidirlər.  

      

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

33

UŞAQ VƏ YENİYETMƏLƏRDƏ HEMODİALİZİN                   



ƏSAS PRİNSİPLƏR 

1. Hemodializ üçün şərtlər 

PEDİATRİK STANDART 1.  Uşaqlarda HD çox profilli 

müalicə imkanları olan ixtisaslaşmış  uşaq tibb mərkəzlərində 

aparılmalıdır.  

 



Uşaqlarda HD çox profilli müalicə imkanları olan ixtisaslaşmış 

uşaq tibb mərkəzlərində aparılmalıdır.  Müxtəlif profilli 

mütəxəssislərin konsultasiya və müayinəsi aparılmalıdır.  Əksər 

uşaqlarda XBÇ anadangəlmə  və qazanılmış  əsas xəstəliklərin 

fəsadı olduğundan onların hərtərəfli müayinəsi vacibdir. 

Uşaqlarda böyrəklərin ultrasəs müayinəsi, ailə anamnezi, daimi 

proteinuriya,  əvvəllər kəskin böyrək çatışmazlığının olması 

ətraflı müayinə edilməlidir. Xəstəliyin vaxtında aşkar edilməsi

arterial hipertenziya, proteinuriyaya qarşı erkən tədbirlərin 

aparılması  əvəzedici müalicənin planlı  və vaxtında yerinə 

yetirilməsini təmin edir. 

 



Ehtiyac olduqda uşağın və onu müşayiət edən  şəxsin təcili 

evakuasiyası üçün nəqliyyat olmalıdır. 

 

Ehtiyac olduqda dayə kimi qulluq edə bilən növbətçi olmalıdır. 



 

Kiçik yaşlı  uşaqlarda ev HD məsləhət olunur, lakin 



yeniyetmələrdə dializ olunacaq mərkəzlə  əlaqə yaradılması 

adekvat hesab edilir. (C) 

 

Yeniyetmələr böyük şəxslər üçün olan HD mərkəzlərinə  təhvil 



verilmək üçün hazırlanmalıdır. Bu zaman xəstə göndərən və 

qəbul edən mərkəzlər arasında qarşılıqlı razılaşma olmalıdır. 

 

Dializ mərkəzi həkim-nefroloq, cərrah, anestezioloq, dietoloq, 



uşağa qulluq üzrə mütəxəssis, psixoterapevt, dərman qəbulu üzrə 

təlimatçı ilə təchiz edilməlidir. 

 

Xroniki böyrək xəstəliyi olan bütün uşaqlar  əvəzedici böyrək 



terapiyası üçün potensial namizəd kimi qəbul edilməlidir. 

Hemodializə  əsasən peritoneal dializ mümkün olmayan xəstə 

uşaqlar cəlb olunur.  

PEDİATRİK STANDART 2.  Yeniyetmələrin dializ mərkəz-

lərinə ötürülməsi mərkəzlər arasında birlikdə razılaşdırılmalıdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

34

PEDİATRİK STANDART 3.   Yenidoğulmuşlar, uşaq yaşlı 



və yeniyetmə  xəstələr adekvat ölçüdə HD pompaları, qan 

magistralları ilə təminat olmalıdır. 

 



Yüksək qan axınını təmin edə bilən ikiyollu iynələrin istifadəsi 

daha effektivdir. 



PEDİATRİK STANDART 4.  Uşaqlar üçün minimum Kt/V 

1,2 və URR > 65% olmalı və hər ay təkrar yoxlanmalıdır.  

2. Dializin adekvatlığının laborator və klinik indekslərinə aiddir: 

 



Dializdən qabaq qan zərdabında fosfatların miqdarının normal 

səviyyənin 50%-nə bərabər olması məsləhətdir. (C) 

 

Dializdən qabaq qanda kalsiumun səviyyəsinin normal olması 



məsləhətdir. (C) 

 



Plazmada PTH-ın səviyyəsi mübahisəli olsa da, onun 

səviyyəsinin yuxarı  həddən minimum 2 dəfə az olması 

məqsədəuyğundur. (C) 

 



Dializdən qabaq Hb-nin konsentrasiyası yaşa uyğun səviyyədə 

saxlanmalıdır. (B) 

 

Ferritin miqdarı 100-200 mkq/l səviyyəsində olmalıdır. 



 

Boy və başın ölçüsü hər ay (2 yaşa qədər) ölçülməli və normal 



göstərişlərlə tutuşdurulmalıdır. Çəki mütəmadi dəqiq 

ölçülməlidir. 

 

Pubertant yaşda inkişaf 10 yaşa qədər hər 3-6 aydan bir olmaqla 



təyin edilməlidir. 

PEDİATRİK STANDART 5.  Boyun və inkişafın sürəti hər 6 

aydan bir dializin adekvatlığını qiymətləndirmək üçün müəyyən 

olunmalıdır. (C) 

PEDİATRİK STANDART 6.  Euvolemik  göstəricisi inkişaf 

edən uşaqlarda mütəmadi qiymətləndirilməlidir. 

 



Uşağın qan təzyiqi ciddi nəzarət olunmalı  və normal səviyyədə 

saxlanmalıdır.  



3. Damar yolu 

 



Kiçik yaşlı  uşaqlarda fistulanın qoyulması problem yarada 

bildiyindən, belə halda tunelləşdirilmiş yoldan istifadə daha 

məqsədəuyğundur.  

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

35

PEDİATRİK STANDART 7.  Fistulanın qoyulmasından əvvəl 



uşağın və ailənin psixoloji hazırlanması  və tibb baxımdan 

məlumatlandırılması vacibdir. (C) 

 



Arteriovenoz fistulanın ilkin kateterizasiyasının vaxtı damarın 

diametrindən asılı olaraq müxtəlifdir. (C) Ümumiyyətlə, fistula 

2-4 həftədən sonra punksiya edilə bilər. 

 



Hər uşaq üçün dializator və qan magistralları  fərdi seçilməlidir. 

Nəzərə alınmalıdır ki, uşaqlarda qanın ümumi həcminin 8%-ə 

qədəri ekstrakorporal şəbəkədə qala bilər. Dializatorun səthinin 

sahəsi uşağın bədən səthinin sahəsinə  təxminən bərabər 

olmalıdır. Nasosun sürəti ekstrakorporal qanın həcminə uyğun, 

yəni təxminən 6-8 ml/kq dəq. olmalıdır. 

 

Hər bir hemodializ seansı zamanı  bədəndən xarici edilən 



mayenin miqdarı ümumi çəkinin 5%-indən çox olmamalıdır. 

 



Göstəriş olmadıqda körpücükaltı venanın kateteriziasiyası 

aparılmamalıdır, belə ki, onun uğursuzluğu zamanı həmin tərəfdə 

arteriovenoz fistulanın fəaliyyətində problem yarana bilər. 

 



Mərkəzi vena damarlarında (kateter) infeksiyanın olması 1000 

nəfərdən 1,2-1,6 nəfərində baş verə bilir və dializə qoşulmanı 

mümkünsüz edən əsas səbəblərdəndir. 

 



İxtisaslı  cərrah və ya damar mütəxəssisi tərəfindən anesteziya 

altında dializə qoşulmaq üçün damar yolu yaradılmalıdır.  



PEDİATRİK STANDART 8.  Damar  yolunun  cərrahi həlli 

bu sahədə ixtisaslaşmış və təlim keçmiş tibb personalı tərəfindən 

aparılmalıdır. 

Xroniki böyrək xəstəliyi olan bütün uşaqlar böyrək  əvəzedici 

terapiya üçün potensial namizəd kimi qəbul edilməlidirlər. (C) 

HD-ə  əsasən peritoneal dializ aparmaq mümkün olmayan xəstə 

uşaqlar cəlb olunur. 

Dializ alan uşaqlarda pəhrizin xüsusiyyətləri 

 



Uşaqlarda qidalanmanın səviyyəsi müalicənin effektivliyinə təsir 

edən əsas amillərdəndir. (B) 

 

Anoreksiya uşağın fiziki statusuna mənfi təsir etməklə, zülal 



çatışmazlığı yaradır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

36



 

Homometrik göstəricilərinə uyğun olaraq uşağın enerji tələbatı 

yalnız yağ  və karbohidratların hesabına 1:1 nisbətində ödənilir. 

(B) 

 



Doymamış və doymuş yağların nisbəti 1,5:1 təşkil edir. 

 



Yenidoğulmuşlarda və körpələrdə zond və ya qastrostoma ilə 

enteral qidalanmaya ehtiyac olur. 

 

Natriumun qəbulu məhdudlaşdırılır (hipertenziya, ödemlər və 



hiperhidratasiyanın qarşısını almaq məqsədilə). (B) 

 



Zülal qəbulu 0,7-0,8 kq/gün səviyyəsinə qədər məhdudlaşdırılır. 

 



Uşağın müalicəyə dözümlülüyünü artırmaq üçün dializin ilk 

saatlarında pəhrizin bir qədər pozulmasına icazə verilə bilər. 

 

Peritoneal dializ alan uşaqlarda xüsusilə körpələrdə qlükozanın 



peritondan keçməsinə (1,5-3 q/kq/gün) mütənasib olaraq 

karbohidrat qəbulu azaldılır, zülal qəbulu isə peritoneal itki 

səbəbindən normanın 180%-nə qədər artır. (B) 

Dializ alan uşaqlarda anemiyanın korreksiyası 

 



Hemotokritin məqsədli göstəriciləri 32-36% olmalıdır. 

 



Terminal XBÇ-dan əvvəl renopriv anemiyanın müalicəsi 

məsləhətdir. 

 

Əvəzedici müalicə başlandıqda uşaqlarda böyrəkdə nisbətən daha 



artıq dozada EPO preparatları ilə müalicə təyin edilməlidir. 

 



5 yaşa qədər uşaqlarda EPO dozası 300-400 TV/kq/həftə. 

 



5-15 yaşda EPO dozası 150-300 TV/kq/həftə. 

 



15 yaşdan yuxarı EPO dozası 100-159 TV/kq/həftə dozasında 

olmalıdır. 

 

İkincili hiperpartireoz olarsa, EPO dozası artırılmalıdır. 



 

Dərialtı yeritmə daha effektiv hesab edilir. Ağrı olarsa, lokal 



anestetiklər istifadə edilə bilər. 

 



Əksər xəstələrə  dəmir preparatlarının 2-5 mq/kq/gün dozada 

qəbulu məsləhət olunur. 

 

Dəmir defisitinin monitorinqi qanda ferritinin, transferrinin 



doyumluğu, dəmirin miqdarı, hipoxrom eritrositlərin təyini ilə 

aparılır.  



 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

37

NƏTİCƏ 

1.

 

Adekvat səviyyəli personalla komplektləşdirmə (həkim, cərrah, 



radioloq, anestezioloq, diyetoloq, psixi-sosial təminat, dərman və 

təlim təminatı)  

2.

 

Dializ parametrlərinin (qan həcmi, magistrallar, dializator və 



qanın axma surəti) düzgün təyin olunması  

3.

 



Başın, çəkinin və boyun inkişafda ölçülməsi  

4.

 



Məktəbə davamiyyət  

5.

 



Dializdən qabaq qan təzyiqinin səviyyəsi 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

38

PASİYENT ÜÇÜN MƏLUMAT 



Hemodializ haqqında 

Sizin, böyrəklərin fəaliyyəti pozulmuş bir xəstə kimi, böyrək 

funksiyasını  əvəz edən müalicə üsulu haqqında məlumatınız 

olmalıdır. Belə ki, məlumat sizin yaşama keyfiyyətinizi və müalicəyə 

inamınızı artırmağa xidmət edir. 

Təəssüflər olsun ki, çox zaman xəstələrin öz xəstəlikləri və onun 

müalicəsi haqqında düzgün və ətraflı informasiyaya malik olmaması 

onların həyat stimulunu azaldır, müalicəyə ümidsizlik yaradır və 

onun effektivliyini aşağı salır. 

Xroniki böyrək xəstəliyi olan bütün xəstələr və onların yaxın 

qohumları hemodializ və peritoneal dializ, ona göstəriş  və  əks-

göstərişlər, baş verə biləcək fəsad və  ağırlaşmalar, növbəti etapda 

böyrək köçürülməsi barədə hərtərəfli məlumatlandırılmalıdır. 

Dializ metodunu necə seçməli? 

Əksər hallarda xəstələr dializ haqda məlumatı müxtəlif 

xəstələrdən,  şöbələrdə çalışan kiçik tibb işçilərindən, xəstələrin 

qohumlarından alırlar. Bu isə subyektiv olaraq müalicə haqda qeyri-

peşəkar informasiya almağa və  bəzən xəstələrin bu üsuldan imtina 

etməsinə və ya məcburi qaydada cəlb olunmasına səbəb olur. 

Yadda saxlamaq lazımdır ki, HD haqqında düzgün, peşəkar 

məlumatı yalnız həkim verə bilər. Ona görə  də, müalicəyə 

başlanmazdan  əvvəl dializ həkimi tərəfindən müayinə olunmağınız, 

ətraflı məlumat almağınız vacibdir. 

Hemodializ – xroniki böyrək xəstəlikləri üçün müalicə yox, 

yaşam üsuludur! 



Hemodializ (HD) nədir? 

HD – böyrəklərin fəaliyyətinin pozulması  nəticəsində  bədəndə 

artıq toplanan maddələrin, azot qalıqlarının və mayenin xaric 

edilməsi üsuludur. HD həftədə 3 dəfə periodik olaraq daimi aparılır. 

HD aparmaqdan ötrü qan damarlarına sərbəst giriş  təmin 

olunmalıdır. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

39

Kateter nədir? 

Xəstəyə  təcili olaraq HD aparmaq üçün iri-venalardan birinə 

(boyunda və ya qasıqda) müvəqqəti olaraq kateter daxil edilir. Bu, 

qan laxtalanmasına və infeksiya yaranmasına səbəb ola bilsə də, bir 

sıra narahatlıqlar yaratsa da, xüsusilə qadınlar üçün estetik olmasa 

da, xəstələr üçün belə kateterlər rahat qəbul edilir və bəzən bir neçə 

ay və ya il xəstəyə xidmət edir. 



Fistula nədir? 

Sizin qan dövranınızı dializ zamanı  təmin etmək üçün daha 

etibarlı və davamlı vasitə fistuladır. Adi halda venalarda qanın axın 

sürəti zəif olur və dializ üçün qan dövranını təmin edə bilmir. Belə 

ki, dializ üçün bir dəqiqədə minimum 200 ml. qan axını tələb olunur 

ki, bunu da yalnız fistula ödəyə bilir. Fistula arteriya və vena 

arasında süni birləşmədir, bu zaman vena arteriya tərəfdən yüksək 

təzyiqə  məruz qaldığından onun divarları qalınlaşır, dəridən aydın 

hiss olunur və punksiya asanlaşır. 

Fistula necə yaradılır? 

Fistula adətən sol saidin aşağı  ⅓ hissəsində, bilək nahiyəsinə 

yaradılır. Nəzərə alınır ki, fistula qoyulan ətrafda damarların diametri 

böyük olsun və qol sərbəst hərəkət edə bilsin. 

Fistula əməliyyat otağında yerli anesteziya altında qoyulur. Vena 

və arteriya bir-birinə tikildikdən sonra 2-8 həftə  ərzində fistulanın 

formalaşması prosesi gedir. Bu müddətdə qanın axını  xəstə 

tərəfindən dərinin üstündən hiss olunur. Barmaqla hiss edilən bu hal 

fistulanın fəaliyyətdə olduğunu göstərir. 

Fistula necə işləyir? 

Fistula, 2 iynə vasitəsilə dializə  xəstəni qoşmağa təminat verir. 

İynə ilə punksiya olunarkən ani ağrı olsa da, bu tez keçib gedir. Həm 

arteriya, həm də venoz iynə  dəridən damara keçirildikdən sonra 

xüsusi birləşdirici borular vasitəsilə, qan bir iynədən cihaza 

(dializator) doğru axır, filtrdən keçərək təmizlənir, o biri iynə ilə 

yenidən xəstənin bədəninə qayıdır. Dializ zamanı siz otura, uzana, 

kitab oxuya, televizora baxa bilərsiniz. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

40

Fistulaya qulluq necə olmalıdır? 

Bura sizin əməl edəcəyiniz bir sıra məqamlar aiddir: 

 



fistula olan qolda qan təzyiqini ölçmək olmaz 

 



fistula olan qola inyeksiya etmək, qan götürmək, sistem qoymaq 

olmaz 


 

biləyi və qolu sıxa biləcək saat, qolbaq, elastik geyimdən istifadə 



edilməməlidir 

 



həmin qol üstə yatmaq olmaz 

 



kəsici alətlərlə ehtiyatlı olmaq lazımdır. 

Düzgün qulluq olduqda və fistulanın fəaliyyətinə daim nəzarət 

olduqda, o uzun müddət sizə xidmət göstərə bilər. 

Hemodializ hansı rejimdə aparılmalıdır? 

İdeal halda HD həftədə 3 dəfə hər dəfə 3-4 saat olmaqla aparılır. 

İlk dövrlərdə  və ümumiyyətlə böyrəklərin fəaliyyəti az da olsa 

saxlanılan hallarda seansların müddəti və tezliyi azala bilər. Vaxtaşırı 

olaraq qanın analizləri aparılmalı  və düzgün qərar yalnız bundan 

sonra dializ həkimi tərəfindən verilə bilər. 



Xüsusi pəhriz gözləməyə ehtiyac varmı? 

HD xəstələrinin  əksəriyyəti pəhrizdə müəyyən düzəlişlər 

etməlidirlər. Xüsusilə  də qida rasionunda kalium, fosfatlar, duzla 

zəngin qidalar məhdudlaşdırılmalıdır. Pəhriz fərdi qaydada dietoloq 

tərəfindən tərtib edilməlidir. Zülalın qəbul miqdarı  xəstənin 

keyfiyyətli yaşayışını və əhvalını təmin etməlidir. 

Sizin rast gəldiyiniz  əsas məhdudiyyət qəbul edilən suyun 

miqdarı ilə bağlıdır. Əgər ilk seanslarda sutkada sidik ifrazı saxlansa 

da, sonrakı dövrdə sidiyin miqdarı  kəskin azalır. Bu səbəbdən 

dializarası dövrdə  qəbul edilən maye bədəndə  yığıldığından, 

ödemlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, 

narahatlıq baş verir. Ümumiyyətlə, dializarası dövrdə  xəstə  hər gün 

üçün ifraz edilən sidiyin miqdarından 500 ml artıq maye qəbul edə 

bilər və yaxud dializarası dövrdə  çəki artımı  bədənin ümumi 

çəkisinin 2-3%-i qədər ola bilər. Buna əməl olunmaması getdikcə 

xəstənin vəziyyətində ağır fəsadların baş verməsi ilə nəticələnir. 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

41

HD-in peritoneal dializdən üstünlüyü: 

 

müalicə seansları stasionar şəraitdə tibb personalının nəzarəti ilə 



aparılır 

 



xəstə, xüsusilə yaşlı şəxslər özünü arxayın hesab edir 

 



seansarası  əlavə müalicəyə ehtiyac olmur, xəstə dializarası 

dövrdə şəxsi işləri ilə məşğul olur 

 

şöbədə aseptika gözlənildiyindən infeksiyalaşma riski az olur 



HD-in çatışmayan cəhətləri: 

 



həftədə 3 dəfə dializ şöbəsinə gedib-gəlmək yorucu olur 

 



xüsusi pəhrizə və maye qəbuluna nəzarət olunmalıdır 

 



hər dəfə iynə vurulması qorxusu baş verir 

 



fistulanın daim 2 iynə ilə punksiya olunması yuxarı  ətrafın, 

xüsusilə qadınlarda  ətrafın xoşagəlməz görkəm alması,  əsasən 

yay mövsümündə kompleks yarada bilir 

 



seansın növbəsi bayram günlərinə düşərsə, həm mərkəz, həm də 

xəstə tərəfindən reorqanizasiya problemləri yarana bilir 



Dərman müalicəsi necə aparılmalıdır? 

Dializlə  və  pəhrizlə yanaşı, bir sıra xəstələr  əlavə  dərman 

müalicəsi almalı olurlar. Qan təzyiqi yuxarı olanlar hipotenziv 

dərman vasitələri, diurez saxlanılan xəstələr sidik qovucu dərmanlar 

istifadə etməlidirlər. Xəstələr yeməkdən  əvvəl fosfor-birləşdirən 

preparatlar, sümüklərdə baş verə biləcək fəsadların qarşısını almaq 

məqsədilə vitaminlər və kalsium preparatları  qəbul etməlidirlər. 

Böyrəklərin qanyaratma funksiyası pozulduğundan eritropoetin təyin 

edilir. Ümumiyyətlə, pəhriz kimi, HD xəstələrinin medikamentoz 

müalicəsi də fərdidir və dərmanların doza və istifadəsi hər xəstə uçun 

həkim tərəfindən individual təyin edilir. 

Dializ xəstənin şəxsi həyatına və rejiminə necə təsir edir? 

Dializ müalicəsi müəyyən vaxt və mütəmadilik tələb etdiyindən, 

iş qabiliyyətli xəstələrin sosial şəraitinə öz təsirini göstərir. Bu 

baxımdan müalicə olunduğunuz dializ mərkəzi sizin iş  şəraitinizə 

uyğun cədvəl tərtib edə bilər. Amma, ümumiyyətlə, dializ xəstələri I 

qrup  əlil hesab olunduqlarından onlar dövlətdən sosial yardım 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

42

almalıdırlar. Bu baxımdan mərkəzdə fəaliyyət göstərən psixoterapevt 



və məsləhətçilərin rolu əhəmiyyətlidir. 

Ev dializi 

Əgər sizin müalicə olunduğunuz dializ mərkəzi yaşayış yerindən 

çox uzaq məsafədə yerləşirsə  və siz həftədə 3 dəfə ilin hər 

mövsümündə çox böyük çətinliklərlə bu məsafəni qət etmək 

məcburiyyətindəsinizsə, belə halda ev dializi tətbiq edilə bilər( xəstə 

bunu  şəxsi vəsaiti hesabına da edə bilər). Bunun üçün sizə qulluq 

edən ailə üzvü (həyat yoldaşı, övlad, valideyn, qohum, dost) 

müəyyən təlim kursu keçməlidirlər. Hər gün iş günü olan xəstələr 

üçün də bu metod məqsədəuyğundur. 


Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin