Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə22/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   18   19   20   21   22   23   24   25   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


V fəsil. 
Qarnizonun növbətçi bölməsi 
84. Qarnizonun növbətçi bölməsi qarnizon qarovullarının gücləndirilməsi və ya qarnizonda 
yanğın, təbii fəlakət və başqa hadisələr baş verdikdə, təcili çağırılma halları üçün qarnizon 
rəisinin əmri ilə təyin olunur. 
Böyük qarnizonlarda qarnizonun bir neçə qarnizon növbətçi bölməsi təyin oluna bilər. 
85. Növbətçi bölmə, bir qayda olaraq, hər sutka üçün qarnizon qarovullarının təyin edildiyi 
hərbi hissələrdən təyin olunur və qarnizon rəisinə, qarnizon hərbi komendantına və qarovullar 
növbətçisinə tabe olur. 
Qarnizon növbətçi bölməsinin təyin edilməsi barədə əmrdə onun tərkibi, silahı, döyüş 
sursatı, geyim forması və nəqliyyat vasitələri göstərilir. 
86. Növbətçi bölmə qarnizon rəisi, qarnizon hərbi komendantı və ya onların icazəsi ilə 
qarovullar növbətçisi tərəfindən çağırılır. 
Növbətçi bölmə çağırılarkən onun haraya, hansı vaxta və kimin sərəncamına gəlməsi, 
həmçinin döyüş sursatının miqdarı və verilmə qaydası göstərilir. 
Növbətçi bölməyə döyüş sursatı hərbi hissə komandirinin (qərargah rəisinin) və ya hərbi 
hissə növbətçisinin göstərişi ilə verilir. 
Növbətçi bölmənin çağırılması ilə bir vaxtda əgər zərurət olarsa, qarnizon rəisinin 
sərəncamı ilə yeni növbətçi bölmə təyin edilir. 
87. Hərbi hissə komandiri növbətçi bölmənin daimi hazırlığı, həmçinin təyin edilmiş yerə 
vaxtında getməsi üçün məsuliyyət daşıyır. 
88. Növbətçi bölmə öz hərbi hissəsinin yerləşdiyi yerin yaxınlığında məşğələ keçir. 
Növbətçi bölmənin yeri hərbi hissə növbətçisinə və qarovullar növbətçisinə dəqiq məlum 
olmalıdır. 
89. Növbətçi bölmə təyinat yerinə gəldikdə, qarnizon hərbi komendantının, qarovullar 
növbətçisinin və ya sərəncamına gəldiyi şəxsin göstərişi ilə hərəkət edir. 
 

Yüklə

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin