Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü1,85 Mb.
#7567

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

 

kollegiyasının 

03 oktyabr 2013-cü il tarixli 

30 

saylı qərarı ilə təsdiq edilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DOĞUŞUN İNDUKSİYASI 

 

VƏ STİMULYASİYASI ÜZRƏ 

 

KLİNİK PROTOKOL

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı 

- 2013

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

57.16  



D 70 

 

 



 

 

 



 

 

 



 

D 70  D


oğuşun induksiyası və stimulyasiyası üzrə klinik protokol. 

 

 



– 2013. – 

24 səh. 


 

 

Bu  klinik  protokol  ABŞ-ın  Beynəlxalq  İnkişaf  Agentliyi 



tərəfindən  maliyyələşdirilən  “İlkin  Səhiyyə  Xidmətlərinin 

Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə hazırlanmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



Redaktor: 

C.

Məmmədov 



Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzinin direktoru, t.f.d. 



Tərtibçilər: 

F.Əliyeva 

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu,  

 

Elmi-



Tədqiqat  Mamalıq  və  Ginekologiya 

İnstitutunun  direktoru,  dosent,  t.f.d.,  RS/AP  üzrə 

Milli Koordinator, tərtibçilər qrupunun rəhbəri 

F.Qurbanova 

Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzinin 

Ambulator 

şöbəsinin 

mama-

ginekoloqu, t.e.d. 



M.Həmzəyev 

Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri 

T

əkmilləşdirmə 



İnstitutunun 

Mamalıq- 

g

inekologiya kafedrasının dosenti, t.f.d. 



S.Məmmədova 

A

zərbaycan  Tibb  Universitetinin  I  Mamalıq- 



g

inekologiya kafedrasının assistenti, t.f.d. 

N.Şəmsadinskaya  Azərbaycan  Tibb  Universitetinin  II  Mamalıq- 

g

inekologiya kafedrasının assistenti, t.f.d. 



A.Bədəlova 

Elmi-


Tədqiqat  Mamalıq  və  Ginekologiya 

İnstitutunun Mamalıq bölməsinin kiçik elmi işçisi 

L.

Məmmədova  Elmi-Tədqiqat  Mamalıq  və  Ginekologiya 



İnstitutunun elmi katibi 

G.Hüseynova 

Səhiyyə  Nazirliyi  İctimai  Səhiyyə  və  İslahatlar 

Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin 

sabiq müdiri 

Rəyçi: 

L.Rzaquliyeva 

Ə.Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri 

Təkmilləşdirmə 

İnstitutunun 

Mamalıq- 

g

inekologiya kafedrasının müdiri, dosent, t.e.d. 



 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri 



Sübutların 

etibarlılıq 

dərəcəsi 

Sübutların mənbələri 

(elmi tədqiqatların tipləri) 

Ia 

Sübutlar meta-

analiz, sistematik icmal və ya 

randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT) 

alınmışdır 

Ib 

Sübutlar ən azı bir RKT-dən alınmışdır 



IIa 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət 

edilən, randomizasiya olunmamış tədqiqatdan 

alınmışdır 



IIb 

Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-

eksperimental tədqiqatdan alınmışdır 

III 

Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli, 

korrelyasion t

ədqiqatlar, ayrı-ayrı halların 

öyrənilməsi) alınmışdır 

IV 

Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə 

əsaslanmışdır 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası 



Tövsiyənin 

etibarlılıq 

səviyyəsi 

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq 

dərəcəsi 

RKT-



lərin  yüksək  keyfiyyətli  meta-analizi, sistematik 

icmalı  və  ya  nəticələri  uyğun  populyasiyaya  şamil 

edilə  bilən,  sistematik  səhv  ehtimalı  çox  aşağı  olan 

(++) irimiqyaslı RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ia. 

Kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli  tədqiqatların 



yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud 

Sistematik  səhv  riski  çox  aşağı  olan  (++)  yüksək 

keyfiyyətli  kohort  və  ya  klinik  hal  -  nəzarət  tipli 

tədqiqat, yaxud 

Nəticələri  uyğun  populyasiyaya  şamil  edilə  bilən, 

sistematik səhv riski yüksək olmayan (+) RKT. 

Sübutların etibarlılıq dərəcəsi Ib və IIa. 

Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, 



sistematik səhv riski yüksək olmayan (+) kohort və ya 

klinik hal - 

nəzarət tipli və ya nəzarət edilən, 

randomizasiya olunmamış tədqiqat, yaxud 

Nəticələri  uyğun  populyasiyaya  bilavasitə  şamil  edilə 

bilməyən,  sistematik  səhv  riski  çox  aşağı  olan  və  ya 

yüksək olmayan (++ və ya +) RKT. 

Sübutların etibarlılıq dərəcəsi IIb. 

Klinik hallar seriyasının təsviri, yaxud 



Nəzarət edilməyən tədqiqat, yaxud 

Ekspertlərin rəyi. 

Yüksək  səviyyəli  sübutların  mövcud  olmamasının 

göstəricisidir. 

Sübutların etibarlılıq dərəcəsi III və IV. 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



İxtisarların siyahısı 



DBİL 

dölün bətndaxili inkişaf ləngiməsi 



XBT-10 

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış 



KTQ 

kardiotokoqrafiya 



mTV 

millitəsir vahidi  



USM 

ultrasəs müayinəsi 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



Protokol mama-

ginekoloqlar üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu

doğuş  fəaliyyətinin  induksiyasına  və  ya 

stimulyasiyasına göstərişləri olan hamilələr. 

Protokol 

doğuş  fəaliyyətinin  induksiyasına  və  ya  stimulya-

s

iyasına  göstəriş  olan  hallarda  müayinə,  diaqnostika  və  aparılma 



taktikası  barədə  tam  məlumatla  təmin  edilməsi,  göstərilən  üsulların 

səmərəliyinin qiymətləndirilməsi və praktik məsləhətlərin təklifi üzrə 

sübutlu t

əbabətə əsaslanan metodik tövsiyələrin verilməsi məqsədini 

daşıyır. 

Doğuşun  induksiyası  –  doğuş  fəaliyyəti  spontan  başlanmadığı 

halda onun süni olaraq yaradılmasıdır. Doğuşun induksiyası istər döl 

qişaları  tam olduqda,  istərsə  də  dölyanı  mayenin  vaxtından  əvvəl 

axması fonunda aparıla bilər.

 

XBT-10 

ÜZRƏ TƏSNİFAT 

061 

Doğuş fəaliyyətinin induksiyasının uğursuzluğu 



061.0 

Doğuşun dərman vasitələri ilə induksiyasının uğursuzluğu 

 

oksitosinlə 



 

prostaqlandinlərlə 



061.1 

Doğuşun 


instrumental 

metodlarla 

induksiyasının 

u

ğursuzluğu: 



 

mexaniki 



 

cərrahi 



061.8 

Doğuş fəaliyyətinin digər induksiyasının uğursuzluğu 



061.9 

Doğuş fəaliyyətinin induksiyasının uğursuzluğu, 

dəqiqləşdirilməmiş 

062 

Doğuş fəaliyyətinin [doğuş sancılarının] pozğunluğu 



062.0 

Doğuş fəaliyyətinin birincili zəifliyi 



 

Uşaqlıq boynunun açılışının baş verməməsi 

 

Uşaqlığın birincili hipotonik disfunksiyası 



 

Doğuşun latent fazasında uşaqlıq əzələsinin yığılmalarının 

 

qeyd olunmaması və ya yığılmaların zəifliyi 



062.1 

Doğuş fəaliyyətinin ikincili zəifliyi 



 

Doğuşun aktiv fazasında sancıların zəifləməsi 

 

Uşaqlığın ikincili hipotonik disfunksiyası 



062.2 

Doğuş fəaliyyətinin zəifliyinin digər növləri 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

 



Uşaqlığın atoniyası 

 

Nizamsız yığılmalar 



 

Uşaqlığın hipotonik disfunksiyası 

 

Qeyri-


müntəzəm yığılmalar 

 

Zəif yığılmalar 



 

Uşaqlığın inertliyi 

 

Doğuşun induksiyasının aparılması hamiləliyin davam 

etdirilməsinin ana və döl üçün daha böyük risk olacağı 

hallarda məqsədəuyğundur. 

Doğuşun induksiyasına göstərişlər 

Ana tərəfdən: 

 



h

amiləliyin  tam  41  həftəsi  –  bu  halda  hamiləliyin  aparılması, 

doğuşun  induksiyasına  dair  qərar  kollegial  şəkildə  qəbul 

olunmalıdır 

 

v



axtı  ötmüş  hamiləlik  –  axırıncı  aybaşının  birinci  günündən 

hesablamaqla  42  tam  həftədən  artıq  (294  gün)  davam  edən 

hamiləlik 

 



y

etişmiş  və  yetişməmiş  hamiləlikdə  dölyanı  mayenin  vaxtından 

əvvəl axması (susuz dövr 24 saatdan az olmamaqla)  

 



x

orioamnionitə şübhə və ya təsdiq olunmuş xorioamnionit 

 

a



nanın  hamiləliyin  pozulmasını  tələb  edən  ekstragenital 

xəstəliklərinin ağırlaşması halları: 

 

I tip şəkərli diabet 



 

b



öyrək xəstəlikləri 

 



a

ğciyərlərin ağır xəstəlikləri 

 

xronik hipertenziya 



 

ü



rək-qan-damar sisteminin xəstəlikləri 

 



a

ntifosfolipid sindromun ağır forması 

 

h



amiləliyin  vaxtından  əvvəl  başa  çatdırılmasını  tələb  edən 

mamalıq  ağırlaşmaları  (hamiləlik  dövründə  hipertenziv 

pozuntular, preeklampsiya) 

Döl tərəfdən: 

 



h

amiləliyin  vaxtından  əvvəl  başa  çatdırılmasını  tələb  edən 

mamalıq ağırlaşmaları (preeklampsiya)  

 



i

zoimmunizasiya (dölün hemolitik xəstəliyi) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 



 

oliqohidroamnion (normada amniotik mayenin indeksi 5 sm-

dən 

çox 


və ya ən dərin cibin şaquli sütununun hündürlüyü 2 sm-dən 

artıq  olmalıdır.  Amniotik mayenin indeksi 5  sm-dən az  və  ya 

amniotik  mayenin  maksimal  şaquli  sütunu  2  sm-dən çox 

olmadıqda  və  ya  amniotik  maye  indeksi  hamiləliyin  hazırkı 

hestasiya  müddəti  üçün  5  persentildən  aşağı  olduqda 

oliqohidroamnion diaqnozu qoyulur) 

 

d



ölün  antenatal  ölümü,  anensefaliya  və  həyatla  uyğunlaşmayan 

digər inkişaf anomaliyaları  

İnduksiya  olunmuş  vaxtından  əvvəl  doğuşlar  bütün  induksiya 

olunmuş doğuşların təxminən 20%-ni təşkil edir. 

Doğuş  fəaliyyətinin  induksiyası  ilə  bağlı  mümkün  müsbət 

nəticələri  və  fəsadları  müzakirə  etdikdən  sonra  mütləq  qaydada 

hamilə  qadının  yazılı  məlumatlı  razılığı  alınmalıdır  (C)

14



İnduksiya  olunmuş  qadına  doğuş  zamanı  tibb  işçiləri  uyğun 

ağrısızlaşdırma  metodu (adi  analgetiklərdən  başlamış  epidural 

anesteziyaya qədər) təklif etməlidirlər. 

Potensial risk 

Özbaşına başlanmış doğuşlarla müqayisədə aşağıda qeyd olunan 

vəziyyətlər daha yüksək tezliklə rast gəlinir: 

 



o

perativ vaginal doğuş 

 

qeysəriyyə kəsiyi əməliyyatı 



 

d



oğuş fəaliyyətinin hiperstimulyasiyası 

 



u

şaqlığın cırılması 

 

c



iftin ayrılması 

 



a

mniotomiyanın icrası zamanı göbək ciyəsinin düşməsi 

 

p



atoloji  tip  KTQ  (gec  deselerasiyaların  və  bazal  ritmin 

variabelliyinin azalmasının müəyyən edilməsi) 

 

a



nanın  su  intoksikasiyası  (oksitosinin  antidiuretik  effekti 

nəticəsində orqanizmdə mayenin ləngiməsi baş verir, baş ağrıları, 

qusma, yuxulul

uq və qıcolmalarla təzahür edir)  



 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

10 


İnduksiya və stimulyasiyaya əks-göstərişlər 

 



Anamnezdə prostaqlandinlərə yüksək həssaslığın qeyd olunması 

 



Doğuşun  təbii  doğuş  yollarından  başa  çatdırılması  üçün  ümumi 

əks-göstərişlər, o cümlədən: 

 

göbək ciyəsi gəlişi 



 

göbək ciyəsinin düşməsi 



 

c



ift gəlişi 

 



c

iftin bitişməsi 

 

ç



anaq  girəcəyi,  çanaq  boşluğunun  və  çanaq  çıxacağının 

ölçülərinin normadan az olması 

 

a



lın və üz gəlişi 

 



çanaq 

gəlişi 


 

döl



ün köndələn və çəp vəziyyəti  

 



korporal  qeysəriyyə  kəsiyi  əməliyyatından  və  ya  uşaqlıq 

boşluğuna  daxil  olmaqla  miomektomiyadan  sonra  uşaqlıq 

üzərində çapığın əmələ gəlməsi  

 



u

şaqlığın boynu nahiyəsində miomanın yerləşməsi, düyünün 

degenerasiyası şübhəsi 

 



u

şaqlıq boynunun xərçəngi 

 

aktiv genital herpes



in olması 

 



hipertermiya

nın (dəqiqləşdirilməmiş) olması 

 

DBİL + subkompensasiya/dekompensasiya vəziyyəti 



 

vaginal qanaxma (



dəqiqləşdirilməmiş) 

 



bronxial astma

nın obstruksiya ilə gedişi 

 

q



araciyərin və böyrəklərin funksiyasının ağır pozğunluqları 

 



qlaukoma 

xəstəliyi 

 

tireotoksikoz 



vəziyyəti 

 



x

oralı kolit, mədə xorası xəstəlikləri 

 

u



şaqlıq boynunda çapıqlı dəyişikliklərin olması 

 

 



Uşaqlıq boynunun hazırlığı və doğuşun induksiyası 

doğuşayardım xidməti göstərən II və III səviyyəli                           

tibb müəssisələrində aparılmalıdır! 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

11 


Doğuşun induksiyasının uğurlu olması üçün aşağıdakılar vacibdir: 

 



g

östərişlərin və əks-göstərişlərin düzgün qiymətləndirilməsi 

 

a



nanın  çanağının  və  dölün  ölçülərinin  uyğunluğunun  düzgün 

qiym


ətləndirilməsi 

 



h

amiləliyin  12  həftəsinə  qədər  aparılmış  ultrasəs  müayinəsinin 

nəticəsinə  əsaslanaraq  hamiləliyin  müddətinin  maksimal 

dəqiqliklə təyin edilməsi (A)

15

 



 

h

amiləliyin  20  həftəsindən  başlayaraq  doplerometriyaya  əsasən 



və  32  həftəliyindən  başlayaraq KTQ-yə  əsasən  dölün 

vəziyyətinin qiymətləndirilməsi 

 

u



şaqlıq  boynunun  yetişkənlik  dərəcəsinin  qiymətləndirilməsi 

(Bişop şkalası üzrə) 



Bişop şkalası 

Amillər 

Qiymət (ball) 







Açıqlıq (sm) 

Bağlı 

1-2 sm 


3-4 sm 

>5 sm 


Uşaqlıq boynunun 

uzunluğu (sm) 

>4 sm 

3-4 sm 


1-2 sm 

<1 sm 

Uşaqlıq boynunun 

konsistensiyas

ı 

b



ərk 

h

issəvi 



yumşalmış 

y

umşaq 



 

Uşaqlıq boynunun 

çanağın aparıcı 

oxuna olan 

münasibəti 

arxaya 


orta 

a

parıcı ox 



üzrə 

 

Gələcək hissənin 



oturaq qabarlarına 

nisbətən 

yerləşməsi (sm) 

3 sm 


yuxarıda 

2 sm 


yu

xarıda 


1 sm 

yuxarıda və 

ya qabarlar 

səviyyəsində 

1-2 sm 

aşağıda 


Qiymətləndirmə: 

 



6 bala qədər – uşaqlıq boynu yetişməmiş hesab olunur, öncədən 

hazırlıq tələb olunur. 

 

6 ball 



və  daha  artıq  –  uşaqlıq  boynu  yetişmiş  hesab olunur, 

öncədən hazırlıq tələb olunmur (B)

15



 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

12 


Yetişməmiş uşaqlıq boynunun induksiyaya hazırlığı 

Bişop şkalasına əsasən qiymət 6 baldan az olduğu halda uşaqlıq 

boynu yetişməmiş kimi dəyərləndirilir. Bu halda aşağıdakı üsullarla 

uşaqlıq boynunun hazırlığı aparılır: 

 

I medikamentoz 



 

II mexaniki 



 

III c



ərrahi 

I.  Medikamentoz üsullar 

ilə  induksiya  uşaqlıq  boynunun 

açılışının dinamikasına nəzarət altında tətbiq edilir (vaginal müayinə 

ilə).  Prostaqlandin  E  analoqları  uşaqlıq  boynunun  hazırlığı  və 

doğuşun induksiyası üçün effektivdir (A)

8



D

öl  qişalarının  vaxtından  əvvəl  cırılması  zamanı  doğuşun 

induksiyası  məqsədi  ilə  intravaginal prostaqlandin E

2

 



istifadəsi 

təhlükəsiz və effektivdir (A)

8

 



 

intravaginal,  sublinqval PGE



(mizoprostol).  Mizoprostol per os 

hər 6 saatdan bir 50 mkq-dan artıq dozada təyin olunmamalıdır. 

İntravaginal  hər  4 saatdan bir 25  mkq  dozada  təyin  olunur. 

Maksimal doza 200 mkq.  

 



prostaqlandin E

–  gel: intraservikal (dinoproston



*

: 0,5 mq) 

katet

er vasitəsi ilə servikal kanala yeridilir. 



 

prostaqlandin E



2

  intravaginal (dinoproston

*

:  dölyanı  mayenin 



axması zamanı istifadə oluna bilər) 1 mq və 2 mq. Effekt qeyd 

olunmazsa, 

6 saatdan sonra doza təkrar oluna bilər. 

Prostaqlandin PGE

2

  vag


inal  istifadəsi  (uşaqlıq  yolunun  arxa 

tağına  qoyulmaqla)  yetişməmiş  uşaqlıq  boynu  fonunda  induksiya 

üçün məqsədəuyğundur (A)

14



Effektiv olmadığından doğuş fəaliyyətinin induksiyası məqsədilə 

aşağıda sadalanan medikamentoz üsullar tətbiq olunmamalıdır

 

e



strogenlər (A)

14

 



 

relaksin



 (A)

14

 



 

q

lukokortikoidlər (В)



14

 



 

n

itroqliserin (uzunmüddətli təsirli – izosorbid mononitrat) (A)



14

 

II. 



Mexaniki 

üsullar: 

(prostaqlandinlərlə  müqayisədə 

effektivliyi aşağıdır) 

                                                 

 

Az



ərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

13 


 

Foley kateteri 



№ 18 – servikal kanala daxil edilir, 30-60 ml su və 

ya fizioloji 

məhlulla doldurulur; 24 saat müddətinə və ya düşənə 

qədər saxlanılır 

 

Fo



ley  kateteri  uşaqlıq  boynunun  yetişməsi  və  doğuşun 

induk


siyası  üçün  məqsədəuyğun  və  effektiv alternativ metod 

hesab olunur (A)

8

 



 

laminariyalar – servikal kanala daxil edilir 

P

lasentanın  aşağıda  yerləşməsi,  antenatal  qanaxma  halları, 



dölyanı  mayenin  vaxtından  əvvəl  axması,  servisit  mexaniki 

metodların tətbiq edilməsinə nisbi əks-göstərişlər hesab olunur

Effektivliyi sübut olunmadığından və infeksiyalaşma riski yüksək 

olduğundan rutin olaraq istifadə olunmamalıdır (A)

15



III. 



Cərrahi üsul – amniotomiya 

Doğuşun  induksiyasının  aşağıda  qeyd  olunan  metodlarının 

istifadəsi effektiv olmadığından tövsiyə olunmur: 

 



akupunktura (B)

14

 



 

homeopatiya (B)



14

 



 

g

ənəgərçək yağı, isti vanna, imalə (B)



14

 



 

cinsi akt (B)

14

 



 

d

öş gilələrinin stimulyasiyası (A)



14

 

Uşaqlıq boynunun prostaqlandinlərlə hazırlığı sxemləri 



Mizoprostol 

Sintetik prostaqlandin PGE

1

.  Həb  (200  mkq)  və  gel  (50  mkq) 



formasında buraxılır. 

Mümkün yeridilmə yolları: 

- per os 

 

 



- d

il altına  

 

- u


şaqlıq yoluna 

Mizoprostolun effektivliyi PGE

2

-

nin effektivliyi ilə eynidir, lakin 



ağırlaşmaların  (dölün  ürək  fəaliyyətinin  pozğunluğu  ilə  müşayiət 

olunan  və  ya  olunmayan  uşaqlığın  hiperstimulyasiya  halları)  və 

anada  yanaşı  təsirlərin  təzahürü  (ürəkbulanma,  qusma,  qızdırma) 

tezliyi 


müxtəlif formalı PGE

2

 



ilə müqayisədə bir qədər yüksəkdir (B)

8



Per os ist

ifadə  zamanı  birdəfəlik  doza 50 mkq-dən  artıq 

olmamalıdır. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

14 


Mümkün istifadə sxemi: effekt alınana qədər 4-6 saat intervalla 

50 mkq (maksimal doza 200  mkq). 

Suspenziya  formasında  təyin 

olun


a  bilər  (200  mkq  mizoprostolun  200  ml  suda  həll  edilərək 

istifadəsi). Birdəfəlik doza 20 mkq (20 ml) olmaqla 2 saat intervalla 

effektə nail olunana qədər istifadə olunur (maksimal 12 doza) (Əlavə). 

İntravaginal istifadə: birdəfəlik doza – 25 mkq, 4-6 saat intervalla 

effektə nail olunana qədər təkrarlanır (6 dozadan çox olmamaqla) (А)

8



Dölün  antenatal  ölümü  zamanı  induksiya  məqsədilə  mizopostol 

4-12 saat intervalla 200-

400 mkq birdəfəlik dozada təyin olunur (A)

14



Anamnezində  qeysəriyyə  kəsiyi  əməliyyatı  və  ya  uşaqlığında 

geniş  həcmli  cərrahi  müdaxilə  olan  qadınlarda  mizoprostolun 

istifadəsi  uşaqlığın  cırılması  təhlükəsini  artırdığından  hamiləliyin                    

III trimestrində onun istifadəsi tövsiyə olunmur (A)

8

.  


Bişop  cədvəli  üzrə  qiymətləndirmənin  nəticəsindən  asılı 

olmayaraq  hamiləliyin  28  həftəsinə  qədər  doğuşun  induksiyası 

məqsədilə ən effektiv üsul mizoprostolun tətbiqidir. Yüksək dozada 

oksitosin istifadəsi də məqbul seçim hesab olunur (A)

8

.  


Dinoproston



 

Preparatın  istifadə  üsulu  mütəxəssisin  preparatın  tətbiqi 

sahəsində təcrübəsindən asılı olaraq fərdi qaydada seçilir: 

 

İntraservikal  0,5  mq  –  6 saatdan sonra effekt  olmadıqda  1  mq 



intravaginal, 

6 saatdan sonra dozanın təkrarlanması 

 

İntraservikal  0,5  mq  –  6 saatdan sonra 0,5 mq dozada təkrar 



intraservikal yeridilməsi – 3 dozaya qədər

 



 

1  və  ya  2  mq  intravaginal  –  6  saat  intervalla  dozanın  təkrar 

yeridilməsi – 3 dozaya qədər 

 



2 mq intravaginal – 

dozanın 12 saatdan bir təkrar  yeridilməsi –     

3 dozaya qədər 

Doğuşun  induksiyası  məqsədilə  prostaqlandinlərin  intravaginal 

yeridilm

əsi intraservikal yeridilməyə nisbətən daha effektivdir.  



Oksitosin prostaqlandin E

2

-nin 

son  dozası  yeridildikdən 

sonra 6 saat

dan  tez  təyin  olunmamalıdır.  Bu  zaman  uşaqlıq 

boynunun hazırlığı vacib şərtdir (C)

11

                                                 

 



Az

ərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

15 


Mifepriston



 (RU 486 – sintetik progestin) 



Döl üçün 

təhlükəsizliyi sübut olunmadığından döl diri olduğu halda 

doğuşun induksiyası məqsədilə istifadə olunmamalıdır. Dölün 

antenatal ölümü zamanı hamiləliyin pozulması məqsədilə tətbiq 

oluna bilər (B)

14

. 



Uşaqlıq boynu hazır olduğu halda induksiya metodları 

 



d

öl kisəsinin aşağı qütbünün sıyrılması 

 

amniotomiya 



 

d



öl kisəsi olmadıqda oksitosinin venadaxili yeridilməsi 

 



PGE

2

 – gel 



İnduksiya alqoritmi 

 



u

şaqlıq  boynunun  yetişkənliyinin  Bişop  şkalası  üzrə 

qiymətləndirilməsi 

 



u

şaqlıq  boynunun  açıqlığı  4  sm-dən  çox  olduğu  halda 

amniotomiyanın icra edilməsi 

 



a

mniotomiyadan  2  saat  sonra  doğuş  fəaliyyəti  qeyd  olunmadığı 

halda oksitosinin venadaxili 

yeridilməsi 



Oksitosinin 

istifadə alqoritmi 

Oksitosinin venadaxili yeridil

məsi  üçün  məhlulun  hazırlanması: 

1 ml oksitosin (

5  vahid)  500  ml  fizioloji  məhlulda  və  ya  Ringer 

məhlulunda həll edilir.  

Bu məhluldan: 

1.

 



1  mTV/dəq  (yəni  6  ml/saatda  və  ya  2  damcı/dəqiqədə)  sürətilə 

başlamaq 

2.

 

dozanı 30 dəqiqədən bir artırmaq (В)



15

  



 

1 m


TV/dəq (6 ml/saatda və ya 2 damcı/dəqiqədə)  

 



2 mTV/dəq (12 ml/saatda və ya 4 damcı/dəqiqədə) 

 



4 mTV/d

əq (24 ml/saatda və ya 8 damcı/dəqiqədə) 

 

8 mTV/dəq (48 ml/saatda və ya 16 damcı/dəqiqədə) 



 

16 mTV/dəq (96 ml/saatda və ya 32 damcı/dəqiqədə) 



 

24 mTV/dəq (144 ml/saatda və ya 48 damcı/dəqiqədə) 



 

32  mTV/dəq  (192  ml/saatda  və  ya  64  damcı/dəqiqədə)        



(yol ve

rilən maksimal doza) 

                                                 

 



Az

ərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitəsi

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

16 


3.

 

Minimal effektiv dozanın istifadəsi: effekt alındıqda – 10 dəqiqə 



ərzində  davamiyyəti  1  dəqiqəyə  qədər  olan  3-4  sancı  qeyd 

olunduqda  – 

dozanı  fiksə  etmək  və  qeyd  olunan  dozada 

oksitosin

in yeridilməsini davam etdirmək 

4.

 



Oksitosinin yeridi

lməsini doğuşa qədər davam etdirmək 

5.

 

Oksitosinin yeridilməsi uşaq doğulduqdan sonra 30 dəqiqədən az 



olmayaraq  davam  edilməlidir  (əgər  fasiləsiz  rejimdə  istifadə 

olunmuşdursa).  Bununla  yanaşı  doğuşun  III  dövrü “Normal 

doğuşlar” üzrə klinik protokola uyğun olaraq aktiv aparılmalıdır 

Oksitosinin  tövsiy

ə  olunan  maksimal  dozadan  artıq  dozada 

isti


fadəsi  məsləhət  deyil,  belə  ki,  uşaqlıq  əzələsinin 

hiperstimulyasiyası riski yüksəlir. 



Nəzarət xüsusi hazırlıq keçmiş tibb personalı tərəfindən həyata 

keçirilməlidir! 

Aşağıda  qeyd  edilən  hallarda  induksiya  məqsədilə  oksitosinin 

ist

ifadəsi  çox  ehtiyatla  ultrasəs  müayinəsi  və  KTQ  nəzarəti  altında 



aparılmalıdır: 

 



uşaqlıqda çapıq 

 



çoxdöllü hamiləlik 

 



çoxdoğan qadınlar (4 doğuşdan artıq) 

 



əvvəlki doğuşların fəsadlı gedişi 

 



dölün bətndaxili hipoksiyası 

Oksitosinin istifadəsi zamanı aşağıda qeyd olunan ağırlaşmaların 

meydana çıxması mümkündür: 

 



Uşaqlığın hiperstimulyasiyasının variantları 

 



taxisistoliya  –  10 d

əqiqə  ərzində  5  sancıdan  artıq  (və  ya        

20 dəqiqə ərzində 10 sancıdan artıq) 

 



hipertonus – 

120 saniyədən artıq davam edən sancılar 



Hiperstimulyasiya zamanı tədbirlər 

1.

 



o

ksitosin infuziyasını dayandırmaq/geli xaric etmək (C)

14

 

2.



 

q

adını sol böyürü üstə uzandırmaq (B)



14

 

3.



 

m

aska vasitəsilə 8 l/dəqiqə sürətlə oksigen verilməsi (C)



14

 

4.



 

ehtiya


c  olduğu  halda  tokolizin  aparılması  (B)

14



Vena  daxilinə      

5-

10 dəqiqə ərzində 10 ml 0,9%-li fizioloji məhlulda həll edilmiş 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

17 


10  mkq  ginipralın  (hexoprenaline)  yeridilməsi  və  ya  dil  altına      

1  saat  ərzində  sancılar  kəsilənədək  15  dəqiqə  intervalla  10  mq 

dozada  nifedipin  təyin  edilməsi,  sonra  uşaqlıq  əzələsinin 

yığılmalarının  aktivliyindən  asılı  olaraq  60-160 mq günlük 

doz

ada qəbulunun davam etdirilməsi 



5.

 

u



şaqlığın  cırılma  təhlükəsi  qeyd  olunarsa  –  təcili  qeysəriyyə 

kəsiyi əməliyyatı ilə hamiləliyin başa çatdırılması göstərişdir 



Dölün vəziyyətinin monitorinqi (KTQ) 

 



i

nduksiyaya başlamazdan əvvəl (С)

15

 



 

sancılar  başlandıqdan  sonra  hər  saatda  20  dəqiqədən  az 

olmayaraq (aşağı riskli doğuşlarda) 

 



daimi (yüks

ək riskli doğuşlarda) 



Doğuşda olan qadının vəziyyətinə nəzarət alqoritmi 

 



q

adın  oksitosin  yeridildiyi  müddətdə  tək  qalmamalıdır.  Qulluq 

“bir doğan qadın – bir mama” prinsipi ilə həyata keçirilməlidir (С)

15

 



 

30 dəqiqə intervalla arterial təzyiqə, nəbzə nəzarət 



 

d



iurezə nəzarət 

1  saat  ərzində  oksitosinin  maksimal  dozada  istifadəsi  fonunda 

adekvat  doğuş  fəaliyyətinə  (10  dəqiqə  ərzində  davamiyyəti               

40  saniyədən  az  olmayan  3-4  sancı)  nail  olunmadıqda  və  uşaqlıq 

boynunun  açılışında  dinamika  qeyd  olunmadıqda  doğuşun 

induksiyası uğursuz hesab olunur. 



D

oğuş fəaliyyətinin yaradılması cəhdi uğursuz olduqda qeysəriyyə 

kəsiyi əməliyyatı icra olunur. 

Doğuş fəaliyyətinin zəifliyi. Doğuşda oksitosinin istifadəsi 

Doğuşun  stimulyasiyası  –  doğuş  fəaliyyətinin  birincili  və  ya 

ikincili 

zəifliyi zamanı onun sürətləndirilməsidir. 

Bir çox 


ölkələrdə  doğuş  fəaliyyətinin  zəifliyi  təcili  qeysəriyyə 

kəsiyi  əməliyyatlarının  və  vaginal  operativ  doğuşların  əsas 

səbəblərindən  biridir.  Doğuş  fəaliyyətinin  pozulması  dölün 

vəziyyətinin  pisləşməsinə  gətirir,  doğuşdan  sonrakı  dövrdə 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

18 


qanaxma

ların, infeksiyalaşmanın və bu hallarla bağlı ağırlaşmaların 

meydana çıxma təhlükəsi yüksəlmiş olur. 

Q

adın doğum blokuna doğuşun aktiv dövründə daxil olduqda 

doğuşun nəticəsi daha yaxşı olur (С)

14

Hamilə  qadın  stasionarda  olduğu  müddətdə  doğuş  fəaliyyətinin 

obyektiv  əlamətləri  qeyd  olunmadıqda,  onun  vəziyyətini 

dəyərləndirərək doğum blokundan hamiləliyin patologiyası şöbəsinə 

keçirmək lazımdır. 

Doğuş fəaliyyətinin zəifliyi zamanı yeganə mümkün müdaxilə – 

doğuşun stimulyasiyasıdır: 

 

D



öl  qişaları  tam  olduğu  halda  –  amniotomiya, ehtiyac olarsa, 

sonradan oksitosinin 

təyini ilə 

 



Dölyanı  mayenin  vaxtından  əvvəl  axması  zamanı  –  doğuşun 

oksitosinlə stimulyasiyası 

Doğuş  fəaliyyətinin  stimulyasiyası  tələb  olunan  hallarda 

oksitosinin istifadəsi daha məqsədəuyğundur (A)

8



Doğuşun  idarə  olunmasında  partoqramdan  istifadə  olunması 



vacibdir.  Partoqramda  s

ayıqlıq  xəttinə  çatdıqda  doğuş  fəaliyyətinin 

stimulyasiyası məsələsi müzakirə olunmalıdır.  

Doğuş  fəaliyyətinin  gedişində  gözlənilən  irəliləyiş  qeyd 

olunmadıqda  məsul  növbətçi  həkimin  konsultasiyası  və  müdaxiləsi 

tələb olunur. 



D

oğuşun stimulyasiyası metodları 

I.  Amniotomiya  – 

uşaqlıq boynunun açıqlığı 4 sm və daha çox 

olduqda icra olunur. 

Doğuş  fəaliyyəti  başlandıqdan  sonra  qanlı 

ifrazat  və  /və  ya  azsululuq,  yastı  su  kisəsi  qeyd olunduqda erkən 

amniotomiya (uşaqlıq boynunun açıqlığı 4 sm-dən az olduqda) icra 

olunur. 

E

rkən amniotomiyanın üstünlükləri: 



 

doğuşun davamiyyətini 60-120 dəqiqə azaldır 



 

oksitos



inin istifadə tezliyini azaldır 

M

ümkün ağırlaşmalar: 



 

5-



ci  dəqiqədə  Apqar  şkalası  ilə  7  baldan  aşağı 

qiymətləndirilən uşağın doğulma riski 

 

infeksiya 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

19 


 

dölyanı  mayenin  azlığı  səbəbindən  göbək  ciyəsinin 



il

gəklərinin kompressiyası 

 

göbək  ciyəsinin  ilgəklərinin  düşməsi  (gələcək  hissənin 



yüksəkdə yerləşməsi zamanı) 

 



göbək ciyəsinin damarlarının zədələnməsi (nadir hallarda) 

II. Oksitosin 

Dozalaşdırma rejimi titrləmə metodu ilə aparılmalıdır! 

Oksitosini  v

enadaxili  damcı  ilə  yeritmək  üçün 5 TV (1 ml) 

oksitosin 500 ml fizioloji məhlulda həll olunur. Bu məhluldan:  



 

A

ktiv fazanın başlanğıcında (uşaqlıq boynunun açıqlığı 4-8 sm): 



1.

 

başlanğıc  doza  –  1-2,5 mTV/ml  (yəni  6-15 ml/saatda  və  ya    



2-

5 damcı/dəqiqədə) 

2.

 

hər 30 dəqiqədən bir doğuş fəaliyyətinin qiymətləndirilməsi, 



effekt qeyd olunmadıqda dozanın iki dəfə artırılması 

3.

 



adekvat  doğuş  fəaliyyətini  yaradan minimal effektiv dozada 

təyinata davam etmək 

4.

 

hipotonik 



qanaxma  riski  yüksək  olduğundan  uşaq 

doğulduqdan sonra 30 dəqiqədən az olmayaraq son seçilmiş 

dozada oksitos

in yeridilməsini davam etdirmək 



 

Aktiv  fazanın  sonunda  (uşaqlıq  boynunun  açıqlığı  8  sm  və           

8 sm-

dən  artıq)  nəzərə  almaq  lazımdır  ki,  uşaqlıq  boynunun 



açıqlığı artdıqca uşaqlığın oksitosinə həssaslığı artır: 

1.

 



başlanğıc  doza  –  4  mTV/dəq  (yəni  24  ml/saatda  və  ya               

8 damcı/dəqiqədə) 

2.

 

doğuş 



fəaliyyətinin 

hər 


15-30 

dəqiqədən 

bir 

qiymətləndirilərək,  effekt  qeyd  olunmadığı  halda  dozanın 



ikiqat artırılması 

3.

 



oksitosinin  adekvat  doğuş  fəaliyyətini  yaradan  minimal 

effektiv d

ozada yeridilməsinə davam etmək  

4.

 



yol verilən maksimal doza 32 mTV/dəq (yəni 192 ml/saatda 

və ya 64 damcı/dəqiqədə) 

5.

 

oksitosinin yeridilməsinin doğuşa qədər davam etdirilməsi 



6.

 

hipotonik  qanaxma  riski  yüksək  olduğundan  uşaq 



doğulduqdan sonra 30 dəqiqədən az olmayaraq son seçilmiş 

dozada oksitos

in yeridilməsini davam etdirmək (doğuşun III 

dövrünün aktiv aparılması) 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

20 


Oksitosinin 

istifadəsi zamanı uzunmüddətli və ya fasiləsiz KTQ 

vasitəsilə dölün vəziyyətinə nəzarət etmək vacibdir. 

 

Aktiv  fazada  adekvat  doğuş  fəaliyyəti  –  10  dəqiqə  ərzində 

davamiyyəti 40 saniyədən az olmayan 3-4 sancı hesab olunur. 

 

Doğuşun oksitosinlə effektiv stimulyasiyası – uşaqlıq boynunun 



saatda 1 sm-

dən az olmayan açılma sürətidir. 

Doğuşun  stimulyasiyasının  davamiyyəti  ananın  və  dölün 

vəziyyətindən asılı olub, 6-8 saatdan artıq davam etməməlidir. 

Dölün  vəziyyətində  ağırlaşma  qeyd  olunarsa  və  ya  oksitosin 

yeridilməyə  başlandıqdan  sonra  bir  saat  ərzində  döl  başının 

irəliləməsi qeyd olunmazsa: 

 



b

aş 1/5 və daha aşağı yerləşdiyi halda – dölün mamalıq maşaları 

və ya vakuum-ekstraktor istifadəsi ilə xaric edilməsi 

 



b

aş  2/5  və  daha  yuxarıda  yerləşərsə  –  qeysəriyyə  kəsiyi 

əməliyyatı 

Oksitosinin  əlavə  təsirləri  doğuşun  induksiyası  zamanı  qeyd 

olunan əlavə təsirlərlə eynidir. 

Oksitosinlə  hiperstimulyasiya  zamanı  aparılan  tədbirlər 

prostaqlandinlərlə  hiperstimulyasiya  zamanı  aparılan  tədbirlərlə 

eynidir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

21 


Əlavə 

Doğuşun induksiyası məqsədilə mizoprostolun istifadəsi 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

1 tab. (200 mkq) 

200 ml su 

Hər 20 ml suda -  

20 mkq mizoprostol 

Doğuşun induksiyası məqsədilə alınan məhluldan  

hər 2 saatdan bir 20 ml (20 mkq) daxilə  

(maksimal 12 doza) 

hamiləyə içirilməlidir. 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

22 


Ədəbiyyat 

1.

 



Bağırova  H.  “Mamalıq”.  Azərbaycan  Tibb  Universiteti,  Təbib 

Nəşriyyatı. – Bakı, 2007. – 367 səh. 

2.

 

Məmmədov C., Əliyeva F., Əliyeva E., Axundova N., Məmmədova L., 



Bədəlova A., Qəhrəmanova F., Babayeva A., Hüseynova G. Vaxtından 

əvvəl doğuşlar üzrə klinik protokol – Bakı, 2011. – 16 səh.  

3.

 

Məmmədov C., Əliyeva F., Tağıyeva İ., Məmmədova L., Bədəlova A., 



Rəhimova Ş., Qazıyeva S. Döl qişalarının vaxtından əvvəl cırılmasının 

diaqnostika və müalicəsi üzrə klinik protokol – Bakı, 2011. – 19 səh.  

4.

 

Məmmədov C., Əliyeva F., Axundova N., Əliyeva E., Məmmədova L., 



Bədəlova  A.,  Qəhrəmanova  F.,  Babayeva  A.,  Hüseynova  G.  Normal 

doğuş üzrə klinik protokol. – Bakı, 2012. – 24 səh. 

5.

 

Abdel-



Aleem  H.  Применение  мизопростола  буккально  или 

сублингвально  для  созревания  шейки  матки  и  индукции  родов: 

Комментарий  БРЗ  (последняя  редакция:  15  декабря  2006  г.) 

[Электронный ресурс]. Библиотека репродуктивного здоровья ВОЗ; 

Женева:  Всемирная  организация  здравоохранения.  -  Режим 

доступа: 

http://apps.who.int/rhl/pregnancy_childbirth/induction/ 

haacom/ru/index.html (01.08.2013-). 

6.

 

Alfirevic Z, Weeks A. Oral misoprostol for induction of labour 



[Electronic resource]: Cochrane Database of Systematic Reviews 2007; 

Issue 4. Art. No.: CD001338; DOI: 10.1002/14651858.CD001338.pub2. 

Available at: http://apps.who.int/rhl/pregnancy_childbirth/ 



induction/cd001338/en/index.html (01.08.2013). 

7.

 



Hofmeyr GJ, Gülmezoglu AM. Vaginal misoprostol for cervical 

ripening and induction of labour [Electronic resource]: Cochrane 

Database of Systematic Reviews  2007; Issue 4. Art. No.: CD000941, 

DOI: 10.1002/14651858.CD000941. 

Available at: 



http://apps.who.int/rhl/reviews/CD000941.pdf (01.08.2013). 

8.

 



Induction of labor [Electronic resource]: American College of 

Obstetricians and Gynecologists (ACOG) Induction of labor. 

Washington (DC): American College of Obstetricians and 

Gynecologists (ACOG); 2009 Aug. 12 p. (ACOG practice bulletin; no. 

107). [90 references]   - Available at: www.guidelines.gov (01.08.2013). 

9.

 



Induction of labor [Electronic resource]: NICE National Collaborating 

Centre  for  Women’s  and  Children’s  Health  Сlinical  guideline:  -70.  - 

2008 - Available at: www.nice.org.uk/CG070 (01.08.2013). 

10.


 

Induction of labor [Electronic resource]: NICE National Collaborating 

Centre for Women’s and Children’s Health Commissioned by the 

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 



 

23 


National Institute for Health and Clinical Excellence. Evidence tables. - 

2008.  -  Available at: http://www.nice.org.uk/nicemedia/pdf/CG070 

EvidenceTables.pdf (01.08.2013). 

11.


 

Induction of labour CG 70/RCOG [Electronic resource]: Royal College 

of Obstetricians and Gynaecologists/Evidence-based Clinical Guideline 

Number 9/June 2001/Updates -July 2008/ - 

Available at: 

http://www.nice.org.uk/nicemedia/live/12012/41260/41260.pdf (01.08.2013). 

12.

 

Muzonzini G, Hofmeyr GJ. Buccal or sublingual misoprostol for 



cervical ripening and induction of labour [Electronic resource]: 

Cochrane Database of Systematic Reviews  -  2007; Issue 4. Art. No.: 

CD004221; DOI: 10.1002/14651858.CD004221.pub2. -  Available at: 

http://apps.who.int/rhl/reviews/CD004221.pdf (01.08.2013) 

13.

 

WHO recommendations for Induction of labour [Electronic resource]: - 



2011 

Available 



at: 

http://whqlibdoc.who.int/publications/ 

2011/9789241501156_eng.pdf (01.08.2013). 

14.


 

Институт  Здоровья  Семьи/Проект  «мать  и  Дитя»  [Электронный 

ресурс]:  Клинические  протоколы/  ведение  беременности  в  сроке 

41+недель.  переношенная  беременность  /родовозбуждение. 

индукция 

родов/ 


2011 


год 

Режим 



доступа: 

http://www.ifhealth.ru/InFo-data/item_033/file_0001891.pdf (01.08.2013).

 

15.


 

Институт Здоровья Семьи [Электронный ресурс]: Проект «Мать и 

Дитя». /Клинические протоколы/ «Слабость родовой деятельности. 

Использование  окситоцина  в  родах».  -  2008.  стр.149  -  Режим 

доступа:  http://www.ifhealth.ru/InFo-data/item_033/file_0000874.pdf 

(01.08.2013). 

16.

 

Избранные  вопросы  перинатологии  под  редакцией  проф. 



Р.Й.Надишаускене,  Lietuvos  Sveikatos  Moksly  Universitetas 

[Электронный 

ресурс]: 

2012 



Режим 


доступа: 

http://www.knygynas.kmu.lt/index.php?route=product/product&product

_id=4651 (01.08.2013). 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış



r. 



Document Outline

  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  • kollegiyasının 03 oktyabr 2013-cü il tarixli
  • 30 saylı qərarı ilə təsdiq edilmişdir
  • Bakı - 2013

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin