Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü0,99 Mb.
#4124

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

CƏRRAHİ ƏMƏLİYYATDAN SONRAKI 

DƏRİN VENALARIN TROMBOZU VƏ 

AĞ CİYƏR ARTERİYASI 

TROMBOEMBOLİYASININ 

PROFİLAKTİKASI ÜZRƏ 

KLİNİK PROTOKOL

 

 

 

 

 

 

1



Bakı - 2009

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

54.5 


C 60 

 

 



 

 

 



 

 

C 60    Cərrahi əməliyyatdan sonrakı dərin venaların trombozu 



və ağ ciyər arteriyası tromboemboliyasının profilaktikası 

üzrə klinik protokol – 22 səh.  

 

2

 



Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və       

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti

B.Ağayev – Elmi Cərrahiyyə Mərkəzinin direktoru,            

AR Milli EA-nın akademiki, t.e.d., professor (qrupun rəhbəri) 

M.Kərimov – Səhiyyə Nazirliyinin baş cərrahı, t.e.d. 

R.Quliyev – ARDNŞ Mərkəzi Xəstəxanasının cərrahiyyə 

şöbəsinin müdiri, t.e.d., professor 

N.Abışov – Elmi Cərrahiyyə Mərkəzinin damar 

cərrahiyyəsi şöbəsinin müdiri, t.e.d. 

S.Hadıyev – ATU-nun III Cərrahiyyə kafedrasının 

professoru, t.e.d. 

C.Hacıyev – ATU-nun Ümumi Cərrahiyyə kafedrasının 

professoru, t.e.d. 

A.Əhmədov – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin müdiri 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

4

İxtisarların siyahısı: 



ACAT  

– ağ ciyər arteriyasının tromboemboliyası 



DVT  

– dərin venaların trombozu   



DDL-sindrom   – disseminasiya olunmuş damardaxili 

 

   laxtalanma 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu 

 

   baxış 



QİÇS  

– qazanılmış immun çatışmazlığı sindromu

 

RKT  

– randomizasiya olunmuş klinik tədqiqatlar 



VT  

– venoz tromboemboliya 

 

 

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

6

Protokol xəstəxanaların cərrahiyyə şöbələrində çalışan həkimlər 



üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: müxtəlif cərrahi müdaxilələrə  məruz qalmış 

böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Cərrahi əməliyyatlardan sonrakı dərin venaların trombozu (DVT) 

və  ağ ciyər arteriyası tromboemboliyasının (ACAT) qarşısının 

alınması üçün tətbiq edilən profilaktik vasitələrin 

təkmilləşdirilməsi  

 

Cərrahi  əməliyyatlardan sonrakı DVT və ACAT ilə bağlı ölüm 



hallarının sayının azaldılması 

ÜMUMİ MÜDDƏALAR 

Dərin venaların trombozu  aşağı  ətrafların dərin venaları  və 

çanaq venalarında spontan şəkildə trombların  əmələ  gəlməsi 

prosesidir. Aşağı  ətrafların dərin venalarının və çanaq venalarının 

yayılmış trombozu gələcəkdə xronik venoz çatışmazlıq, trofik 

xoraların  əmələ  gəlməsi ilə  nəticələnən posttrombotik sindromun 

inkişafına gətirib çıxarır. Bu ağırlaşma xəstələrin əmək qabiliyyətini 

və  həyat keyfiyyətini  əhəmiyyətli dərəcədə  aşağı salmaqla yanaşı, 

trombəmələgəlmənin və tromboemboliyanın  əsas mənbəyi olmaqla 

yüksək trombogen təhlükə törədir. 

DVT-nin  ən təhlükəli ağırlaşması  ağ ciyər arteriyasının 

tromboemboliyasıdır və massiv tromboemboliyanın mənbəyi başlıca 

olaraq aşağı boş vena sistemində – o cümlədən iliokaval venalarda 

(60%), dizaltı-bud venoz seqmentdə (33%) yerləşir. 

Ağ ciyər arteriyasının tromboemboliyası – ağ ciyər 

arteriyasının və onun şaxələrinin ilkin olaraq böyük qan dövranı 

venalarında və ya ürəyin sağ qulaqcığında və  mədəciyində  əmələ 

gəlmiş trombla okklüziyasıdır. Ağ ciyər arteriyasının 

tromboemboliyasının kəskin mərhələsində kiçik qan dövranında ağır 

dərəcəli hipertenziya və proqressivləşən ağ ciyər-ürək çatışmazlığı 

təhlükəsi vardır.  

Aşağı  ətrafların dərin venalarının trombozu və onunla əlaqədar 

bas verən ağ ciyər arteriyasının tromboemboliyası müxtəlif profilli 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

7

stasionarlarda ölümün ən çox rast gəlinən səbəblərindəndir. Patoloji 



anatomik təşrihlər zamanı ölüm səbəbləri arasında ağ ciyər 

arteriyasının tromboemboliyası 2-15% hallarda qeydə alınır. 

Xəstələrin 70%-dən çoxunda ağ ciyər arteriyasının tromboemboliyası 

diaqnozu ölümdən sonra qoyulur. 



Epidemiologiya 

Epidemioloji göstəricilərə görə  Şimalı Amerika və Avropa 

ölkələrində ümumi populyasiyada dərin venaların trombozunun 

tezliyi ildə  hər 100.000 nəfər  əhaliyə 160 hadisə, fatal ağ ciyər 

arteriyası tromboemboliyası isə hər 100.000 nəfər əhaliyə 60 hadisə 

təşkil edir. 

 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

I 74   

Arteriyaların emboliyası və trombozu  



I 82  Digər venaların emboliya və trombozu 

I 82.2 

Boş venanın emboliya və trombozu 



I 82.8 

Digər dəqiqləşdirilmiş venaların emboliya və trombozu  



Risk amilləri: 

Müxtəlif cərrahi müdaxilələr bu və ya digər dərəcədə venoz 

tromboembolik ağırlaşmaların inkişaf riski ilə  şərtlənir. Dərin 

venaların trombozu və  ağ ciyər arteriyasının tromboemboliyası 

hallarının 25%-dən çoxu bilavasitə müxtəlif cərrahi müdaxilələrlə 

əlaqədardır.  

Müalicə tədbirlərinin xarakteri (əməliyyatın davametmə müddəti, 

travmatik olması, anesteziya növü), təkrar cərrahi müdaxilələr, 

əməliyyata qədər və  əməliyyatdan sonra yataq rejiminin müddəti, 

hidratasiya səviyyəsi, irinli-septik ağırlaşmaların olması risk 

səviyyəsinə  təsir edir. Həmçinin cərrahi müdaxiləyə  məruz qalan 

xəstənin vəziyyəti ilə bağlı risk amilləri də mühüm əhəmiyyət kəsb 

edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

8

Dərin venaların trombozu və  ağ ciyər arteriyasının 



tromboemboliyasının risk amilləri: 

 



Anamnezdə  dərin venaların trombozu və  ağ ciyər arteriyasının 

tromboemboliyasının olması 

 

Varikoz genişlənmiş venalar 



 

Bədxassəli şişlər 



 

Əməliyyatın xarakteri və davametmə müddəti 



 

Əməliyyatdan sonrakı ağırlaşmalar 



 

Ümumi anesteziya 



 

40 yaşdan yuxarı yaş dövrü 



 

Piylənmə 



 

Dehidratasiya / polisitemiya 



 

İnfeksiya /sepsis 



 

Estrogenlərlə müalicə 



 

Qan dövranı çatışmazlığı 



 

Tənəffüs çatışmazlığı 



 

Yataq rejimi, immobilizasiya, parez, iflic 



 

Travma 



 

Hamiləlik, doğuşdan sonrakı dövr 



 

Mərkəzi venanın kateterizasiyası 



 

Trombofiliyalar  



 

Xəstənin stasionardan evə yazılmasından sonra meyltörədici 

amillər aradan qaldırılmadıqda venoz tromboemboliya təhlükəsi 

saxlanıla bilər. 

Müxtəlif cərrahi əməliyyatlar zamani risk səviyyəsi

 

Onkoloji xəstəliklər zamanı əməliyyatdan sonra dərin venaların 

trombozu xəstələrin 66-67%-də qeyd edilir ki, bu da ümumi 

cərrahiyyədə qeydə alınan analoji göstəricilərdən (10-13%) 

yüksəkdir. 



Damar cərrahlığında potensial tromboembolik risk amilləri ahıl 

yaş,  ətrafın işemiyası,  əməliyyatın uzun vaxtı, intraoperativ yerli 

travma, aterosklerozun olması ilə  əlaqədardır. Aorta-qalça 

arteriyaların rekonstruksiyası zamanı  dərin venaların asimptomatik 

trombozuna 20-30% hallarda, bud-dizaltı  şuntlama zamanı 8-20% 

hallarda rast gəlinir. Yü

ksək təhlükə  aşağı  ətrafların amputasiyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

9

zamanı da qeyd edilir; bu zaman əməliyyatdan sonra trombozların 



inkişaf riski 11-14,3%-ə qədər yüksəlir. 

Dərin venaların trombozunun yüksək inkişaf riski uroloji profilli 



xəstələr üçün xarakterikdir. Prostat vəzin xoşxassəli hiperplaziyası 

və sidik cinsiyyət orqanlarının bədxassəli  şişi diaqnozu ilə 

əməliyyata məruz qalan xəstələrdə dərin venaların trombozu 40-45% 

hallarda rast gəlinir. Prostat vəzin xoşxassəli hiperplaziyası olan 

xəstələrin 20%-də əməliyyatdan sonrakı uzaq dövrdə dərin venaların 

keçirilmiş trombozu ilə  əlaqədar aşağı  ətrafların xronik venoz 

çatışmazlığı inkişaf edir. 

Ginekoloji  əməliyyatlar zamanı tromboembolik ağırlaşmaların 

ümumi tezliyi ümumi cərrahiyyədə olduğu kimidir. Xərçəngə görə 

icra edilmiş ginekoloji əməliyyatlar zamanı  ağ ciyər arteriyasının 

tromboemboliyası letallığın əsas səbəbidir.  



Hamiləlik və tərkibində estrogen olan 

preparatların qəbulu

 

Hamiləlik zamanı  dərin venaların trombozu analoji yaş 

qrupundan olan hamilə olmayan qadınlara nisbətən 5-6 dəfə çox rast 

gəlinir. Onun tezliyi doğuşa qədər hər 1000 hamilə qadında 0,13-0,5, 

doğuşdan sonra hər 1000 qadına 0,61-1,5 təşkil edir. Doğuşdan 

sonrakı dövrdə venoz tromboembolik ağırlaşmaların tezliyi artır, 

cərrahi doğuş zamanı isə 10-15 dəfə artır. Ağ ciyər arteriyasının 

tromboemboliyası ana ölümünün ən çox rast gəlinən səbəbidir.  

Tərkibində 50 mikroqram və daha artıq dozada estrogen olan 

preparatlar qəbul edən qadınlarda dərin venaların trombozu təhlükəsi 

yüksəkdir. Trombofilik vəziyyətlərin fonunda aşağı dozada estrogen 

tərkibli peroral 

kontraseptivlərin qəbulu dərin venaların trombozu 

riskini artırır.

 

Trombofiliya və digər patoloji vəziyyətlər 

Trombozlara anadangəlmə meylliliyin olması (trombofiliya) çox 

nadir rast gəlinən vəziyyətdir, lakin trombotik epizodları olan və 

provokasiya amilləri olmayan 40 yasa qədər xəstələrdə, təkrar dərin 

venaların trombozu və müvafiq anamnezi olan xəstələrdə diqqətdə 

saxlanılmalıdır. Dərin venaların trombozu olan xəstələrdə 

trombofiliyaların tezliyi təxminən 8% təşkil edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

10

Trombofiliyalı  xəstələrdə  dərin venaların trombozunun və  ağ 



ciyər arteriyasının tromboemboliyasının riski yüksəkdir. Bu 

xəstələrdə klinik vəziyyətdən asılı olaraq müvafiq profilaktika 

tədbirləri görülməlidir. 

Bir sıra hallarda əməliyyatdan sonrakı venoz tromboembolik 

ağırlaşmalar bilavasitə DDL-sindromun (disseminasiya olunmuş 

damardaxili laxtalanma) inkişafı ilə  əlaqədar olur. Onun 

profilaktikası üçün cərrahi müdaxilə  ərzində adekvat transfuzion 

terapiya, eləcə də erkən aşkarlanma və vaxtında effektiv müalicənin 

aparılması üçün laborator koaqulyasion testlərin aparılması  tələb 

olunur. 


RİSK DƏRƏCƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 

Dərin venaların trombozu və 

ağ ciyər arteriyası 

tromboemboliyasının inkişaf riskinin qiymətləndirilməsi düzgün 

profilaktika üsullarının seçilməsi üçün mühüm əhəmiyyət kəsb edir.  

Risk faktorlarının qiymətləndirilməsinə bunlar daxil edilməlidir: 



(D) [1] 

 

fərdi risk faktorları  



 

VT ilə bağlı anamnez  

 

cərrahi müdaxilənin (anesteziyanın) tipi 



Cərrahi müdaxilənin xarakteri və xəstənin vəziyyəti ilə bağlı risk 

amilləri nəzərə alınmaqla, venoz tromboembolik ağırlaşmaların 

inkişaf riskinə görə  xəstələri yüksək, orta və  aşağı risk qruplarına 

daxil edirlər (cədvəl 1). 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

Cədvəl 1. Əməliyyatdan sonrakı venoz tromboembolik 



ağırlaşmaların risk dərəcəsi 

(C. Samama və M. Samama-ya görə modifikasiyada) 

Risk 

dərəcəsi 

Risk amilləri 

 

Əməliyyatla əlaqədar amillər 



Xəstənin vəziyyəti 

ilə əlaqədar amillər 

Aşağı 

 

45 dəqiqəyə qədər davam edən 

ağırlaşmamış cərrahi müdaxilələr 

(appendektomiya, herniotomiya, 

doğuş, abort, transuretral 

adenomektomiya və b.) 

Yoxdur 

Orta

 

Böyük cərrahi müdaxilələr

 

(xolesistektomiya, mədə və ya 



bağırsağın rezeksiyası, mürəkkəb 

herniotomiya, ağırlaşmış 

appendektomiya, keysəriyyə 

əməliyyatı, uşaqlığın 

amputasiyası, arterial 

rekonstruksiya, transvezikal 

adenomektomiya, baldır 

sümüklərinin osteosintezi və b.)

 

40 yaşdan yuxarı yaş 



dövrü 

Varikoz venalar 

Estrogenlərin qəbulu 

Qan dövranı 

çatışmazlığı 

4 gündən çox davam 

edən yataq rejimi 

İnfeksiya 

Piylənmə 

Doğuşdan sonrakı 

dövr (6 həftə)

 

Yüksək 

Genişləndirilmiş cərrahi 

müdaxilələr (qastrektomiya, 

pankreatektomiya, kolektomiya, 

uşaqlığın ekstirpasiyasi, bud 

sümüyünün osteosintezi, budun 

amputasiyasi, oynaqların 

protezləşdirilməsi və b.)

 

Onkoloji xəstəliklər 



Anamnezdə DVT və 

ACAT 


Aşağı ətrafların iflici 

Trombofiliyalar 

Risk dərəcəsi dərin venaların trombozu və ağ ciyər arteriyasının 

tromboemboliyasının inkişaf tezliyi ilə sıx korrelyasiya edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

12

PROFİLAKTİKA 

Dərin venaların trombozu üçün gizli (simptomsuz) gediş xarakter 

olduğundan bir çox klinisistlər bu təhlükəni qiymətləndirə bilmir. Bir 

sıra hallarda ağ ciyər arteriyasının tromboemboliyası  xəstənin 

stasionardan çıxmasından sonra inkişaf edir. Bu cəhətlər 

tromboembolik ağırlaşmaların profilaktikası üzrə  tədbirlərin 

əhəmiyyətini bir daha göstərir. 

Tromboembolik ağırlaşmaların müasir profilaktika üsullarını 

spesifik və qeyri-spesifik üsullara ayırmaq olar. Həmin üsulların 

effektivliyi müxtəlifdir, ona görə də profilaktika üsulu əməliyyatdan 

sonrakı venoz tromboembolik ağırlaşmaların inkişaf riski nəzərə 

alınmaqla seçilməlidir. 

PROFİLAKTİKANIN PRİNSİPLƏRİ 

 



Hər bir xəstə tromboemboliyanın inkişaf riskinin dərəcəsinə görə 

qiymətləndirilməlidir 

 

Tromboemboliya riski olan bütün xəstələrdə risk dərəcəsindən 



asılı olaraq profilaktika aparılmalıdır 

 



Ağ ciyər arteriyasının tromboemboliyasının profilaktik müalicəsi 

tromboembolik ağırlaşmaların inkişaf riski mövcud olduğu 

müddətdə davam etdirilməlidir 

 



Aşağı risk dərəcəsində profilaktika tədbirləri aparılmaya bilər və 

ya bu zaman minimal qeyri-spesifik tədbirlərlə kifayətlənmək 

mümkündür 

 



Orta risk dərəcəsində mütləq qaydada qeyri-medikamentoz 

profilaktika tədbirləri və antikoaqulyantlarla müalicə 

aparılmalıdır. Riskin artması zamanı medikamentoz müalicə 

gücləndirilməlidir. 



PROFİLAKTİKA ÜSULLARI 

Qeyri-spesifik profilaktika tədbirlərinə qan dövranının 

normallaşdırılması  və qan durğunluğunun aradan qaldırılmasına 

yönəldilmiş kompleks tədbirlər aiddir



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

13

Erkən aktivləşdirmə 

Müxtəlif cərrahi müdaxilələrdən sonra yataq rejiminin 

davametmə müddətinin qısaldılması venoz durğunluğun aradan 

qaldırılmasının effektiv üsullarındandır. Bu baxımdan  əməliyyatın 

xarakteri və anesteziya üsulunun seçilməsində  əməliyyatın başa 

çatdırılmasından bir neçə saat sonra xəstənin aktivləşdirilməsi 

imkanları nəzərdə saxlanılmalıdır. 

Bir çox əməliyyatlarının "bir günlük" cərrahi stasionar şəraitində 

ambulator icra edilməsi imkanlarından geniş istifadə etmək lazımdır.  

Planlı əməliyyatdan əvvəl effektiv və asan yerinə yetirilən tədbir 

xəstənin aktiv olmasıdır. Buna xüsusi diqqət yetirmək lazımdır; belə 

ki, xəstəxana şöbəsinin sahəsinin kiçik olması xəstənin hərəkətliliyini 

kəskin məhdudlaşdırır. Xəstəni  əməliyyatdan sonrakı yaxın dövrdə 

ilk növbədə baldır  əzələlərinin ritmik yığılmasını  təmin edən erkən 

aktivləşmənin vacibliyi barədə əvvəlcədən xəbərdar etmək lazımdır. 

Xəstənin aktiv hərəkətləri qan axınının sürətləndirir və venoz 

durğunluğun qarşısını alır. 



Mexaniki üsullar 

 



Aşağı  ətrafların elastik kompressiyası – profilaktika məqsədilə 

effektiv vasitə kimi topuq nahiyəsində maksimal təzyiq yaradan 

və proksimal istiqamətdə toxumalara təzyiqi tədricən zəifləyən 

xüsusi elastik corablardan, elastik bintlərdən istifadə olunur (A) 

[1]. 



 



Aşağı  ətrafların xüsusi kompressor və bir neçə kameraya 

bölünmüş manjet vasitəsilə fasiləli pnevmokompressiyası  təsirli 

profilaktika üsuludur (A) [1]. 

 



Baldır  əzələlərinin passiv yığılmasını  təmin edən "ayaq 

pedalı"ndan istifadə (C) [1].  



Digər tədbirlər 

 



Adekvat hidratasiyanın təmin edilməsi (D) [1]. 

 



Normovolemik hemodilyusiyanın istifadəsi (müdaxiləyə  qədər 

Ht-nin optimal səviyyəsi – 27-29%)  

 

Cərrahi əməliyyatın maksimal yüngül texnikasının icrası 



 

Tənəffüs və qan dövranı çatışmazlığının müalicəsi  



 

Turşu-qələvi, elektrolit, zülal balansının korreksiyası. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

14

FARMAKOLOJİ PROFİLAKTİKA VASİTƏLƏRİ 

Ağ ciyər arteriyasının tromboemboliyasının profilaktikası 

məqsədilə istifadə edilən farmakoloji vasitələr: 

 

Aşağı molekullu dekstranlar (reopoliqlukin)  



 

Dezaqreqantlar (asetilsalisil tursusu, dipiridamol, klopidoqrel)  



 

Adi fraksiyalaşdırılmamış heparin  



 

Aşağı molekullu heparin növləri (enoksaparin -kleksan, 



nadroparin, dalteparin və b.)  

 



Qeyri-düz antikoaqulyantlar (varfarin, fenilin) 

Spesifik profilaktika hemostaza təsir göstərən dərman 

preparatlarının istifadəsindən ibarətdir; onlardan ən geniş istifadə 

ediləni antikoaqulyantlardır. 



Düz təsirli antikoaqulyantlar 

Hazırda 


ən effektiv profilaktika üsulu düz təsirli 

antikoaqulyantların – heparinin, xüsusilə  də  aşağı molekullu 

heparinlərin tətbiqi hesab edilir (A) [1]; bu zaman profilaktikanın 

effektivliyi 35-50% artır. 



Fraksiyalaşdırılmamış heparin 

Ənənəvi olaraq spesifik profilaktika vasitəsi kimi 

fraksiyalaşdirılmamış heparindən istifadə edilir ki, bu da əsəsən onun 

qiymətinin aşağı olması  və beləliklə, geniş qrup xəstələrdə 

istifadəsinin asan başa gəlməsi ilə əlaqədardır. 

Heparin tromboembolik ağırlaşmaların profilaktika və 

müalicəsini təmin edən bir sıra müsbət bioloji effektlərə malikdir.  

Lakin bu preparatın istifadəsini məhdudlaşdıran çatışmayan 

cəhətləri də az əhəmiyyətli deyil: 

 



Əsas səbəbi trombinin inhibə edilməsi və immun sistemlə əlaqəli 

trombositopeniya olan hemorragik ağırlaşmaların inkişaf riski 

 

Adekvat dozanın seçilməsinin çətinliyi 



 

Qanın laxtalanma sisteminin göstəricilərinə daimi dinamik 



nəzarətin tələb olunması 

 



Dərialtı yeridilmə zamanı biomənimsənilməsinin aşağı olması 

(29%-ə qədər) 

 

Rikoşet fenomeninin olması  



 

Preparata qarşı tolerantlığın inkişaf etməsi 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

15

Ənənəvi olaraq adi fraksiyalaşdırılmamış heparin kiçik dozada 



(5000 TV, gündə 2-3 dəfə) dərialtına yeridilir.  

Müxtəlif zavodlarda istehsal olunmuş heparinlər öz 

farmakokinetik parametrlərinə görə xeyli fərqləndiyindən, bu və ya 

digər heparinin istifadəsindən asılı olaraq çox vaxt effekt 

gözlənilməz olur. Bundan başqa, fraksiyalaşdırılmamış heparinin 

istifadəsi zamanı optimal effektə nail olmaq üçün preparatın 

venadaxili infuziyası laborator nəzarət altında aparılmalıdır. Bu isə 

müalicəni mürəkkəbləşdirir və xərcləri artırır (cədvəl 2). 



Aşağı molekullu heparinlər 

Heparinin gözlənilməz antikoaqulyant effekt verməsi problemi 

aşağı molekullu heparinlərin sintez edilməsi ilə  həll edilmişdir: 

heparin molekulu zəncirlərinin uzunluğunun qısaldılması zamanı 

(molekul çəkisinin azaldılması) laxtalanma amilinin inhibə olunması 

xüsusiyyəti saxlanılır, lakin trombinin inhibə edilməsi qabiliyyəti itir.  

Hazırda bu sinifdən olan bir neçə preparat mövcuddur. Bu 

preparatların hər birinin molekul çəkisinin, Xa amilinə qarşı 

aktivliyinin müxtəlif olması onların farmakoloji xüsusiyyətlərini 

müəyyən edir. Qeyd etmək lazımdır ki, aşağı molekullu heparinlər 

bir-birini əvəz etmir. 

Çoxsaylı klinik tədqiqatlar göstərmişdir ki, aşağı molekullu 

heparinlərin tətbiqi yaxşı profilaktik effekt verir, onların istifadəsi 

asandır, hemorragik ağırlaşmaların tezliyi aşağıdır. 



Aşağı molekullu heparinlərin üstünlükləri: 

 

Birdəfəlik inyeksiya 



 

Dozanın asanlıqla seçilməsi  

 

Laborator nəzarətə ehtiyacın olmaması 



 

İnduksiya olunmuş trombositopeniyanın olmaması 

 

Qanaxmanın inkişaf riski aşağıdır 



 

Yüksək effektivliyə və

 

təhlükəsizliyə malikdir 



 

Orqanizm tərəfindən yaxşı qəbul edilir 



Aşağı molekullu heparinlərin istifadəsinə əks-göstərişlər 

 

Yüksək həssaslıq 



 

Anamnezdə trombositopeniyanin olması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

16

 



DDL-sindrom istisna olmaqla, qanaxma əlamətlərinin və ya 

qanaxma riskinin yüksək olması 

 

Orqanlarda üzvi dəyişikliklərlə qanaxmaya meylliliyin olması 



(məsələn, aktiv peptik xora) 

 

Hemorragik serebrovaskulyar travma 



 

Kəskin infeksion endokardit 

Medikamentoz profilaktika məqsədilə 

aşağı molekullu 

heparinlərin tətbiq qaydası: 

20-40 mq enoksaparin natrium (kleksan) gündə 1 dəfə qarın 

nahiyəsinə dərialtına və ya 2500 BV dalteparin natrium gündə 1 dəfə, 

yaxud 0,3 ml nadroparin kalsium 1 dəfə təyin edilir.  



Aşağı molekullu heparin əməliyyatdan qabaq yeridilir və 

onun təyini 3-10 gün müddətində  xəstənin tam aktivləşməsinə 

qədər davam etdirilir. 

Enoksaparinin Xa amilinə qarşı inhibə edici aktivliyi birdəfəlik 

inyeksiyadan sonra 24 saat müddətində davam edir. 

SPİNAL VƏ EPİDURAL ANESTEZİYA 

Yerinə yetirilməsi uyğun olduqda ümumi anesteziyaya nisbətən 

spinal və epidural anesteziyaya üstünlük verilməlidir (A) [1]. Spinal 

və epidural anesteziyanın aşağı molekullu heparinlərlə müştərək 

tətbiqi  əməliyyatdan sonrakı tromboembolik ağırlaşmaların 

profilaktikasının effektiv üsuludur. 

Lakin bu zaman spinal hematomanın inkişaf riski mövcuddur və 

ona görə də müəyyən qaydalara əməl olunmalıdır:  

1)

 

spinal punksiya aşağı molekullu heparinin ilkin profilaktik 



dozasından yalnız 10-12 saat sonra aparıla bilər;  

2)

 



mümkündürsə, antikoaqulyantların yeridilməsindən  əvvəl 

spinal kateter çıxarılmalıdır;  

3)

 

kateter saxlanılırsa, aşağı molekullu heparinin 



yeridilməsindən 10-12 saat sonra və ya növbəti dozanın 

yeridilməsindən 2 saat əvvəl çıxarılmalıdır;  

4)

 

travmatik epidural / spinal anesteziya zamanı 



antikoaqulyantların istifadəsi təxirə salınmalıdır;  

5)

 



aşağı molekullu heparinlərin tətbiqinin və regionar 

anesteziyanın fonunda qeyri-steroid iltihab əleyhinə 

preparatların istifadəsinə ehtiyatla yanaşmaq lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

17

RİSK DƏRƏCƏSİNDƏN ASILI OLARAQ 



PROFİLAKTİKA ÜSULLARININ SEÇİLMƏSİ 

Tromboembolik ağırlaşma  riski aşağı  olduqda profilaktik 

tədbirlərdən xəstənin erkən aktivləşdirilməsi tətbiq edilir (A) [2]. 

Orta dərəcəli risk zamanı mütləq aşağı  ətrafların elastik 

kompressiyası istifadə edilir. Elastik bintin sarınması  və ya elastik 

corabların geyinilməsi bilavasitə əməliyyatdan əvvəl icra edilir. Orta 

dərəcəli risk qrupundan olan bütün xəstələrdə düz 

antikoaqulyantlardan istifadə edilməlidir (A) [2]. 

Hazırda farmakoloji profilaktika ilə elastik kompressiyanın 

müştərək istifadəsinin venoz tromboz riskini daha çox azaltması 

sübut olunmuşdur (A) [1, 2]. Xüsusilə  də bu kombinasiya aşağı 

ətraf venalarının varikoz genişlənməsi olan xəstələr üçün 

məqsədəuyğundur. 

Yüksək risk dərəcəsi olan bütün xəstələrdə mütləq qaydada 

profilaktika aparılmalıdır. Bu zaman antikoaqulyantların dozasını 

artırmaq lazımdır. Fraksiyalaşdırılmamış heparinin tövsiyə olunan 

dozaları – 5000 vahiddən az olmayaraq gündə 3 dəfə  və ya qanın 

laxtalanma müddətinə  nəzarət etməklə seçilmiş doza (laxtalanma 

müddəti 1,5-2 dəfə artmalıdır). Fraksiyalaşdırılmamış heparinin 

dozasının nəzarətsiz artırılması hemorragik ağırlaşmaların tezliyini 

əhəmiyyətli dərəcədə artırır. Aşağı molekullu heparinlərin də 

dozasının artırılması  tələb olunur. Enoksaparin gündə 1 dəfə 40-60 

mq dozada qarın nahiyəsinə dərialtına təyin edilir. 

Bu kateqoriyadan olanss xəstələrdə antikoaqulyantlarla 

 

profilaktikanı  aşağı  ətraflarda venoz qan dövranının mexaniki 



sürətləndirilməsi tədbirləri (məsələn, fasiləli pnevmokompressiya) ilə 

müştərək tətbiq etmək lazımdır (A) [2]. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

18

Cədvəl 2Venoz tromboembolik ağırlaşmaların                    



profilaktika üsulları

 

Risk 

dərəcəsi 

Profilaktika üsulları 

Aşağı 

xəstələrin erkən aktivləşdirilməsi* 



Orta 

aşağı ətrafların müalicəvi trikotajla və ya elastik bintlə 



pəncədən qasıq büküşünə qədər elastik kompressiyası* 

aşağı molekullu heparin (kleksan 20-40 mq) planlı 



əməliyyatdan əvvəl axşam və ya təcili əməliyyatdan 1-3 

saat əvvəl yeridilir və yataq rejiminin sonuna qədər gündə 

1 dəfə dərialtına təyin edilir və ya 

fraksiyalaşdırılmamış heparin 5000 vahid dozada 



əməliyyatdan 1-2 saat əvvəl başlayaraq hər 12 saatdan bir 

dərialtına yeridilir, sonra isə inyeksiyalar arasında qanın 

laxtalanma müddətinin yuxarı həddə (konkret müalicə 

müəssisəsində müəyyən edilmiş normadan 1,5 dəfə çox) 

saxlanılması uçun gündə 2-3 dəfə 3500+2500 vahid 

dozada dərialtına təyin edilir. Profilaktika yataq rejiminin 

tam aradan qaldırılmasına qədər davam etdirilməlidir. 

Yüksək 

aşağı molekullu heparin (kleksan 40-60 mq) planlı 



əməliyyatdan əvvəl axşam və ya təcili əməliyyatdan 1-

3 saat əvvəl yeridilir. Profilaktika yataq rejiminin 

sonuna qədər gündə 1 dəfə 40 mq dozada dərialtına 

yeridilməklə davam etdirilir və ya 

fraksiyalaşdırılmamış heparin mütləq laborator nəzarət 



altında 5000-10000 vahid dozada gündə 3-4 dəfə 

dərialtına təyin edilir 

venoz qan dövranının sürətləndirilməsi üsulları, elastik 



kompressiya, fasiləli pnevmokompressiya 

Xüsusi 

vəziyyətlər 

aşağı molekullu və ya fraksiyalaşdırılmamış heparinin 



terapevtik dozaları 

aşağı boş venanın parsial okklüziyasi (filtrin 



implantasiyası, plikasiya). 

*Qeyd edilən tədbirlər bütün xəstələrdə aparılmalıdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19

PROFİLAKTİK TƏDBİRLƏRİN YERİNƏ 



YETİRİLMƏSİ MÜDDƏTİ 

 



Bütün risk qruplarında profilaktika əməliyyata qədər 

başlanmalıdır; belə ki, təxminən 50% hallarda dərin venaların 

trombozu əməliyyat masasında formalaşmağa başlayır.  

 



Fraksiyalaşdırılmamış heparinin ilkin dozası 

cərrahi 


əməliyyatdan 2-12 saat əvvəl yeridilməlidir. Həmçinin, orta risk 

qrupundan olan xəstələrə  də  aşağı molekullu heparin 

əməliyyatdan 2-12 saat əvvəl yeridilir. 

 



Profilaktik məqsədlə antikoaqulyantların təyini  əməliyyatdan 

sonra 3-10 gündən az olmayaraq, xəstənin tam mobilizasiyasına 

qədər davam etdirilməlidir. 

 



Fraksiyalaşdırılmamış 

və 


aşağı molekullu heparinlərin 

yeridilməsi qeyri-düz antikoaqulyantlar təyin edilmədən 

dayandırılır. 

UZUNMÜDDƏTLİ FARMAKOLOJİ PROFİLAKTİKA 

Xəstənin hospitalizasiya müddəti uzandıqda və ya xəstənin 

stasionardan evə yazılması zamanı tromboembolik ağırlaşma riski 

saxlanıldıqda, profilaktikanın davam etdirilməsi məsələsini müzakirə 

etmək lazımdır.  

Uzunmüddətli (bir neçə ay davam edən) farmakoloji 

profilaktikaya ehtiyac yarandıqda qeyri-düz antikoaqulyantların 

(varfarin, sinkumar və ya fenilin) istifadəsi tələb oluna bilər. Bu 

preparatların kiçik dozasının kifayət qədər 

effekt verməməsi və 

terapevtik dozada hemorragik ağırlaşmaların tezliyinin yüksək 

olması, onların erkən  əməliyyatdan sonrakı dövrdə  tətbiqinə imkan 

vermir. Lakin bu rejimdə aparılan antikoaqulyant profilaktika 

əməliyyatdan sonrakı uzaq dövrdə həyata keçirilə bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

20

YEKUN



 

Cərrahi  əməliyyatdan sonrakı tromboembolik ağırlaşmalar 

müasir klinik təbabətin onkoloji xəstəliklər, QİÇS və aterosklerozla 

bir sırada dayanan vacib 

problemlərindən biri hesab olunur. Bu 

ağırlaşmaların hazırkı protokolda şərh edilən effektiv profilaktika 

üsullarının klinik praktikaya geniş  tətbiqinə ehtiyac vardır. Bu, 

əməliyyatdan sonrakı letallığın azaldılmasına, xronik venoz 

çatışmazlığın ağır formalarının, əlilliyin əmələ gəlmə tezliyinin aşağı 

salınmasına və nəzərə çarpan iqtisadi effektin əldə edilməsinə imkan 

verəcəkdir. Venoz trombozun və tromboemboliyanın profilaktikası 

istisna hallar olmadan bütün cərrahi profilli xəstələrin müalicə 

standartına 

daxil 


edilməlidir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

21

Ədəbiyyat: 



 

1.

 



Prophylaxis of Venous Thromboembolism. A national clinical 

guideline. Scottish Intercollegiate Guidelines Network (SIGN), 

2002 

www.sign.ac.uk



  

2.

 



Geerts et al. Prevention of Venous Thromboembolism. The 

Seventh ACCP Conference on Antithrombotic and 

Thrombolytic Therapy. Chest 2004 Sep;126(3 Suppl):338-400.  

3.

 



Venous thromboembolism. Reducing the risk of venous 

thromboembolism (deep vein thrombosis and pulmonary 

embolism) in inpatients undergoing surgery. National Institute 

for Health and Clinical Excellence (NICE), April 2007 

www.nice.org.uk

  

4.



 

Albenc-Gelas M., Aiach M, de Moerloose P. Venous 

thromboembolic disease: risk factors and laboratory 

investigation. Seminars in vascular Medicine 2001; 1(1): 81-8. 

5.

 

Bergqwist D., Lowe G.D., Berstad A. et al. //Prevention of 



venous thromboembolism after surgery: a review of 

enoxaparin. Br J Surg 2002; 79(6): - 495-8. 

6.

 

 Combe S., Samama M.M. Prevention of thromboembolic 



disease in general surgery with Clexane. Semin Thromb 

Hemost 2004; 17 (suppl.3): 291-5.  

7.

 

International Consensus Statement. //Prevention of venous 



thromboembolism. //In Angiol 1997; 16:3-38.  

8.

 



 Nordstrom M., Lindblad B., Bergqvist D. Et al. //A prospective 

study of the incidence of deep-vein thrombosis within a defined 

urban population.// J. Intern. Med., 2002, 232, 155-60. 

9.

 



Samama Ch. M., Samama M.M. //Prevention of venous 

thromboembolism. //Congress of European Society of 

Anaesthesiology //Amsterdam, 1999, p.39-43. 

10.


 

Warkentin T.E., Levine M.N., Hirsh J. et al. //Heparin-induced 

thrombocytopenia in patients treated with LMWH or 

unfractionated heparin. New Engl J Med 2005; 332:1330-5. 

11.

 

Абышов Н.С., Закирджаев Э.Д. Ближайшие результаты 



больших ампутаций у больных с окклюзивными 

заболеваниями артерий нижних конечностей. Хирургия, 

2005, №11, с. 15-19. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

22

12.



 

Гусейнов Ч.С. // Тромбозы и фибринолиз в хирургии, 1998, 

Москва, 315 с. 

13.


 

Кулиев Р.А, Кулиева Л.Р. Послеоперационные 

тромбэмболические осложнения и возможные пути их 

снижения. Cərrahiyyə, 2005, N 3, с. 53-58. 

14.

 

Кириенко А.И., Мишнев О.Д., Ц.И. Циашвили, Агафонов 



В.Ф. Проблема послеоперационных венозных 

тромбоэмболических осложнений в хирургической 

практике. Ангиология и сосудистая хирургия, 2003, №3, 

с.61-65.  



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • tromboz oblojka.png
  • DVTPE prophylaxisA5.doc

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin