Çıxarıcı
187. Çıxarıcı h
əbs edilənləri hauptvaxt hüdudlarında müşayiət edərkən onların mühafizəsinə cavabdehdir. O, qarovul
r
əisinə və onun köməkçisinə tabedir.
Çıxarıcının v
əzifəsidir:
qarovul r
əisinin və ya onun köməkçisinin sərəncamı ilə həbs edilənlər təbii ehtiyaclarını yerinə yetirməkdən ötrü,
s
əhər və axşam tualetinə, gəzintiyə, həmçinin hauptvaxtın kameralarını və otaqlarını yığışdırmaq üçün çıxarıldıqda, onları
mü
şayiət edib qorumaq;
h
əbs edilənləri müşayiət edərkən, silahı «qayışda» vəziyyətində saxlamaq;
mü
şayiət olunan həbs edilənlərin tütün çəkməməsinə və kənar şəxslərlə ünsiyyətdə olmamasına diqqət yetirmək;
qaçan h
əbs edilənə (həbs edilənlərə) ucadan «Dayan, atacağam» deyib xəbərdarlıq etmək, bu tələb yerinə
yetirilm
ədikdə, ona (onlara) qarşı silah işlətmək.
188. Çıxarıcıya h
əbs edilənləri müşayiət edərkən onlarla danışığa girmək, onlardan hər hansı bir şey qəbul etmək,
yaxud onlara bir
şey vermək, həmçinin yemək, içmək, tütün çəkmək, mahnı oxumaq, oturmaq, təbii ehtiyacını yerinə
yetirm
ək və başqa vasitələrlə öz vəzifə borcunu yerinə yetirməkdən yayınmaq qadağan edilir.
Çıxarıcı h
əbs edilənləri müşayiət etməkdən ötrü onları bir-bir kolona düzür və həbs edilənlərdən (həbs ediləndən)
iki-üç addım sa
ğda (solda) geridə hərəkət edir. Bütün komandaları çıxarıcı verir.
H
əbs edilənlərin konvoy ilə müşayiətetmə qaydaları və konvoy nəfərlərinin xüsusi vəzifələri 4 saylı əlavədə verilib.
Dostları ilə paylaş: |