XI fəsil.
Qarovullarda daxili qayda
229. Qarovul heyətindən heç kəsin qarovul rəisinin icazəsi olmadan qarovul otağını tərk
etməyə ixtiyarı yoxdur.
230. Qarovul otağında sakitliyə və qayda-qanuna əməl olunmalıdır. Oxumaq və çalğı
alətlərində çalmaq qadağandır. Radio verilişlərinə ancaq qulaqlıq vasitəsilə qulaq asmağa, kitab
oxumağa, yazmağa, şahmat və dama oynamağa icazə verilir. Papiros çəkməyə və ayaqqabı
təmizləməyə bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə icazə verilir.
231. Avtomatlar və pulemyotlar piramidalara çaxmaqları qabağa vəziyyətində olmaqla
maqazinsiz qoyulur. Karabinlər doldurulmamış, çaxmağı bağlı və çaxmaq dabanı buraxılmış
halda pi
ramidalara qoyulur. Qarovul otağında piramidalar qıfılla bağlanmamalıdır. Pulemyotun
maqazinləri piramidanın xüsusi qıfılla bağlı yeşiyində saxlanır, açarı isə qarovul rəisində olur.
Doldurulmuş avtomat maqazinləri (karabin daraqları) olan çantalar və bel qayışındakı qınlar
çıxarılmır.
Tapança ilə silahlanmış qarovul rəisləri qarovul otağında silahlarını çıxarmırlar.
Piramidalardan silahlar ancaq qarovul rəisinin və yaxud onun köməkçisinin icazəsi ilə
götürülür. Silahlar onların rəhbərliyi və bilavasitə nəzarəti altında təmizlənir. Silahı təmizləmək
üçün onu sökməyə icazə verilmir.
232. Qarovulun şəxsi heyətinə qarovul otağında başıaçıq və şinelsiz olmağa o şərtlə icazə
verilir ki, ləvazimatları üstlərində olsun. Çıxarılan şinellər və baş geyimləri paltarasılandan
asılmalıdır.
233. Qarovulun şəxsi heyətinə, qarovul rəisi və onun köməkçisi istisna olmaqla, qarovul
otağına gələnlərlə danışığa girmək qadağandır; ancaq qarovulu yoxlayan şəxslərin suallarına
cavab verməyə icazə verilir.
234. Ancaq yaxasını açmaqla və bel qayışını boşaltmaqla soyunmadan və ləvazimatı
çıxarmadan uzanaraq istirahət etməyə (yatmağa) aşağıdakılara icazə verilir:
qarovul rəisinə — təlimatda müəyyən edilmiş qaydada gündüz (hauptvaxtda gecə) 4
saatdan çox olmayaraq;
qarovul rəisinin köməkçisinə — qarovul rəisinin icazəsi ilə 4 saatdan çox olmayaraq;
dəyişdiricilərə, çıxarıcılara və nəqliyyat vasitələrinin sürücülərinə — qarovul rəisinin icazəsi
ilə vəzifələrini icra etmədikləri boş vaxtlarda;
qarovul nəfərlərinin bir növbəsinin tərkibinə — postlara getməzdən qabaq, postlardan
dəyişilmiş növbə qarovul otağına gəldikdən və qarovulun döyüş heyəti təyin edildikdən (132-ci
maddə) sonra;
ancaq gecələr obyektləri mühafizə edən qarovul nəfərlərinə — qarovul otağına qayıtdıqdan
sonra və yenidən postlara gedənə qədər olan vaxtda.
İstirahət edən qarovul nəfərlərinə və dəyişdiricilərə ayaqqabılarını və ayaq dolaqlarını
çıxarıb qurutmağa icazə verilir.
235. Qarovulu «silaha» çağırdıqda qarovul otağında olan qarovulun şəxsi heyəti, həmçinin
istirahət edən növbə baş geyimlərini geyərək, hər kəs silahını götürüb qarovul otağının içində öz
nömrələri ardıcıllığında sıraya düzülürlər.
Şinellər qarovul rəisinin xüsusi göstərişi ilə geyinilir.
Qarovulun qarovul otağından çıxarıldığı bütün hallarda (yanğın və ya təbii fəlakət baş
verdiyi hallardan başqa) orada qarovul rəisinin köməkçisi və ya dəyişdiricilərdən biri, onlar
olmayan qarovullarda isə qarovul nəfərlərindən biri qalmalıdır.
236. Hərbi hissənin yerləşdiyi yerdə olmayan qarnizon qarovullarına, həmçinin daxili
qarovullara xörək onların göndərildiyi bölmələrin komandirlərinin və ya hərbi hissə növbətçisinin
göstərişləri ilə gətirilir.
Hərbi hissə daxilində yerləşən qarovulun şəxsi heyətinə xörək qarovul rəisinin göstərişi ilə
oyaq növbənin qarovul nəfərləri tərəfindən gətirilir.
237. Qarovul otağında, qarovulu sıraya düzmək üçün meydançada və ayaqyolunda
təmizliyi və qaydanı gözləmək, həmçinin sobaları qalamaq və lampalara qulluq etmək qarovul
heyətinə həvalə olunur. Qarovulun bu vəzifələri yerinə yetirməsinə, həmçinin avadanlığın,
inventarın və əmlakın salamatlığına nəzarət etmək qarovul rəisinin köməkçisinə, o, təyin
edilməyən qarovullarda isə qarovul rəisinə həvalə olunur.
238. Gündəlik təmizləmədən əlavə, ayda bir dəfədən az olmayaraq, qarnizon hərbi
ko
mendantının (hərbi hissə qərargahı rəisinin) müəyyən etdiyi gündə qarnizon (hərbi hissə) tibb
xidməti rəisinin sərəncamına əsasən qarovul otağında dezinfeksiya aparılır.
239. İlin soyuq vaxtlarında qarovul otağının sutkada dörd dəfədən az olmayaraq havası
dəyişdirilir. İsti vaxtlarda nəfəslik və ya pəncərə otağın bir tərəfində açıq saxlanır. Qış vaxtı
qarovul otağının temperaturu +18oS-dən az olmamalıdır. Sobaların qızdırılması qarnizon rəisinin
müəyyən etdiyi vaxta qədər davam etdirilməlidir. Qarovul heyəti üçün xörək qızdırmaqdan ötrü
pilətənin və qurutmaxana sobasının yandırılmasına qarovul rəisi buna ehtiyac olduqda icazə
verir. İsti çay bütün sutka ərzində olmalıdır.
Qaranlıq düşərkən, qarovul otağı, koridorlar və ayaqyolu tam işıqlandırılmalı, növbənin
istirahət etdiyi otaqda isə növbətçi işıq yanmalıdır.
Hərbi şəhərcikdən kənarda olan qarovul otaqlarının pəncərələri gecə vaxtı içəridən pəncərə
qapısı ilə bağlanır.
240. Qarovulların tərkibində beşdən az olmayaraq üçnövbəli post olduqda qarovul otağını
m
ühafizə etməkdən ötrü qarovul otağının girəcəyində oyaq qarovul nəfərlərindən saatdar
qoyulur.
Xüsusi əhəmiyyətli obyektləri mühafizə edən və öz tərkibində beşdən az üçnövbəli postu
olan qarovullarda qarovul otağını mühafizə etməkdən ötrü xüsusi qarovul nəfərləri təyin edilə
bilər.
Qarovul otağı hərbi hissə ərazisində (mühafizə olunan obyektdə) yerləşdikdə adətən
qorunmur.
Qarovul otağının girəcəyində saatdar qoyulmadığı hallarda qarovul otağının giriş qapısında
nəzarət pəncərəsi düzəldilir və o, daim içəridən bağlı saxlanmalıdır.
|