Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
tarix04.01.2017
ölçüsü1,32 Mb.
#4428

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

Kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 

 

 

HAMİLƏLİK ZAMANI  

QANAXMALAR ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı - 2009

 

1



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

57.16 


H 26 

 

 



 

 

 



 

 

 



 

 

 



H 26  Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol – 31 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə  Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

 

2



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti

M.Həmzəyev – Ə.Əliyev adına ADHTİ-nin Mama-ginekologiya 

kafedrasının dosenti, t.e.n 

N.Poladova – ATU-nun III Mama-ginekologiya kafedrasının 

dosenti, t.e.n. 

S.Məmmədova – ATU-nun I Mama-ginekologiya kafedrasının 

assistenti, t.e.n. 

K.Məmmədov – Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutu, 

mama-ginekoloq, t.e.n. 

G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti 

K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, həkim 

 

Rəyçilər: 

S.İsrafilbəyli – SN baş mama-ginekoloqu, Ə.Əliyev adına 

ADHTİ-nin Mama-ginekologiya kafedrasının müdiri, ə.e.x., 

t.e.d., professor 

Z.Topçubaşova – ATU-nun I Mama-ginekologiya kafedrasının 

müdiri, t.e.d., professor 

H.Bağırova – ATU-nun II Mama-ginekologiya kafedrasının 

müdiri, t.e.d., professor 

E.Əliyeva – ATU-nun III Mama-ginekologiya kafedrasının 

müdiri, t.e.d., professor 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

4

Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri                             

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqatdan alınmışdır 

IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV

 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

•  RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ia. 



•  Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

•  Sistematik səhv riski çox aşağı olan (++) yüksək 

keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

•  Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

•  Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 

edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

•  Sübutların etibarlılıq dərəcəsi IIb. 

•  Klinik hallar seriyasının təsviri, yaxud  

•  Nəzarət edilməyən tədqiqat, yaxud  

•  Ekspertlərin rəyi.  

•  Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

•  Sübutların etibarlılıq dərəcəsi III və IV. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

6

İxtisarların siyahısı: 



 

ALT  

– alanin-aminotransferaza 



AST 

– aspartat-aminotransferaza 



A/T  

– arterial təzyiq  



CVƏQ   – ciftin vaxtından əvvəl qopması 

DÜD   – dölün ürək döyünməsi 

D/D  

– damar daxili 



ETN  

– endotraxeal narkoz 



CRL  

– dölün təpə-büzdüm ölçüsü 



HZQ   – hamiləlik zamanı qanaxmalar 

HCG   – insan xorion qonadotropin hormonu 

XBT-10  – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 

KT  

– kompüter tomoqrafiyası 



KTQ   – kardiotokoqrafiya 

MRT   – maqnit-rezonans tomoqrafiyası 

PG  

– prostaqlandin 



PG-E2

 

– prostaqlandin-E



2

USM 

– ultrasəs müayinəsi

 

ÜD 

– ürək döyüntüsü 



V/D  

– vena daxili 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Protokol mama-ginekoloqlar üçün nəzərdə tutulmuşdur. 



Pasiyent qrupu: qanaxması olan hamilə qadınlar. 

 

Klinik protokolun məqsədləri: 

► 

Hamiləlik dövrü qanaxmasının profilaktika, diaqnostika və  



müalicəsinə sübutlu təbabət prinsiplərinə  əsaslanan standart 

yanaşmanın formalaşdırılması 

► 

Ana və perinatal xəstələnmə və ölüm hallarının azaldılması 



► 

Hamilə qadınlara göstərilən tibbi xidmətin keyfiyyətinin 

yaxşılaşdırılması və xidmətlərdən istifadə imkanının artırılması 

 

ÜMUMİ MÜDDƏALAR 

Qanaxmalar – müasir mamalığın aktual problemlərindən biri 

olaraq gündəmdə qalmaqdadır. 

Mamalıq qanaxmaları üzrə risk qrupuna daxil olan hamilə 

qadınların vaxtında aşkarlanması, onlarda patoloji halın ağırlaşma 

dərəcəsinin qiymətləndirilməsi və bunun əsasında vaxtında 

hamiləliyin optimal aparılma taktikasının seçilməsi ana və perinatal 

xəstələnmə və ölüm səviyyəsinin azalmasına imkan yaradacaq. 

Müvafiq  ədəbiyyatın təhlili bu kateqoriyaya aid olan hamilələrə 

göstərilən tibbi yardımın mübahisəliliyini ortaya çıxarmışdır. 

Hamiləlik vaxtı olan qanaxmalar şərti olaraq erkən və gec 

hamiləlik dövründə baş verən patologiyalar zamanı meydana çıxır. 

Odur ki, asan qavramaq üçün hamiləlik vaxtı qanaxmaları belə təsnif 

edirlər:  

1.  Erkən hamiləlik zamanı qanaxmalar 

2.  Gec hamiləlik zamanı qanaxmalar: 

a)  cift gəlişləri 

b)  ciftin vaxtından əvvəl qopması 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

8

ERKƏN HAMİLƏLİK ZAMANI QANAXMALAR 

 Hamiləliyin I trimestrində rast gələn fəsadlar ilbəil artır.  Əksər 

hamilələr  qanaxma, ağrı  və ya hər ikisindən  şikayət edirlər. 

Hamiləlik diaqnozu qoyulmuş qadınların 20%-ində uşaqlıq yolundan 

qanaxma baş verə bilər. 



XBT-10 üzrə təsnifat 

O 00  

– Uşaqlıqdankənar (ektopik) hamiləlik 



O 01 

– Beçəxor 



O 02  

– Döllənmənin digər anormal nəticələri 



O 03  

– Spontan abort 



O 04  

Tibbi abort 



O 05  

– Abortun digər növləri 



O 06  

– Dəqiqləşdirilməmiş abort 



O 07  

– Uğursuz nəticələnmiş abort 



O 08  

– Abort, uşaqlıqdankənar və molyar hamiləliklə 

əlaqədar ağırlaşmalar 

 

Səbəblər: 

► 

Hamiləliklə əlaqədar: 



  Özbaşına abort  (abort təhlükəsi, başlanmış abort, natamam, 

tam, inkişafdan qalmış və septik abort forması ola bilər) 

  Uşaqlıqdankənar hamiləlik 

  Beçəxor  

► 

Hamiləlik zamanı ginekoloji patologiyalar 



  Hamiləlik zamanı sarı cisim sistinin partlaması 

  Yumurtalıq sistinin partlaması 

  Üzərində törəmə olan ayaqcığın burulması və degenerasiyası. 

 

İlk trimestr zamanı baş verən qanaxmalar  30% özbaşına abortlar, 



10-15% uşaqlıqdankənar hamiləlik, 0,2%  beçəxor səbəbindən  

inkişaf edir. (A) 

İnkişaf etmiş dövlətlərdə ana ölümləri səbəbləri içərisində 

uşaqlıqdankənar hamiləlik I trimestrdə rast gələn  ən təhlükəli fəsad 

hesab edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

9

ÖZBAŞINA ABORTLAR ZAMANI QANAXMALAR 

Özbaşına abort – bioloji olaraq  hamiləlik  elementlərinin  dölün 

yaşama  qabiliyyəti olmadan düşməsi və ya xaric olması kimi 

anlaşılır. 

Epidemioloji olaraq – 1000 qr-dan az çəkili dölün düşməsi  və ya 

xaric edilməsi kimi başa düşülür. 

 

Səbəblər: 

► 

Səbəbi  məlum olmayan hallar – əksər hadisələrdə abortun səbəbi 



məlum olmur. (B) 

► 

Xromosom anomaliyaları – 25% hadisələrdə abortlar bu 



səbəbdən baş verir (B) 

► 

Rüşeymsiz hamiləlik – ciftin inkişaf anomaliyası olaraq hamiləlik 



vaxtı rüşeymin inkişaf etməməsinə deyilir. (A) 

► 

Çoxdöllü hamiləlik (iki və ya daha artıq dölün inkişafı). (A ) 



► 

Uşaqlığın inkişaf qüsuru və baş verən uşaqlıq boynu çatışmazlığı. 



(A) 

► 

Sarı cisim çatışmazlığı (Yumurtalığın polisistik sindromu). (A) 



► 

İnfeksiyalar – məxmərək, sitomeqaliya və  hər hansı  kəskin 

qızdırma yaradan xəstəliklər. (A) 

 

Abort təhlükəsi – əlamətləri aşağıdakılardır: 

► 

Aybaşının kəsilməsi və zəif vaginal qanaxmalar (A) 



► 

Uşaqlığın  ölçüsü hamiləlik müddətinə uyğun gəlir (A) 

► 

Uşaqlıq boynu bağlıdır (A) 



Əgər ultrasəs müayinəsi dölün ürək döyünmələrini qeydə alıbsa, 

90% hamiləliklər  uğurla başa çata bilər  (A).  Ciddi yataq rejimi, 

progesteron və ya HCG təyini məsləhət görülür  (A)

     


Natamam (yolda olan) abort – əlamətləri aşağıdakılardır: 

► 

Aybaşının kəsilməsi, güclü vaginal qanaxma ilə müşayiət edilir. 



(A) 

► 

Ağrı qanaxma zamanı artır. (A) 



► 

Uşaqlıq  kiçik, böyük və ya hamiləlik müddətinə uyğun ölçüdə 

ola bilər. (A) 

► 

Uşaqlıq boynu  – açıqdır, döl yumurtası elementləri  dəlikdən 



xaric olur. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

10

Qeyd edilən növ abort zamanı: 

► 

Gözləmə (A) 



► 

Konservativ (A) 

► 

Cərrahi taktika seçilə bilər. (A) 



 

Əgər qanaxma güclüdürsə və qeyd edilməyən digər hallar təsadüf 

edilərsə, aktiv müdaxilə zəruridir:  (A) 

► 

Erqometrin 1.0 q ə/d təyin edilib, uşaqlıq boşluğu evakuasiya 



edilir (vakuum ekstraksiya və ya kuretaj üsulu ilə) (A) 

► 

Əgər uşaqlığın ölçüsü 13 həftə hamiləlik  müddətindən böyük 



olsa, oksitosin infuziyası başlayaraq  uşaqlıq küret vasitəsilə 

qaşınır (500 ml fizioloji məhlul + 1 ml oksitosin v/d damcı üsulu 

ilə) (A) 

► 

Medikamentoz yol ilə  uşaqlıq boşluğunu təmizləmək üçün  



prostaqlandin (saytotek-600 mg ) təyin edilir (A) 

 

Tam abortun əlamətləri: 

► 

Aybaşının kəsilməsi və davam etməyən qanaxma. 



► 

Uşaqlığın güman olunan ölçüdən kiçik olması. 

► 

Uşaqlıq boynunun bağlı olması. 



 

Əgər USM zamanı  uşaqlıq  boşluğunda qalıq aşkar olmasa

konservativ  üsul seçilir (ə/d erqometrin 1.0 q), əgər qalıq qalıbsa 

natamam abort zamanı tövsiyə edilən cərrahi üsul seçilir. (A) 

 

Rüşeymsiz  hamiləlik 

► 

Uşaqlıq  daxilində hamiləlik kisəsi olsa da rüşeym yoxdur. 



► 

Diaqnoz dinamikada 7 gün fasilə ilə aparılan transvaginal 

ultrasəs zamanı qoyulur. (B) 

► 

Sona çatdırılması – inkişafdan qalmış hamiləlik zamanı  tövsiyə 



olunan üsullarladır.   

 

İnkişafdan qalmış abort 

-  Rüşeym və ya döl öldükdən  sonra döl yumurtası  

elementlərinin uşaqlıq  boşluğunda qalması hadisəsidir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

11

Əlamətlər: 

► 

Aybaşının kəsilməsi zamanı  zəif qanaxma halları müşahidə 



edilir. (A) 

► 

Erkən hamiləlik əlamətləri (qusma, ürəkbulanma) dayanır. (B) 



► 

Uşaqlığın ölçüləri   hamiləlik zamanına nisbətən kiçik olur. (B) 

► 

Uşaqlıq boynu bağlı olur. (B) 



► 

Dinamikada 7 gün fasilə ilə icra edilmiş ultrasəs müayinəsi (trans-

vaginal yoldan) embrionun ürək döyünməsini aşkar etmir. (A) 

► 

Əgər döl kisəsinin diametri < 15 mm və  təpə-büzdüm ölçüsü 



(CRL) < 6 mm olarsa,  müayinə 2 həftə sonra təkrar  

aparılmalıdır. (A) 

 

Bu patologiyanın sona çatdırılması üçün diaqnoz qoyulduqdan 



sonra aktiv üsul ilə uşaqlıq boşluğu evakuasiya edilir (küretaj və ya 

vakuum ekstraksiyası yolu ilə) (A) 

    

Abortun sona çatdırılması üçün aktiv müdaxilə üsulları 

Hamiləlik müddətindən asılı olaraq 3 müxtəlif vəziyyətdə  fərqli 

üsullar tətbiq edilə bilər: 

 

I vəziyyət:  

9 həftədən kiçik hamiləlikdə prostaqlandin (PG) (saytotek) vaginal  

yoldan istifadə edilə bilər (A). Əgər xəstədə astma, ürək-qan damar, 

kəskin qaraciyər-böyrək çatışmazlığı olarsa, prostaqlandin əks-

göstərişdir  (A). Bu vəziyyətlərdə vakuum ekstraksiyası seçim 

üsuludur (A).  

 

II vəziyyət: 

9-12 həftəlik hamiləlik müddətində  uşaqlıq boşluğu ümumi 

anesteziya altında ehtiyatla boşaldılır (küretaj və ya vakuum 

aspirasiya vasitəsilə). (A) 

 

III vəziyyət: 

Uşaqlıq >12 həftə ölçüdə hamiləlik hesabına böyüyübsə, ekstra-

amniotik kateter qoyub prostaqlandin (PG-E

2

) təyin  etməklə 



hamiləlik sona çatdırılır. (A) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


Septik abort 

Natamam  abort baş verən zaman uşaqlıq boşluğuna infeksiya 

yoluxur. Belə hallar kriminal (xəstəxanadan kənar) üsullar ilə 

hamiləlik  pozulan zaman daha çox təsadüf edilir. 

► 

Xəstədə  qızdırma (t 



 38ºC), taxikardiya, ümumi zəiflik, 

abdominal ağrı, çox miqdarda pis qoxulu, irinli vaginal ifrazat və 

qasıq nahiyəsində gərginlik müşahidə edilir. (A) 

► 

Kəskin qarın yaradan səbəblər ilə diferensiasiya etmək vacibdir. 



(A) 

Septik abort inkişaf edən zaman servikal yaxma götürülüb 

mikrobioloji müayinə (flora və antibiotiklərə  həssaslıq) və qanın 

əkilməsi məsləhətdir. (A) 

Koaqulopatiya tez-tez inkişaf etdiyi üçün koaquloqrammanı 

yoxlamaq vacibdir. (A) 

Septik abort hadisəsinin sona çatdırılması zamanı  dərhal geniş 

spektrli antibiotik və metronidazol qrupundan preparat təyin edilir 

(məsələn: Cefazolin 1.0 q sutkada 3 dəfə ə/d və ya Ceftriakson 1.0 q 

sutkada 2 dəfə  və metronidazol 100 ml sutkada 3 dəfə v/d təyin 

edilir).  Əgər uşaqlıq boynundan götürülmüş yaxmada fərqli 

antibiotikə  həssaslıq təyin olunarsa, dərmanlar müvafiqləri ilə 

dəyişdirilir. (A) 

Antibiotik təyini etdikdən 12 saat sonra uşaqlıq boşluğunun 

təmizlənməsi tövsiyə edilir (A).  Lakin  əməliyyatın başlanmasının 

vaxtı  şəraitə uyğun dəyişə bilər  (A). Bu diaqnozla xəstə daxil 

olduqda v/d S.Ringer-laktat, S.NaCl-0.9% – 500 ml, damcı şəklində 

1500-2000 ml-ə  qədər infuziya etmək və antibiotikləri v/d təyin 

etmək vacibdir. (A) 

 

 



12

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


UŞAQLIQDAN KƏNAR HAMİLƏLİK 

Hamiləlik uşaqlıqdan kənarda inkişaf edərsə, bu ektopik 

hamiləlik adlanır. 

Hər 1000 hadisədən 2-də letal fəsad inkişaf etdiyi üçün 

öyrənilməsi böyük əhəmiyyət kəsb edir(A). Ektopik hamiləlik qarın 

boşluğunda, yumurtalıq toxumasında, uşaqlıq borularının fimbriya, 

ampula, istmus, interstisial  hissələrində  və nadir halda uşaqlıq 

boynunda (servikal hamiləlik) inkişaf edə bilər. 



Əlamətlər:  

Bu patologiya heç də həmişə klassik əlamətlərlə müşahidə olunmur. 

► 

6-8 həftəyə qədər aybaşının kəsilməsi 



► 

birtərəfli abdominal ağrı 

► 

huşun itməsi (qısamüddətli) 



► 

yüngül vaginal qanaxma halları 

► 

ağrıların çiyin nahiyəsinə irradiasiya etməsi 



► 

uşaqlıq müayinədə bir qədər böyük və boynu hərəkət zamanı çox 

ağrılıdır 

► 

uşaqlığın sağ  və ya sol yan tərəfində daxili müayinədə böyük 



kütlə əllənir 

Müayinə zamanı hamiləlik testi müsbət olub, US müayinəsində 

uşaqlıq boşdursa, stabil xəstələrdə qanda 

β

-HCG titrini yoxlamaq 



məsləhətdir. (B) 

Əgər uşaqlıqdan kənar  ektopik hamiləlik olarsa, 

β

-HCG < 3000 



BV/l

 

olur.



 

2 gün sonra təkrar müayinədə titr ikiqat artarsa, hamiləliyin 

uşaqlıq  daxilində inkişaf etdiyini düşünməyə əsas verir (A).  Əgər 

β

-



HCG titri zəif inkişaf edərsə, uşaqlıqdan kənar  hamiləlik göz önünə 

gəlməlidir (A). Vaginal yoldan USM diaqnostik əhəmiyyətlidir (A)

Laparoskopik müayinə və müalicə “qızıl “standart hesab edilir (A). 

Uşaqlıqdan kənar hamiləlik zamanı stabil xəstələrdə Metotreksat 

inyeksiyası tövsiyə edilir (A), hipovolemik şok zamanı  laparotomiya 

tövsiyə edilir (A).  (Qan itkisi çox və təzyiq aşağı olarsa, təcili qan və 

qan  əvəzedicilər infuziya edilərək cərrahi  əməliyyat təxirə 

salınmadan aparılır). (A) 

Uşaqlıq boynu hamiləliyi zamanı  profuz qanaxma başlayır. 

Xəstəni xilas etmək üçün total histerektomiya vacibdir (A). Diaqnoz 

transvaginal USM zamanı qoyulur (A).  

 

13



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



BEÇƏXOR 

Hamiləliyin trofoblastik xəstəliklərindən olub 1200 hamilə 

arasında 1 hadisədə  təsadüf etsə  də, öyrənilməsi I trimestr 

qanaxmaları səbəbləri içərisində çox vacibdir. 

Bu xəstəliyin iki növü aşkar edilir: tam  və hissəvi beçəxor. 

Tam beçəxor zamanı xorion xovları hiperplaziya olur və döl 

inkişaf etmir. Bu hadisə mayalanmış yumurta nüvəsini itirmiş 

vəziyyətdə implantasiya etdikdə baş verir (xromosomların  meyozu 

zamanı). (A) 

Hissəvi beçə xor  zamanı trofoblast qismən zədələnir və döl 

inkişaf edə bilir. 

Əksər hadisələrdə xromosom abnormallığı baş verir. (A) 



Əlamətlər: 

► 

Aybaşı  kəsilməsi zamanı hamiləliyin erkən  əlamətləri (qusma, 



ürək bulanma) daha ağır keçir. (B) 

► 

Ara-sıra təkrarlanan vaginal qanaxma hadisələri baş verir. (A)  



► 

Uşaqlıq  hamiləlik müddətinə nisbətən daha böyük olur. (A) 

► 

Çox vaxt sarı cisim toxumasının sisti inkişaf edir və 



hipertireoidizm əmələ gəlir. (B) 

 

Diaqnoz  

Qanda 

β

-HCG  titri çox yüksək olur (A) və USM zamanı “qar 



çovğunu”  şəklini xatırladan təsvir müəyyən edilir (A). Dölü aşkar 

etmək olmur (A).  

Beçəxor zamanı  uşaqlıq boşluğu vena daxili infuziya altında 

ümumi anesteziya ilə vakuum və ya kuret vasitəsi ilə boşaldılır (A). 

Əgər qanaxma halları  təkrar olarsa və 

β

-HCG 6 həftə  ərzində 



yüksək qalarsa, kuretaj təkrar edilir (A)  və metotreksat inyeksiyası 

təyin edilir (B)

Yaşlı, çox övladlı qadınlarda histerektomiya məqsədəuyğun 

hesab edilir. (B) 

 

14

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

15

CİFT GƏLİŞLƏRİ 



Cift gəlişləri – ciftin anormal yerləşməsi və bitişməsi, uşaqlığın 

daxili dəliyindən bir qədər hündürdə və ya dölün gələcək hissəsindən 

öndə yerləşməsidir. 

 

Epidemiologiya 

Hamiləliyin III trimestrində cift gəlişlərinin rastgəlmə tezliyi 

ümumi doğuşların 0.2%-0.6%-ni təşkil edir. Hamiləliyin 22-24-cü 

həftəliyində cift gəlişlərinə daha tez-tez təsadüf olunur. Lakin 

hamiləlik artdıqca uşaqlığın böyüməsi nəticəsində cift yuxarıya 

doğru sürüşür və daxili dəlikdən 7-10 sm yuxarıya qalxaraq normal 

yerləşmiş olur. 

Cift gəlişlərinin təxminən 80%-i çox doğan qadınlarda müşahidə 

olunur (anamnezində 2 doğuşdan artıq)  (A).  Hamiləliklərin 20%-i 

vaxtından  əvvəl doğuşla nəticələnir  (B). Ana xəstələnməsi – 23%, 

ölümü isə 0-0,9% təşkil edir. Perinatal ölüm yüksəkdir (təxminən 17-

26%)  (B)

 

Risk faktorları 

► 

Cinsiyyət üzvlərinin inkişaf anomaliyaları (qüsurları) və genital 



infantilizm (C) 

► 

Endometriumda distrofik dəyişikliklər (keçirilən iltihabi 



xəstəliklər, abortlar və doğuşlar nəticəsində) (C) 

► 

Uşaqlığın desidual qatında qan dövranının pozulması (cərrahi 



əməliyyatdan sonra) (C) 

► 

İmplantasiya zamanı xorionun proteolitik aktivliyinin ləngiməsi 



(C) 

► 

Çoxdöllü hamiləlikdə  və ciftin ödemi olduqda ciftin səthinin 



böyüməsi  

► 

Ekstrakorporal mayalanma (C) 



 

XBT-10 üzrə təsnifat 

O 44    

- Cift gəlişləri 



O 44.0  

- Cift gəlişləri, təsdiq olunmuş qanaxmasız   



O 44.1  

- Cift gəlişləri qanaxma ilə 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

16

Təsnifat (lokalizasiyasına görə) 

1.  Mərkəzi cift gəlişi – cift aşağı seqmentdə yerləşib, uşaqlıq 

boynunun daxili dəliyini tam örtür. 

2.  Ciftin yan gəlişi – cift ancaq daxili dəliyin 2/3 hissəsini örtür. 

3.  Ciftin kənar gəlişi – ciftin kənarı daxili dəliyə yaxın yerləşir və 

1/3 hissəsini örtür. 

4.  Ciftin aşağıda yerləşməsi – ciftin uşaqlığın aşağı seqmentində, 

daxili dəliyə çatmamış (6-7 sm) yerləşməsi. 

 

Klinik gedişində, cift gəlişlərində qanaxma başlamamışdan az 



miqdarda qanlı ifrazat ola bilər. Mərkəzi cift gəlişində  əsas klinik 

simptom, ağrı sindromu olmamaqla hamilənin proqressiv qan azlığı 

ilə müşahidə olunan tez-tez və təkrar baş verən qanaxmalardır. 

Qanaxmanın başlanması heç bir səbəb olmadan, qəflətən baş verə 

bilər. Bəzi hallarda fiziki gərginlikdən, alınan travmadan, cinsi 

əlaqədən və daxili müayinədən sonra baş verir.   

Uşaqlıq qanaxmaları  ən çox hamiləliyin 28-30-cu həftəsində, 

uşaqlığın aşağı seqmentinin  aktivliyi (yığılma) nəticəsində baş verir. 

Qanaxma ancaq uşaqlıq  əzələsinin yığılması  və ciftin soyulması 

dayandıqda,  damarların trombozu baş verdikdə kəsilə bilər. 

Qanaxmanın intensivliyi zədələnmiş damarların diametrinin 

ölçülərindən və sayından asılıdır. Cift damarlarından uşaqlıq yoluna 

axan qan hematoma yaratmır. Ona görə  də, uşaqlığın bütün 

nahiyəsində ağrı və gərginlik olmur.  

Hamilənin və dölün ümumi vəziyyəti  qanaxmanın miqdarından 

asılıdır. 



Diaqnostika 

Cift gəlişlərinin diaqnostikası hamilənin anamnezinə  və 

şikayətlərinə, klinik  və  əlavə müayinə metodlarının (USM, MRT) 

nəticələrinə  əsaslanır.  Əsas cift gəlişlərinin  əlaməti –  bir qayda 

olaraq uşaqlıqda gərginlik  və  ağrı olmadığı halda qəflətən uşaqlıq 

yolundan al qanın müxtəlif miqdarda və müddətdə axmasıdır. 

 

Əksər hallarda obyektiv müayinə zamanı dölün gələcək 



hissəsinin hündürdə durması, dölün düzgün yerləşməməsi və çanaq 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

17

gəlişləri müşahidə olunur. Cift gəlişlərində    uşaqlığın palpasiyası 



zamanı  aşağı seqmentdə “xəmirvari” konsistensiya əllənir, 

auskultasiya zamanı isə ciftin damarlarının döyüntüsü eşidilə bilir. 

 

 

Cift gəlişlərində 



uşaqlıq yolu müayinəsi aparılması 

məqsədəuyğun deyil, çünki ciftin soyulması prosesi yarana bilər, 

qanaxma güclənər. Lakin  USM edilməsinə imkan olmadıqda, 

diaqnozu qoymaq məqsədilə ehtiyatla uşaqlıq yolu müayinəsi 

aparılmalıdır. Müayinə zamanı dölün gələcək hissəsi ilə barmaqlar 

arasında kövşək toxuma əllənir. Uşaqlıq yolu müayinəsi  əməliyyat 

otağı hazır olduqdan sonra aparılmalıdır. Bu, qanaxma gücləndiyi 

halda təcili olaraq hamiləliyi keysər  əməliyyatı vasitəsilə başa 

çatdırmağa şərait yaratmış olur. 

 

USM hamiləliyin erkən dövründən (9 həftəsindən)  (A) ciftin 



yerləşməsinin (95% cift gəlişlərinin), xüsusən uşaqlığın ön və yan 

divarlarında olduqda, geniş yayılmış, təhlükəsiz və  dəqiq diaqnostik 

müayinə üsuludur.  USM hamiləliyin 10-13, 16-24, 32-36 

həftələrində aparılmalı  və  hər müayinə zamanı ciftin lokalizasiyası 

təsvir edilməlidir.  Əgər diaqnozu dəqiqləşdirməkdə  çətinlik 

yaranarsa (cift uşaqlığın ön divarında yerləşdikdə, bir necə US 

müayinələrinin nəticələri arasında ziddiyyət yarandıqda),  MRT-dən 

istifadə oluna bilinər. 

 

Differensial diaqnostika aşağıdakı hallarla aparılır: 

► 

normal yerləşən ciftin vaxtından qabaq soyulması;  



► 

ciftin kənar sinusunun cırılması; 

► 

uşaqlığın cırılması; 



► 

göbək ciyəsinin döl qişasında birləşdiyi zaman onun damarlarının 

cırılması; 

► 

uşaqlıq yolunda damar genişlənməsinin (varikoz) cırılması; 



► 

uşaqlıq boynunun patoloji prosesləri 

 

Profilaktika 

Abortların, iltihabi xəstəliklərin, lazımsız konservativ 

miomaektomiyanın və keysər əməliyyatlarının sayının azaldılması. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

18

Hospitalizasiya üçün göstəriş 

Mərkəzi cift gəlişi (hətta klinik simptom olmadıqda) zamanı  və 

cift gəlişlərinin başqa növlərində  uşaqlıq yolundan qanlı ifrazatın 

olması zamanı. 

 

Müalicə 



 

Konservativ müalicə  

Gözləmə taktikası ancaq az miqdarda qanlı ifrazatın olması, 

dölün yetişməməsi, doğuş  fəaliyyətinin olmaması, hamilə qadının 

vəziyyətinin stabil olması (daimi olaraq hamilə qadının hemostaz və 

hemodinamik göstəricilərinin monitorinqinin nəticələrinə 

əsaslanaraq) aparılır. 

Müalicə: hamilənin vəziyyətinə  nəzarət və vena əldə etməklə 

venadaxili kristalloid məhlullarının (Ringer  ya fizioloji məhlulların)  

yeridilməsi. 

Hamiləlik yetişməmişdirsə (34 həftəyə qədər) respirator distress-

sindromunun profilaktikası aparılmalı, yüksək dozada 

qlükokortikoidlər – deksametazon gündə 8-12 mq 2-3 gün ərzində 

verilməlidir. Rezus-mənfi olan qadınlara anti-Rh  immunoqlobulin 

zərdabı köçürülməlidir (D)

 

Doğuşun aparılması 



Doğuşu təbii doğum yolları ilə idarə etmək  qərarı hamiləliyin 

müddətindən, dölün vəziyyətindən, ciftin yerləşməsindən, 

qanaxmanın miqdarından asılı olaraq qəbul olunur. Bu zaman 

göstəriş olduqda doğuşu təcili operativ yolla  başa çatdırmaq hazırlığı 

zəruridir. 

Hamilə qadının vəziyyəti kafidirsə, az miqdarda qanaxma 

vardırsa, amneotomiya əməliyyatı aparılmalıdır. Dölyanı mayenin bir 

hissəsi axdıqdan sonra dölün gələcək hissəsi aşağı enib cifti sıxır. Bu 

vaxt  qanaxmanın dayanmasına və doğuşu təbii yolla idarə 

edilməsinə şərait yarana bilər. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

19

Cərrahi müalicə  



Hamiləliyin əməliyyat vasitəsilə başa çatdırılması hamilə qadının 

ümumi vəziyyəti, hamiləliyin müddəti, itirilmiş qanın miqdarı, dölün 

vəziyyəti və  gəlişindən, cift gəlişinin növündən asılı olaraq qərara 

alınır. 


Mərkəzi cift gəlişində, hətta qanaxma olmadıqda hamiləliyin 37-

38 həftəsində planlı  şəkildə  keysər  əməliyyatı vasitəsilə başa 

çatdırılmalıdır. 

Qanaxma 250 ml və ya  artıq olarsa, hamiləliyin müddətindən və 

ciftin yerləşməsindən asılı olmayaraq təcili keysər  əməliyyatı 

aparılmalıdır. 

 

Klinik simptomsuz hamilələrin aparılması alqoritmi (uşaqlıq 



yolundan qanaxma olmazsa) ümumi  hamilələrin aparılma 

standartından fərqlənmir. Lakin əlavə olaraq hemostaz 

göstəricilərinin müntəzəm müayinələri aparılmalı    və 3-4 həftədən 

bir  ciftin USM vasitəsilə yerləşməsinə nəzarət olunmalıdır. Əgər az 

miqdarda qanlı ifrazat olarsa, hamilə stasionar müalicəsinə 

göndərilməlidir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

20

CİFTİN VAXTINDAN ƏVVƏL QOPMASI 

Ciftin vaxtından əvvəl qopması (CVƏQ) – döl  doğulmamışdan 

əvvəl normal yerləşmiş ciftin öz bitişmə yerindən vaxtından qabaq 

ayrılmasıdır. 

 

CVƏQ-in rast gəlmə tezliyi 0,4-1,4% təşkil  edir 



 

(A). 30% 

hallarda CVƏQ massiv qanaxmaların səbəbi olub, ananın ölümü ilə 

nəticələnir. CVƏQ zamanı ana ölümü 1,6-15,6% (A), perinatal ölüm 

20,0-35,0% 

 

(A) təşkil edir. 

 

Qopmanın səbəbləri 2 növ olur: bilavasitə  əmələ  gətirən və 



qopmaya meyl törədən səbəblər. 

            



Ciftin vaxtından  əvvəl qopmasını  bilavasitə  əmələ  gətirən 

səbəblər: 

► 

bilavasitə  zədə (zərbə, dölün xarici döndərilməsi, amniosentez) 



(A) 

► 

dolayı  zədə (qısa göbək ciyəsi, çoxsululuq zamanı dölyanı 



mayenin surətli axması  (A), çoxdöllü hamiləlik zamanı birinci 

dölün surətli doğulması

 

(A) 

► 

sinir-psixiki amillər (qorxu, stress). 



 

Ciftin vaxtından əvvəl qopmasına meyl törədən səbəblər: 

► 

uşaqlıqda və ciftdə iltihabi və degenerativ dəyişikliklər 



► 

hamilənin orqanizminin damar sistemində dəyişikliklər, uşaqlığın 

angiopatiyası 

► 

cift yatağının yararsızlığı, trofoblast invaziyasının çatışmazlığı 



► 

uşaqlığın həddindən artıq dartılması 



 

Risk amilləri: 

► 

preeklampsiya və arterial hipertoniya 



► 

anamnezində CVƏQ-in olması 

► 

çoxsaylı doğuşlar (3 və artıq) 



► 

yaş (35-dən yuxarı) 

► 

siqaret çəkmə 



► 

narkomanlıq 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

21

► 



alkoqol istifadəsi 

► 

dölyanı mayenin vaxtından əvvəl axması



 

(A) 

► 

çoxsululuq zamanı dölyanı mayenin sürətli axması (A) 



► 

çoxdöllü hamiləlik zamanı birinci dölün surətli doğulması

 

(A) 

► 

uşaqlığın mioması (miomatoz düyünün cift yatağı nahiyəsində 



yerləşməsi). 

 

Yuxarıda qeyd olunan risk amili olan hamilələr dispanser 



müşahidə  məqsədi ilə mamalıq stasionarına vaxtından  əvvəl 

göndərilməlidirlər. 

 

XBT-10 üzrə təsnifat 

O 45  

- Ciftin vaxtından əvvəl qopması 

O 45.0  

Ciftin qanın laxtalanma pozğunluqları ilə gedən 

vaxtından əvvəl qopması 

afibrinogenemiya ilə 

disseminə olunmuş damardaxili laxtalanma ilə 

hiperfibrinoliz ilə 

hipofibrinogenemiya ilə  



O 45.8 

Ciftin digər vaxtından əvvəl qopması 

O 45.9 

Ciftin dəqiqləşdirilməmiş vaxtından qabaq qopması 

 

Klinik təsnifat 

 

1.   Yüngül dərəcəli  ciftin kiçik hissəsinin qopması 

  uşaqlıq yolundan qan itkisinin həcmi 100 ml-dən az. 

Retroplasentar hematoma əmələ gəldikdə qanlı ifrazat olmur 

  uşaqlığın tonusu bir qədər yüksəkdir 

  dölün ürək döyüntüsü tezliyi norma daxilindədir 

  qanın laxtalanma sisteminin göstəriciləri və  əsas fizioloji 

meyarları norma daxilindədir. 

  

2.   Orta dərəcəli – ciftin ¼ hissəsinin qopması 

  uşaqlıq yolundan qan itkisinin həcmi 100-500 ml-dən az. 

Retroplasentar hematoma əmələ gəldikdə qanlı ifrazat olmur 

  uşaqlığın tonusu bir qədər yüksəkdir, palpasiya zamanı bərk, 

asimmetrik, 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22

  kəskin ağrılıdır 



  dölün ürək döyüntüsünün xarakteri dəyişilib, dölün hərəkət 

fəallığı artıb və ya zəifləyib  

  hamilənin dərisi avazımış, tənəffüsü tezləşmiş, nəbzi zəif 

dolğunluqda tezləşmiş, təzyiqi normadan aşağıdır 

  fibrinogenin səviyyəsinin 150-250 mq-dan aşağı düşməsi 

mümkündür. 

 

3.   Ağır dərəcəli – ciftin 2/3 hissəsinin qopması 

  uşaqlıq yolundan qan itkisinin həcmi 500 ml-dan cox. 

Retroplasentar 

  hematoma əmələ gəldikdə qanlı ifrazat olmur 

  hamilənin qarnında kəskin ağrılar, ümumi zəiflik, baş 

gicəllənməsi, 

  bayılma vəziyyəti qeyd edilir. Nəbzi tezləşmiş, zəif 

dolğunluqda. Arterial təzyiq kəskin aşağı səviyyədədir 

  uşaqlıq həddindən artıq gərgin və palpasiya zamanı ağrılıdır 

  döl adətən tələf olur 

  çox vaxt damardaxili laxtalanma sindromu qoşulur. 

 

Diaqnostika 

Diaqnoz aşağıdakı klinik əlamətlər və obyektiv müayinələrin 

nəticələri əsasında qoyulur: 

► 

uşaqlıq yolundan qanaxma, 



► 

qarında ağrılar, 

► 

uşaqlığın gərginliyi və palpasiya zamanı ağrılı olması. 



 

Laborator müayinələr  

Qanın və sidiyin ümumi analizi, koaquloqramma, qanın 

biokimyəvi və elektrolit göstəricilərinin təhlili, hemostazioqramma, 

qanın qurdeşənəyi antikoaqulyantına müayinəsi, qara ciyər 

fermentlərinin  funksional aktivliyinin vəziyyətinin müayinəsi (ALT 

və AST). 

 

Hemoqrammada: trombositlərin, fibrinogenin, protrombinin 



miqdarı, aktivləşdirilmiş parsial tromboplastin zamanı, V və VIII 

faktorların, fibrinogenin deqradasiya məhsullarının səviyyəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

23

 

İnstrumental müayinələr 

► 

Ultrasəs müayinəsi 



► 

Kardiotokoqrafiya (KTQ) 

 

Müalicə 

CVƏQ zamanı müalicə taktikasının seçimi qan itkisinin həcmi və 

miqdarından, hamilənin və dölün ümumi vəziyyətindən asılıdır.  

  

I. Ciftin qopması hamiləlik zamanı baş verərsə, ananın və dölün 

vəziyyətini nəzərə alaraq: 

 

a. hamiləliyin 28-34 həftəlik müddətində  – mamalıq 

stasionarına  təxirəsalınmaz hospitalizasiya olunmalıdır ki

dölün distress-sindromunun profilaktikası aparıldıqdan sonra 

abdominal doğuşa müvafiq əməliyyat önü hazırlıq  aparılsın. 



β-mimetiklərin istifadəsi qadağandır! 

 

b. hamiləliyin müddəti 34 həftə  və yuxarı olduqda – ETN 



altında keysər kəsiyi  əməliyyatı vasitəsi  ilə  təcili doğuş: 

qopma inkişaf etdikdə, təkrar qanaxma olduqda, hamiləlik 

zamanı ciftin qopmasının kəskin klinik mənzərəsi olduğu 

halda. 


Abdominal doğuş icra olunduqdan sonra qanaxma davam 

edərsə, magistral damarların bağlanması göstərişdir.  

Keysər kəsiyi ilə  əməliyyat aparılan zaman uşaqlığın seroz 

qişası altında qansızmalar aşkarlanan hallarda (Kyuveler 



uşaqlıq) – taktika uşaqlığın yığılma qabiliyyətindən asılıdır

Uşaqlığın artımlarsız ekstirpasiyası  uşaqlıq  əzələlərinin 

yığılma qabiliyyəti pozulduqda və ya olmadığı hallarda icra 

olunur. 


CVƏQ-ə görə icra olunan əməliyyat zamanı izo- və ya 

hipokoaqulyasiya olduqda, hemostatik məqsədlə  təzə 

dondurulmuş plazmanın istifadəsi göstərişdir.  Oliquriya 

olduğu zaman furosemidin istifadəsi qadağandır. 

Furosemid ağ ciyərlərdə durğunluq zamanı istifadə olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

24

                                                



II. Ciftin qopması doğuşun I dövründə baş verərsə, hamilədə 

kəskin qanaxma olmadığı hallarda, ananın kafi vəziyyətində, dölün 

bətndaxili hipoksiyası olmadığı hallarda, su kisəsi tam və  gərgin 

olduqda  amniotomiya göstərişdir.  Vaginal doğuş  uşaqlığın yığılma 

qabiliyyətinin və eyni zamanda dölün ürək döyüntüsünün mütəmadi 

monitor nəzarəti altında aparılmalıdır.  Ciftin qopması doğuşun I 



dövründə baş verən zaman oksitosinin istifadəsi qadağandır. 

 

III. Cift qopmasının doğuşun II dövründə diaqnostikası – dölün 

kəskin hipoksiyası  əsasında təyin olunur. Müvafiq şərait olduqda 

təcili doğuzdurma göstərişdir: mamalıq maşalarının və ya vakuum-

ekstraktorun istifadəsi, sağrı gəlişlərində isə dölün ekstraksiyası yolu 

ilə.  

 

IV. Son və zahılıq dövründə  –  qanaxmanın profilaktikası 

məqsədi ilə uterotonik vasitələrin təyini: 

  Oksitosin – 40 vahid 200 ml izotonik natrium xlorid 

məhlulunda vena daxili 

  Metilerqometrin – 1ml 0,02% məhlul 10 ml 40% qlükoza 

məhlulunda 

  Mizoprostol

 – 600 mq birdəfəlik düz bağırsağa. 



Koaqulopatik qanaxmanın dayandırılması 

məqsədi ilə 

damardaxili təzə dondurulmuş plazma, fibrinogen, 

trombositopeniyalarda – trombositar kütlənin istifadəsi göstərişdir. 

 

 

∗   Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından 



keçməmiş dərman vasitəsi. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

CVƏQ zamanı müalicə taktikasının seçimi 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

CVƏQ hamiləlik zamanı (hamiləliyin 28-34 həftəsi) 

 

Təxirəsalınmaz hospitalizasiya 



 

Dölün distress-sindromunun profilaktikası, 

əməliyyat önü hazırlıq 

 

Abdominal doğuş

 

CVƏQ hamiləlik zamanı (34 və yuxarı həftəsində) 

 

Abdominal doğuş 



CVƏQ doğuşun I dövründə: 

hamilənin vəziyyəti kafi və dölün bətndaxili 

hipoksiyası olmadıqda 

 

amniotomiya 



 

vaginal doğuş 

CVƏQ doğuşun II dövründə:  

döldə kəskin hipoksiya olduqda 

 

Təxirəsalınmaz doğuzdurma: 



mamalıq maşaları 

vakuum-ekstraktor 

dölün sağrı gəlişində ekstraksiya

CVƏQ son və zahılıq dövründə: 

 

Qanaxmanın profilaktikası 



 

 

 



25

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

CVƏQ zamanı: 

 

I. Stasionara gətirilənə qədər vaginal müayinə aparılmadan: 

► 

Damarı "ələ almaq" (vena daxili kateterin qoyulması)  



► 

Təcili maye köçürmək: ağır qanaxmalar və ya şok halları olduqda 

► 

Hamiləni təxirə salınmadan stasionara çatdırma 



II. Stasionarda 

► 

Təcili klinik situasiyanın  qiymətləndirilməsi 



► 

Qan itkisinin həcminin qiymətləndirilməsi 

► 

Səbəblərinin aşkarlanması  və diferensial diaqnostikanın 



aparılması: 

  Cift gəlişi 

  Kənar sinusun cırılması 

  Göbək ciyəsi damarlarının cırılması 

  Uşaqlığın cırılması 

  Uşaqlıq boynunun cırılması ilə. 



 Vaginal müayinə cift gəlişi istisna olunduqdan sonra aparılır. 

 

CVƏQ zamanı pasiyentin aparılma alqoritmi 

CVƏQ yüngül dərəcədə 

(ciftin kiçik hissəsinin qopması) 

 

USM, Laborator müayinələr 



 

Doğuş taktikasının seçimi 

CVƏQ orta dərəcədə 

(ciftin ¼ hissəsinin qopması) 

 

Təxirəsalınmaz USM, KT 



Laborator müayinələr 

 

Doğuş taktikasının seçimi 



CVƏQ ağır dərəcədə 

(2/3-dən artıq hissəsinin qopması) 

 

Müvafiq əməliyyat önü hazırlıq 



 

Abdominal doğuş 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

26



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

27

CVƏQ-in profilaktikası 

Damar pozulmaları ilə müşayiət olunan mamalıq və ekstragenital 

patologiyanın vaxtında aşkarlanması  və müalicəsidir: məsələn, 

hestozun müalicəsi

 

(A), uşaqlıq tonusunun azalması

 

(A), hemostazın 

korreksiyası (A).

 



CVƏQ zamanı hospitalizasiyaya göstəriş 

Hamilənin cinsiyyət yollarından hər hansı bir qanlı ifrazatın 

və/ya uşaqlıq nahiyəsində kəskin ağrıların olması. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

28

Ədəbiyyat: 



 

1. 


Williams “Manual of Obstetrics. Pregnancy Complications”-

/Kenneth J. Leveno... (et al.) 22-nd ed. 2007 

2. 

“Aids to Obstetrics and Gynaecology” – Gordon M. Stirrat    



(4-s ed) 1997 

3. 


High risk pregnancy – management options, 2002 James D.K. 

Steer P.J.et al 

4. 

Ectopic pregnancy: a review of incidence, etiology and 



diagnostic aspects. Obstetrical and Gynecological Survey 

45:375-447. Stabile I. et al. 1999 

5. 

Практическое Акушерство в алгоритмах и задачах. Под 



ред. В.А.Поляковой Москва, Мед.книга, 2002. 

6. 


Акушерство Национальное руководство. гл.редакторы 

Э.К.Айламазян, В.И.Кулаков, В.Е.Радзинский, 

Г.М.Савельева Москва, ГЭОТАР-медиа, 2007. 

7. 


Руководство по амбулаторно-поликлинической помощи а 

акушерстве и гинекологии.  Гл.редакторы В.И.Кулаков, 

В.Е.Радзинский. Москва, ГЭОТАР-медиа, 2007.  

8. 


Акушерство и гинекология   А.Х.ДеЧерни, Л. Натан том 1, 

Акушерство, под редакцией А.М.Стрижакова, Москва,  

МИ агенство, 2006. 

9. 


Eğitim el kitabı Z.T.Burak Kadın Sağlığı Eğitim ve Araştırma 

Hastanesi 2005 

10.  Акушерство под.ред.С.Кембелла и К.Лиза.  Переведено с 

английского под ред. В.Н.Серова  Москва, МИ агентство, 

2004. 

11.  Рациональная фармакотерапия. Кулаков В.И., 2005, с. 1151. 



12.  Рациональная фармакотерапия в акушерстве и 

гинекологии. Под.ред. В.И.Кулакова и В.Н.Серова. 

Москва, изд.Литерра, 2005. 

13.  Родовой блок. Чернуха Е.А., 2003, 709 с. 

14.  Manual of Obstetrics Pregnancy Complications. William. W, 

Beck. Jr Philadelphia, 2002. 

15.  Yüksek Riskli Gebelikler. D.K.James, F.J.Steer, B.Gonik, 

H.Güner  Copyright, 2008, 1792 s. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

29

16.  Руководство по амбулаторно-поликлинической помощи в 



акушерстве и гинекологии под ред. В.И.Кулакова и соавт.,-

М.:ГЭОТАР-Медиа, 2007-1056 с. 

17.  Баркаган З.С, Морозова Л.И, Мамаев А.Н. 

Органосберегающая технология в терапии терминальных 

акушерских кровотечений.//Трудный пациент-2006.Т.4, 

№2,с.13-15. 

18.  Серов В.Н., Маркин С.А. Критические состояния в 

акушерстве: руководство для врачей.-М- Медиздат,2003. 

19.  Серов В.Н., Соколова Ю.В. Инфузионно-трансфузионная 

терапия в акушерской практике// Ж.акуш. и гин.,2005-№6, 

с.14-17.  

20.  Серов В.Н. и соавт. Практическое акушерство. - М. МИА, 

1997. 

21.  Чернуха Е.А. Родовой блок.-М.ТриадаХ,2003. 



22.  Swindon and Marlborough NHS TRUST. Labourward clinical 

Guidelines, 2002,November 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №1 

Hamiləlik zamanı qanaxmanın stasionarda aparılma 

ALQORİTMİ 

 

Hamilə qadında uşaqlıq yolundan hər hansı bir qanaxma olarsa, 

onun stasionarda müalicəsi zəruridir.                        

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

30



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



ƏLAVƏ №2 

Ağır qanaxmaların aparılma  

ALQORİTMİ 

 

 



31

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • bleeding pregnancy oblojka.png
  • Bleeding during pregnancyA5.doc

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin