Dəfn mərasiminin keçirilməsi
6.1. Müvafiq icra hakimiyyəti orqanı dəfn mərasiminin keçirilməsi ilə əlaqədar aşağıdakı vəzifələri
yerinə yetirir:
6.1.1. Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynləri (yaxın qohumları və ya
qanuni nümayəndələri) ilə birlikdə mərhumun dəfn olunacağı yeri və vaxtı müəyyənləşdirir;
6.1.2. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dəfn və yas mərasimləri ilə əlaqədar görüləcək
tədbirləri razılaşdırır və həyata keçirir, bu haqda Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin
valideynlərini (yaxın qohumlarını və ya qanuni nümayəndələrini) ətraflı məlumatlandırır;
6.1.3. dəfn və yas mərasimləri ilə əlaqədar zəruri tədbirləri görür, həmin mərasimlərin nəticələri
barədə müvafiq icra hakimiyyəti orqanına məruzə edir.
6.2. Müvafiq icra hakimiyyəti orqanı Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin
validey
nlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) onların “Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Əmək pensiyaları haqqında” və “Hərbi qulluqçuların
dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş
hüquq və imtiyazları haqqında dolğun məlumat verir.
Maddə 7.
Müharibə dövründə və döyüş əməliyyatları zamanı vəfat etmiş (həlak olmuş) hərbi
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin dəfn mərasiminin təşkili və keçirilməsi
xüsusiyyətləri
7.1. Müharibə dövründə vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi
vəzifəlinin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi hərbi hissə komandirinin müraciəti
əsasında müvafiq icra hakimiyyət orqanı tərəfindən təmin edilir.
7.2. Döyüş əməliyyatları zamanı mövcud şəraitə görə bu Qaydaları yerinə yetirmək və ya hərbi
qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin şəxsiyyətini müəyyən etmək mümkün olmadığı
hallarda, vəfat etmiş (həlak olmuş) hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin dəfninin
müvəqqəti yeri, o cümlədən dəfn vaxtı hərbi ehtiramın göstərilməsi hərbi hissə komandirinin (təşkilat və
müəssisə rəisinin) əmri ilə müəyyən edilir. Əmrdə dəfnin həyata keçirilməsi üçün rəhbər və sayı elan
edilməklə hərbi hissənin (təşkilat və müəssisənin) hərbi qulluqçularından ibarət dəfn qrupu (komandası)
təyin olunur.
7.3. Döyüş meydanında həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılması və dəfn yerinə
ça
tdırılması ən qısa müddət ərzində təşkil olunmalı, qoşunlar həmin ərazidən uzaqlaşdıqdan və ya döyüş
əməliyyatlarında müəyyən fasilə yarandıqdan sonra həyata keçirilməlidir.
|