Həbs edilənlərin hauptvaxta qəbulu
13. Həbs edilənlər qarnizon hauptvaxtına hauptvaxt rəisi, o olmadıqda qarovul rəisi
tərəfindən, hərbi hissə hauptvaxtına isə hərbi hissə növbətçisi tərəfindən qəbul edilirlər.
14. Hauptvaxt rəisi (hərbi hissə növbətçisi) həbs edilmiş əsgər (matros) və çavuşları qəbul
edərkən, onlarda olmalı əşyaların olub-olmadığını yoxlayır, şəxsi axtarış aparır, bel qayışını,
kamerada saxlamağa icazə verilməyən əşyalarını və qiymətli şeylərini, eləcə də bütün xidməti
sənədlərini saxlamaq üçün alır, həbs kağızında (cinayət prosesini həyata keçirən orqanın
qərarında) olan və başqa lazımi məlumatları hauptvaxtda saxlananlar kitabına və həbs
edilənlərin ad siyahısına yazır.
Həbs kağızında yazılmış əşyaların qarnizon hauptvaxtına göndərilmiş hərbi qulluqçuların
üstündə olub-olmamasını hauptvaxt rəisi şəxsən həbs edilənin qəbulu haqqında qəbzin
arxasında qeyd edir və imzalayır.
Tapılmış xidmət sənədləri müvafiq komandirə göndərilmək üçün qarnizon hərbi
komendantına (hərbi hissə qərargahı rəisinə) verilir.
İntizam qaydasında həbs edilənlər şəxsi sənədlərini özlərində saxlayırlar, yaxud saxlamaq
üçün hauptvaxt rəisinə (hərbi hissə növbətçisinə) təhvil verirlər.
Hauptvaxt rəisi alınmış və qəbul edilmiş əşyaları, sənədləri və pulun məbləğini həbs
edilənin yanında hauptvaxtda saxlananlar kitabına yazır və onların qəbulu haqqında ona qəbz
verir, bundan sonra həbs edilmiş şəxs həbs kağızı ilə kameraya salınmaq üçün qarovul rəisinin
yanına göndərilir.
Hauptvaxtda saxlananlar kitabı
199_____il üçün
Sıra
№-si
Vəzifəsi,
hərbi
rütbəsi,
Dostları ilə paylaş: |