Azərbaycan Respublikası Şirvan şəhər Mərkəızləşdirilmiş Mədəniyyət və Turizm Nazirliyi Kitabxana Sistemi Vəli Axundov-100 Metodik tövsiyə



Yüklə 19,17 Kb.
tarix26.12.2016
ölçüsü19,17 Kb.
#3498

Azərbaycan Respublikası Şirvan şəhər Mərkəızləşdirilmiş

Mədəniyyət və Turizm Nazirliyi Kitabxana Sistemi

Vəli Axundov-100


Metodik tövsiyə

Şirvan 2016

Vəli Yusif oğlu Axundov

Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimlərindən biri, akademik.



Həyatı

Vəli Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almış, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.

1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirərək orduya çağırılmışdır. 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlmiş, Rusiya, Belarus, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

1946-cı ildə ordudan tərxis olunmuş, ATİ-na qayıtmış, tibb tarixi kafedrasının assistenti qəbul edilmiş və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olmuşdur. Az sonra Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmiş və 1946-1949-cu illərdə bu vəzifədə çalışmışdır.



Fəaliyyəti

1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olmuşdur.

1953-1954-cü illərdə Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləmişdir. 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutmuşdur.

1958-ci ilin fevralında Azərbaycan KP MK katiblərindən biri seçilmiş, həmin ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilmişdir. 1959-cu ilin iyuluna qədər bu vəzifədə çalışmışdır.

1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşdur. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft – 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır.

1956-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir.

1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında onun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır.

1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. 1969-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir.

1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur.

İctimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur.

1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mükafatları


  • "Lenin" ordeni

  • II dərəcəli Vətən Müharibəsi ordeni

  • "Qırmızı Ulduz" ordeni

  • Müxtəlif medallar

Vəli Axundovun kitabxanalarda təbliği

2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. 

Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərmiş və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr vermişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində yubileyinin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti sərəncam imzalayıb.

Buna görə də Mərkəzi Kitabxanalarda və filiallarda yubileyi yüksək səviyyədə qeyd olunmalıdır. Kitabxanalarda sərgilər hazırlanmalı, müxtəlif tədbirlər həyata keçirilməlidir. Belə ki, kitabxanalarda, filiallarda söhbətlər, sual-cavab gecələri və s. keçirmək olar.

Ədəbiyyat

Azərbaycan Sovet Ensiklopediyası. C.I. Bakı, 1976.



Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı, 2005

İnternetdə

http://modern.az/articles/27739/1/

https://az.wikipedia.org/wiki/V%C9%99li_Axundov

http://absheronxeber.az/medeniyyet/232-absheronlu-veli-axundov.html

http://www.anl.az/down/meqale/tezadlar/2012/may/249206.htm

http://arxiv.az/az/gun.az/14448595

https://alisanicat.wordpress.com/2013/06/13/ruhlarin-sohb%C9%99ti-sah-ismayil-v%C9%99-v%C9%99li-axundov/
Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin