Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə65/95
tarix11.04.2023
ölçüsü1,49 Mb.
#96395
1   ...   61   62   63   64   65   66   67   68   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

 
 


XX fəsil. 
Qoşunların yanğınlarla və təbii fəlakətlərlə mübarizəyə cəlb edilməsi 
359. Qoşunlar yanğınlarla və təbii fəlakətlərlə (daşqınlarla, zəlzələnin nəticələri ilə, 
uçqunlarla, qar yığınları ilə) mübarizəyə, yaxud yanğından və ya təbii fəlakətdən zərər çəkmiş 
mülki əhaliyə kömək etmək üçün Müdafiə Nazirinin sərəncamı ilə cəlb olunurlar. Müstəsna 
hallarda, icazə almağa vaxt olmadıqda, qonşuları qarnizon rəisi öz qərarı ilə cəlb edir və bu 
barədə müdafiə nazirinə dərhal məlumat verir. 
360. Ya
nğınlarla və təbii fəlakətlərlə mübarizə, yaxud əhaliyə kömək üçün ayrılmış 
qoşunlara qarnizon rəisi tapşırıq verərkən göstərir: 
hansı hərbi hissə (bölmə) hansı komandirin (rəisin) sərəncamına keçir;
hərəkət qaydası;
əlavə verilən texniki vasitələr;
tap
şırığın yerinə yetirilməsi müddəti;
silah;
geyim forması;
ərzaqla təminat qaydası.
361. Hərbi hissə (bölmə) komandirləri təyin edilmiş yerə çatdıqda dərhal sərəncamına 
göndərildikləri şəxsin yanına gəlib məlumat verir və onun sərəncamı ilə verilmiş tapşırığın yerinə 
yetirilməsini təşkil edirlər. Əgər yanğın, yaxud təbii fəlakət yerində sərəncamına gəldikləri şəxs 
olmasa, hərbi hissə komandirləri sərbəst surətdə yerli hakimiyyət orqanları və onların sərəncamı 
ilə ayrılmış qüvvələrlə öz fəaliyyətini uyğunlaşdıraraq verilmiş tapşırığı yerinə yetirməyə 
başlayırlar. 
Verilmiş tapşırığın yerinə yetirilməsi haqqında hərbi hissə (bölmə) komandirləri qarnizon 
rəisinə və özlərinin bilavasitə rəislərinə məlumat verirlər. 
362. Yanğın, yaxud təbii fəlakətlə mübarizə üçün ayrılmış hərbi hissənin (bölmənin) 
komandirinin sərəncamı ilə əmlakı mühafizə etmək üçün müvəqqəti qarovullar təyin edilir. Bu 
qarovullar tərkibində olduqları hərbi hissənin komandirinə, qarnizon rəisinə və qarnizon hərbi 
komendantına, qarovullar (hərbi hissə) növbətçisinə tabe olur və ümumi əsaslarla xidmət edirlər. 
363. Hərbi hissələri, bölmələri və komandaları yerli hakimiyyət orqanlarının 
nümayəndələrinə tabe etmək qadağandır. 


Əlavələr 
1 saylı əlavə 
MƏXFİDİR 
2 saylı əlavə 
MƏXFİDİR 



saylı əlavə 
«Təsdiq edirəm» 
Qarnizon rəisi (hərbi hissə komandiri) 
______________________________________________ 
( hərbi rütbəsi, imzası)
«___»____________199____il 
__________№-li ___________________________________________________qarovulun 
(qarnizon, daxili)

Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin