Qarnizon hərbi komendantı
25. Qarnizon hərbi komendantı hərbi qulluqçuların ictimai yerlərdə və küçələrdə yüksək
hərbi intizamına, qarnizon qarovullarının və patrullarının düzgün və sayıq xidmətinə, həmçinin
həbs edilənlərin qarnizon hauptvaxtında lazımi qaydada saxlanmasına bilavasitə cavabdehdir.
Qarnizon rəisinin qərarlarını həyata keçirərkən, qarnizon hərbi komendantının qarnizon rəisi
adından sərəncamlar (əmrlər) vermək hüququ vardır; bu zaman o, ən vacib sərəncamları
(əmrləri) barədə qarnizon rəisinə məlumat verir.
26. Qarnizon hərbi komendantının vəzifəsidir:
hərbi qulluqçular tərəfindən hərbi intizama, müəyyən edilmiş paltar formasının geyilməsi və
əsgəri salamlaşma qaydalarına riayət olunmasına nəzarət etmək; qarnizonda hərbi intizamın
vəziyyətini müntəzəm öyrənib onu yaxşılaşdırmağa, həmçinin intizamın pozulması səbəblərini
aradan qaldırmağa dair təkliflərini qarnizon rəisinə bildirmək;
qarnizon r
əisinin göstərişi ilə qarnizon qarovulları siyahısını və naryadının cədvəlini, patrul
naryadını və qarnizon hərbi hissələrindən növbətçi bölmələrin naryadını və həmçinin postlar
tabellərini (1, 2 və 3 saylı əlavələr), postların yerləşməsi sxemlərini, qarovul rəisləri və qarnizon
qarovulları növbətçisi üçün təlimatları, patrul xidməti sxemini və patrullar üçün təlimatı tərtib
etmək;
qarnizonda qarovullar siyahısına əsasən ümumqarnizon obyektlərinin mühafizəsi və
müdafiəsi üzrə qarovul xidmətini, həmçinin patrul xidmətini təşkil etmək;
qarnizon naryadı sayının ixtisarına və onların xidmət etmə qaydasının yaxşılaşdırılmasına
dair təkliflərini qarnizon rəisinə bildirmək;
qarnizonun vəzifəli şəxsləri tərəfindən qarovulların yoxlanması qrafikini tərtib etmək və
onun yerinə yetirilməsinə nəzarət etmək;
şəxsən və köməkçiləri vasitəsilə qarnizon qarovullarının xidmətini, mühafizə olunan
obyektlərin xarici vəziyyətini, postların və qarovul otaqlarının vəziyyətini, qarovul otaqlarında və
postlardakı avadanlığın və inventarın yerində olmasını və sazlığını ayda iki dəfədən az
olmayaraq yoxlamaq;
hərbi hissələrdə qarnizon naryadına təyin olunan bölmələrin və şəxslərin xidmətə
hazırlanmasını və qarnizonun növbətçi bölməsinin hazırlığını yoxlamaq;
qarnizon rəisinin göstərişi ilə qarnizon hərbi hissələrinin həyəcan siqnalı ilə qaldırılması və
hərəkəti, qarnizonda yanğından mühafizə planlarının, həmçinin qarnizonda həyəcan elan
olunması, yanğın və təbii fəlakətlərin baş verəcəyi hallar üçün təlimatların işlənib
hazırlanmasında iştirak etmək;
qarnizonun yerli müdafiə qüvvələrinin və vasitələrinin hazırlığına nəzarət etmək;
qarnizon qarovulları ilə rabitə vasitələrini, qarovul rəislərinə əmrlərin ötürülməsi və onların
məlumat verməsi qaydalarını qarnizon rabitə rəisi ilə birlikdə müəyyən etmək; rabitə
vasitələrindən istifadə zamanı nəzərdə tutulmuş qaydaların yerinə yetirilməsini yoxlamaq;
hərbi hissələrin orkestrlərinin naryad cədvəlinə baxmaq və onu təsdiq edilməsi üçün
qarnizon rəisinə təqdim etmək;
qarovul növbətçilərinə və onların köməkçilərinə naryada başlamazdan qabaq təlimat
vermək; qarovul nöbətçilərinə parollar yazılmış kağızları vermək;
qarnizon qarovullarının dəyişməsinin gedişini yoxlamaq;
patrullar naryadına təlimat vermək; patrul rəislərinə lazımi sənədlər vermək və qarnizonda
patrul xidmətinə nəzarət etmək;
polis orqanları ilə sıx əlaqə saxlamaq və ictimai qaydanın qorunub saxlanmasında onlara
zəruri kömək göstərmək;
hər gün qarnizon qarovullarının postlar cədvəllərinə baxmaq və aşkar olunmuş
çatışmazlıqları təxirə salmadan aradan qaldırmaq;
qarnizon hauptvaxtının sazlığına və həbs edilənlərin orada saxlanmasına nəzarət etmək;
həbs edilənlərin işləməyə, hamama və cinayət prosesini həyata keçirən orqanın (təhqiqat,
istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin) tələbi ilə prosessual hərəkətlərin həyata
keçirilməsi məqsədilə, həmçinin xəstələnmiş həbs edilənlərin müalicə müəssisələrinə
göndərilməsi üçün hauptvaxt rəisinə yazılı sərəncamlar vermək (4 saylı əlavə);
qarnizon şəxsi heyəti tərəfindən hərbi intizamın pozulmasını və baş vermiş hadisələri
vaxtında aşkar etmək, onların uçotunu aparmaq, onlar haqqında və görülən tədbirlər barəsində
qarnizon rəisinə baş vermiş cinayətlər və hadisələr haqqında isə qarnizon hərbi prokuroruna
məlumat vermək;
qoşunların su təchizatı üçün açıq su hövzələrini və adamların çimməsi üçün yerləri
qarnizon rəisinin göstərişi ilə hərbi hissələr arasında bölüşdürmək;
hərbi hissələrin sahələrində adamların çimmə yerlərinin hazırlanmasını, həmçinin növbətçi
üzgüçü komandalarının və növbətçi feldşerlərin (sanitar təlimatçılarının) xidmətinin təşkilini və
aparılmasını yoxlamaq;
qarnizonun bütün hərbi hissələrinin, əlahiddə bölmələrin (komandaların), həmçinin
ezamiyyətə və ya məzuniyyətə gələn hərbi qulluqçuların uçotunu aparmaq və onların öz xidməti
yerlərinə vaxtında qayıtmalarına nəzarət etmək (5 saylı əlavə);
tutulmuş hərbi qulluqçulardan alınan silahların və döyüş sursatlarının uçotunu aparmaq;
qarnizondan keçib gedən bölmələri (komandaları) və ayrı-yarı hərbi qulluqçuları
yerləşdirmək, onları, həmçinin hərbi nəqliyyatı müşayiət edən qarovulları attestatlarına uyğun
ərzaqla təmin etmək;
qarnizon ərazisində ezamiyyətdə və məzuniyyətdə olarkən, xəstələnmiş hərbi qulluqçulara
tibbi yardım göstərmək üçün tədbirlər görmək;
təlim mərkəzlərinə və düşərgələrə getmiş, yaxud qarnizonun tərkibindən çıxıb getmiş hərbi
hissələrin kazarma binalarının mühafizəsini yoxlamaq;
hərbi hissələrin kolonlarının, həmçinin təkərli və tırtıllı maşınların hərəkətinin tənzim
olunmasını Dövlət yol polisinin yerli orqanları ilə qarşılıqlı əlaqədə təşkil etmək;
qarnizon qoşunlarının paradlara hazırlanmasına nəzarət etmək və yerli hakimiyyət
orqanları ilə razılaşdırılaraq qoşunların iştirakı ilə keçirilən paradlar, nümayişlər, mitinqlər və dəfn
mərasimləri zamanı qayda-qanunu təmin etmək;
qarnizon rəisinin göstərişi ilə qarnizon hərbi hissələrindən fəxri qarovullar təyin etmək və
hazırlamaq;
qarnizon rəisinin göstərişi ilə vəfat etmiş hərbi qulluqçuların dəfnini təşkil etmək;
qarnizon sərhədləri daxilində olan əsgəri qəbiristanlıqların, qardaşlıq məzarlarının və əsgəri
abidələrin uçotunu aparmaq, onların lazımi qaydada saxlanmasına nəzarət etmək.
27. Qarnizon hərbi komendantı şəxsən və tabeliyində olanlar vasitəsilə hərbi
qulluqçulardan ictimai yerlərdə və küçələrdə hərbi intizama, eləcə də qayda-qanuna ciddi
surətdə riayət etmələrini cəsarətlə və qətiyyətlə tələb etməli, onların heç bir nalayiq hərəkətini
cəzasız qoymamalıdır.
Qarnizon hərbi komendantının hərbi qulluqçular tərəfindən hərbi intizamın pozulması
hallarında hərbi rütbəcə özündən kiçik və özünə bərabər olanlara xəbərdarlıq etmək, yaxud
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinə əsasən onları tutub
cəzalandırmaq, onlar sərxoş halda hərbi intizamı pozduqda, ayılana qədər bir sutkalığa
hauptvaxtda (müvəqqəti həbs edilmişlər kamerasında) saxlamaq, sonra isə bu hərbi
qulluqçuların məsuliyyətləri haqqında qərar qəbul etmək hüququ vardır.
Qarnizon hərbi komendantı hərbi rütbəcə ondan böyük olan hərbi qulluqçular hərbi intizamı
pozduqları hallarda onlara müraciət edir və intizam pozuntusuna son qoymasını qarnizon rəisi
adından tələb edir. Belə hərbi qulluqçu tərəfindən hərbi intizamın pozulmasına son qoymaq üçün
daha qəti tədbirlər görmək zəruri olduğu hallarda qarnizon hərbi komendantı bu barədə dərhal
qarnizon rəisinə məlumat verir və onun göstərişi ilə hərəkət edir.
Zərurət olduqda, qarnizon hərbi komendantı hərbi intizamı pozan hərbi qulluqçudan
şəxsiyyətini müəyyənləşdirən sənədləri təqdim etməyi tələb edir, belə sənədlər olmadıqda və ya
düzgün tərtib edilmədikdə, hərbi qulluqçunu tutub müvəqqəti həbs edilənlər kamerasında
yerləşdirir.
Qarnizon hərbi komendantı müqəssir barəsində görülən bütün tədbirlər haqqında onun
hərbi hissə komandirinə xəbər və qarnizon rəisinə məlumat verir.
28. İntizam qaydasında tutulmuş hərbi qulluqçunun sənədlərinin yoxluğuna görə onun
şəxsiyyətini tezliklə müəyyən etmək mümkün olmadıqda, qarnizon hərbi komendantı hərbi
qulluqçunun tutulub saxlanıldığı andan bir sutka ərzində onun şəxsiyyətinin müəyyən edilməsi
üçün tədbir görməlidir. Bütün belə şəxslər haqqında qarnizon hərbi komendantı qarnizon rəisinə
və hərbi prokurora dərhal məlumat verir. Bu şəxslər barəsində qərar onların tutulduğu andan üç
sutkadan gec olmayaraq qəbul edilməlidir.
29. Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi
qulluqçular Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
saxlanılırlar və onlar barəsində həmin qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Dostları ilə paylaş: |