4 saylı
əlavə
Hauptvaxt haqqında
Ümumi müdd
əalar
1. H
ərbi qulluqçuları həbsdə saxlamaq üçün xüsusi yer — hauptvaxt hazırlanır. Qarnizon (ümumlager), yaxud hərbi hissə hauptvaxtı ola bilər.
2. H
əbsə alınmış matroslar və miçmanlar gəmi karserində, yaxud hauptvaxtda saxlanıla bilərlər.
3. Hauptvaxtda intizam qaydasında v
ə cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular
saxlanılırlar (Az
ərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətlərdən çox olmamaqla).
Cinay
ət prosesini həyata keçirən
orqan t
ərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtlar müvəqqəti saxlama yerlərinin funksiyalarını
h
əyata keçirir.
[35]
4. Qarnizon hauptvaxtında bo
ş yer olmadıqda, intizam qaydası ilə həbs edilmiş müddətindən artıq xidmət çavuşları, gizirlər (miçmanlar) və
zabitl
ər qarnizon hərbi komendantlığında (hərbi hissədə) ayrı otaqda, (gəmidə isə ayrı kayutda) hərbi komendantın növbətçi köməkçisinin, yaxud
qarovullar (h
ərbi hissə, gəmi) növbətçisinin nəzarəti altında saxlanıla bilərlər. Belə halda müddətindən artıq xidmət çavuşları həbs edilmiş gizirlərdən
(miçmanlardan) v
ə onlar da zabitlərdən ayrı saxlanılırlar.
5. H
ərbi hissə hauptvaxtı qarnizon hauptvaxtında lazımi qədər yer olmadıqda və ancaq həbsə alınmış əsgərləri (matrosları) və çavuşları
saxlamaq üçün qarnizon hauptvaxtına uy
ğun olaraq hazırlanır.
H
ərbi hissə hauptvaxtı qarnizon rəisinin (birləşmə komandirinin) əmri ilə istifadəyə verilir.
5-1. Az
ərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və
əvvəlcədən xəbərdarlıq etmədən qarnizon hauptvaxtlarına daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən
dig
ər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə
saxlanılmasının qanuniliyini t
əsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və
sur
ətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, qarnizon hauptvaxtlarının rəhbərliyi
t
ərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin qarnizon
hauptvaxtlarına müvafiq tövsiy
ələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
Dostları ilə paylaş: |