249.
Əlahiddə yerləşən radiotexniki və başqa xüsusi bölmələrin obyektlərinin, döyüş və digər texnikasının, hərbi
əmlakının mühafizəsinin və müdafiəsinin təşkili bölmələrin komandirlərinə tapşırılır və bu bölmələrdən təyin edilmiş və
ştat silahı ilə silahlanmış patrul nəfərləri tərəfindən həyata keçirilir.
Patrul n
əfərləri bölmələrin sutkalıq naryadının tərkibinə daxil olur və bölmə komandirinə, başçavuşuna və
növb
ətçisinə tabe olurlar, xidmətlərini hərbi hissə komandirinin təsdiq etdiyi təlimata əsasən saatdarlar kimi aparırlar.
250. Bölm
ə növbətçisi və patrul nəfərləri üçün təlimat bölmə komandiri tərəfindən obyektin xüsusiyyəti və yerli
şərait nəzərə alınmaqla tərtib edilir.
T
əlimatda bölmə növbətçisinin və patrul nəfərlərinin obyektlərin mühafizəsinə və müdafiəsinə aid vəzifələri
göst
ərilir; patrul xidmətinin vaxtı və qaydası, patrulların sayı, marşrutun ayrı-ayrı hissələrində patrul nəfərlərinin
v
əzifələri, mühafizə olunan obyektə basqın, yanğın, təbii fəlakət və döyüş həyəcanı siqnalı zamanı onların hərəkət qaydası
mü
əyyən olunur; patrul nəfərlərinin silah işlətməsi halları, mühafizə olunan obyektlərə, döyüş və digər texnika, hərbi
əmlak saxlanılan yerlərə, həmçinin mühafizə olunan əraziyə buraxılış qaydası göstərilir.
Bölm
ə növbətçisi üçün təlimata bölmə komandiri tərəfindən təsdiq edilmiş patrulların hərəkət sxemi, saxlancları
açma
ğa icazəsi olan və ya döyüş texnikasını və hərbi əmlakı qəbul etmək üçün buraxılan şəxslərin siyahısı, buraxılış
v
ərəqələrinin nümunələri və möhürlərin (plombların) izləri əlavə olunur.
251. Patrul n
əfərlərinin xidməti üçün onların eyni vaxtda eyni hərəkətini istisna edən bir neçə qrafik tərtib olunur.
Patrul xidm
əti qrafiki bölmə komandiri tərəfindən təsdiq edilir və bağlı yeşikdə (şkafda) bölmə növbətçisində
saxlanılır.
H
ər bir qrafikin qüvvədə olması müddəti bölmə komandiri tərəfindən müəyyən edilir.
252. Patrul n
əfərləri 105-ci maddəyə uyğun olaraq döyüş patronları ilə təmin olunurlar.
Patronlar ayrı d
əmir və ya dəmir üzlüklü qıfıllanmış yeşikdə bölmə növbətçisində saxlanılır. Patronlar olan yeşik
bölm
ənin silahları saxlanılan otaqda quraşdırılır.
Patrul n
əfərlərinin silahları bölmədə olduqları zaman ayrı piramidada saxlanılır.
253. Patrul n
əfərlərinin xidmətə hazırlanması 123-127-ci maddələrə əsasən həyata keçirilir.
254. Patrul n
əfəri xidmətini hərəkət sxemində göstərilən marşrut üzrə bölmənin ərazisini gəzməklə yerinə yetirir.
Patrul n
əfərlərinin hərəkət marşrutunda patrul xidmətinin gedişi haqqında növbətçiyə məlumat verməkdən ötrü
texniki rabit
ə vasitələri quraşdırılır.
Patrul n
əfərləri gündüz mühafizəni əlverişli yerlərdən və texniki rabitə vasitəsi ilə təchiz edilmiş qüllədən müşahidə
etm
əklə apara bilərlər.
255. Patrul n
əfərinin vəzifəsidir:
obyektl
əri, bölmənin döyüş texnikasını və hərbi əmlakını sayıq mühafizə və müdafiə etmək, dəyişilənə və ya
çıxarılana q
ədər qarşısına qoyulmuş tapşırığı yerinə yetirməyi dayandırmamaq;
növb
ətçi ilə əlaqə saxlamaqdan ötrü müəyyən edilmiş siqnalları bilmək, obyektin hasarlarında hər hansı bir nasazlıq
v
ə qaydanın hər hansı tərzdə pozulması aşkar olunduqda, növbətçini çağırmaq;
onun üçün mü
əyyən olunmuş qrafikə və hərəkət marşrutuna ciddi əməl etmək;
xidm
ət zamanı 107-ci maddədə göstərildiyi kimi, silahı dolu və həmişə işlətməyə hazır vəziyyətdə saxlamaq (171-ci
madd
ə).
Patrul n
əfərinə xidmət zamanı qarşısına qoyulmuş tapşırığın yerinə yetirilməsindən yayınmaq (yatmaq, oturmaq,
kitab oxumaq, yazmaq, yem
ək, içmək, mahnı oxumaq, tütün çəkmək, kənar şəxslərlə danışmaq) qadağandır.
Patrul n
əfəri ancaq bölmə komandirinin və başçavuşunun, bölmə növbətçisinin və onunla birlikdə yoxlamağa
g
əlmiş şəxslərin suallarına cavab verməlidir.
256. Patrul n
əfərinə və onun mühafizə etdiyi obyektə basqın edildikdə, həmçinin kənar şəxs mühafizə olunan və
göst
əricilərlə işarələnmiş obyektin sərhədinə yaxınlaşdıqda, patrul nəfəri 173-176-cı maddələrlə göstərildiyi kimi hərəkət
edir.
257. Patrul n
əfərlərinin xidmətini bölmə komandiri və onun bütün birbaşa rəisləri, bölmə komandirinin müavinləri
v
ə onların tapşırığı ilə başqa şəxslər, həmçinin başçavuş və bölmə növbətçisi yoxlayırlar.
Patrul n
əfərlərinin xidmətini yoxlayan şəxsi bölmə növbətçisi növbədə durmayan növbənin bir patrul nəfəri ilə
birlikd
ə müşayiət edir.
Yoxlamanın n
əticələri, həmçinin saxlancların (anbarların) açılması və bağlanması vaxtları növbətçiliyin təhvil-təslim
kitabına yazılır.
Növb
ətçi 245-247-ci maddələrin müddəalarını rəhbər tutaraq, patrul nəfərlərinin xidmətini sutkada iki dəfədən az
olmayaraq (bir d
əfə gecə) yoxlamalıdır.
258. Patrul n
əfərlərinin dəyişdirilməsi naryadın dəyişdirilməsi zamanı köhnə növbətçinin iştirakı ilə bölmənin yeni
növb
ətçisi tərəfindən saatdarların dəyişdirilməsinə uyğun (218-222-ci maddələr); sonra isə qrafikə müvafiq surətdə
müst
əqil şəkildə bölmə növbətçisinin müəyyən etdiyi buraxılış və cavab sözlərinə uyğun həyata keçirilir.
259. Bölm
ə növbətçisi növbəti patrul nəfərini xidmətə göndərdikdə ona müəyyən olunmuş qaydada silah və
patronlar verir, silah i
şlədilməsinə xüsusi diqqət yetirməklə ona təlimat verir, silahı doldurma və boşaltma üçün
meydançaya çıxarır v
ə silahın düzgün doldurulmasını yoxlayır.
260. Patrul n
əfəri patrul xidmətindən qayıtdıqda, bölmə növbətçisini silahı boşaltma və doldurma meydançasına
ça
ğırır, patrul xidmətinin nəticələri haqqında ona məlumat verir, onun nəzarəti altında silahı boşaldır, sonra isə silahı və
dolu maqazinl
əri (daraqları) növbətçiyə təhvil verir.
Bölm
ə növbətçisi silahın və patronların qəbulu barəsində silahların və döyüş sursatının verilməsi kitabında müvafiq
qeydl
ər edir.
261. Patrul n
əfərlərinin istirahət qaydası və yeri 234-cü maddəyə uyğun olaraq yerləşmə şəraitindən asılı olaraq
bölm
ə rəisi tərəfindən müəyyən edilir.
Dostları ilə paylaş: