Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 4 aprel 2009-cu il tarixli



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə1/2
tarix14.01.2017
ölçüsü1,38 Mb.
#5141
  1   2

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 

kollegiyasının 4 aprel 2009-cu il tarixli 

10 saylı qərarı ilə təsdiq edilmişdir

 

 



 

 

 



MENİNGİTLƏRİN  

DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ 

KLİNİK PROTOKOL 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı - 2009 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

56.12 


M 37 

 

 



 

 

 



 

 

 



 

 

 



M 37   Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik  

protokol – 40 səh. 

Klinik protokol Azərbaycan Respublikası  Səhiyyə 

Nazirliyinin səhiyyə islahatları  çərçivəsində ictimai 

səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı 

əsasında tərtib və çap edilmişdir. 

 

2

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

3

 



Klinik protokolun redaktoru: 

C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və 

İslahatlar Mərkəzinin direktoru 

 

Klinik protokolun tərtibçilər heyəti: 

N.Əliyev – SN baş infeksionisti, ET Tibbi Profilaktika 

İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Rusiya TEA 

akademiki 

F.Məmmədbəyov – ATU-nun Nevrologiya və tibbi genetika 

kafedrasının dosenti, t.e.n. 

L.Rüstəmova – ET Tibbi Profilaktika İnstitutunun Enterovirus 

infeksiyası laboratoriyasının müdiri, t.e.n. 

N.Əliyeva – ET Tibbi Profilaktika İnstitutunun Yoluxucu 

Xəstəliklər Klinikasının baş həkimi, t.e.n. 

Ş.İsmayılova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb 

işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti 

 

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi tərəfindən 



rəy verilmişdir. 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 

 

Sübutların 



etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri  

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 



Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış 

tədqiqatdan 

alınmışdır 

IIb 

Sübutlar  ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi) 

alınmışdır 



IV 

Sübutlar ekspertlərin rəyinə  və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 



4

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

5

Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların  

etibarlılıq dərəcəsi 

 



RKT-lərin yüksək keyfiyyətli meta-analizi, 

sistematik icmalı və ya nəticələri uyğun 

populyasiyaya şamil edilə bilən, sistematik səhv 

ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi Ia. 



 



Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların 

yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

 

Sistematik səhv riski çox aşağı olan (++) yüksək 



keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli 

tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) RKT. 

 



Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

 



Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 

sistematik səhv riski yüksək olmayan (+) kohort və 

ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən

randomizasiya olunmamış tədqiqat, yaxud  

 

Nəticələri uyğun populyasiyaya bilavasitə şamil 



edilə bilməyən, sistematik səhv riski çox aşağı olan 

və ya yüksək olmayan (++ və ya +) RKT. 

 

Sübutların etibarlılıq dərəcəsi IIb. 



 



Klinik hallar seriyasının təsviri, yaxud  

 



Nəzarət edilməyən tədqiqat, yaxud  

 



Ekspertlərin rəyi.  

 



Yüksək səviyyəli sübutların mövcud olmamasının 

göstəricisidir. 

 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

6

İxtisarların siyahısı: 



 

AT  

– arterial təzyiq  



EÇS  

– eritrositlərin çökmə sürəti 



EEQ  

– elektroensefaloqrafiya 



İİV  

– insan immun çatışmazlığı virusu 



XBT-10  – 

Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu baxış) 



KT  

– kompüter tomoqrafiyası 



QİÇS  – 

qazanılmış immun çatışmazlığı sindromu 



MRT  

– maqnit rezonans tomoqrafiyası 



MSS  – 

mərkəzi sinir sistemi 



OBM  

– onurğa beyni mayesi 



PNL  

– polimorf nüvəli limfositlər 



RKT  

– randomizasiya olunmuş klinik tədqiqatlar 

 

 

 



 

 

 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

7

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində  və stasionarlarda 



çalışan terapevtlər, infeksionistlər, nevropatoloqlar, ailə  həkimləri 

üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: meningit xəstəliyi olan böyük yaşlı  şəxslər və 

uşaqlar. 

 

Protokolun məqsədləri:  

 



Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 

meningitin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi 

 

Meningitlə xəstələnmə və ölüm hallarının azaldılması 



ÜMUMİ  MÜDDƏALAR 

Meningit – baş beyin və/və ya onurğa beyni qişalarının iltihabi 

xəstəliyidir. 

 



Bütün yaş qruplarında rast gəlinir. 

 



Hava-damcı yolu ilə keçir. 

 



Bəzi bakteriyalar (meninqokoklar, pnevmokoklar, streptokoklar, 

haemophilus, vərəm çöpləri, qarın yatalağı çöpləri, listeriyalar), 

viruslar (enteroviruslar, I və II tip sadə herpes virusu, epidemik 

parotit virusu, arboviruslar), parazitlər (amöb, malyariya) və 

göbələklər tərəfindən törədilir. 

 

Müxtəlif ağırlıq dərəcələri və təzahürləri (yüngül nazofaringit və 



meninqokokk gəzdiriciliyindən yayılmış meninqokokkemiya və 

meninqoensefalitə qədər) olur. 

 

Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, 



karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü 

vəzin çatışmazlığı və s. 



Proqnoz 

Pasiyentlərin bir hissəsində (təqribən yarısında) tam sağalma 

olmur (25% xəstələrdə davamlı nevroloji dəyişikliklər, 11% 

xəstələrdə ağır əlillik). 

Bakterial meningitlərdə ümumi ölüm 19-27% (B), 60 yaşdan 

yuxarı yaş qrupunda isə – 38%-dir (A)

Meninqokokk meningitlərdə ölüm faizi aşağıdır – 7,5% (B)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

8

Letallıq və ağır nevroloji pozulmaların amilləri (cəhətləri): 



 

arterial hipotenziya (B) 

 

qıcolmalar (B) 



 

huşun dəyişikliyi (B) 

 

kəllədaxili arteriyaların stenozu (A) 



 

xəstəxanaya daxil olarkən anemiya (Hb < 110q/l) (B) 

 

yaşa dolmuş (ahıl) insanlar (B) 



Epidemiologiya 

XX əsrin əvvəllərindən meninqokokk infeksiyası bütün qitələrdə 

qeyd olunur və Ümumdünya Səhiyyə  Təşkilatının məlumatına görə 

(2007-ci il) inkişaf etmiş ölkələrdə hər 100 000 əhaliyə 5-10 hadisə 

baş verir, inkişaf etməkdə olan ölkələrdə isə meningit nəzərə çarpan 

dərəcədə çox təsadüf olunur. XX əsrin 50-70-ci illərində ən yüksək 

xəstələnmə göstəriciləri Afrika ölkələrində qeydə alınırdı  və bu 

region “meningit zonası”, yaxud ”meningit qurşağı” adlanırdı. 70-80-

ci illərdə dünyanın 40 ölkəsində, o cümlədən Sovet İttifaqında da bu 

xəstəliyə rast gəlinirdi. Azərbaycan Respublikasında 2007-ci ildə 

meninqokok infeksiyası ilə 3 xəstələnmə halı qeydə alınmış, 1 hadisə 

17 yaşında, 2 hadisə yaşlı şəxslərdə aşkar edilmişdir. 



Meningitlərin inkişafının ən əhəmiyyətli risk faktorları 

 



Meninqokokk gəzdiriciliyinin olması  

 



Mütəşəkkil kollektivlərdə sıxlıq, xüsusilə yataq otaqlarında uzun 

müddətli ünsiyyət 

 

Temperatur və rütubət rejiminin pozulması  



 

İmmunoloji reaktivliyin aşağı düşməsi  



 

Xəstənin peşəsi (məs: suvaqçılar çox zaman göyərçin ifrazatı ilə 



təmasda olur ki, bu da kriptokokların mənbəyidir). 

 



Mövsümilik  

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

XBT-10 ÜZRƏ TƏSNİFAT 

A17.0+ Vərəm meningiti (G01*) 

A17.1 Meningeal 

tuberkuloma(G07*) 

A32.1 

Listeriozlu meningit (G01*) və meninqoensefalit (G05.0*) 



A39.0 Meninqokokk 

meningiti 

(G01*) 

A39.2 Kəskin meninqokokkemiya 



A39.3 Xroniki 

meninqokokkemiya 

A39.4 Dəqiqləşdirilməmiş meninqokokkemiya  

A87 Virus 

meningiti 

A87.0 Enterovirus 

meningiti 

(G02.0*) 

A87.1 Adenovirus 

meningiti 

(G02.0*) 

A87.2 Limfositar 

xoriomeningit 

A87.8 Digər virus meningiti 

A87.9 Dəqiqləşdirilməmiş virus meningiti 

B00.3+ Herpetik 

meningit 

(G02.0*) 

B01.0+ Meningitlə gedən su çiçəyi (G02.0*) 

B05.1+ Meningitlə ağırlaşmış qızılca (G02.0*) 

B06.0 Məxmərək meningiti (G02.0*) 

B26.1+ Parotit 

mənşəli meningit (G02.0*) 

B37.5+ 


Kandidoz meningiti (G02.1*) 

B38.4+ Koksidioidomikoz 

meningiti 

(G02.1*) 

B45.1+ Kriptokokk 

meningit 

(G02.1*) 

G00.0 Qrippoz 

meningit 

G00.1 Pnevmokokk 

meningiti 

G00.2 Streptokokk 

meningiti 

G00.3 Stafilokokk 

meningiti 

G00.8 Digər bakteriyalar tərəfindən törədilən meningit 

(Fridlender çöpləri, E. Coli, Klebsiella) 

G00.9 Dəqiqləşdirilməmiş bakterial meningit 

G02.0* Digər rubrikalarda təsnif olunmuş virus xəstəliklərində 

meningit 

G02.1 Mikozlarda 

meningit 

G02.8* Digər rubrikalarda təsnif olunmuş  dəqiqləşdirilmiş başqa 

infeksion və parazitar xəstəliklərdə meningit 

G03 Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 

 

10

G03.0 Qeyri-piogen 



meningit 

G03.1 Xroniki 

meningit 

G03.2 Xoşxassəli residivləşən meningit (Mollare) 

G03.8 Digər dəqiqləşdirilmiş törədicilər tərəfindən törədilən 

meningit 

G03.9 Dəqiqləşdirilməmiş meningit 

Z22.3 Meninqokokk 

gəzdirmə  

KLİNİK TƏSNİFAT 

I. Etiologiyaya görə: 

1.

 

Bakterial meningitlər  



2.

 

Virus meningitləri  



3.

 

Parazitar mənşəli meningitlər (E.hystolitica, Pl.vivax)  



4.

 

Mikoz təbiətli meningitlər  



5.

 

Spesifik törədicilərin törətdiyi meningitlər  



II. Formasına görə:  

1.

 



Lokal  

2.

 



Meninqokokk gəzdiriciliyi  

3.

 



Yayılmış 

4.

 



Nadir formalar  

III. Ağırlıq dərəcəsinə görə: 

1.

 

Yüngül  



2.

 

Orta ağır  



3.

 

Ağır  



4.

 

Çox ağır  



IV. İltihabi prosesin xarakterinə görə: 

1.

 



Seroz  

2.

 



İrinli  

V. Gedişinə görə: 

1.

 

Kəskin 



2.

 

Yarımkəskin 



3.

 

Xroniki (simptomların 4 həftədən artıq davam etməsi;  əsas 



səbəblər – vərəm, sifilis, Laym xəstəliyi, kandidoz, 

aspergilyoz, toksoplazmoz, QİÇS) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

11

Meninqokok infeksiyasının ağırlıq dərəcəsinin 



qiymətləndirilməsi sxemi 

Ağırlıq 

dərəcəsi 

Nazofaringit Meninqokokkemiya

Meningit 

Yüngül Burnun 

tutulması, quru 

öskürək, 

boğazda ağrı və 

qıdıqlanma 

hissi, udlağın 

arxa divarının 

selikli qişasının 

hiperemiyası, 

istisqası, 

limfoid 


törəmələrin 

hiperplaziyası. 

Subfebril 

temperatur, zəif 

intoksikasiya. 

Çox olmayan səpgi 

(kiçik, hemorragik, 

rozeolyoz və 

papulyoz). 

Temperatur 38,5°C-

dək, 3-5 gün davam 

edir. Mülayim baş 

ağrıları. Tez-tez 

sağalma ilə qurtarır, 

çox vaxt diaqnoz 

müəyyən edilmir. 

Zəif meningeal 

sindrom, baş 

ağrısı. Qısa 

müddətli 

qızdırma, huş 

saxlanılır. 

Onurğa beyni 

mayesi şəffaf. 

Sitoz 2-3 

rəqəmlidir. 

Sitoqrammada 

limfositlər 

üstünlük təşkil 

edir. Virus 

meningitlərində 

diferensiasiyası 

çətinidir. 

Orta-


ağır 

Baş ağrısı, 

başgicəllənmə, 

süstlük, 

adinamiya, 

avazıma, 

qusma, dəri 

hiperesteziyası, 

hərarət 38-

40°C olur və  

2-3 gün davam 

edir. 


Taxikardiya,  

meningeal 

sindrom, 

nazofaringit 

simptomları. 

Tipik səpgi, 

qızdırma, baş ağrısı, 

qusma, zəif 

taxikardiya, A/T 

normal. 


Huşun 

pozulması və 

mərkəzi sinir 

sisteminin güclü 

zədələnmə 

simptomları 

olmadan, irinli 

meningitin tipik 

mənzərəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

12

Ağır Yoxdur. 



Bəzən nekrozlaşan 

və geniş 

qansızmalarla səpgi. 

Tez-tez selikli 

qişalarda 

qansızmalar, 

qanaxma da ola bilər. 

Meningeal sindrom, 

hərarət yüksək olur. 

Qusma, əzələlərdə 

ağrı, taxikardiya, A/T 

aşağı norma 

həddində.   

Kompensasiya 

olunmuş şok, bəzən 

beyin ödemi ilə 

birlikdə, bərpa edilə 

bilən kəskin böyrək 

çatışmazlığı. 

Huşun 


pozulması, irinli 

meningitin tipik 

şəkli (sopor, I 

dərəcəli koma), 

qıcolmalar, 

psixomotor 

oyanma, beyin 

ödemi və 

şişməsi 

simptomları. 

Orqanizmin 

həyati vacib 

funksiyaları 

pozulmadan 

MSS-nin güclü 

ocaqlı 


zədələnməsinin 

simptomları. 

Serebral 

hipotenziya. 

Çox 

ağır 


forma 

Yoxdur. Eynidir. 

Kompensasiya 

olunmayan şok. 

Temperatur çox vaxt 

subnormal. Bərpa 

edilməyən böyrək 

çatışmazlığı. Beyin 

ödemi. 

Eynidir, 



orqanizmin 

həyati vacib 

funksiyalarının 

pozulması ilə. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

MENİNGİTLƏRİN DİAQNOSTİKASI 

Anamnez toplayarkən aşağıdakı faktorları nəzərə almaq lazımdır: 

 



Yaxın zamanlarda xəstə yuxarı tənəffüs yollarının infeksiyasını, 

yaxud pnevmoniya keçirmişdir. 

 

Xəstə  hər hansı yoluxucu xəstəlik keçirmiş  və meningit onun 



ağırlaşması olmuşdur (məs: orta otit). 

 



Xəstə yaxın dövrdə epidemik parotit, yaxud suçiçəyi keçirmişdir. 

 



İnfeksion xəstə ilə təmasın olması. 

 



Xəstənin meningitə görə endemik zonadan gəlməsi (Afrika və 

Asiya ölkələri). 

 

Prodromal dövrün olması. 



 

Şəxsiyyətin dəyişməsi və uzun müddətli subfebrilitet. 



 

MSS-nin infeksion zədələnməsinə  şərait yarada biləcək  əsas 



xəstəliyin olması: 

 

limfoma, leykoz 



 

digər bədxassəli şişlər 

 

böyrək çatışmazlığı 



 

alkoqolizm 

 

QİÇS və digər 



immundefisitli vəziyyətlər 

 

şəkərli diabet 



 

Xəstə infeksion prosesin inkişafına səbəb olan dərman preparatı 



qəbul etmişdir:  

 

kimyəvi terapevtik 



vasitələr  

 

immunsupressorlar  



 

kortikosteroidlər  

 

Dializ zamanı  dəri mikrobları (stafilokoklar, streptokoklar) ilə 



yoluxma mümkündür. 

 



Xəstə  kəllə-beyin travması almışdır (10% hallarda pnevmokokk 

meningiti travmadan sonra meydana çıxır): 

 

Qapalı  kəllə-beyin travması zamanı adətən meningit 



travmadan 2 həftə sonra baş verir (pnevmokokk). 

 

Açıq kəllə-beyin travması zamanı baş verən meningitləri 



qram-mənfi çöplər və stafilokoklar törədir. Likvorrinoreya ilə 

müşayiət olunan meningitlər çox zaman pnevmokoklar 

tərəfindən törədilir. 

 



Xəstənin yaxın vaxtlarda neyrocərrahiyyə əməliyyatı keçirməsi – 

yoluxma əməliyyat zamanı, ya da ondan sonra baş verir. 

 

Xəstəni gənə, yaxud digər həşəratların dişləməsi (Laym xəstəliyi, 



malyariya, rikketsiozlar). 

 



Anamnezdə müsbət tuberkulin sınağı haqqında məlumatların olması. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 


 

14

Simptomlar və fizikal müayinə 

Aşağıdakı  əlamətlər qeyd edilərsə, o zaman meningitin olması 

ehtimalı artır:  

 

Ekzantema – 5-15 saat sonra, bəzən xəstəliyin 2-ci günü 



meydana çıxır. Səpgilər qeyri-düzgün formalı,  əl ilə yoxladıqda 

bərk olur, dəri səthindən qalxır. Hemorragik, qızılcayabənzər, 

rozeolyoz, papulyoz və petexial ola bilər.  Ətraflarda, bədəndə, 

sağrı nahiyəsində, az hallarda üzdə aşkar olunur. 

 

“Meyit ləkələri” (livors mortalis) – bədənin vəziyyəti dəyişən 



zaman dəri üzərində yerini dəyişən tünd qırmızı, göyərmiş ləkələr 

(ildırımsürətli meninqokokkemiya zamanı). 

 

Baş ağrıları son dərəcə şiddətli, əziyyətli, diffuz şəkildə olur. Bədən 



vəziyyətini dəyişdikdə, güclü səs, parlaq işıq zamanı güclənir. 

 



Qusma – ürəkbulanma və qida ilə  əlaqə olmadan, qəflətən, 

”fəvvarə ilə” baş verir. 

 

Dəri hiperesteziyası, eşitmənin artması (hiperakuziya), işıqdan 



qorxma (fotofobiya), ağrının artması (hiperalgeziya)  

 



Qıcolmalar (klonik, tonik və ya qarışıq) – xəstəliyin birinci 

saatlarında baş verir. Kiçik yaşlı uşaqlarda qıcolmaların müşahidə 

edilməsi meninqokokk meningitinin ilk dəfə olmasını göstərir. 

 



Məcburi vəziyyət – başı dala dartılmış, ayaqlar diz və bud-çanaq 

oynaqlarında bükülmüş, qarına doğru dartılmış şəkildə böyrü üstə 

(“Qaldırılmış çaxmaq vəziyyəti“). 

 



Ənsə  əzələlərinin rigidliyi. Qeyd: Vərəm, poliomielit zamanı 

meningitlərdə ənsə əzələlərinin rigidliyi olmaya bilər. 

 

Kerniq, Brudzinski (aşağı, orta, yuxarı), Giyen, Bexterev, Meytus 



simptomları. 

Xəstəyə baxış zamanı  tənəffüsün sayı  və xarakteri, nəbz və 

hərarət müəyyən olunur. Hərarət bakterial infeksiyalar zamanı 

yüksək olur, bəzən isə  aşağı ola bilər (vərəm zamanı). Dəridə 

səpgiləri axtarmaq lazımdır.

 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin