Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında


Ha uptvaxt qarovulu rəisinin xüsusi vəzifələri



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə31/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   27   28   29   30   31   32   33   34   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Ha
uptvaxt qarovulu rəisinin xüsusi vəzifələri  
154. Hauptvaxt qarovulu rəisinin vəzifəsidir: 
hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) göstərişi ilə həbs kağızına, cinayət prosesini 
həyata keçirən orqanın qərarına əsasən hərbi qulluqçuları qəbul etmək, həbs edilənləri və 
tutulanları müvafiq kameralarda yerləşdirmək (4 saylı əlavə);
həbs edilənlərin kameralarının açarlarını özündə saxlamaq;
zərurət olduqda oyaq qarovul nəfərlərindən çıxarıcıya köməkçilər təyin etmək;
hərbi komendantın (qarovullar, hərbi hissə növbətçisinin) göstərişi ilə sərxoş halda hərbi 
intizamı pozduqlarına görə, həmçinin şəxsiyyətini təsdiq edən sənədləri olmadığına və ya 
düzgün tərtib edilmədiyinə görə tutulub müvəqqəti saxlananlar kamerasında yerləşdirilmiş hərbi 
qulluqçuları mühafizə üçün qəbul etmək;
köhnə qarovul dəyişilərkən kameralar üzrə həbs edilənləri hauptvaxt rəisinin (hərbi hissə 
növbətçisinin) imzaladığı adlar siyahısı üzrə şəxsən qəbul etmək;
qarovulun dəyişildiyi və xidməti zamanı divarların, tavanın, döşəmənin, pəncərələrin metal 
barmaqlıqların və s. bütövlüyünə diqqət verməklə həbs edilənlərin kameralarının vəziyyətini 
yoxlamaq;
həbs edilənlərin kameralarda hər gün səhər baxışını və axşam yoxlanışını keçirmək, 
onlarda icazə verilməyən əşyaların olub-olmamasını yoxlamaq; xəstələnənlər barəsində 
hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) məlumat vermək; həbs edilənlər üçün müəyyən 
edilmiş gün nizam qaydalarına və onların saxlanması qaydasına dəqiq əməl edilməsinə diqqət 
yetirmək;
həbs edilənləri yalnız hauptvaxt rəisinin (hərbi hissə növbətçisinin) sərəncamı ilə işə, 
hamama və i.a. göndərmək; həbs edilənlər qayıtdıqdan sonra onlarda icazə verilməmiş 
əşyaların olub-olmamasını yoxlamaq; intizam qaydasında həbs edilmişlərin doldurulmamış 
silahla müşayiət olunmasını həyata keçirmək; cinayət prosesini həyata keçirən orqan tərəfindən 
həbs edilmiş şəxslər silahla müşayiət olunarkən konvoy nəfərinin silahı doldurmasını şəxsən 
yoxlamaq;
həbs edilənlər arasında baş vermiş iğtişaşın və onların qaçmasının qarşısını almaq 
məqsədilə qarovulu «Silaha» çağırmaq; zərurət olduqda qarovullar (hərbi hissə) növbətçisindən 
əlavə naryad göndərilməsini xahiş etmək;
xörəyin vaxtında gətirilməsinə və həbs edilənlərə paylanmasına diqqət yetirmək;
həbs edilənlərin xahişlərini, şikayətlərini (ərizələrini) və təkliflərini qəbul etmək və hauptvaxt 
rəisinə (hərbi hissə növbətçisinə) çatdırmaq;
qarovulda olan bütün çatışmazlıqlar və onların aradan qaldırılması üçün görülən tədbirlər 
barəsində hauptvaxt rəisinə və qarovullar (hərbi hissə) növbətçisinə məlumat vermək; baş 
vermiş hadisələr haqqında isə dərhal məlumat vermək.
155. Hauptvaxtda yanğın və ya hauptvaxtın yerləşdiyi rayonda təbii fəlakət baş verdikdə, 
qarovul rəisi qarovulu «Silaha» çağırmağa borcludur; dərhal yanğınsöndürmə komandasını 


çağırmalıdır, cinayət prosesini həyata keçirən orqan tərəfindən həbs edilmiş şəxsləri təhlükəsiz 
yerə çıxarmalı, onların mühafizəsini təşkil etməlidir, intizam qaydasında həbs edilənləri və 
tutulub saxlananları yanğın söndürülməsinə (təbii fəlakətlə mübarizəyə) və əmlakın xilas 
edilməsinə cəlb etməlidir; baş vermiş hadisələr haqqında qarovullar (hərbi hissə) növbətçisinə və 
hauptvaxt rəisinə məlumat verməlidir.  

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin