Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli


Affektiv pozuntuların diferensial diaqnostikası



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix03.02.2017
ölçüsü1,27 Mb.
#7611
1   2

Affektiv pozuntuların diferensial diaqnostikası 

 

Pozuntunun 

növü 

Depressiv 

epizod 

Maniakal və 

ya qarışıq 

epizod 

Hipomaniakal 

epizod 

I tip bipolyar 

pozuntu 

Tələb olunmur 

(ancaq 

səciyyəvidir) 



> 1 tələb 

olunur 


Tələb olunmur 

(ancaq 


səciyyəvidir) 

II tip bipolyar 

pozuntu 

> 1 tələb 

olunur 

Qeyd edilmir  > 1 tələb olunur 



Siklotimiya Tələb olunur 

(ağır formadan 

başqa) 

Qeyd edilmir 



2 il ərzində 

dəfələrlə 

Depressiv 

pozuntu 


> 1  tələb 

olunur 


Qeyd edilmir 

Qeyd edilmir 

Distimiya 

 

> 2  tələb 



olunur  (ağır 

formadan 

başqa) 

Qeyd edilmir 



Qeyd edilmir 

 

BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ 



Bipolyar pozuntunun maniakal, hipomaniakal və qarışıq 

epizodlarının müalicəsi

 

Maniakal, hipomaniakal və qarışıq epizodların müalicəsi 

simptomların kəskinlik dərəcəsindən,  əvvəlki müalicədən, həmçinin 

pasiyentin öz vəziyyətini anlamasından və müalicəvi tədbirləri yerinə 

yetirməyə hazır olmasından asılıdır. 

Maniakal vəziyyətin mənfi nəticələrini azaltmaq üçün həkimlər 

pasiyentə müalicə zamanı güclü stimullardan çəkinməyi, sakit 

fəaliyyətlə  məşğul olmağı, vacib qərarların qəbulunu təxirə salmağı 

və aktivliyin azalmasına gətirib çıxaran uyğun gündəlik rejimə (yuxu 

vaxtı daxil olmaqla) keçməyi tövsiyə etməlidirlər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

16

Maniakal, hipomaniakal və qarışıq epizodların 



 müalicə prinsipləri. 

 



Antidepressantlar qəbul edən pasiyent maniakal epizodun 

başlanğıcında onların qəbulunu dayandırmalıdır. Klinik 

göstərişlərdən və müalicənin kəsilməsi ilə bağlı  əvvəlki 

təcrübədən asılı olaraq, bunu ya dərhal, ya da tədricən bir neçə 

gün ərzində yerinə yetirmək lazımdır. (A) [3] 

 



Əgər maniakal epizodun inkişafı zamanı pasiyent antimaniakal 

preparatlar qəbul etmirsə, müalicəni valproat və ya litiumla 

başlamaq tövsiyə olunur. (A) [3] 

 



Preparatın seçimi zamanı  gələcəkdə profilaktik müalicənin 

davam etdirilməsini və pasiyent üçün təhlükəsizliyi nəzərə almaq 

lazımdır. Preparatın daha əvvəl göstərdiyi təsir və pasiyentin 

özünün nəyə üstünlük verməsinə diqqət yetirmək də vacibdir. 

 

Kəskin ifadə olunmuş simptomlar zamanı litium təyin 



edilməsindən çəkinin, çünki onun təsirinin başlaması üçün 

valproata nisbətən daha çox vaxt tələb olunur. (A) [2] 

 

Hamilə  və ya hamilə qalmağı planlaşdıran qadınlarda litiuma 



üstünlük vermək lazımdır. (D) [2] 

 



Kəskin ifadə olunmuş davranış pozulmaları zamanı qısa müddət 

üçün benzodiazepinlərin (diazepam, lorazepam və ya 

klonozepam) təyin edilməsi məqsədəuyğundur. (A) [3] 

 



Psixotik simptomların mövcud olması zamanı olanzapin və ya 

risperidon təyin etmək lazımdır  (B) [3]. Antipsixotik preparatın 

təyini zamanı onun əlavə  təsirləri, müalicəyə kiçik dozalardan 

başlamağın lazım olması, depressiv vəziyyətin inkişaf etmə 

ehtimalı nəzərə alınmalıdır. 

 



Əgər pasiyent artıq neyroleptiklərlə müalicə alırsa və yaxşılaşma 

yoxdursa, valproatın və ya litiumun əlavə edilməsi 

məqsədəuyğundur. 

 



Əgər litium qəbul edən pasiyentdə maniakal epizod baş verirsə, 

litiumun qanda konsentrasiyasını yoxlamaq lazımdır. 0,8 mmol/l-

dən aşağı olan subklinik doza zamanı dozanı artırmaq lazımdır. 

Terapevtik effektin olmaması halında neyroleptikin əlavə 

edilməsi nəzərdən keçirilməlidir. 

 



Artıq valproat qəbul edən və maniakal epizodun inkişafı  aşkar 

edilən pasiyentdə valproatın dozasını artırmaq lazımdır. Bunu 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

17

simptomların azalmağa başlaması anına və ya əlavə  təsirlərin 



dozanın artırılmasını məhdudlaşdırmasına qədər davam etdirmək 

lazımdır. Yaxşılaşma əlamətləri müşahidə edilmədikdə olanzapin 

və ya risperidon əlavə etmək lazımdır. 

 



Ağır maniakal epizodu olan, litium və ya valproat qəbul edən 

pasiyentlərdə  əlavə olaraq neyroleptiklər təyin edildikdən sonra 

paralel surətdə litium və ya valproatın dozası artırılmalıdır. 

Preparatın dozalarına yenidən baxılması müalicənin 

başlanğıcında hər 5-7 gündən bir yerinə yetirilməlidir. 

 



Qarışıq epizodu olan və ya affektiv simptomları sürətlə  dəyişən 

pasiyentləri kəskin maniakal epizodu olan pasiyentlər kimi 

müalicə etmək və antidepressantların təyin edilməsindən 

çəkinmək lazımdır. Qarışıq epizodların müalicəsi zamanı intihar 

etmə riskini diqqətdə saxlamaq lazımdır. 

Bipolyar pozuntunun depressiv epizodlarının müalicəsi. 

Ümumilikdə götürdükdə, bipolyar pozuntusu olan xəstələrdə 

depressiyanın müalicəsinin məqsədləri monopolyar depressiyalı 

xəstələrdə olduğu kimidir. Eyni zamanda monopolyar depressiyadan 

fərqli olaraq, bipolyar pozuntusu olan xəstələrdə depressiyadan 

çıxdıqdan sonra maniakal və ya hipomaniakal epizodun inkişaf 

etməsi ehtimalı vardır. Buna görə  də affektin inversiyasını törədə 

bilən antidepressantlardan istifadə etməmək və  əhvalı sabitləşdirən 

preparatların tətbiqi ilə  məhdudlaşmaq tövsiyə olunur. (A) [3] 

Depressiv simptomları olan pasiyentlərə xoşagələn məşğuliyyət, 

fiziki hərəkətlər və sosial ünsiyyətin daxil edildiyi xüsusi tapşırıqlar 

vermək lazımdır. 



Depressiv epizodların müalicə prinsipləri. 

 



Bipolyar pozuntusu olan xəstələrdə depressiv epizodların 

müalicəsi affektin maniakal vəziyyətə inversiya edə bilməsi 

ehtimalına xüsusi diqqət göstərilməsini tələb edir. Monopolyar 

depressiyadan fərqli olaraq, bipolyar pozuntusu olan xəstələrdə 

depressiv simptomların ifadə edilmə  dərəcəsi və davam etmə 

müddətində daha kəskin enib-qalxmalar qeyd edilir. 

 

Antimaniakal müalicə almayan pasiyentlərə antidepressantlarla 



yanaşı antimaniakal preparat da (litium, valproat və ya atipik 

neyroleptik) təyin olunmalıdır  (B) [2]. Belə preparatın seçimi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

18

sonrakı profilaktik müalicə ilə bağlı  qərar  əsasında həyata 



keçirilməlidir. Antidepressantlarla müalicəyə başlayarkən 

maniakal epizodun inkişaf riskini və antimaniakal preparatın 

qəbulunun faydasını pasiyentə izah etmək lazımdır. 

 



Bipolyar depressiyası olan pasiyent artıq antimaniakal preparat 

qəbul edirsə, həkim onun dozasının kifayət edib-etmədiyini 

müəyyən etməli, ehtiyac yarandıqda dozanı dəyişdirməlidir (B) [3]. 

 



Yüngül depressiv simptomları olan xəstələr aşağıdakı hallarda 

antidepressant təyin edilmədən iki həftə  ərzində müşahidə 

olunmalıdırlar: 

 

bundan  əvvəlki yüngül depressiya epizodu ağırlaşmayıb və 



xroniki gedişə keçməyib 

 

pasiyentdə vəziyyətin pisləşməsi üçün əhəmiyyətli risk aşkar 



edilmir. 

Belə hallarda pasiyentin depressiya haqqında məlumatlandırılması 

və onun vəziyyətinin monitorinqi kifayət edir. 

 



Əgər bipolyar pozuntunun yüngül depressiv epizodu olan xəstədə 

depressiyanın ağırlaşması riski mövcuddursa, yaxud 2 həftə 

keçdikdən sonra vəziyyəti yaxşılaşmırsa, o zaman ona bipolyar 

pozuntunun orta və ya ağır depressiv epizodu olan xəstələrdəki 

kimi müalicə təyin etmək lazımdır. 

 



Orta və ya ağır depressiv epizodu olan xəstələrin müalicəsini 

SGTSİ-nin təyin edilməsi ilə başlamaq lazımdır (hamiləlik vaxtı 

paroksetin təyin etmək lazım deyil). 

 



Üç həftə ərzində terapevtik effekt müşahidə olunmadıqda həmin 

preparatı digər SGTSİ, SNGTSİ və ya reseptor tipli təsirə malik 

preparatla dəyişmək lazımdır.   

 



Preparatın dəyişdirilməsindən sonrakı 2-3 həftə  ərzində 

pasiyentin vəziyyətində  dəyişiklik müşahidə olunmursa, TSA-

lardan istifadə etmək tələb olunur. 

 



TSA ilə müalicəni kiçik dozalardan başlamaq lazımdır, terapevtik 

effekt əldə edilənə və ya əlavə təsirlər meydana çıxana qədər bu 

dozalar tədricən artırılmalıdır. TSA-ların yüksək dozalarının 

tətbiqi arzuedilməz təsirlərin əmələgəlmə riski ilə bağlıdır. 

 

Terapevtik rezistentlik halında xəstənin rejimə riayət etməsi, 



psixososial stressorlar, fiziki xəstəliklər və yanaşı psixi 

pozuntular kimi amillər nəzərdən keçirilməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19



 

Hətta antidepressantın düzgün seçilməsi də müalicəyə qarşı fərdi 

həssaslığa zəmanət vermir. Belə hallarda antidepressantların 

digər preparatlarla (sulpirid, risperidon və/ və ya 

benzadiazapinlər) birgə  tətbiqi, həmçinin psixoterapiyanın 

aparılması imkanı nəzərdən keçirilməlidir. 

 

İl ərzində 4 və ya daha çox affektiv epizod aşkar edilən xəstələrə 



tez-tez baş verən dövrlərə malik bipolyar pozuntu diaqnozu 

qoyulur. Bu dövrilik antidepressantların qəbulu ilə bağlı ola bilər. 

 

Tez-tez baş verən dövrlərə malik bipolyar pozuntu və ya qarışıq 



epizod zamanı, yaxud yenicə maniakal epizod keçirmiş 

xəstələrdə antidepressantların tətbiqindən çəkinmək lazımdır. 

Belə hallarda antimaniakal preparatın dozası artırıla və ya ikinci 

antimaniakal preparat əlavə edilə bilər. 

 

Belə  xəstələrin müalicəsi zamanı pasiyentin müalicə 



göstərişlərinə  nə  dərəcədə düzgün əməl etdiyini diqqətlə 

nəzərdən keçirmək, daha uzunmüddətli müalicə sxemləri (6 

aydan az olmayan) üzərində düşünmək, pasiyenti özünümüşahidə 

vasitəsilə  əlamətlərin tezliyi və  ağırlığını, müalicə  tədbirlərinin 

effektivliyini qeyd etməyə təşviq etmək lazımdır. 

 



Antidepressantla müalicənin başlamasının lap əvvəlindən 

pasiyent depressiyanın maniakal və ya hipomaniakal vəziyyətə 

keçə bilməsi ehtimalı, tədricən baş verən və  dəyişə bilən 

terapevtik effektin əldə edilməsinin gecikməsi, müalicə sxeminə 

əməl etməyin vacibliyi və müalicənin yarımçıq kəsilməsinin 

təhlükəsi haqqında məlumatlandırılmalıdır. 

 

Akatiziya  əlamətlərinin, intihar haqqında düşüncələrin (müalicənin 



birinci həftəsi meydana çıxan), həyəcan və  təşvişin artmasının 

(müalicənin başlanğıc mərhələlərində) monitorinqi aparılmalıdır. 

Pasiyentə izah etmək lazımdır ki, belə hallar baş verdikdə  təcili 

şəkildə yardım üçün müraciət etmək lazımdır. Akatiziya və ya 

ajitasiyanın yaranması zamanı  təxirə salmadan seçilmiş preparatı 

başqası ilə əvəz etmək haqqında düşünmək lazımdır. 

 

Depressiv epizoddan sonra pasiyentdə remissiya yarandıqda və 



ya 8 həftə  ərzində simptomlar əhəmiyyətli dərəcədə azaldıqda, 

maniakal epizodun və ya tez-tez dəyişən dövrləri olan bipolyar 

pozuntunun əmələgəlmə riski ilə əlaqədar olaraq antidepressantın 

qəbulunun müvəqqəti dayandırılması imkanını  nəzərdən 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

20

keçirmək lazımdır. Antidepressantların dozası 2-3 həftə  ərzində 



tədricən azaldılmalı  və antimaniakal preparatlarla kömək edici 

terapiya təyin olunmalıdır. 

 

Psixotik simptomları olan ağır depressiv epizodlu xəstələr 



antipsixotik preparatlar (olanzapin və risperidon) almalıdırlar (A) 

[3]. 


 

Kömək edici terapiya və təkrar epizodların  

profilaktikası 

Remissiya vəziyyətinin müəyyən edilməsi 

Kömək edici terapiya bipolyar pozuntusu olan xəstənin remissiya 

vəziyyətində aparılır. Kömək edici terapiyanın bir neçə məqsədi vardır, 

bunlara sonrakı  kəskinləşmələrin profilaktikası, qalıq simptomların 

reduksiyası,  remissiya müddətinin uzadılması, əhvalın sabitliyinin əldə 

edilməsi, həmçinin xəstələrin funksional adaptasiyası  və  həyat 

keyfiyyətinin yaxşılaşdırılması aiddir. Kömək edici terapiya bipolyar 

pozuntusu olan bütün xəstələrə tövsiyə olunur. Bipolyar pozuntusu olan 

xəstəyə kömək edici terapiya təyin edilərkən aşağıdakılar yoxlanmalıdır: 

 

alkoqol və digər psixoaktiv maddələrin qəbulu 



 

qalxanabənzər vəzin, qara ciyərin vəziyyəti, böyrəklərin 

funksiyası, arterial təzyiq, qanın ümumi analizi, qanda 

şəkərin və xolesterinin səviyyəsi 

 

bədən çəkisi 



 

daxili orqanların funksional vəziyyəti, o cümlədən EEQ və 

rentgenoskopiya 

 

ehtiyac yarandıqda EKQ, KT və ya NMR 



 

Bipolyar pozuntunun kömək edici müalicəsi və profilaktikası. 

 



Bipolyar pozuntunun kömək edici terapiyasını  aşağıdakılardan 

sonra başlamaq lazımdır: 

 

əhəmiyyətli risk və ya mənfi nəticələrlə  əlaqədar olan 



maniakal epizod (A) [3] 

 

pasiyentlərdə 2 və ya daha artıq affektiv epizod olduqda 



 

pasiyentlərdə intihar riski, funksional pisləşmə müşahidə 

edildikdə. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

21

Kömək edici terapiya üçün ilkin seçim preparatları olan litium və 



ya valproat (A) [3] əvvəlki müalicəyə verilmiş reaksiyadan, maniakal 

və ya depressiv epizodların üstünlük təşkil etməsindən, somatik 

amillərdən (o cümlədən böyrək çatışmazlığı, piylənmə, diabet), 

həmçinin pasiyentin nəyə üstünlük verməsindən asılı olaraq təyin 

edilir. 

 



Tez-tez kəskinləşmə baş verən pasiyentlərdə seçilmiş preparatı 

dəyişmək və ya ikinci preparat təyin etmək lazımdır. Mümkün 

kombinasiyalar – litium və valproat, litium və 

olanzepin/risperidon, valproat və olanzepin/risperidon. 

 

Antipsixotik preparatların təyini zamanı  bədən çəkisinin 



artması ehtimalını nəzərə almaq lazımdır, ona görə də qanda 

qlükoza və xolesterin səviyyəsi müntəzəm  şəkildə 

yoxlanmalıdır. 

 

Seksual disfunksiya və ya aybaşı dövrünün pozulması, 



ginekomastiya, qalaktoreya müşahidə olunan xəstələrdə 

neyroleptik təyini zamanı prolaktin səviyyəsini yoxlamaq 

lazımdır. 

 

Antipsixotik preparatlar qəbul edən pasiyentlər 1 il ərzində 



hər 3 aydan bir bədən çəkisini ölçməlidirlər (əgər çəkinin 

artması  aşkar edilibsə, daha tez-tez). Müalicənin 

başlamasından sonra hər üç aydan bir qanda şəkər və 

xolesterin səviyyəsi yoxlanmalıdır. 

 

Neyroleptik preparatların qəbulunu tədricən 4 həftə  ərzində 



azaldıb fasiləni 3 aya qədər davam etdirmək lazımdır. 

Neyroleptiklər təyin edən mütəxəssislər diabetin gedişinin 

pisləşməsini, diabetik ketoasidozu və  bədxassəli neyroleptik 

sindromu nəzərə almalıdırlar. 

 

Bipolyar pozuntu epizodundan sonra profilaktik müalicə ən azı 2 



il  ərzində, pasiyentdə yüksək kəskinləşmə riski olduqda isə 

(məsələn, tez-tez baş verən kəskinləşmələr, ağır psixotik 

epizodlar, psixoaktiv maddələrin qəbulu, tez-tez stress keçirmə, 

sosial dəstəyin kifayət qədər olmaması) 5 ilə  qədər davam 

etməlidir. 

 



Preparatın qəbulunu vaxtından  əvvəl dayandırmaq istəyən 

pasiyentlər psixiatrın konsultasiyasına göndərilməlidirlər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22



 

Adi hallarda uzunmüddətli təsirə malik (depo) antipsixotik 

preparatların istifadəsi tövsiyə edilmir. Yalnız neyroleptiklərlə 

müvəffəqiyyətlə müalicə olunmuş, ancaq həkim göstərişlərinə 

əməl etmədiklərinə görə  kəskinləşmə riski olan xəstələrdə bu 

preparatların təyin edilməsi məqsədəuyğundur. 

 

Bipolyar pozuntusu olan və depressiv epizodlar keçirmiş xəstələr 



maniakal epizodun inkişaf etməsinin yüksək riski ilə  əlaqədar 

antidepressantlarla profilaktik müalicə almamalıdırlar.  

 

Tez-tez baş verən dövrləri olan bipolyar pozuntunun profilaktik 



müalicəsi litiumun valproatla, yaxud bu preparatlardan birinin 

neyroleptiklə kombinasiyası vasitəsilə aparılmalıdır (B) [3]. Bu 

zaman antidepressant təyin etmək lazım deyil. 

 



Bipolyar pozuntunun profilaktikası pasiyentin sağlam həyat tərzini 

təmin etməlidir, normal yuxu və istirahət rejiminin vacibliyi, iş 

yerinin dəyişdirilməsi, saat zolaqlarından keçməklə uçuş, gecə 

növbələri ilə bağlı risklər, öz fiziki və psixi vəziyyətinə  nəzarət 

etməyin əhəmiyyəti haqqında pasiyenti məlumatlandırmaq lazımdır. 

 



Həkimlər xəstələrlə birlikdə  xəstəliyin kəskinləşməsinin erkən 

simptomları  və göstəricilərinin müəyyən olunması  və onun 

qarşısının alınması tədbirləri üzrə plan tərtib etməlidirlər. 

 



Profilaktik müalicə prosesində  çəkinin artması  aşkar olunduqda 

pəhriz, müntəzəm fiziki hərəkətlər tövsiyə edilməli, yanaşı bağırsaq 

xəstəlikləri olduqda diyetoloqun konsultasiyası təyin edilməlidir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

23

UŞAQ VƏ YENİYETMƏLƏRDƏ BAP-nin    



DİAQNOSTİKA VƏ MÜALİCƏSİ 

Bipolyar pozuntusu olan uşaq və yeniyetmələr üçün 

diaqnostik meyarlar 

Uşaq və yeniyetmələrdə, xüsusilə  də cinsi yetişkənlik dövründə 

bipolyar pozuntu diaqnozunun qoyulması xeyli çətinlik törədir, çünki 

böyüklər üçün tərtib edilmiş diaqnostik meyarları  uşaqlara tətbiq 

edərkən  əhəmiyyətli fərqliliklər meydana çıxır. Uşaq və 

yeniyetmələrə yardım edən mütəxəssislər valideynlərin müalicəyə 

razılıq verməsi ilə bağlı Azərbaycan Respublikası Qanunvericiliyinin 

müddəalarına və  Uşaq Hüquqları Konvensiyası ilə bağlı  məsələlərə 

əməl etməlidirlər. 

Bipolyar Pozuntular üzrə Beynəlxalq Cəmiyyətin təklif etdiyi 

meyarlar 

Uşaqlıq dövründə bipolyar pozuntu 

A.  18 yaşa qədər maniakal, hipomaniakal və ya qarışıq epizodun və 

depressiv epizodların mövcudluğu. 

B.  Maniakal, hipomaniakal və ya qarışıq epizodun müəyyən 

edilməsi böyüklərdə bu növ pozuntular üçün təsbit edilmiş 

meyarlara uyğun gəlir. 

Maniya simptomları ilə və ya onlar olmadan spontan şəkildə yaranan 

həyəcanlı əhval-ruhiyyə (eyforiyasız) epizodları maniakal, 

hipomaniakal və ya qarışıq epizod diaqnozunun qoyulması üçün 

kifayət edir. 

Ailə anamnezində bipolyar pozuntunun erkən başlaması, psixotik 

maniakal epizodların və dərman preparatlarının qəbulu nəticəsində 

yaranmış maniakal/hipomaniakal epizodların mövcudluğu uşaqda 

bipolyar pozuntu diaqnozu qoyulması ehtimalını artırır.

 

 

15 yaşa qədər uşaqlara II tip bipolyar pozuntu diaqnozu 



qoyulmamalıdır. Bu zaman davranış pozuntuları, diqqətin 

çatışmazlığı ilə müşayiət olunan hiperaktivlik, şizofreniya, həmçinin 

müxtəlif növ zorakılıq, psixoaktiv maddələrin qəbulu, təlim 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

24

qabiliyyətinin pozulması  və üzvi mənşəli pozuntularla bağlı psixi 



pozuntuların diferensial diaqnostikası aparılmalıdır. Uşaq və 

yeniyetmələrdə bipolyar pozuntunun diaqnostikası üçün istifadə 

olunan müayinə üsullarına bunlar daxildir: 

 

uşaq psixiatrı tərəfindən psixi statusun ətraflı öyrənilməsi, 



 

somatik səbəblərin istisna edilməsi üçün pediatr tərəfindən 

ümumi tibbi müayinə, 

 

uşaq nevroloqu tərəfindən aparılan nevroloji  müayinə, 



 

uşağın özündən, valideynlərdən və ya digər şəxslərdən 

(məsələn, müəllimlər, qəyyumlar) toplanmış anamnestik 

məlumatlar, o cümlədən uşağın erkən inkişafı, məktəbdə 

təhsili, ailədə vəziyyətlə bağlı məlumatlar. 

Bipolyar pozuntusu olan uşaq və yeniyetmələrin      

müalicəsi prinsipləri 

 



Kəskin  maniakal epizodu olan uşaq və yeniyetmələrə  dərman 

preparatlarının təyini eynilə böyüklərdə olduğu kimi aparılır, 

yalnız müalicə kiçik dozalardan başlayır. Uşağın yaşı, çəkisi və 

boyunu nəzərə almaq vacibdir. 

 

Uşaq və yeniyetmələrdə bipolyar pozuntunun depressiv 



epizodunun müalicəsi üçün preparatların təyini eynilə böyüklərdə 

olduğu kimi aparılır. Terapiyanı SGTSİ ilə başlayaraq, preparatın 

yarı dozasını təyin etmək lazımdır, daha sonra ehtiyac yaranarsa 

dozanı artırmaq olar. 

 

Kəskin ifadə olunmuş davranış pozulmaları zamanı atipik 



neyroleptiklərin uyğun dozaları  təyin edilə bilər. Özünə  və ya 

ətrafdakılara zərər vermə  təhlükəsi aşkar edilən uşaq və 

yeniyetmələr stasionar şəraitində müalicə olunmalıdırlar. 

 



Uşaq və yeniyetmələrdə bipolyar pozuntunun müalicəsi zamanı 

qaloperidol və barbituratların tətbiqi qəti şəkildə tövsiyə edilmir

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

25

QADINLARDA BİPOLYAR POZUNTUNUN 



HAMİLƏLİK DÖVRÜNDƏ VƏ DOĞUŞDAN SONRA 

MÜALİCƏSİ 

Pre- və postnatal dövrdə bipolyar pozuntu 

 



Reproduktiv funksiyalarla əlaqədar olaraq bipolyar pozuntusu 

olan xəstələrin müalicəsinin aparılması xeyli çətinlik törədir. Bu 

ilk növbədə hamiləlik zamanı xəstəliyin residiv verməsi ehtimalı 

ilə bağlıdır. Bipolyar pozuntunun residivlərinin profilaktikası 

üçün kömək edici terapiyanın davam etdirilməsi məsələsi xüsusi 

əhəmiyyət kəsb edir. Məlum olduğu kimi hamiləlik affektiv 

epizodların inkişafı üçün risk faktoru təşkil edir, çünki hamiləlik 

dövründə orqanizmin ümumi müqavimət qabiliyyəti aşağı düşür.  

 

Dərman terapiyasının dölə  mənfi təsirini də  nəzərə almaq 



lazımdır. Mümkün fəsadlaşmalar sırasında dərmanların teratogen 

təsiri, dölün bətndaxili ölümü, neonatal toksiklik, fiziki inkişafın 

ləngiməsi, hamiləliyin yarımçıq kəsilməsi və  nəhayət, 

yenidoğulmuşda koqnitiv funksiyaların inkişafının ləngiməsi 

qeyd oluna bilər. 

 



Zahılıq dövrü də qadının psixi sağlamlığı üçün xüsusi təhlükə 

törədir. Statistikaya görə, bir çox qadınlarda bipolyar pozuntunun 

ilk əlamətləri zahılıq dövründə aşkar edilir. 

 



Bipolyar pozuntusu olan qadınlar üçün arzuolunmaz hamiləliyin 

baş verməsi məsələsi problem təşkil edir. Onu nəzərə almaq 

lazımdır ki, bipolyar pozuntusu olan xəstələr kontrasepsiya 

qaydalarına əməl etməyə meylli deyillər. Bundan başqa, bipolyar 

pozuntunun müalicəsi üçün istifadə edilən bir sıra preparatlar 

cinsi hormonların metabolizmini gücləndirərək kontraseptivlərin 

effektivliyini azaldırlar  (D) [2]. Tibbi etika ilə bağlı  məsələlər 

ayrıca problem təşkil edir – hamiləliyin saxlanması  və ya 

yarımçıq kəsilməsi haqqında qərar qəbuluna həkimin qarışmağa 

ixtiyarı yoxdur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

26

Qadınlarda bipolyar pozuntunun pre- və postnatal dövrdə 



müalicəsinin prinsipləri. 

 



Bipolyar pozuntudan əziyyət çəkən pasiyent qadın hamiləlik 

haqqında qərar qəbul edirsə, müalicənin dayandırılması imkanını 

nəzərdən keçirmək lazımdır. Xəstəliyin gedişi yüngül və ya orta 

dərəcədədirsə  və hospitalizasiya tələb etmirsə, profilaktik 

müalicənin müvəqqəti dayandırılması mümkündür. Belə halda 

dərmanların qəbulunu bütün hamiləlik dövründə  və ya heç 

olmazsa, 1-ci trimestr boyu  dayandırmaq lazımdır. Kömək edici 

müalicənin dayandırılması zamanı  vəziyyətin kəskinləşməsinin 

mümkünlüyünü izah etmək və pasiyenti bipolyar pozuntunun 

kəskinləşməsinin erkən  əlamətləri haqqında məlumatlandırmaq 

lazımdır. Müalicənin dayandırılması halında pasiyent qadın bu 

əlamətlərə xüsusi diqqət yetirməlidir. 

 

Müalicənin 1-ci trimestrdə dayandırılması  uğurla başa çatarsa, 



dərmanlardan istifadə olunmamasını bütün hamiləlik dövründə 

davam etdirmək və ya doğuşdan sonrakı kəskinləşmənin qarşısını 

almaq üçün 3-cü trimestrdə  dərmanların qəbuluna başlamaq 

məqsədəuyğundur. 

 

Müalicənin davam etdirilməsi zərurəti yarandıqda, ən təhlükəsiz 



vasitəni seçmək lazımdır. 

 



Pasiyent qadının doğum evinə qəbul olunması anından psixiatrın 

müşahidəsini təmin etmək lazımdır. 

 

Zahılıq dövründə profilaktik müalicənin bərpa olunması lazımdır. 



Hətta xəstəliyin əlamətləri olmasa belə, doğuşdan sonrakı ilk iki 

ay ərzində dinamik psixiatrik müşahidə aparılmalıdır. 

 

Residivin başlaması bir sıra hallarda yuxu pozulmaları ilə əlaqəli 



olduğu üçün zahı qadının düzgün yuxu rejiminin təmin edilməsi 

doğuşdan sonrakı dövrdə  təkrar epizodun inkişafı riskini aşağı 

salmağa imkan verir. 

 



Döşlə  əmizdirmə zamanı  dərman preparatlarının qəbulu uşağın 

sağlamlığı  və inkişafına mənfi təsir göstərə bilər, ona görə  də 

belə  vəziyyətdə süni qidalandırmaya keçilməsini düzgün hesab 

etmək olar. 

 

Ailə  və  şəxsiyyətlərarası problemləri azaldan, pasiyent qadının 



müalicə almaq istəyini artıran, affektiv epizodların inkişafında 

iştirak edən potensial tətik mexanizmlərinin təsirini zəiflədən 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

27

psixososial metodikaların tətbiq edilməsi lazımdır. Düzgün 



qidalanma, gündəlik rejimə  əməl edilməsi, iş  və istirahətin 

növbələnməsi, stress vəziyyətlərindən qaçma zahılıq dövründə 

növbəti epizodların inkişafının qarşısının alınması üçün əsas 

amillərdir. 

 

Həm depressiv, həm də maniakal vəziyyətdə ətrafdakı insanlarla 



münasibətlər bir qayda olaraq qeyri-sabit xarakter daşıdığı üçün, 

bipolyar pozuntusu olan qadınlara doğuşa qədər və sonra yardım 

göstərən mütəxəssislər bu cəhətə xüsusi diqqət yetirməlidirlər. 

PSİXOTERAPİYA 

Bipolyar pozuntunun müalicəsində farmakoterapiyanın prioritet 

olaraq qalmasına baxmayaraq, psixoterapevtik müdaxilə az 

əhəmiyyət daşımır. Dərman müalicəsində müəyyən 

məhdudiyyətlərin olması ilə  əlaqədar, simptomların azalması, 

kəskinləşmə  və  təkrar epizodların profilaktikası, sosial və psixoloji 

adaptasiyanın bərpası, pasiyentə və onun ailəsinə dəstək verilməsinə 

yönəlmiş psixoterapevtik müdaxilələr üçün yol açılır. 

Psixoterapiyanın spesifik məqsədləri: 

 

terapevtik alyansın yaradılması 



 

xəstənin həkim göstərişlərinə əməl etməyə razılıq verməsi  

 

müəyyən fəaliyyət rejimi  



 

kəskinləşmələrin başlanğıc əlamətlərinin müəyyən edilməsi 

 

davranış patternlərinin yaxşılaşdırılması  və digər psixososial 



nəticələr 

Psixoterapiya həmçinin stiqmanın, təkrar epizodlar qarşısında 

qorxu hissinin, şəxsiyyətlərarası ünsiyyətdə  çətinliklərin aradan 

qaldırılmasına, ailə, valideynlik funksiyasının yerinə yetirilməsi, 

təhsil və məşğulluqla bağlı problemlərin həll edilməsinə yönəlmişdir.  

Psixoterapevtik müdaxilənin növü, intensivliyi və müddəti 

müxtəlif ola bilər. Bipolyar pozuntusu olan xəstələrə koqnitiv-

davranış terapiyası, interpersonal psixoterapiya, qrup və ailə 

psixoterapiyası təklif edilə bilər. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

28

BİPOLYAR POZUNTUNUN MÜALİCƏSİ ÜÇÜN 



TƏTBİQ EDİLƏN DƏRMAN VASİTƏLƏRİ 

ƏHVALI SABİTLƏŞDİRƏN VASİTƏLƏR 

Litium 

Effektivlik 

50 il ərzində litiumun tətbiq edilmə təcrübəsi göstərir ki, bipolyar 

pozuntusu olan və bu preparatı qəbul edən xəstələrin təqribən 70%-

ində maniakal simptomların  ən azı hissəvi reduksiyası müşahidə 

olunur. Maniakal epizodların müalicəsində litiumun effektivliyi 

sübut edilmiş sayılır  (A) [2], ancaq bipolyar pozuntunun kəskin 

depressiv və qarışıq epizodlarının müalicəsi zamanı onun effektivliyi 

haqqında ziddiyyətli məlumatlar mövcuddur. 

Kömək edici terapiya vasitəsi kimi litium özünü yaxşı 

göstərmişdir  (A) [2]. Belə ki, litium ilə kömək edici terapiyanı 

dayandırdıqda, həm maniakal, həm də depressiv epizodların sayının 

artması müşahidə olunur. Litium ilə kömək edici terapiya bipolyar 

pozuntusu olan xəstələrin 1/3-də  təkrar epizodların tamamilə 

kəsilməsinə gətirib çıxarır. Eyni zamanda tez-tez baş verən dövrləri 

olan bipolyar pozuntular zamanı litium profilaktik vasitə kimi kifayət 

qədər effektiv deyil. 

 

Litiumla müalicənin aparılması 

 



Litium daxilə  qəbul zamanı asan mənimsənilən standart və ya 

uzadılmış təsirə malik formalarda təyin olunur. Konsentrasiyanın 

maksimal göstəricisini 1,5-2 saat ərzində saxlayan standart 

formadan fərqli olaraq, litiumun uzadılmış  təsirə malik forması 

konsentrasiyanın maksimal göstəricisini 4-6 saat müddətində 

təmin edir. 14-30 saat ərzində litium böyrəklər vasitəsilə 

tamamilə xaric edilir. 

 



Maniakal epizodların müalicəsi zamanı terapevtik effekt litiumun 

konsentrasiyası 0,5-1,2 mekv/l-ə  bərabər olduqda əldə edilir. 

Litiumun orta sutkalıq dozası 900-1800 mq, minimal – 300 mq, 

maksimal – 3000 mq təşkil edir. 

 

Müalicəni minimal dozanın (300 mq) təyin edilməsindən 



başlamaq lazımdır, terapevtik effekt və lazımi konsentrasiya əldə 

olunana qədər bu doza tədricən artırılmalıdır. Yaş, çəki və 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

29

xəstənin fərdi xüsusiyyətlərindən asılı olaraq litiuma qarşı 



terapevtik həssaslıq dəyişə bilər. Litiuma qarşı yüksək həssaslığı 

olan xəstələrdə dozanın artırılması zamanı ehtiyatlı olmaq və 

konsentrasiyanın səviyyəsini daha tez-tez yoxlamaq lazımdır. 

 



Yarı xaric edilmə dövrünün kifayət qədər uzun olmasına görə, 

dozanın dəyişdirilməsindən sonra 5-7 gün ərzində 

konsentrasiyanın sabit səviyyəsi  əldə edilmir. Litiumun qanda 

terapevtik konsentrasiyasının təyin olunması dozanın 

artırılmasından təxminən 5-7 gün sonra aparılmalıdır. Dərman 

monitorinqinin vaxtından  əvvəl başlaması dozanın həddən artıq 

artırılmasına gətirib çıxara bilər. Uzadılmış təsirə malik formanın 

tətbiq edilməsi analizlərin şərhində qarışıqlıq yarada bilər, çünki 

onlar üçün material adətən axırıncı dozanın qəbulundan 12 saat 

sonra götürülür. 

 

Litiumla müalicə prosesində, müalicənin başlamasından sonrakı 



ilk 6 ay ərzində ayda 1-2 dəfədən az olmayaraq böyrək və 

qalxanabənzər vəzi funksiyalarının analizi aparılmalıdır. 

 

Valproatlar 

Effektivlik 

Valproatlar bipolyar pozuntusu olan xəstələrdə maniakal 

epizodların qarşısının alınmasında yüksək effektivliyə malikdirlər. 

Qarışıq epizodların müalicəsində valproat litiumdan üstündür (B) [3]. 

Kəskin maniakal epizodun müalicəsi zamanı valproat həmçinin 

karbomazepindən də üstündür. Valproatın 20 mq/kq dozada təyin 

edilməsi zamanı sürətli terapevtik effekt qeyd olunur, bu, preparatın 

konsentrasiyasının > 50 μq/kq olması ilə bağlıdır. 

Bipolyar depressiya epizodlarının müalicəsində valproat 

effektivliyə malikdir, lakin onun antidepressiv təsir spektri sonrakı 

tədqiqatların aparılmasını tələb edir. 

Kömək edici terapiya vasitəsi kimi valproatın yüksək effektivliyi 

sübut olunmuşdur. Valproatla profilaktik müalicə almış  xəstələrdə 

uzun müddət litium qəbul edənlərə nisbətən epizodlar 20% az 

hallarda qeyd edilir.

 

Valproat litiumdan daha effektiv şəkildə 



depressiv epizodların inkişafının qarşısını almaq qabiliyyətinə 

malikdir. Müalicə tədbirlərinə əməl edilməsi şərtləri ilə bağlı xəstələr 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

30

valproatı daha üstün tuturlar. Tez-tez baş verən dövrlərə malik bipolyar 



pozuntusu olan xəstələrdə valproat həm monoterapiya, həm də litiumla 

birgə  təyin edilmə zamanı yüksək effektivlik nümayiş etdirmişdir. 

Neyroleptiklər valproatla birlikdə  təyin edildikdə onların ayrıca 

tətbiq olunmasına nisbətən daha yüksək terapevtik effekt əldə edilir. 

 

Valproatla müalicənin aparılması 

 



Valproat və onun uzadılmış  təsirə malik forması (Depakin-

Xrono) kəskin maniakal, hipomaniakal və xüsusilə  də qarışıq 

epizodların müalicəsi zamanı ilkin seçim preparatlarıdır. 

Valproatla müalicənin başlanmasına qədər qara ciyərlə bağlı  və 

ya hematoloji pozulmaların olmasına diqqət yetirmək lazımdır. 

 



Valproatla müalicə iki dəfə  qəbul edilən kiçik dozalardan 

başlayır. Preparatın başlanğıc dozası gündə iki dəfə  qəbul edil-

məklə 250 mq ola bilər. Terapevtik effekt əldə edilənə qədər bu 

doza gündə 3-4 dəfə qəbul olunan 250-500 mq-a qədər artırıla bilər. 

 

Preparatın plazmada konsentrasiyası 50-100 μг/ml (315 mmol/l) 



olduqda terapevtik effekt əldə edilir. Preparatın orta sutkalıq 

dozası 1000-2500 mq/sut təşkil edir (valproat üçün 3-4,  onun 

uzadılmış  təsirə malik forması üçün isə 2 dəfə  qəbula 

bölünməklə). Minimal terapevtik doza 750 mq/sut, yaşlılar üçün 

maksimal doza isə sutkada 60 mq/kq-dır. 

 



Kəskin maniakal vəziyyətdə olan pasiyentlərə sutkada 20 mq/kq 

hesabı ilə  zərbə dozası  təyin edilə bilər. Vəziyyətin 

sabitləşməsindən sonra preparatın dozası azaldıla bilər. 

 

Karbomazepin 



Effektivlik 

Kəskin maniakal epizodların müalicəsi zamanı karbomazepinin 

effektivliyi qeyri-müəyyəndir. ABŞ-ın Ərzaq və Dərmanlara Nəzarət 

üzrə Agentliyi və Britaniya Səhiyyə və Klinik Təcrübə Milli İnstitutu 

tərəfindən bipolyar pozuntu zamanı karbomazepindən istifadə 

olunması tövsiyə edilmir. 

Bipolyar pozuntuda profilaktik müalicə vasitəsi kimi 

karbomazepin litiuma nisbətən daha az effektivdir. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

31

Karbomazepinlə müalicənin aparılması 

 

Effektivliyinin kifayət qədər sübut edilməməsi və yüksək 



toksikliyi ilə  əlaqədar olaraq, bipolyar pozuntunun standart 

müalicəsində karbomazepindən istifadə olunması tövsiyə edilmir. 

Karbomazepin yalnız bipolyar pozuntusu olan xəstələrdə keçmişdə 

bu preparata qarşı yaxşı həssaslıq qeyd edildikdə, yaxud hər hansı 

digər preparat qeyri-effektiv olduqda təyin edilə bilər. 

 



Karbomazepinin başlanğıc dozası 3-4 dəfəyə  qəbul edilən 200-

600 mq/sut-dır. Dozanı  hər gün 200 mq artırmaq olar, yaxud 

xəstənin vəziyyəti imkan verirsə, əlavə təsirlərdən qaçmaq üçün 3 

gündən bir artırmaq məsləhət görülür. Orta terapevtik doza 800-

1000 mq, minimal 200 mq, maksimal isə 1600 mq təşkil edir. 

 



Qanda terapevtik konsentrasiya 4-12 mkq/l-dir. Preparatın 

qəbuluna başladıqdan 5 gün sonra konsentrasiya səviyyəsi 

yoxlanıla bilər, lakin bu məcburi xarakter daşımır. 

 



Karbomazepinlə müalicəni başladıqdan sonrakı ilk 2 ay ərzində 

hər 2 həftədən bir qara ciyər funksiyası müayinə olunmalıdır. 

Daha sonra bunu üç ayda 1 dəfədən az olmayaraq yerinə 

yetirmək lazımdır. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

32

ANTİPSİXOTİK PREPARATLAR (NEYROLEPTİKLƏR) 



Olanzapin

Olanzapin atipik antipsixotik preparatdır, çünki terapevtik dozada 

neyrolepsiya törətmir. Olanzapinin əhvala sabitləşdirici təsiri ilk dəfə 

şizoaffektiv pozuntusu olan xəstələrdə müşahidə edilmişdir. 

Maniakal epizodların müalicəsində olanzapin plasebo ilə müqayisədə 

10-15 mq/sut dozada effektivlik nümayiş etdirir, bu effektivlik litium 

və valproatın təsiri ilə müqayisə edilə bilər. Olanzapin litium və 

valproatla birlikdə təyin edildikdə effektivdir (A) [3]. Hospitalizasiya 

olunmuş  xəstələrin olanzapinlə müalicəsini 15 mq/sut, ambulator 

xəstələrin müalicəsini isə 5-10 mq/sut dozadan başlamaq lazımdır. 

Maniakal epizodların müalicəsində olanzapinin daha yüksək 

dozalarının üstünlüyü aşkar edilməmişdir. 



Risperidon 

Risperidon da atipik antipsixotik preparatdır. Maniakal vəziyyətlərin 

müalicəsi zamanı risperidonun effektivliyi kifayət qədər yaxşı  tədqiq 

edilməmişdir. Risperidonun sübut edilmiş antidepressiv xüsusiyyətləri 

ilə  əlaqədar, onun kəskin maniakal epizodların müalicəsində  tətbiqi 

müəyyən  şübhələr oyadır. Risperidon maniya və hipomaniya 

törətmədən özünün əhval sabitləşdirici xüsusiyyətlərini də büruzə verir, 

bu isə bipolyar pozuntunun psixotik epizodlarının profilaktikasında 

ondan istifadə olunmasını  cəlbedici edir. Risperidonun standart dozası 

4-8 mq/sut-dır. Preparatın daha aşağı dozaları daha az terapevtik 

effektivlik nümayiş etdirir. 10 mq/sut-dan yuxarı dozalarda 

ekstrapiramid simptomların  əmələgəlmə tezliyi neyroleptiklərin tətbiqi 

zamanı olan rəqəmlərə yaxınlaşır. Effektivliyin əldə olunmasında 

yüksək dozaların heç bir üstünlüyü yoxdur. 



Digər atipik neyroleptiklər 

Bipolyar pozuntunun müalicəsi zamanı ziprazidon, kvitiapin, 

klozapin və amisulpirid kimi digər atipik neyroleptiklərin effektivliyi 

barədə məhdud məlumatlar mövcuddur. 



Ənənəvi neyroleptiklər 

Bipolyar pozuntuların müalicəsində  ənənəvi neyroleptiklərdən 

zuklopentiksol, qaloperidol, triflufenazin, levomepromazin istifadə 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

33

olunur.  Ənənəvi neyroleptiklərin  əlavə  təsirləri və depressiv epizodun 



inkişafına səbəb olmaq qabiliyyəti ilə əlaqədar olaraq, kəskin maniakal 

epizodun müalicəsi zamanı onların tətbiqi xüsusi ehtiyat tələb edir. 

Profilaktik müalicə üçün ənənəvi neyroleptiklərdən uzunmüddətli 

istifadə bipolyar pozuntusu olan xəstələrin həyat keyfiyyətinə  mənfi 

təsir edə bilər. 

 

ANTİDEPRESSANTLAR 

Bütün digər preparatlardan fərqli olaraq antidepressantlar yalnız 

depressiv epizodların müalicəsində  tətbiq edilir. Affektin inversiyası 

(maniakal və ya hipomaniakal epizodun inkişafı) ehtimalı ilə  əlaqədar 

bipolyar pozuntu zamanı antidepressantlardan profilaktik vasitə kimi 

istifadə olunmur. 

 

Serotoninin geriyə tutulmasının selektiv inhibitorları (SGTSİ) 

SGTSİ-lərə fluoksetin, paroksetin, fluvoksamin və sitolapram 

aiddir. Bütün qeyd edilən preparatlar oxşar terapevtik təsirə 

malikdirlər və bipolyar pozuntunun depressiv epizodlarının 

müalicəsində effekt verirlər. Bütün SGTSİ-lərdə klinik reaksiyanın 

dozadan asılılığını göstərən qrafikin əyrisi yayla formasındadır, bu 

onu göstərir ki, minimal effektiv dozaya çatdıqdan sonra dozanın 

artırılması klinik reaksiyanın keyfiyyətinə  təsir etmir. Terapevtik 

təsirin baş vermə sürətinə görə hər hansı bir SGTSİ-nin digərlərindən 

üstünlüyü yoxdur. Bütün preparatlar standart başlanğıc dozalarda 

sutkada 1 dəfə  təyin edilir. Trisiklik antidepressantlar və 

monoaminoksidazanın inhibitorları (MAOİ) ilə müqayisədə SGTSİ-

lər daha təhlükəsizdirlər. 

 

Serotonin və noradrenalinin geriyə tutulmasının selektiv 

inhibitorları (SNGTSİ) 

Bəzi depressiv təzahürlərin (diqqətin pozulması, psixomotor 

ləngimə, tez yorulma) formalaşmasında noradrenalin sisteminin 

iştirak etdiyi ehtimal olunduğundan, SNGTSİ-lər bipolyar 

depressiyanın müalicəsində böyük perspektivə malikdirlər. SGTSİ-

lərdən fərqli olaraq, bu preparatlar yalnız serotoninin deyil, həm də 

noradrenalinin geriyə tutulmasını gücləndirə bilirlər, bu isə bipolyar 

depressiyanın müalicəsində daha böyük effekt əldə edilməsinə gətirib 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

34

çıxarır. Hal-hazırda venlafaksin, milnasepraman və duloksetinin 



tətbiqinin müsbət nəticələri haqqında sübutlar mövcuddur. SGTSİ-

lərdə olduğu kimi bu preparatların da təhlükəsizlik səviyyəsi 

yüksəkdir. 

Əlavə təsirləri nadir hallarda qeyd edilir, əsasən müalicənin ilk 2 

həftəsi ərzində baş verir və SGTSİ-lərdə olduğundan fərqlənmir. 

MAO inhibitorları (təyinatlar arası minimal interval 2 həftədir), 

həmçinin adrenalin, noradrenalin, klomidin, diqoksinlə birlikdə təyin 

edilməsi  əks-göstərişdir. Litiumla birgə  tətbiq olunması ehtiyatlılıq 

tələb edir. 

 

Reseptor tipli antidepressantlar 

Reseptor tipli antidepressantlara (neyrotransmissiya 

modulyatorları) bupropion, mitrazapin, nefazadon və trazadon aiddir. 

Göstərilən preparatlar dofamin, noradrenalin və serotonin 

reseptorlarının postsinaptik tənzimlənməsini yaxşılaşdırmaq 

qabiliyyətinə malikdirlər. Bu preparatların bipolyar pozuntunun 

depressiv epizodlarının müalicəsində effektivliyi barədə kifayət 

qədər məlumatlar yoxdur. 

 

Tri- və heterosiklik antidepressantlar (TSA) 

İmipromin, amitriptilin, klomipromin və maproptilin bipolyar 

pozuntusu olan xəstələrin depressiv epizodlarının müalicəsi üçün 

effektiv vasitələrdir. 

Yuxarıda göstərilən antidepressant qruplarına nisbətən onların xeyli 

artıq  əlavə  təsirləri vardır, bu isə TSA-ların bipolyar pozuntu zamanı 

geniş tətbiq edilməsi üçün müəyyən məhdudiyyətlər yaradır. Dozanın 

həddən artıq yüksəldilməsi zamanı letal nəticə qeyd oluna bilər. 

 

MAO inhibitorları (MAOİ) 

Çoxsaylı toksik təsirləri və  dərmanlarla arzuedilməz qarşılıqlı 

təsiri psixi pozuntuların müalicəsində MAOİ-lərdən istifadə edilmə-

sinə mane olur. Buna görə  də bipolyar depressiyası olan xəstələrdə 

MAOİ-lərin effektivliyi barədə kifayət qədər məlumat yoxdur. 

 

Bipolyar pozuntusu olan xəstələrə MAOİ-lər təyin 

edilməməlidir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

35

DİGƏR PREPARATLAR 

Benzadiazepin sırasından olan trankvilizatorlar, o cümlədən 

diazepam, klonozepam və lorazepam sedativ təsirə malikdirlər. Bu 

preparatlardan həyəcan, təşviş və ya ajitasiyanın aradan qaldırılması 

üçün yardımçı vasitə kimi istifadə oluna bilər. Dərman asılılığının 

yarana bilməsi səbəbilə onların tətbiq edilmə müddəti 2 həftədən 

artıq olmamalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

36

Ədəbiyyat: 

 

1.

 



Bipolar Disorder: The management of bipolar disorder in 

adults, children and adolescents, in primary and secondary care. 

National Institute for Health and Clinical Excellence (NICE), 

July 2006 

www.nice.org.uk

  

2.



 

Bipolar Affective Disorder. A national clinical guideline. 

Scottish Intercollegiate Guidelines Network (SIGN), 2005 

www.sign.ac.uk

 

3.

 



American Psychiatric Association Practice Guideline for the 

treatment of patients with bipolar disorder (revision) 2002 

www.guideline.gov

 

4.



 

Goodwin G.M. Evidence-based guidelines for treating bipolar 

disorder: recommendations from the British Association for 

Psychopharmacology,  Journal of Psychopharmacology 17(2) 

(2003) 149-173 

5.

 

Griswold K.S., Pessar L.F., Management of Bipolar Disorder, 



Am Fam Physician 2000;62:1343-53, 1357-8. 

6.

 



Janicak P.G., Davis J.M., Prekskorn Sh.H., Ayd F.J. 

Psychopharmacotherapy 2nd edition, Williams&Wilkins1997  

7.

 

Royal Australian and New Zealand College of Psychiatrists. 



Clinical Practice Guidelines Team for Bipolar Disorder – 

Australian and New Zealand clinical practice guidelines for the 

treatment of bipolar disorder, Australian and New Zealand 

Journal of Psychiatry 2004; 38:280-305 

8.

 



Sachs GS, Printz DJ, Kahn DA, Carpenter D, Docherty JP. The 

Expert Consensus Guideline Series: Medication Treatment of 

Bipolar Disorder 2000. Postgrad Med. 2000 Apr; Spec No:1-

104. 


9.

 

World Health Organization. Research Diagnostic Criteria of the 



International Classification of Mental and Behavioral 

Disorders, 10th revision, Geneva 1994  

10.

 

Yatham, L.N., Kennedy, S.H., O'Donovan, C., Parikh, S., 



MacQueen, G., McIntyre, R. et al. (2005). Canadian Network 

for Mood and Anxiety Treatments (CANMAT) guidelines for 

the management of patients with bipolar disorder: Consensus 

and controversies. Bipolar Disorders, 7 (Suppl 3) 5-69.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

37

11.



 

Александров  А.  А.  Диагностика  и  лечение  пациентов  с 

биполярным 

аффективным 

расстройством. 

Учебно-

методическое пособие, Минск, 2007 



12.

 

Мосолов  С.Н.    Биполярное  аффективное  расстройство: 

диагностика и терапия, МЕДпресс, 2008  

13.


 

Клинические  рекомендации  по  терапии  депрессии  при 

биполярном 

расстройстве, 



Современная 

терапия 

психических расстройств №3, 2007 

14.


 

Клинические  рекомендации  по  терапии  маниакальных  и 

смешанных  состояний  при  биполярном  расстройстве, 

Современная терапия психических расстройств № 4, 2007 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

38

ƏLAVƏ №1 



Psixi pozuntular zamanı yardım göstərilməsinin əsas 

prinsipləri: 

I prinsip – Razılıq. Yardım göstərilməsinə başlamazdan əvvəl zəruri 

göstərişlərə əməl edilməsi haqqında məlumatlandırılmış razılıq əldə 

olunmalıdır. Belə ki, bu zaman həkim tibbi tövsiyələrin keyfiyyəti, 

pasiyent isə onların keyfiyyətlə yerinə yetirilməsi üçün cavabdehlik 

daşıyır. 

II prinsip – Seçmə.  Müalicə  tədbirlərinin seçilməsi klinik 

göstərişlərə  və pasiyentin ehtiyaclarına  əsaslanmalı, ailədəki 

vəziyyətə, sosial, iqtisadi şərtlərə  və ümumilikdə  həyat keyfiyyətinə 

ünvanlanmalıdır. 

III prinsip – Adekvatlıq. Müalicə tədbirlərinin xarakteri və onların 

yerinə yetirilməsi ardıcıllığı psixi pozuntunun ağırlıq dərəcəsi və 

gedişi xüsusiyyətlərinə uyğun gəlməlidir.  

IV prinsip – Effektivlik. Sosial adaptasiyanın bərpa edilməsi və 

mümkün olan maksimal həyat keyfiyyətinin  əldə olunması üçün 

kifayət edəcək həcmdə yardım göstərilməsinə çalışmaq lazımdır.   

V prinsip – Təhlükəsizlik.  Müalicə  tədbirinin seçilməsində  ən 

təhlükəsiz, pasiyentin fiziki və psixi sağlamlığına  ən az əlavə  təsir 

göstərən üsula üstünlük verilməlidir, bu zaman pasiyentin özünə  və 

ya ətrafdakılara zərər verə bilməsi ehtimalı nəzərə alınmalıdır. 

VI prinsip – Monitorinq. Yardım göstərilməsinin bütün dövrü 

ərzində xəstənin vəziyyətinin dinamikasını müşahidə etmək, xəstəliyin 

şəklində və ya xəstənin həyatında baş vermiş dəyişikliklərə vaxtında 

reaksiya vermək lazımdır. 

VII prinsip – Ardıcıllıq. Müalicə tədbirləri daha öncəki təcrübəni 

(o cümlədən ailə anamnezi) nəzərə almalı və uzunmüddətli 

perspektivə istiqamətlənməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №2 

Bipolyar pozuntunun maniakal epizodunun müalicəsi 

 

 

39



Əhvalı sabitləşdirici 

preparat


Əlavə / simptomatik 

müalicə 


 

 

 

 

Litium və ya Valproat / 

Depakin-Xrono 

 

Başlanğıc 



750-1000 mq/sut 

400-800 mq/sut 

 

Başlanğıcdan 5-7 gün sonra 



qanda səviyyəni müəyyən etmək  

və ya 


Valproatın zərbə dozasını  

20 mq/kq (konsentrasiya 300-

800 μг/l) tətbiq etmək 

və ya 


Karbomazepin  

Başlanğıc 200-400 mq/sut 

 

Rezistentlik zamanı 



 

- əhvalı sabitləşdirici preparatın 

dozasını optimallaşdırmaq 

- digər əhvalı sabitləşdirici 

preparatla əvəz etmək 

- sabitləşdirici preparatların 

kombinasiyası 

- olanzepin və ya risperidon 

əlavə etmək 

Rezistentliyin davamı zamanı 

- diaqnoza yenidən baxmaq 

- EQT-yə başlamaq 

Məqsədlər: 

- aqressivlik / davranış 

pozulmaları 

- psixozun müalicəsi 

- yuxu pozğunluğunun 

aradan qaldırılması 

 

Seçim: 


 

Peroral 


 

- Benzodiazepinlər 

(diazepam, klonozepam, 

lorazepam) 

 

- Antipsixotik preparatlar 



(risperidon, olanzapin) 

 

İnyeksiyalar 



 

- Diazepam 

- Zuklopentiksol 

- Qaloperidol 



 

 

 

 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


ƏLAVƏ №3 

Bipolyar pozuntunun depressiv epizodunun müalicəsi 

Əhvalı sabitləşdirici 

preparat + 

antide


Əlavə / simptomatik 

müalicə 


pressant

Yüngül depressiv epizod 

- 2 həftə gözləmək, pasiyenti 

xəstəlik haqqında 

məlumatlandırmaq 

Orta və ya ağır depressiv epizod 

- SGTSİ və əhvalı sabitləşdirici 

preparat təyin etmək 

- effekt olmadıqda 3 həftə sonra 

SGTSİ-ni reseptorlara selektiv 

təsir edən digər preparatla əvəz 

etmək 


- effekt olmadıqda 3 həftə sonra 

TSA təyin etmək 

Rezistentlik zamanı 

- əhvalı sabitləşdirici preparatın 

dozasını optimallaşdırmaq 

- əhvalı sabitləşdirici preparatı 

əvəz etmək 

- sabitləşdirici preparatların 

kombinasiyası  

- psixoterapiya əlavə etmək  

Rezistentliyin davamı zamanı 

- diaqnoza yenidən baxmaq 

- xarici amillərin təsirini 

yenidən qiymətləndirmək 

Məqsədlər: 

 

- intihar təzahürləri 



- psixozun müalicəsi 

- yuxu pozğunluğunun  

  aradan qaldırılması 

 

Seçim: 



 

Peroral 


 

- Benzodiazepinlər 

(diazepam, klonozepam, 

lorazepam) 

 

- Antipsixotik preparatlar 



(risperidon, olanzapin, 

sulpirid) 

 

İnyeksiyalar 



 

- Diazepam 

- Sulpirid 

- Qaloperidol 

 

40

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

41

 



 

Hamiləlik zamanı bipolyar pozuntunun müalicə alqoritmi 

ƏLAVƏ №4 

Hamiləliyə qədər 

1.

 



kontrasepsiya məsələlərinin müzakirəsi 

2.

 



planlaşdırılan hamiləliklə bağlı vəziyyətin 

pisləşməsi riskinin müzakirəsi 

3.

 

müalicənin dayandırılması imkanının nəzərdən 



keçirilməsi 

4.

 



müalicənin perspektivlərinin müzakirəsi 

Hamiləlik planlaşdırılır 

Yox



Hamiləlik haqqında 

qərar qəbuluna qədər 

müalicənin davam 

etdirilməsi 

xəstəliyin gedişi yüngül 



və ya orta dərəcədədirsə 

və hospitalizasiya tələb 

etmirsə, müalicənin 

müvəqqəti dayandırılması 

imkanının nəzərdən 

keçirilməsi 

dərman qəbulundan 



imtina edilməsi, heç 

olmazsa hamiləliyin 1-ci 

trimestrində, daha üstün 

tutulur  

əgər xəstəlik kəskin ifadə 



olunmuş dərəcədə gedirsə, 

müalicəni davam etdirmək 

və planlaşdırılan hamiləlik 

üçün olan riski nəzərə 

almaq 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 42

ƏLAVƏ №5 

 Fiziki monitorinqin sxemi 

Test və ya 

müayinə 

Bütün xəstələr üçün 

monitorinq 

Spesifik dərmanların monitorinqi 

Funksiya 

Başlanğıc 

müayinə 

İllik 

müayinə

Antipsixotik 

preparatlar 

Litium Valproat 

Karbomazepin

Qalxanabənzər 

vəzi 

Hə 


 

İldə 2 


dəfə 

 



Başlanğıcda 

və hər 6 

aydan bir 

–  


Qara ciyər 

Hə 


 

 



 

– 

Başlanğıcda 



və hər 6 

aydan bir 

 

 

Böyrəklər 



Hə 

 

 



 

 



 

– 

 



 

Qanın ümumi 

analizi 

Hə 


H

ə 



 

Başlanğıcda 

və hər 6 

aydan bir 

Başlanğıcda 

və hər 6 

aydan bir 

Başlanğıcda və 

hər 6 aydan bir 

Qanda qlükoza 

Hə 


Hə 

Başlanğıcda 

və 3 ay sonra 

Klinik 


göstərişlər 

olduqda 


 



 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 43

Lipidlər 

Hə 


40 

yaşdan 


sonra 

 



 



 

 



Arterial təzyiq 

Hə 


H

ə 



 

 



 



 

Prolaktin 

Yalnız uşaq 

və 

yeniyetmələr 



– 

Risperidonla 

müalicə 

zamanı 


 



 

 



EKQ 

Klinik şəklə 

görə 

 

Müalicənin 



başlamasından 

sonra 


Müalicənin 

başlanğıcında

 



 

Çəki və boy 

Hə 


Hə, 

uşaqlar 


üçün 

Hər 3 aydan 

bir 

Ehtiyac 


olduqda 

Ehtiyac 


olduqda 

Ehtiyac olduqda 



Neyrovizualizasiya 

(EEQ, KT, NMR) 

Ehtiyac 


olduqda 

 



 

– –



 

 



Qanda preparatın 

səviyyəsi 

– –


 

 



Başlanğıcdan 

1 həftə 


keçmiş, sonra 

hər 6 aydan 

bir 

Müalicə 


qeyri-

effektiv 

olduqda 

Hər 6 aydan bir 



Narkotiklər / 

alkoqol 

Hə 


H

ə 



 

– –


 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • bipolar oblojka.png
  • Bipolar Affective Disorder.doc

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin