Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 3 fevral 2009-cu il tarixli



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
tarix21.01.2017
ölçüsü0,75 Mb.
#5915

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  

kollegiyasının 3 fevral 2009-cu il tarixli  

3 saylı qərarı ilə təsdiq edilmişdir 

 

 

 

 

DƏMİR DEFİSİTLİ ANEMİYANIN 

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

Bakı – 2009 

 

1



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

54.11 


D 47 

 

 



 

 

 



 

 

 



 

 

 



D 47    Dəmir defisitli anemiyanın diaqnostika və müalicəsi üzrə 

klinik protokol – 24 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib edilmişdir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

Ç.Əsədov – SN-in baş hematoloqu, B.Ə.Eyvazov ad. ET 

Hematologiya və Transfuziologiya İnstitutu, “Eritronun İrsi 

Patologiyası” bölməsinin rəhbəri, t.e.n. 

M.Babayev – B.Ə.Eyvazov ad. ET Hematologiya və 

Transfuziologiya İnstitutu, Uşaq hematologiyası şöbəsinin 

müdiri, t.e.d. 

İ.Bağırov – B.Ə.Eyvazov ad. ET Hematologiya və 

Transfuziologiya İnstitutunun böyük elmi işçisi, t.e.n. 

Z.Əlimirzəyeva – B.Ə.Eyvazov ad. ET Hematologiya və 

Transfuziologiya İnstitutu, Hematologiya və intensiv terapiya 

şöbəsinin müdiri, t.e.n. 

S.Qazıyeva – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-təlimatçısı 

K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin 

Gücləndirilməsi Layihəsi, həkim 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

4

İxtisarların siyahısı: 



DDA 

 dəmir defisitli anemiya 



HB 

 hemoqlobin 



XBT-10 

 Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış) 



RKT 

 randomizasiya olunmuş klinik tədqiqat 



UNICEF  

 BMT-nin Uşaq Fondu 



ÜST 

 Ümumdünya Səhiyyə Təşkilatı 



 

Sübutların etibarlılıq dərəcəsi  

və elmi tədqiqatların tipləri 

Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış         kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

6

Protokol ümumi praktika həkimləri, pediatrlar, mama-ginekoloqlar, 



terapevtlər və hematoloqlar üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: uşaqlar, yeniyetmələr, fertil yaşda olan hamilə 

olmayan qadınlar və hamilə qadınlar. 

 

Protokolun məqsədləri:  

 



Müasir metodlardan istifadə etməklə ilkin səhiyyə  səviyyəsində 

dəmir defisitli anemiyanın diaqnostika, müalicə 

və 

profilaktikasının təkmilləşdirilməsi  



 

DDA-nın erkən aşkar edilmə səviyyəsinin yüksəldilməsi 



 

DDA ilə xəstələnmə hallarının azaldılması 



 

DDA-lı xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 



 

ÜMUMİ MÜDDƏALAR 

Dəmir defisitli anemiya (DDA) – orqanizmdə  dəmirin daxil 

olmasının, mənimsənilməsinin pozulması  və ya patoloji itirilməsi 

nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan 

patoloji vəziyyətdir. 

 

Epidemiologiya 

DDA dünyanın bütün ölkələrində yayılmışdır. O daha çox 

əhalinin  ətlə normal qidalanma imkanı olmayan zəif inkişaf etmiş 

ölkələrdə rast gəlinir. Dünya əhalisinin təxminən üçdə birində dəmir 

defisiti var. ÜST-nin məlumatlarına görə inkişaf etməkdə olan 

ölkələrdə DDA-nın yayılması 55-60% arasındadır, inkişaf etmiş 

ölkələrdə isə 18% təşkil edir. Hər il dünyada ana ölümlərinin 20-

40%-i DDA ilə əlaqələndirilir.  

Bütövlükdə qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox 

əziyyət çəkir. DDA əsasən uşaqlarda, yeniyetmələrdə, fertil yaşında 

olan qadınlarda rast gəlinir.  

DDA Azərbaycan səhiyyəsinin ən vacib problemlərindən biridir. 

Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 15-49 yaş 

arasında olan hamilə olmayan qadınlarda 36%, 5 yaşdan aşağı 

uşaqlar arasında 66% anemiya halları haqqında məlumat vermişdir.  

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

7

Risk faktorları və səbəbləri 



DDA-nın risk faktorları aşağıdakılardır: 

 



Çox miqdarlı menstruasiyalar 

 



Hamiləlik, xüsusilə təkrar hamiləlik 

 



Laktasiya 

 



Pubertat dövrdə intensiv boyatma 

 



Tərkibində az dəmir olan pəhriz 

 

Dəmir defisitli anemiyanın inkişafı üçün böyük riskə malik 



olan insan qrupları: 

 



Qadınlar (çünki onların bədənlərində dəmir az olur və 

menstruasiya zamanı qan itirirlər) 

 

Körpələr və uşaqlar (ana südü və ya uşaq qarışıqları ilə lazımi 



miqdarda dəmir almırlarsa, onlarda dəmir defisitinin ortaya 

çıxması riski olur; uşaqlar intensiv boy atdıqda onlar üçün əlavə 

dəmir tələb olunur, çünki bu element əzələlərin inkişafı üçün də 

çox vacibdir)  

 

Vegetarianlar  



 

Qan donorları 



 

Böyüklərdə DDA əsasən 4 səbəbdən inkişaf edir (1-ci şəklə 

bax): 

 



Xronik qanitirmələr  

 



Dəmirin sorulmasının pozulması  

 



Dəmirə artmış tələbat  

 



Dəmirin alimentar çatmazlığı 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Səkil 1. Dəmir defisitli anemiyanın inkişaf etməsinin səbəbləri 

 

 



Dəmirin sorulmasının pozulmaları 

Enterit 


Pozulmuş sorulma 

sindromu 

Operativ 

müdaxilələr 

Hemorragik 

diatez 


Xronik qanitirmələr 

Qida 


borusunda

Reflyuks 

ezofaqit 

Eroziyalar 

Xora 

xəstəliyi 



Bədxassəli 

Bağırsaqdan 

Kron xəstəliyi 

Xoralı kolit 

Bədxassəli 

şişlər 


Babasil 

Divertkulyoz 

Uşaqlıqdan 

Menorragiya 

Mioma 

Endometrioz 



Hemorragik 

diatez 


Burundan 

Böyrəkdən 

Hemorragik 

nefrit 


Sidik daşı 

xəstəliyi 

Şişlər 

Dəmirin alimentar çatmazlığı 

Kifayət etməyən 

qidalanma 

Müxtəlif mənşəli 

anoreksiya 

Vegetarianlıq 



Dəmirə artmış tələbat 

Hamiləlik 

Laktasiya 

İ

ntensiv boy atma 



Makrositar 

anemiyanın    

B

12

 vitamini ilə 



müalicəsi 

 

8



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

9

DDA-nın TƏSNİFATI  



XBT-10 üzrə: 

D50  


Dəmir defisitli anemiya  

      


sideropenik  

       


hipoxrom 

D50.0  


Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli 

anemiya (xroniki) 

D50.1  

Sideropenik disfagiya 



Kelli-Paterson sindromu 

Plammer-Vinson sindromu   

D50.8  

Digər dəmir defisitli anemiyalar 



D50.9  

Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya  

 

ÜST-nin təsnifatına görə dəmir defisitli anemiyanın inkişafının 

aşağıdakı mərhələləri vardır: 

 

prelatent dəmir defisiti; 



 

latent dəmir defisiti; 



 

dəmir defisitli anemiya. 



Cədvəl 1-də ÜST/UNICEF tərəfindən hazırlanmış anemiyanın 

ağırlığına görə təsnifatı göstərilmişdir. 



Cədvəl 1. Hemoqlobinin səviyyəsindən asılı olaraq uşaq və 

qadınlarda anemiyanın ağırlıq dərəcəsi 

Anemiyanın dərəcəsi 

5 yaşından kiçik 

uşaqlar və hamilə 

qadınlar 

5 yaşından böyük 

uşaqlar və hamilə 

olmayan qadınlar 

Yüngül dərəcəli 

anemiya 


90-110 q/l 

90-120 q/l 

Orta dərəcəli anemiya 

70-90 q/l 

70-90 q/l 

Ağır dərəcəli anemiya 



<70 q/l 

<70 q/l 

 ÜST/UNİCEF, 1997 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

DDA-nın DİAQNOSTİKASI 

Dəmir defisitli anemiyanın klinik əlamətləri: 

 



Süstlük 

 



Yorulma 

 



Yuxuculluq 

 



Başgicəllənmə 

 



Dad hissinin təhrif olunması 

 



Dəri örtüyünün solğunluğu (xüsusilə ovucların və selikli 

qişaların) 

 

Dərinin quruluğu 



 

Ağız bucaqlarında çatlar 



 

Dilin selikli qişasının hamarlaşması 



 

Köndələninə cızıqlanmış dırnaqlar, onlarda qaşığa bənzərliyin 



formalaşmasına meyllilik 

 



Saçların qırılması və tökülməsi 

 



Taxikardiya, funksional sistolik küy 

 

Dəmir defisitli anemiyanın diaqnostikasının 

laborator meyarları 

Qan zərdabında ferritin səviyyəsinin təyin edilməsi dəmir 

defisitinin müəyyən olunması üçün ən  dəqiq meyar hesab olunur 

(A), lakin Azərbaycanda bu üsuldan geniş istifadə edilmədiyindən 

aşağıda göstərilən analizlərin aparılması tövsiyə olunur. 

 

Qanın ümumi analizi: 

 

Hemoqlobinin səviyyəsi  



 

Eritrositlərin sayı   

 

Eritrositlərin morfoloji dəyişiklikləri – mikrositoz, 



hipoxromiya, anizoxromiya, poykilositoz 

 

Rəng göstəricisi (normada 0,85-1,05)   



 

Eritrositdə hemoqlobinin orta miqdarı (normada 27-35 pq)   

 

Eritrositlərin orta həcmi (normada 85-90 fl)



 

 

 



Retikulositlərin miqdarı (normada 0,2-1,0%) – norma 

 

10



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Qan zərdabının biokimyəvi analizi: 

 

Qan zərdabında dəmirin miqdarı (normada 12,5-30,4 mkmol/l)   



 

Qan zərdabının ümumi dəmirbağlama qabiliyyəti  (normada 

46,7-76,7 mkmol/l)

 

 

 



Qan zərdabının latent dəmirbağlama qabiliyyəti (normada 

24,7-53,2 mmol/l)   

 

Transferrinin dolma əmsalı (normada 16-54%)   



 

Qan zərdabında ferritinin miqdarı (normada 15-150 mkq/l)   (B) 

 

Həll olunan transferrin reseptorları (normada 8,8-28,1 nmol/l)



 

 

 



Diferensial diaqnoz sideroblast anemiya, xronik xəstəliklər 

zamanı anemiya, talassemiya və qurğuşunla zəhərlənmə ilə 

aparılmalıdır.  

Dəmir defisitli anemiyası olan 65 yaşdan yuxarı qadın və kişi 

pasiyentlərdə  mədə-bağırsaq sisteminin gizli xərçəngi istisna 

olunmalıdır (B)

DDA-nin digər səbəbləri aşkar olunmadığı halda, yaşı 65-dən 

aşağı olan kişi və menstruasiyası olmayan qadınlarda mədə-bağırsaq 

sisteminin gizli xərçəngini istisna etmək lazımdır (B).  

DDA-nın MÜALİCƏSİ VƏ PROFİLAKTİKASI 

DDA-nın müalicəsi dəmir defisitinin aradan qaldırılması  və 

orqanizmdə  dəmir ehtiyatlarının yaradılmasından ibarətdir  (B)

Bunun üçün DDA-nı yaradan səbəblər aradan götürülməli və 

orqanizmə dəmir daxil edilməlidir. 

DDA-nın müalicə prinsipləri: 

 



Yadda saxlamaq lazımdır ki, pəhrizlə DDA-nı müalicə etmək 

olmaz. 


 

Dəmir defisitini aradan qaldırmaq üçün hökmən dəmir preparatı 



qəbul edilməlidir. 

 



Preparat əsasən peroral qəbul edilməlidir.  

 



Hemoqlobinin səviyyəsi normallaşan kimi dərmanın qəbulu 

dayandırılmamalıdır. 

 

Hemotransfuziyadan ancaq həyatı göstəriş olduğu halda istifadə 



edilməlidir. 

 

11



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

12



 

Müalicənin effektivliyi klinik-laborator əlamətlərə, o cümlədən 

retikulositar krizə əsasən qiymətləndirilməlidir. 

 



Askorbin turşusu dəmirin absorbsiyasını gücləndirir (B).

 



 

Daxilə  qəbul olunan dəmir preparatlarının ac qarına və turş 

meyvə şirəsi ilə qəbulu dəmirin absorbsiyasını artırır. 

 



 

Dəmir preparatının qəbulu 4-6 ay və ya ferritinin qanda səviyyəsi 

50 

μg/L qalxana qədər davam etdirilməlidir. 



 

Hazırkı dövrdə dəmir preparatlarının iki qrupundan istifadə edilir 

– tərkibində iki valentli və üç valentli dəmir olan preparatlar. Müasir 

dəmir tərkibli preparatların  əksəriyyətinin tərkibindəki dəmir  

bağırsaqlardan sorulduğu üçün çox hallarda həmin preparatların 

daxilə qəbulu təyin edilir. Yalnız aşağıda göstərilən xüsusi göstərişlər 

olduqda dəmir preparatları parenteral yeridilir: 

 



Sorulmanın pozulması ilə gedən bağırsaq patologiyasının olması 

(ağır enteritlər, sorulma çatışmazlığı sindromu, nazik 

bağırsaqların rezeksiyası və s.). 

 



Müalicənin davam etdirilməsinə mane olan dəmir preparatlarının 

daxilə qəbul edilməsinə mütləq dözümsüzlük. 

 

Orqanizmin tez bir zamanda dəmirlə doymasının vacibliyi, 



məsələn, DDA-lı xəstələrdə cərrahı əməliyyat planlaşdırıldıqda. 

 



Xəstələrin eritropoetinlə müalicəsi, bu zaman müalicənin 

effektivliyini azaldan amil ehtiyat və dövr edən dəmirin 

miqdarının kifayət qədər olmamasıdır. 

 

Dərman formalarının tərkibində olan dəmirin 10-12%-dən çox 



olmayan miqdarı sorulur. Dəmir defisitinin ağır dərəcəsində dəmirin 

mənimsənilmə göstəriciləri üç dəfəyədək arta bilər. Dərmanın 

tərkibində askorbin və  kəhrəba turşularının, fruktozanın, sisteinin 

olması, eləcə  də  bəzi preparatlarda bağırsaqda dəmirin ayrılmasını 

ləngidən xüsusi matrisalardan istifadə edilməsi dəmirin sorulmasının 

artmasına kömək edir (B). Dəmirin sorulması qidada olan bəzi 

maddələrin təsirindən (çayda olan tanin, fosfor turşusu fitin, kalsium 

duzları, süd), eləcə də bəzi dərman maddələrinin dəmirlə eyni vaxtda 

qəbulu zamanı (tetrasiklin, almagel, fosfalügel, kalsium preparatları, 

levomisetin, penisillin və s.) azala bilər. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

Fertil yaşda hamilə olmayan qadınlarda dəmir defisitli 



anemiyanın profilaktikası və müalicəsi 

 



Fertil yaşda hamilə olmayan bütün qadınlar 17-25 yaşlar arasında 

DDA-nın olub-olmamağına görə  ən azı bir dəfə müayinə 

edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı 

müayinələrin daha tez-tez aparılması  tələb olunur (ildə bir 

dəfədən az olmayaraq).  

 



Fertil yaş dövründə hamilə olmayan qadınlar üçün anemiya hemo-

qlobinin səviyyəsi 120 q/l-dən aşağı olduqda müəyyənləşdirilir. 

 

Hemoqlobinin səviyyəsi 90-119 q/l olduqda qadın elementar 



dəmirin terapevtik dozasını  qəbul etməlidir (ümumi doza 120 

mq/gün). Eləcə  də  xəstə qadına düzgün qidalanma haqda 

məsləhətlər verilməlidir. 

 



Həkim təyin edilmiş müalicənin effektivliyini 1 aydan sonra 

yoxlamalıdır. Əgər nəticə cüzidirsə (hemoqlobinin artması 10 q/l-

dən az) və ya ümumiyyətlə yoxdursa, xəstəni hematoloqun 

müayinəsinə göndərmək lazımdır. Müsbət nəticə alındıqda 

müalicə hemoqlobinin səviyyəsi 120 q/l-ə qalxanadək davam 

etdirilməlidir, bundan sonra dəmirin dozası  həftədə 120 mq-a 

qədər azaldıla və 6 ay müddətində davam etdirilə bilər.  

 



Fertil yaşda olan qadınlarda balanslaşdırılmış qidalanma DDA-nın 

inkişafının və  dəmir preparatlarının təyininin qarşısını ala bilər. 

Buna görə  də  ət və askorbin turşusu ilə  zəngin olan məhsullardan 

istifadə edilməsi (qida məhsullarından dəmirin sorulmasını artırmaq 

üçün) və yemək zamanı çay və qəhvə içilməməsi məsləhət görülür. 

 



DDA-nın inkişaf etmə riski olan və hamiləliyi planlaşdıran 

qadınlara hamiləlikdən 3 ay əvvəl DDA-nın profilaktikasına 

başlamaq lazımdır. Bunun üçün elementar dəmir (120 mq həftədə 

1 dəfə) və fol turşusu (400 mq hər gün) təyin edilməlidir, belə 

müalicəni 6 ay müddətində, başqa sözlə, hamiləliyin  birinci 

trimestri qurtarana qədər davam etdirmək lazımdır. 

 

DDA-nın inkişafı üçün şərait yaradan anemiyasız gizli dəmir 



defisiti zamanı profilaktika tələb olunur, məsələn, müntəzəm qan 

verən donorlarda, hamilələrdə (xüsusilə də əgər hamiləliyə qədər 

gur və uzunmüddətli menstruasiyalar qeyd olunubsa, yaxud 

hamiləliklər dalbadal baş veribsə).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Fertil yaşda hamilə olmayan qadınlarda DDA-nın müalicəsi 

alqoritmi şəkil 2-də göstərilmişdir. 



 

Şəkil 2. Fertil yaşda hamilə olmayan qadınlarda dəmir defisitli 

anemiyanın müalicəsi alqoritmi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hematoloqun 

konsultasiyası 

Elementar dəmirin profilaktik 

dozasının (həftədə 120 mq) 

 6 ay ərzində qəbulu 

Elementar dəmir preparatı təyin 

edilir – 60 mq gündə 2 dəfə 

1 aydan sonra qanın təkrar analizi 

Hb 120 q/l-ə çatana qədər 

müalicəni davam etdirmək

Hb 90-119 q/l

 



YOX 



Hb <90 q/l 

Hb-nin artması 



 

 

14



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

15

Hamilə qadınlarda dəmir defisitli anemiyanın                   



müalicəsi və profilaktikası  

Hamilə qadınlar daha çox DDA riskinə malikdirlər. Hamiləlik 

zamanı dövr edən qanın həcminin artmasına görə (qanın durulması 

hesabına fizioloji hemodelyusiya) eritrositlərin və hemoqlobinin 

miqdarının cüzi azalması normal hesab olunur. 

 



 

Bütün hamilə qadınlarda prenatal dövrdə həkimə birinci müraciət 

zamanı və hamiləliyin sonrakı trimestrlərində heç olmasa bir dəfə 

hemoqlobinin səviyyəsi yoxlanılmalıdır. Hər bir müraciət zamanı 

həkim hamiləlik dövründə düzgün qidalanma (dəmirlə  zəngin 

olan və  dəmirin sorulmasını artıran maddələrin qəbulu; dəmirin 

sorulmasını azaldan qida maddələrinin ayrı  qəbulu və s.) haqda 

məsləhət verməlidir.  

 

Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olduqda, diaqnozun 



dəqiqləşdirilməsi və müvafiq müalicənin seçilməsi üçün 

hematoloqun müayinəsi aparılmalıdır.  

 

Hemoqlobinin səviyyəsi 90-109 q/l arasında olduqda, həkim 



gündə 120 mq elementar dəmir preparatı və 400 mq fol turşusu 

olmaqla 3 ay müddətində müalicə təyin etməlidir.  

 

Hemoqlobinin səviyyəsi normaya çatdıqdan sonra profilaktik 



dozanın (120 mq elementar dəmir; 400 mq fol turşusu) 6 ay 

ərzində həftədə 1 dəfə qəbulunu davam etdirmək lazımdır. 

 

Dəmir preparatları ilə müalicə zamanı müsbət nəticə olmadıqda, 



hematoloqun müayinəsi vacibdir. 

 



Hamilə qadınlar DDA ilə daha çox xəstələndiklərinə görə, 

yüksək risk qrupu kimi bütün hamiləlik dövründə  və doğuşdan 

sonrakı 6 həftə  ərzində profilaktik məqsədlə elementar dəmir 

preparatı  və fol turşusu qəbul etməlidirlər. DDA-nın 

profilaktikası üçün hamiləliyin birinci trimestrində elementar 

dəmir (120 mq həftədə 1 dəfə) və fol turşusu (400 mq hər gün) 

təyin edilməlidir, 3 aydan sonra fol turşusunun dozası həftədə 1 

dəfə 400 mq olmaqla azaldılmalıdır.  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Hamilə qadınlarda DDA-nın müalicəsi alqoritmi şəkil 3-də 

göstərilmişdir



 

Şəkil 3. Hamilə qadınlarda dəmir defisitli anemiyanın 

müalicəsi alqoritmi 

Hb 90-109 q/l 

Hb <90 q/l 

Təyin edilsin: elementar dəmir – 120 mq; 



fol turşusu – 400 mq (üç ay ərzində hər gün) 

Hər ay qanın təkrar analizi 

 

16

Müalicəni davam etdirmək 



Hematoloqun 

konsultasiyası 

Hb-nin səviyyəsi normaya çatdıqdan 

sonra profilaktik dozanın (120 mq 

elementar dəmir; 400 mq fol turşusu)      

6 ay ərzində həftədə 1 dəfə qəbulunu 

davam etdirmək

YOX



Hb-nin artması 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

17

UŞAQLARDA DDA-nın 



 MÜALİCƏ VƏ PROFİLAKTİKASI 

 



5 yaşdan aşağı yaşlı  uşaqlarda hemoqlobinin səviyyəsi 110 q/l-

dən aşağı olduqda anemiya təyin edilir.  

 

Vaxtında doğulmuş  uşaqlar anemiyaya görə (hemoqlobinin 



səviyyəsinin təyini) 6 aylığında, vaxtından əvvəl doğulmuşlar isə 

3 aylığından gec olmayaraq yoxlanılmalıdırlar. 

 

DDA diaqnozu müəyyənləşdirilmiş  uşaqlar (hemoqlobinin 



səviyyəsi 90-109 q/l arasında) dəmir preparatları (gündə 30 mq 

sirop və ya 3 mq/kq dozasında elementar dəmir) və ya dəmirlə 

zəngin qida (qarışıq) qəbul etməlidirlər.  

 



Bütün kiçik yaşlı  uşaqlarda müalicənin effektivliyinə  nəzarət 

məqsədi ilə müalicənin başlanmasından 1 ay sonra hemoqlobinin 

səviyyəsini təyin etmək lazımdır.  Əgər təyin edilmiş müalicəyə 

müsbət cavab varsa (hemoqlobinin 10 q/l və ya daha çox artması) 

və ya hemoqlobinin göstəriciləri normaya çatırsa, onda müalicə 

daha 2 ay müddətində davam etdirilməli və bundan sonra dəmir 

preparatlarının təyini dayandırılmalıdır. Aparılmış müalicədən 

müsbət nəticə alınmadıqda və ya hemoqlobinin səviyyəsi 10 q/l-

dən az qalxdıqda, həkim xəstəni konsultasiya üçün hematoloqa 

göndərməlidir.  

 

Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olan az yaşlı  uşaqlar 



dərhal hematoloqun müayinəsinə göndərilməlidir. 

 



Müalicə kursu bitdikdən sonra profilaktik məqsədlə 6 ay 

müddətində  həftədə 1 dəfə elementar dəmir preparatının qəbulu 

məsləhət görülür.  

 



DDA-ya yüksək risk qrupundan olan  6-12 yaşında uşaqlara 

müvafiq dəmir  əlavələri təyin etmək lazımdır  (B). DDA-ya 

yüksək risk qrupu aşağıdakılar hesab olunurlar: 

 

Vaxtından əvvəl doğulanlar 



 

Az çəki ilə doğulanlar 

 

Əsas qida rasionu dəmirlə  zənginləşməmiş inək südündən 



ibarət olanlar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

18

Xəstələrin valideynləri üçün məsləhətlər: 

 

6 aylıq yaşadək müstəsna olaraq ana südü ilə qidalanma; 



 

Ana südü ilə qidalanmanın vaxtından əvvəl kəsildiyi hallarda 

uşağın 12 aylığınadək tərkibində  dəmir olan uşaq 

yeməklərindən istifadə etmək; 

 

Vaxtından  əvvəl və ya az çəki ilə doğulmuş  uşaqlara 



həyatlarının 1-ci ayından gec olmayaraq tərkibində  dəmir 

olan siropların (gündə 2 mq/kq – maksimum 15 mq/kq) 

qəbuluna başlamaq; 

 

12 aylıq yaşadək inək südünün qəbulundan imtina etmək; 



 

Dəmir preparatlarını  uşaqların  əli çatmayan yerlərdə 

saxlamaq 

 

6 aylıqdan başlayaraq tərəvəzlərin, 8-9 aylıqdan isə  ət 



qəbuluna başlamaq; 

 

Dəmirin mənimsənilməsini yaxşılaşdırmaq məqsədi ilə qida 



rasionuna askorbin turşusu ilə  zəngin maddələrin daxil 

edilməsi (meyvələr, tərəvəzlər və ya onlardan hazırlanan 

şirələr). 

 

Uşaqlarda DDA-nın müalicəsi alqoritmi şəkil 4-də göstərilmişdir. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Şəkil 4. Uşaqlarda dəmir defisitli anemiyanın müalicəsi alqoritmi 

1 aydan sonra qanın təkrar analizi 

Hb 90-109 q/l 

Hb <90 q/l 

Hemoqlobin yaş normasına çatana qədər 

müalicəni davam etdirmək və sonra 6 ay ərzində 

profilaktika məqsədi ilə dəmir preparatları təyin 

etmək


Yaş Doza 

6-12 ay 


Həftədə 30 mq dəmirli sirop 

2 yaşa qədər Həftədə 40 mq 

2-12 yaş 

Həftədə 60 mq 

Yeniyetmələr 

Həftədə 120 mq

YOX


Hb-nin artması 

Hematoloqun 

konsultasiyası 

Müalicə başlanılsın 

Yaş Doza 

Müddət 

 

1 yaşa 



 qədər 

Dəmirlə zənginləşdirilmiş 

uşaq qidası və ya 3 mq/kq 

elementar dəmir 

dozasında hər gün sirop 

təyin edilsin  

 

3 ay 


2 yaşa qədər Hər gün 25 mq 

3 ay 


2-12 yaş 

Hər gün 60 mq 

3 ay 

Yeniyetmələr 



Hər gün 120 mq

3 ay


 

19

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

20

TEZ-TEZ İSTİFADƏ EDİLƏN VƏ  



PERORAL QƏBUL OLUNAN DƏMİR PREPARATLARINDA 

ELEMENTAR DƏMİRİN MİQDARI 

 

Preparat 

Preparatda 

dəmirin birləşmə 

forması 

Preparatda aktiv dəmirin 

miqdarı (mq) 

Aktiferrin 

Dəmir sulfat 

1 kapsulda – 34,5 

1 ml siropda – 34,5 

1 ml damcı formasında – 9,8 

Aktiferrin 

kompozitum 

Dəmir sulfat 

1 kapsulda – 34,5 

Qemofer 

prolanqatum 

Dəmir sulfat 

1 drajedə – 105 

Qino-tardiferon 

Dəmir sulfat 

1 həbdə – 80 

Tardiferon 

Dəmir sulfat 

1 həbdə – 80 

Sorbifer durules 

Dəmir sulfat 

1 həbdə – 100 

Totema 

Dəmir qlükonat 

10 ml-də – 50 

Feramid 

Dəmir xlorid 

1 həbdə – 15 

Ferro-qradumet 

Dəmir sulfat 

1 həbdə – 105 

Dəmir sulfat +       

fol turşusu (Felol) 

150 mq dəmir sulfat 

+ 0,5 mq fol turşusu 

1 həbdə – 47 mq 



Fenuls 

Dəmir sulfat 

1 kapsulda – 45 

Qemofer 

Dəmir xlorid 

1 damcıda – 1,5 

Maltofer 

Fe-hidroksid-

polimaltoza 

5 ml siropda – 50 



Maltofer FOL 

Fe-hidroksid-

polimaltoza 

1 həbdə – 100 



Ferrum lek 

Fe-hidroksid-

polimaltoza 

5 ml siropda – 50 

1 həbdə – 100 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

21

DƏMİR PREPARATLARININ KƏNAR TƏSİRLƏRİ 

DDA-nın müalicəsi zamanı ortaya çıxan kənar təsirlər 

aşağıdakılardır: 

 

Qəbizlik və diarreya. Bu əlamətlər nadir hallarda ciddi forma 



ala bilir, lakin elementar dəmir həbləri mövcud olan mədə-

bağırsaq xəstəliklərinin (xora, xoralı kolit) kəskinləşməsinə səbəb 

ola bilər. Belə olan hallarda per os qəbul edilən elementar dəmir 

preparatları parenteral yeridilən dəmir preparatları ilə əvəz edilir. 

 

Ürəkbulanma və qusma yüksək dozada elementar dəmirin 



qəbul edilməsi zamanı  müşahidə olunduğundan preparatın 

dozasını azaltmaqla və ya xüsusi örtüklü dəmir preparatlarının 

(kapsul formasında) təyini ilə  əlamətləri aradan qaldırmaq 

mümkündür.  Yuxarıda göstərilən simptomları aradan qaldırmaq 

üçün dəmir preparatlarının yeməkdən sonra qəbulu məsləhət 

görülür, lakin nəzərə almaq lazımdır ki, bu halda preparatın 

effektivliyi 60%-ə  qədər azalır. Fasiləsiz qusmalar zamanı 

preparatın inyeksiya formalarından istifadə etmək olar. 

 

Dəmir preparatlarının  parenteral yeridilməsi zamanı  flebitlər, 



venoz spazm, inyeksiya yerində  dərinin tündlənməsi, 

postinyeksion abseslər, hipotoniya, döş nahiyəsində  ağrılar, 

paresteziyalar,  əzələ  ağrıları, artralgiyalar, qızdırma kimi 

əlamətlər ortaya çıxır.  

 

Tünd rəngli nəcisin olması dəmir preparatlarının qəbulu zamanı 



adi haldır və klinik əhəmiyyət kəsb etmir. 

 



Diş emalının qaralması. 

 



Böyüklərdə elementar dəmir preparatları ilə ağır zəhərlənmə çox 

nadir hallarda rast gəlinir.  



 

DƏMİR PREPARATLARI İLƏ ZƏHƏRLƏNMƏ 

Dəmir preparatları ilə  zəhərlənmə  əsasən dozanı  aşmaqla 

əlaqədar 6 yaşına qədər uşaqlarda rast gəlinir. Bunun səbəbləri 

aşağıdakılardır: 

 

Valideynlər dəmir preparatlarının uşaqlar üçün təhlükəli 



olduğunu bilmirlər və uşaqlar üçün əlçatan yerdə saxlayırlar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

22

 



Balaca uşaqlar dəmir preparatlarını  şirin konfet kimi qəbul 

edirlər. 

Toksiki effekt 1 kiloqram çəkiyə 10-20 mq dəmir qəbul edildikdə 

baş verir. 50 mq/kq çəki səviyyəsində dozanı  aşmaq çox ağır 

zəhərlənməyə gətirib çıxarır. 

İlk yardım olduqca tez aparılmalıdır, çünki yalnız zəhərlənmənin 

ilk saatında effektivdir və aşağıdakılardan ibarətdir:   

 

Xəstədə süni qusmanın aparılması. 



 

Mədənin bikarbonat soda məhlulu ilə yuyulması (mədənin 

təmizlənməsi və dəmirin konsentrasiyasının azaldılması üçün). 

 

Təmizləyici imalə (dəmir preparatının çıxarılması üçün). 



 

Xəstəxana şəraitində normotenziv pasiyentlərə: deferoxamin.  



Dəmir tərkibli preparatlarla zəhərlənmənin profilaktikası 

üçün DDA-lı  xəstələrə  və valideynlərə  dəmir preparatı ilə 

zəhərlənmə təhlükəsini, ilk yardımın göstərilməsi üsullarını, dərman 

preparatlarının uşaqlar üçün əlçatmaz yerdə saxlanılması  zərurətini 

izah etmək lazımdır.  



 

DƏMİR DEFİSİTLİ ANEMİYANIN PROFİLAKTİKASI 

ÜÇÜN RASİONAL QİDALANMA  

Hər bir pasiyent hansı qida maddələrinin dəmirlə  zəngin 

olduğunu, hansıların dəmirin sorulmasını artırdığını bilməlidir: 

 



Orqanizmdə  dəmir ehtiyatının artırılması üçün ən yaxşı qida 

maddələri ət, balıq, ev quşları, daxili orqanlardır (dil, qara ciyər, 

böyrəklər).  

 



Yumurta, süd məhsulları, tərəvəzlər, dənli bitkilər, meyvələr, 

göyərti, günəbaxan tumu yalnız pis sorulan qeyri-hem formalı 

dəmirə malikdirlər. 

 



C vitamini ilə  zəngin olan qida maddələri qeyri-hem formalı 

dəmirin sorulmasını artırır. Bu məhsullara kələm, bolqar bibəri, 

pomidor, sitrus bitkilərinin meyvələri, yemiş, bal, turş süd 

məhsulları aiddir. 

 

Qida ilə birlikdə çay və ya qəhvə  qəbulu həll olmayan tanin 



komplekslərinin  əmələ  gəlməsi ilə  əlaqədar dəmirin sorulmasını 

azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra 

içmək lazımdır. Yemək zamanı kompot, şirə, giləmeyvə  və ya 

meyvə dəmləmələri, saf su kimi içkilər daha məsləhətdir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

23

Ədəbiyyat: 

1.

 

Iron Deficiency Anemia, Shersten Killip, M.D., M.P.H., John 



Bennett M.D., M.P.H., Mara D. Chambers M.D., University of 

Kentucky, Lexington, American Family Physician Journal 

March, 2007 

2.

 



Guidelines  for the management of iron deficiency anemia. May 

2005. British Society of Gastroenterology  

3.

 

Клиническое руководство по скринингу, профилактике и 



лечению железодефицитной анемии. Центр Доказательной 

Медицины Ташкентского Института Усовершенствования 

Врачей. 2004  

4.

 



«Протокол ведения больных. Железодефицитная анемия. 

Под руководством Р.А. Хальфина  и  П.А.Воробьева. 2005. 

 Издательство Ньюдиамед  

5.

 



Reveiz L., Gyte G., Cuerva G. Treatments for iron deficiency 

anemia in pregnancy (Review). The Cochrane Library, 2008, 

Issue 3. 

6.

 



Prevention and control of iron deficiency anemia in women and 

children. Report of the UNICEF/WHO Regional Consultation 3-

5 February 1999 Geneva, Switzerland. 

7.

 



Iron deficiency anemia: assessment, prevention, and control. A 

guide for program managers, WHO/NHD/01.3 

8.

 

Merialdi M. et al. Nutritional intervention during pregnancy for 



the prevention or treatment of impaired fetal growth: an overyiew 

of randomized controlled trials. J.Nutr.2003; 133; 1626-1631. 

9.

 

Stolzfus R. et al. Guidelines for the use of iron supplementation to 



prevent and treat iron deficiency anemia. INACG/WHO/UNISEF 

(1998). 


10.

 

Centers for disease control and prevention. Recommendations to 



prevent and control iron deficiency in the United states. MMWR 

1998; 47 (No.RR-3):1-29. 

11.

 

Cuero LG, Mahomed K. Treatment for iron deficiency anemia in 



pregnancy (Cochrane Review). In The Cochrane Library, Issue 2, 

2003. Oxford: Update Software. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

24

12.



 

Goddarb A.F. et al. Guidelines for the management of iron 

deficiency anemia. Gut 2000; 46 (supl. IV): iv1-iv5. 

13.

 

Mahomed K. Iron and folate supplementation in pregnancy 



(Cochrane Review). In: The Cochrane Library, Issue 2 2003. 

Oxford: Update Software 

14.

 

Prevention of iron deficiency in infants – 922 Guidelines and 



statements. CHAPTER 6 PAEDIATRICS/GUIDELINE. 

Prevention of iron deficiency in infants- 922, 2002. available in: 

www.umanitoba.ca. 

15.


 

U.S. Preventive Services Task Force. Screening for iron 

deficiency anemia—including iron supplementation for children 

and pregnant women. Rockville, Md.: Agency for Healthcare 

Research and Quality, May 2006. Accessed July 24, 2006, at: 

http://www.ahrq.gov/clinic/uspstf06/ironsc/ironrs.htm. 

16.

 

Cogswell ME, Parvanta I, Ickes L, Yip R, Brittenham GM. Iron 



supplementation during pregnancy, anemia, and birth weight: a 

randomized controlled trial. Am J Clin Nutr 2003;78:773-81.  

17.

 

Cook JD. Diagnosis and management of iron-deficiency anaemia. 



Best Pract Res Clin Haematol 2005;18:319-32.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

Document Outline

  • IDanemia oblojka.pdf
  • IDAnemiaA5.pdf

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin