Kameraların havası hər gün, həbs edilənlər işləməkdə, yaxud gəzintidə olduqları vaxt
dəyişdirilir. Hauptvaxt otaqlarında dezinfeksiya ayda iki dəfədən az olmayaraq, ayaqyolularında
isə həftədə bir dəfə keçirilir. Qaranlıq düşəndə kameralar, koridorlar və ayaqyolular işıqlandırılır.
Yatmaq vaxtı kameralarda növbətçi işıq olmalıdır. İşıqlandırmaya qarovul rəisinin köməkçisi
nəzarət edir.
Qışda kameralarda +18 S-dən az olmayan temperatur olmalıdır.
31. Həbs edilənlərə həbsdə olarkən aşağıdakılar qadağandır: radioya qulaq asmaq, hər
hansı oyun oynamaq, musiqi alətlərində çalmaq, mahnı oxumaq, pəncərədən danışmaq, səs
salmaq, kameralarda qaydanı pozmaq, kiminləsə görüşmək, kimdənsə verilən şeyi qəbul etmək,
məktub göndərmək və almaq.
Həbs edilənlərə qəzetlər, nizamnamələr, hərbi ədəbiyyat oxumağa icazə verilir.
Papiros çəkməyə ancaq zabitlərə və gizirlərə (miçmanlara) bunun üçün ayrılmış xüsusi
yerlərdə icazə verilir.
Hər bir hauptvaxtda lazımi miqdarda hərbi ədəbiyyat və nizamnamələr olmalıdır. Hauptvaxt
hər gün təzə qəzetlərlə təchiz edilməlidir. Həbs edilənlərə hərbi ədəbiyyatı və qəzetləri qarovul
rəisi verir.
Cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş (həbs edilmiş) şəxslərin
hauptvaxtda saxlanılması
32.
Tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Cinayət-Prosessual
Məcəlləsi və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda
saxlanılırlar.
Dostları ilə paylaş: