Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli



Yüklə 0.88 Mb.
Pdf просмотр
səhifə1/5
tarix25.12.2016
ölçüsü0.88 Mb.
  1   2   3   4   5

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 25 noyabr 2013-cü il tarixli 

38 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏŞVİŞ POZUNTULARININ  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2013 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



56.14  

T 49 


 

 

 



 

 

 



   

 

 



T 49  Təşviş pozuntularının diaqnostika və müalicəsi üzrə klinik 

protokol, 2013. – 48 səh. 

 

Bu klinik protokol ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyi 



tərəfindən maliyyələşdirilən “Azərbaycanda Səhiyyənin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 



 

 

 

 

 

 

 

 

2

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

3

Redaktor: 

C.Məmmədov Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 

 

Tərtibçilər: 

F.İsmayılov Psixi 

Sağlamlıq Mərkəzinin direktoru, 

 Azərbaycan Tibb Universitetinin Psixiatriya 

kafedrasının dosenti, t.e.d. 

Ü.Məmmədova Psixi Sağlamlıq Mərkəzinin Planlaşdırma 

şöbəsinin müdiri, həkim-psixiatr 

S.Babayeva Psixi 

Sağlamlıq Mərkəzinin Müalicə-konsultativ 

şöbəsinin müdiri, həkim-psixiatr 

E.Haqverdi 

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun Narkologiya 

kafedrasının assistenti, həkim-psixiatr 

L.Orucova Səhiyyə Nazirliyi İctimai Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 

həkim-metodisti 

 

Rəyçi: 

G.Gəraybəyli Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan 

Tibb Universitetinin Psixiatriya kafedrasının 

müdiri, professor, t.e.d. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik 



icmalı  və ya nəticələri uyğun populyasiyaya şamil 

edilə bilən, sistematik səhv ehtimalı çox aşağı olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 

Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri uyğun populyasiyaya bilavasitə  şamil edilə 

bilməyən, sistematik səhv riski çox aşağı olan və ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 



Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

6

İxtisarların siyahısı 



BDT 

benzodiazepin trankvilizatorları 



DST-IV Diaqnostik 

və Statistik Təsnifatın 4-cü baxışı (Diagnostic 



Statistical Manual

GTP 

generalizə olunmuş təşviş pozuntusu 



GTP-7 generalizə olunmuş təşviş pozuntusunun 7 göstərici üzrə 

şkalası (Generalized Anxiety Disorder 7-item (GAD-7) 



scale) 

XBT-10  Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 

İPT 

interpersonal psixoterapiya 



HSA 

heterotsiklik antidepressant 



KDT koqnitiv-davranış terapiyası 

QAYT qamma-amino 

yağ turşusu 



QBDT 

qeyri-benzodiazepin trankvilizatorları 



MSS 

mərkəzi sinir sistemi 



PP 

panik pozuntu 



SF 

sosial fobiya 



SİUSİ serotoninin 

intraneyronal 

udulmasının seçici inhibitoru 

SNİUSİ serotoninin 

və noradrenalinin intraneyronal udulmasının 

 seçici 

inhibitoru 



TSA tritsiklik 

antidepressant 



ÜST 

Ümumdünya Səhiyyə Təşkilatı 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

7

Klinik protokol  ilkin səhiyyə sahəsində  işləyən sahə  həkimləri, 

ailə həkimləri və həkim-psixiatrlar üçün nəzərdə tutulmuşdur. 

Protokol müasir diaqnostika və müalicə metodları üzrə sübutlu təba-

bətə əsaslanan metodik tövsiyələrin verilməsi ilə təşviş pozuntularının 

 

diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 



 

erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi 



 

xəstələrin psixopatoloji simptomlarının aradan qaldırılması, həyat 



keyfiyyətinin və sosial adaptasiyasının yaxşılaşdırılması 

məqsədlərini daşıyır. 



ÜMUMİ MÜDDƏALAR 

Təşviş terminindən həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli 

vəziyyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyaları  təsvir 

etmək üçün istifadə edirlər. Bəzi hallarda, məsələn, çətin imtahan 

verərkən, kütləvi auditoriya qarşısında çıxış zamanı, ağır hava 

şəraitində avtomobili idarə edərkən təşviş normal reaksiya hesab 

olunur. Təşviş pozuntuları barədə aşağıdakı hallarda danışmaq olar:

  



 

təşviş reaksiyaları çox tez-tez yaranır  

 

onları yaradan faktorlara uyğun deyil  



 

insan təşviş yaradan situasiyalardan çəkinməyə başlayır 



 

təşviş  məhsuldarlığa, sosial əlaqələrə  və ya ailə  həyatına mənfi 



təsir göstərir 

Təşviş pozuntularının simptomlarını 2 qrupa bölmək olar: 



somatik  psixoloji simptomlar (Cədvəl 1). 

Cədvəl 1. Təşviş pozuntularının simptomları

9,11,13


 

Somatik simptomlar 

Psixoloji simptomlar 

 



Təngnəfəslik, hava çatışmazlığı 

 



Ürək döyüntülərinin sürətlənməsi 

 



Döş qəfəsində diskomfort (göynəmə, dartılma, sancma) 

 



Başgicəllənmə, başağrıları 

 



Zəiflik, əzginlik hissi 

 



Tərləmə 

 



Ürəkbulanma 

 



Qarın nahiyəsində diskomfort 

 



Bədənin müxtəlif hissələrinin keyləşməsi hissi 

 



Titrəmə 

 



Bədən hərarətinin yüksəlməsi hissi 

 



Ağızda quruluq hissi 

 



Ümumi narahatçılıq 

 



Həssaslıq 

 



Diqqəti cəmləmə 

problemləri 

 

Ölüm qorxusu 



 

Dəli olmaq qorxusu, 



hərəkətləri üzərində 

hakimiyyəti itirmək 

qorxusu 

 



 Reallığın itirilməsi 

qorxusu 


 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

8

Təşviş pozuntularının etiologiyasında bioloji, psixoloji, sosial 



faktorlar aparıcı rol oynayır. Genetik tədqiqatlar göstərir ki, sağlam 

insanlarla müqayisədə  təşviş pozuntularından  əziyyət çəkən 

insanların nəslində bu xəstəliyə rastgəlmə ehtimalı beş dəfə çoxdur. 

Eyni zamanda təşviş pozuntularını yaradan spesifik genlər 

aşkarlanmayıb. Tədqiqatlar göstərir ki, bu xəstəliyin yaranmasına 

valideynlər tərəfindən göstərilən qayğı  və emosional münasibətin 

azlığı da səbəb ola bilər. Həmçinin, uşaq yaşlarında baş vermiş real 

və ya güman edilən “təhlükəli” hadisələr də təşviş pozuntularının risk 

faktoru sayıla bilər (Cədvəl 2). 

Cədvəl 2. Risk faktorları

11,14,15


 

Bioloji faktorlar 

Psixoloji faktorlar 

Sosial faktorlar 

 



Genetik meyillilik 

 



Şəkərli diabet 

 



Feoxromasitoma 

 



Vitamin 

çatışmazlığı 

 

Alkoqol, kofein, 



kokain və bəzi 

dərman 


preparatlarının 

qəbulu 


 

Beyin şişləri 



 

Qalxanabənzər 



vəzinin xəstəlikləri 

 



Bəzi infeksion 

xəstəliklər 

 

Düzgün olmayan 



gündəlik rejim 

 



Yaxın adamın 

ölümü 


 

Həddən artıq 



gərginlik 

 



Arzuolunmaz həyat 

tərzi 


 

Şəxsiyyətlərarası 



problemlər 

 



Ailə qurmamaq və 

ya dul olmaq 

 

Anamnezdə psixi 



travmanın olması 

 



Cinsi təcavüzə 

məruz qalmaq 

 

İşsizlik və ya işsiz 



qalmaq təhlükəsi 

 



Sosial təminatın aşağı 

olması 


 

Yaşayış şəraitinin 



qeyri-qənaətbəxş 

olması 


 

Təhlükəli şəraitdə 



yaşamaq 

 



Arzuolunmaz iş şəraiti 

 



İqtisadi və ya siyasi 

böhranın mövcudluğu 

 

Tibbi və sosial 



yardımdan 

yararlanmanın 

məhdudluğu 

XBT-10 ÜZRƏ TƏSNİFAT

2

 



F40 Fobiyalı təşviş pozuntuları 

Əslində  təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə 

səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan 

qaçır və ya qorxu hissi keçirərək dözür. Xəstəni narahat edən 

ürəkdöyünmə, ümumi zəiflik kimi ayrı-ayrı simptomlar ola bilər və bir 

çox hallarda bu, ölümdən, özünü idarə etmənin və ya ağılın itirilməsindən 

ibarət olan qorxu ilə müşayiət olunur. Fobiyalı situasiyanın yarana 

biləcəyini düşünmək belə, adətən, gözlənilən həyəcanı törədir. Fobiyalı 

həyəcan və depressiya çox hallarda müştərək olur. İki diaqnozun 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

9

(fobiyalı  təşviş pozuntusu və depressiv epizod) və ya onlardan birinin 



qoyulması haqqında qərar bu halların davam etmə müddəti və  xəstənin 

konsultasiyası zamanı onun müalicəsi barədə  həkimin düşüncələri ilə 

müəyyən olunur. 

F40.0 Aqorafobiya 

Evdən çıxmaqdan, mağazaya daxil olmaqdan, izdihamlı  və ictimai 

yerlərdə olmaqdan, qatarla, avtobusla, təyyarə ilə  tək səyahət etməkdən 

qorxması ilə səciyyəvi olan kifayət qədər yaxşı təsvir olunmuş fobiyalar 

qrupudur. Təlaşa düşmə pozuntusu həm keçmiş, həm də hazırkı 

epizodların xüsusiyyətidir. Bundan əlavə olaraq bu, insanlarda çox 

hallarda depressiv, təqibedici simptomlar və sosial fobiyalarda müşahidə 

olunur. Adətən, situasiyalardan qaçma cəhdləri  əhəmiyyətli olur və 

aqorafobiyadan  əziyyət çəkən bəzi  şəxslər “təhlükələrdən” qaçmağa nail 

olduqlarına görə elə bir böyük narahatçılıq keçirmirlər.  

Anamnezdə təlaşa düşmə pozuntusu olmayan aqorafobiya 

Aqorafobiyalı təlaşa düşmə pozuntusu 



F40.1 Sosial fobiyalar 

Sosial situasiyalardan qaçmaya səbəb olan, digər insanların diqqətindən 

qorxmadır. Daha dərin sosial fobiyalar özünü aşağı qiymətləndirmə  və 

tənqiddən qorxma ilə  əlaqədardır. Onlar üzün qızarması,  əllərin  əsməsi, 

ürəkbulanma, təcili sidiyə getmək çağırışlarında özünü göstərir. Bəzən 

xəstəyə elə gəlir ki, onun əsas problemi bu ikincili əlamətlərdən hər hansı 

biridir. Simptomlar artıb panik tutmalara gətirə bilər.   

Antropofobiya 

Sosial nevroz 

F40.2 Spesifik (təcrid olunmuş) fobiyalar 

Bura son dərəcə xüsusi situasiyalarla məhdudlaşmış, belə ki, müəyyən 

heyvanların yaxınlığı, hündürlük, ildırım, qaranlıq, uçuş, qapalı yer, 

ictimai ayaqyoluna getmək, müəyyən qida məhsullarının istifadəsi, 

dişlərin müalicəsi, qan və ya travmaya baxış kimi fobiyalar daxildir. Bu 

situasiyalar fərqli olsa da, onlar aqorafobiya və ya sosial fobiyada olduğu 

kimi təlaş yarada bilər.  

Akrofobiya – hündürlükdən qorxma 

Klaustrofobiya – qapalı yerdə olmaqdan qorxma 

Sadə fobiya 



Çıxarılıb:  dismorfofobiya (sayıqlamasız) (F45.2) 

 

xəstələnməkdən qorxma (nazofobiya) (F45.2) 



F40.8 Digər fobiyalı təşviş pozuntuları 

F40.9 Dəqiqləşdirilməmiş fobiyalı təşviş pozuntusu 

ƏGO fobiya 

ƏGO fobiya vəziyyəti 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10

F41 Digər təşviş pozuntuları 

Əsas simptomu həyəcan olan və  hər hansı xüsusi ətraf situasiya ilə 

məhdudlaşmayan pozuntudur. Həmçinin, ikincili və daha az ağırlıqda 

olmaq şərti ilə, depressiv və təqib edici simptomlar və hətta bəzi fobiyalı 

həyəcan elementləri də müşahidə edilə bilər.  



F41.0  Panik pozuntu [epizodik paroksizmal təlaş]  

Pozuntunun  əsas  əlaməti hər hansı xüsusi situasiya və ya şərait ilə 

məhdudlaşmayan, buna görə də əvvəlcədən xəbər verməyən residivləşən 

kəskin ifadə olunmuş  təlaş (panik) tutmalarıdır. Digər təşviş 

pozuntularında olduğu kimi əsas simptomlar qəflətən meydana çıxan 

ürəkdöyünmə, döş sümüyü arxasında ağrı, təngnəfəslik, qeyri-reallıq 

(depersonalizasiya və ya derealizasiya) hissidir. Bundan əlavə ikincili 

olaraq bir çox hallarda ölümdən, özünə nəzarətin və ya ağılın itirməsindən 

ibarət qorxu müşahidə olunur. Əgər pasiyentdə panik tutmanın əvvəlində 

depressiv pozuntu vardırsa, panik pozuntu əsas diaqnoz kimi istifadə 

edilməməlidir. Bu hallarda panik tutmalar, çox güman ki, depressiyaya 

nəzərən ikincilidir.  

Panik:  

 



tutma 

 



hal 

Çıxarılıb: aqorafobiya ilə birlikdə panik pozuntu (F40.0) 

F41.1 Generalizə olunmuş təşviş pozuntusu 

Yayılmış  və davamlı olan, lakin hər hansı xüsusi ətraf  şərait ilə 

məhdudlaşmayan və ya əsas etibarı ilə onun təsiri altında yaranmayan 

(başqa sözlə, “sərbəst üzən”) həyəcandır. Dominant simptomlar müxtəlifdir 

və onlara davamlı əsəbilik, əsmə, əzələ gərginliyi, tərləmə, qeyri-müəyyən 

idrak, baş gicəllənməsi, epiqastral nahiyədə diskomfort hissiyyatı aiddir. 

Xəstədə bir çox hallarda onu və qohumlarını yaxın zamanlarda gözləyən 

bədbəxt hadisədən və ya xəstəlikdən qorxu ifadə olunur.  

Təşviş: 

 



nevrozu  

 



reaksiyası 

 



halı 

Çıxarılıb: nevrasteniya (F48.0) 

F41.2 Qarışıq təşvişli depressiv pozuntu 

Bu kateqoriya həm təşviş, həm də depressiya mövcud olan, lakin heç biri 

üstünlüyə malik olmayan və üstünlüyü təşkil edən simptomların əsasında 

əsas diaqnozun qoyulması mümkün olmayan hallarda istifadə edilməlidir. 

Həm təşviş, həm də depressiya simptomlarının bu pozuntuların hər birinə 

ayrıca diaqnoz qoymağa imkan verdiyi dərəcədə ifadə olunduğu halda hər 

iki diaqnozu kodlaşdırmaq lazımdır və bu halda hazırkı rubrika istifadə 

olunmamalıdır.  

Təşvişli depressiya (yüngül və ya davamsız) 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11

F41.3 Digər qarışıq təşviş pozuntuları 

Təşviş simptomları F42-F48 rubrikalarında təsnif olunan digər 

pozuntuların  əlamətləri ilə müştərək olan hallardır. Müxtəlif qrup 

simptomların ifadə dərəcəsi onlar ayrıca nəzərdən keçirildikdə diaqnozun 

qoyulması üçün kifayət deyil. 



Каталог: file -> protokol
protokol -> Klinik protokol Az ərbaycan Respublikas
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli
protokol -> Klinik protokol Az ərbaycan Respublikas
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 25 noyabr 2013-cü il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 12 iyun 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli
protokol -> Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 08 fevral 2010-cu il tarixli


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə