Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə17/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   13   14   15   16   17   18   19   20   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Hərbi şəhərciyin böyüyü
49. Hərbi şəhərciyin böyüyü hərbi şəhərcik ərazisində hərbi qulluqçular arasında yüksək 
hərbi intizamın qaydada saxlanmasına cavabdehdir. 
Hərbi şəhərcik böyüyünün vəzifəsidir: 
hərbi şəhərcikdə daxili qayda-qanunu müəyyənləşdirmək və saxlamaq; zərurət olduqda 
hərbi qulluqçuların rəftarına nəzarət etmək üçün hərbi şəhərciyin hüdudları daxilində daxili 
patrullar təyin etmək;
hərbi şəhərciyin mühafizəsini təşkil etmək, nəzarət-buraxılış məntəqələrində naryad 
xidmətini şəxsən və öz qərargahı vasitəsilə yoxlamaq;
hərbi hissələrə təhkim edilmiş ərazilərin qaydada saxlanmasına nəzarət etmək.
Bu məsələlər üzrə hərbi şəhərcik böyüyünün göstərişləri hərbi şəhərciyin ərazisində 
yerləşən bütün hərbi hissələrin və bölmələrin komandirləri üçün məcburidir. 
50. Daxili patrullar qarnizon patrulları üçün nəzərdə tutulmuş qaydaya uyğun olaraq xidmət 
edirlər. 
Daxili patrul rəisi, komandiri hərbi şəhərciyin böyüyü olan hərbi hissə növbətçisinə tabedir.  
Qarnizon hauptvaxtı rəisi 
51. Qarnizon hauptvaxtı rəisi hauptvaxtda qayda-qanuna əməl olunmasına, həbs 
edilənlərin düzgün saxlanmasına, həmçinin hauptvaxt əmlakının və avadanlığının qorunub 
saxlanm
asına cavabdehdir. 
Hauptvaxtdakı qarovul rəisi ona tabedir. 
52. Qarnizon hauptvaxtı rəisinin vəzifəsidir: 
həbs edilənlərin müvafiq sənədlərinin olmasını və düzgün tərtib edilməsini yoxlayıb onları 
hauptvaxta qəbul etmək, həmçinin həbs edilənlərin siyahısını tutmaq, onların saxlanması 
qaydalarına dəqiq əməl olunmasına nəzarət etmək (4-cü əlavə);
həbs haqqında sənədləri (cinayət prosesini həyata keçirən orqanın qərarını) saxlamaq, 
həbs edilənlərin sənədlərinin və şəxsi əşyalarının saxlanmasını təmin etmək;
hauptvaxt nəzdindəki qarovul rəisinə qarovul xidmət yerinə gələndə təlimat vermək;
qarovulun yeni rəisinə hauptvaxtda saxlanan həbs edilənlərin, ayrıca əsgərlərin 
(matrosların) və çavuşların, ayrıca gizirlərin (miçmanların) və ayrıca zabitlərin ad siyahılarını 
təqdim etmək; həbs edilənlərin siyahısında vaxtında zəruri dəyişikliklər etmək;
kameralar üzrə həbs edilənlərin səhər baxışlarının və axşam yoxlamalarının keçirilməsini 
vaxtaşırı yoxlamaq;


həbs edilənlərin əl-üz yuması, təbii ehtiyaclarını yerinə yetirməsi və gəzintiyə çıxarılması, 
həmçinin bu zaman onların mühafizəsi qaydasını müəyyən etmək;
həbs edilənlərin həbs müddəti qurtardıqdan sonra qauptvaxtdan azad etmək barədə, 
həmçinin həbs edilənləri qarnizon hərbi komendantının göstərişi ilə işə, hamama və cinayət 
prosesini həyata keçirən orqanın tələbi ilə prosessual hərəkətlərin həyata keçirilməsi məqsədilə 
göndərmək barədə qarovul rəisinə yazılı sərəncamlar vermək; həbs edilənlərin iş vaxtını, yerini 
və növünü göstərməklə işinin uçotunu aparmaq;
in
tizam qaydasında hauptvaxtda saxlanan zabitlər, gizirlər (miçmanlar) və çavuşlar, 
həmçinin əsgərlər (matroslar) işə cəlb olunmadıqları vaxt onlarla sıra təliminə və nizamnamələrin 
öyrənilməsinə aid məşğələlər təşkil etmək və keçirmək; hauptvaxtda saxlanan həbs edilənlərlə 
ictimai-
siyasi və tərbiyə işi aparmaq;
hauptvaxtın və qarovul otağının sanitariya və yanğından mühafizə vəziyyətinə, onların 
vaxtında təmizlənməsinə, işıqlandırılmasına və qızdırılmasına diqqət yetirmək;
xəstələnmiş həbs edilənlər haqqında qarnizon tibb xidməti rəisinə xəbər vermək; xəstəni 
müalicə müəssisəsinə göndərmək zərurəti haqqında həkimin rəyi olduqda, bu barədə qarnizon 
hərbi komendantına məlumat vermək;
həbs edilənlərin kameralarının, hauptvaxtın avadanlığının və inventarının, qarovul otağının 
və postların saz saxlanmasına, həmçinin onların vaxtında təmir edilməsinə diqqət yetirmək;
həbs edilənlərdən şikayətləri (ərizələri), təklifləri qəbul etmək və komanda üzrə ötürmək;
hauptvaxt nəzdindəki qarovulların xidməti düzgün yerinə yetirmələrini hər gün yoxlamaq və 
bu barədə postlar cədvəlində müvafiq qeydlər etmək;
qarnizon hərbi komendantına hauptvaxtda hərbi intizamın vəziyyəti, gün ərzində qəbul 
olunan və hauptvaxtda saxlanan həbs edilənlərin sayı və boş yer olması haqqında hər gün, 
hadisələr haqqında isə dərhal məlumat vermək;
nizamnamələrin, hərbi ədəbiyyatın uçotunu aparmaq, onları saxlamaq və həbs edilənlərə 
vermək;
qarnizon rəisini, onun birbaşa rəislərini, qarnizon rəisi müavinlərini və qarnizon hərbi 
komendantını, həmçinin qoşunlarda təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri 
və onların göstərişi ilə təftiş (yoxlama) aparılmasına rəhbərlik etmək üçün gələnləri və onların 
göstərişi ilə təftiş (yoxlama) qrupu üzvlərindən olan zabitləri (generalları, admiralları) qarşılamaq, 
özünü onlara təqdim etmək və hauptvaxtda onları müşayiət etmək;

Yüklə

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin