19. Qarnizon rəisi qarnizona gələn Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan
Respublikası Milli Məclisinin sədrini, Azərbaycan Respublikasının
Baş nazirini, Azərbaycan
Respublikasının müdafiə nazirini qarşılayır, onlara raport verir və onları müşayiət edir. Bu
şəxslərin qarşılanması üçün fəxri qarovul düzülür.
20. Qarnizon rəisi 19-cu maddədə göstərilən şəxslərdən əlavə,
özünün bütün birbaşa
rəislərini qarşılayır, onlara raport verir və onları müşayiət edir.
Qarnizon və qarovul xidmətləri məsələləri üzrə birbaşa rəislərin xidməti tapşırıqlarını yerinə
yetirmək üçün zabitlər (generallar, admirallar) qarnizona gəldikdə, qarnizon rəisi ancaq rütbəcə
ondan böyük
olanlara özünü təqdim edir.
21. Bakı qarnizonunun rəisi 19 və 20-ci maddələrdə qeyd edilənlərdən əlavə,
xüsusi
göstərişləri də yerinə yetirir.
22. Qarnizon rəisi müvəqqəti olaraq qarnizondan (məzuniyyətə, uzunmüddətli ezamiyyətə)
gedirsə, öz vəzifəsinin icrasını onun ştat vəzifəsini müvəqqəti icra edən şəxsə həvalə edir, bunu
qarnizon üzrə əmrlə elan edir və Baş Qərargah rəisinə məlumat verir.
Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini
23. Qarnizon rəisinin tərbiyə işləri üzrə müavini qarnizonda hərbi intizamın
möhkəmləndirilməsi üçün tərbiyə işinin təşkilinə və ümumqarnizon ictimai-siyasi və mədəni-
maarif tədbirlərinin keçirilməsinə cavabdehdir.
Qarnizon rəisinin tərbiyə işləri üzrə müavininin vəzifəsidir:
qarnizonda baş verə biləcək hadisələrin qarşısını almaq, hərbi intizamı möhkəmləndirmək,
qayda-
qanunu və mütəşəkkilliyi saxlamaq üçün iş aparmaq;
təsdiq edilmiş plana əsasən ümumqarnizon ictimai-siyasi və
mədəni-maarif tədbirlərini
təşkil etmək və həyata keçirmək;
yerli hakimiyyət orqanları ilə, müəssisələrlə, idarələrlə və təşkilatlarla sıx əlaqə yaratmaq və
saxlamaq, həmçinin qarnizon hərbi hissələri şəxsi heyətinin hakimiyyət orqanlarının həyata
keçirdikləri ictimai-siyasi tədbirlərdə iştirakını təmin etmək;
qarnizon mədəni-maarif müəssisələrinin işinə rəhbərlik etmək;
yerli və qarnizon mədəni-
maarif müəssisələri tərəfindən qarnizon hərbi hissələrinə xidmət planını işləyib hazırlamaq və
qarnizon rəisinin təsdiqinə vermək;
səfərbərlik elan olunması halı üçün qarnizonun tədbirlər planının, qarnizon
hərbi
hissələrinin həyəcan siqnalı ilə qaldırılması və fəaliyyəti, həmçinin qarnizon qoşunlarının və
obyektlərinin hava hücumundan və kütləvi qırğın silahlarından
mühafizəsi üzrə tədbirlər
planlarının işlənib hazırlanmasında iştirak etmək;
qarnizonda hərbi və dövlət sirlərinin saxlanmasına daim diqqət yetirmək, sayıqlığı artırmaq
üçün iş aparmaq;
qarnizon qoşunlarının məişətinə və yerləşdirilməsinə, onların kazarma fondu ilə, hərbi
qulluqçuların və onların ailələrinin isə mənzillə təmin edilməsinə daim qayğı göstərmək;
qarnizon və daxili qarovulların xidmət çəkmələrini, həbs edilənlərin qarnizon hauptvaxtında
saxlanmasını vaxtaşırı yoxlamaq, həmçinin qarovulun şəxsi heyəti və həbs edilənlər arasında
tərbiyə işini təşkil etmək və həyata keçirmək;
qarnizo
n qoşunlarının ictimai-siyasi, mənəvi və hərbi intizamın
vəziyyəti, həmçinin
ümumqarnizon tərbiyə tədbirlərinin keçirilməsi haqqında qarnizon rəisinə və yuxarı tərbiyə işləri
üzrə orqana vaxtaşırı məlumat vermək.
Dostları ilə paylaş: