Qarnizonun m
ənzil-istismar hissəsi rəisi
44. Qarnizonun m
ənzil-istismar hissəsi rəisi kazarma-mənzil fondunun istismarının, vaxtında təmir edilməsinin və
uçotunun t
əşkilinə, həmçinin mənzil-istismar hissəsində uçotda olan hərbi hissələrin mənzil təminatının təşkilinə
cavabdehdir. O, müvafiq icra hakimiyy
əti orqanının mənzil-istismar idarəsi rəisinə tabedir. Kazarma fondundan istifadə
olunması, ya
şayış sahəsinin bölüşdürülməsi və qoşunların məişət şəraitinin yaxşılaşdırılması məsələləri üzrə o, mənzil-
istismar hiss
əsinin xidmət etdiyi qarnizon rəislərinin göstərişlərini yerinə yetirməlidir.
[16]
45. Qarnizonun m
ənzil-istismar hissəsi rəisinin vəzifəsidir:
qarnizon r
əislərinə qarnizon kazarma-mənzil fondundan istifadə olunmasına aid təkliflər və hesablamalar,
çatı
şmayan fondun ayrılması üçün yerli hakimiyyət orqanlarına göndərilən tələbnamələr haqqında məlumat vermək;
qarnizonlarda ya
şayış sahələrinin bölüşdürülməsi planlarını qarnizon rəislərinin təsdiqinə vermək, qarnizonlara
t
əhkim olunmuş bütün yaşayış sahəsinin uçotunu aparmaq;
h
ərbi hissələr tərəfindən binalardan, kommunal qurğulardan, kazarma inventarından və mebeldən istismarın
düzgünlüyünü yoxlamaq, onların qorunub saxlanması v
ə vaxtında təmiri üçün tədbirlər görmək;
qarnizonların h
ərbi şəhərciklərinin ərazisinin abadlaşdırılması, yaşıllaşdırılması, hasarlanması və təmizlənməsi
planlarını hazırlayıb qarnizon r
əislərinin təsdiqinə vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
kazarma-m
ənzil fondunun, məişət müəssisələrinin və digər hərbi binaların təmir işlərinə rəhbərlik etmək və
bilavasit
ə hərbi hissələrin gördüyü təmir-tikinti işlərinə nəzarət etmək;
h
ərbi hissələri mənzil təminatının bütün növləri ilə təmin etmək və ondan düzgün istifadə olunmasını yoxlamaq;
h
ərbi hissələrin elektrik enerjisi, su və yerli inşaat materialları ilə təmin olunmasını təşkil etmək və onlardan düzgün
istifad
ə olunmasına nəzarət etmək;
m
ənzil təminatı ilə əlaqədar materiallar və pul vəsaiti üçün hərbi hissələrin tələbnamələrinin düzgünlüyünü
yoxlamaq, ümumi t
ələbnamələr tərtib edib yuxarı təminat orqanlarına təqdim etmək;
m
ənzil-istismar hissəsinin xidmət etdiyi hərbi hissələrdə texniki məsələlər üzrə mənzil-istismar xidmətinə rəhbərlik
etm
ək;
h
ərbi şəhərciklərin, binaların, kommunal avadanlığın, mənzil təminatının bütün növlərinin və mənzil təminatına
buraxılan pul v
əsaitinin uçotunu aparmaq;
qarnizonlarda obyektl
ərin yerli müdafiə planlarının işlənib hazırlanmasında və müvafiq tədbirlərin keçirilməsində
i
ştirak etmək; qarnizonlarda yerli müdafiənin mühafizə və xüsusi qurğularının uçotunu aparmaq, onların düzgün
istismarına v
ə qorunub saxlanmasına nəzarət etmək;
qarnizonlarda s
əfərbərlik və həyəcan elan olunması halları üçün mənzil-istismar xidməti üzrə tədbirlər planlarını
i
şləyib hazırlamaq.
Dostları ilə paylaş: |